Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib. |
“Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. |
Xatırlatmaq istərdik ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə f... |
Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir”, - agentlikdən qeyd olunub. |
Xocalı rayonu Əsgəran qəsəbəsində də seçicilərin aktivliyi müşahidə edilir. |
Baku TV-nin Qarabağa ezam olunmuş müxbiri Orxan Qurbanov 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 107 saylı seçki məntəqəsindəki seçki prosesi ilə tanış olub. |
Məntəqə sədri Əlyaz Nəcəfovun verdiyi məlumata görə, seçki məntəqəsində vətəndaşların aktivliyi müşahidə olunur:""“224 seçicimizin 114 nəfəri artıq səs verib. |
Seçicilər heç bir müdaxilə edilmədən səsvermə hüququndan istifadə edirlər”. |
Sabirabad rayonunun Surra kəndi ərazisində avtomobildə yanğın baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Shacman” markalı yük avtomobilinin arxa təkərində baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində yük avtomobilinin bir ədəd arxa təkəri yanıb. |
Avtomobil yanğından mühafizə olunub. |
İran ABŞ və İsrailə qarşı hücumlar həyata keçirən Yəmənin “Ənsar Allah” (husilər) hərəkatını silahla təmin etmir. |
Bu açıqlama ilə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çıxış edib. |
İran rəsmisi bildirib ki, husilərin öz silahları var və rəsmi Tehran üsyançılara onlardan necə istifadə etmək barədə göstəriş vermir. |
Əmir Səid İrəvani əlavə edib ki, İsrail öz qoşunlarını Qəzza zolağından çıxarsa və anklav sakinlərinə humanitar yardım göndərilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırarsa, onun ölkəsi husiləri Qırmızı dənizdəki hücumları dayandırmağa çağırmağa hazırdır. |
Seçki məntəqələrində belə uzun növbələrə tez-tez rast gəlinmir. |
O vurğulayıb ki, belə bir fəallıq xalqın birliyindən xəbər verir:""“Qeyd etmək istərdim ki, hər bir məntəqədə müxtəlif ölkələrdən və ictimai təşkilatlardan çoxlu müşahidəçi var”. |
Rusiyalı deputat bildirib ki, səsvermə prosesinin monitorinqi zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. |
O, həmçinin seçki məntəqələrinin mütəşəkkil işini də qeyd edib. |
Prezidentliyə namizəd Fuad Əliyev növbədənkənar prezident seçkisində səs verib. |
Bu məntəqənin seçici siyahısında 1 409 nəfərin adı var. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkisində səs verib. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
İqtisadiyyat naziri Mikayıl Cabbarov prezident seçkisində səsvermə hüququndan istifadə edib. |
“Bu gün bayram günüdür, xüsusi bir gündür. |
Çünki müstəqillik tarixində ilk dəfədir ki, prezident seçkisini Azərbaycanın bütün suveren ərazisində keçiririk. |
Hesab edirəm ki, bu, hər birimiz üçün xoşbəxtlikdir. |
Ölkəmizin inkişafının yeni mərhələsidir”, - deyə nazir qeyd edib. |
Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası... |
Azərbaycanın bölgələrində seçki məntəqələrində prezident seçkisi ilə əlaqədar səsvermədə seçici fəallığı müşahidə olunur. |
Bununla bağlı fotoreportajı təqdim edirik. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Oxu.Az (@oxuaz)'in paylaştığı bir gönderi" |
Pakistanın Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib. |
Bu barədə yerli KİV məlumat verib. |
Yayılan ilkin məlumata görə, partlayış nəticəsində 28 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. |
Lakin ölən və yaralıların sayının yüksələcəyi istisna edilmir. |
Qeyd edək ki, sabah Pakistanda milli və əyalət məclislərinə seçki keçiriləcək. |
Seçkidən sonra ölkədə yeni hökumət qurulacaq. |
Partlayışın seçki prosesinə müdaxilə məqsədi ilə törədildiyi istisna edilmir. |
“Biz ABŞ-nin “Oracle Advisory Group” təşkilatı olaraq Azərbaycanda indiyə qədər beş seçkidə fəaliyyət göstərmişik, “exit poll”lar həyata keçirmişik”. |
Bunu APA-ya açıqlamasında növbədənkənar prezident seçkisində “exit poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının tərəfdaşı Vlada Qalan deyib. |
O bildirib ki, bu seçki çərçivəsində ölkə ərazisi üzrə 40 dairədə və 500 seçki məntəqəsində “exit poll” keçirməyi nəzərdə tutublar:""“Exit poll”un nəticələri bu gün seçki başa çatdıqdan - saat 19:00-dan sonra elan ediləcək. |
Bir nüansı qeyd etmək istəyirəm ki, biz ilk dəfə olaraq Qarabağ bölgəsində də “exit poll” həyata keçiririk. |
İşğaldan azad olunmuş ərazilər üzrə altı seçki məntəqəsində “exit poll” həyata keçirilir ki, bu bizim üçün də tarixi məqamdır”. |
Vlada Qalanın sözlərinə görə, seçki ilə bağlı əhvali-ruhiyyə inanılmaz dərəcədə optimistdir:""“Bildiyiniz kimi, biz seçkiqabağı sorğu keçirmişdik və seçkiqabağı sorğuda Prezidentə böyük dəstək ifadə olunmuşdu ki, bu da sürpriz deyil, Qarabağda qələbəyə və torpaqların azad edilməsinə görə belə inanılmaz müsbət mühit var... |
“Exit poll”la bağlı hazırlığa gəlincə, Vlada Qalan vurğulayıb ki, bu, kifayət qədər rəvan proses olub, lakin vaxta görə komanda ilə çox sürətlə iki təlim keçirilib:""“Bu, həmişə vaxt aparan prosesdir. |
ABŞ-dan olan komandamız burada yerli komanda ilə təlimlər keçirdi. |
Bu proses hər zaman ən uzun sürən prosesdir, ancaq biz bunu zamanında tamamladıq. |
Biz bütün ölkəyə komanda yerləşdirmişik, ən vacibi isə Qarabağda komandamız var. |
30 nəzarətçimiz və 1000-dən çox müsahibə götürən əməkdaşımız var, çox böyük komandadır. |
Məlumat mərkəzində isə 20-dən çox nəzarətçimiz və 40 məlumat analitikimiz fəaliyyət göstərir”. |
“2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi əvvəlkilərdən yüksək fəallığı ilə seçilir”. |
Bunu News.ru-ya açıqlamasında TASS-ın baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib. |
O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir:""“Bu seçkidə əvvəlkilərdən daha çox fəallıq var. |
İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər”, - o vurğulayıb. |
M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş ərazilərini azad etməsi mühüm əhəmiyyət kəsb edir:""“Bu, insanların seçkiyə olan marağına çox təsir göstərib”. |
ATƏT-in seçki müşahidə missiyası bizim bütün ölkələrdə həyata keçirdiyimiz ümumi bir layihədir. |
O qeyd edib ki, layihəyə ATƏT PA-dan olan qısamüddətli müşahidəçilər, ATƏT DTİHB olan uzunmüddətli müşahidəçilər və DTİHB olan qısamüddətli müşahidəçilər daxildir:""“Müşahidəçilərin ümumi sayı üç yüzdən çoxdur. |
Onlar Bakıda, Sumqayıtda, Naxçıvanda və ölkənin digər regionlarında seçkini müşahidə edirlər”. |
O qeyd edib ki, müşahidənin məqsədi seçkilərin standartlara uyğun olub-olmamasını müəyyən etməkdir. |
“Burada aydın prinsiplər, standartlar, prosedur qaydalar var. |
Biz seçkinin bu qaydalara uyğun keçirilib-keçirilməməsini qiymətləndiririk. |
Bu qaydalar 1990-cı ildə qəbul olunmuş Kopenhagen sənədində əks olunub. |
Bizim müşahidəçilərimizin hamısı ciddi təlimdən keçib. |
Eyni zamanda onlar müşahidə ilə yanaşı, ölkədəki müxtəlif tərəflərlə görüşlər keçirib, məlumatlar alıblar”, - deyə A.Gerasimov bildirib. |
“Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib. |
Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir. |
Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. |
Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir. |
Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar. |
Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun: |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit poll”da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir. |
13:44"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Rəy” Monitorinq Mərkəzinin apardığı “exit poll”da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi E... |
Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın növbədənkənar prezident seçkisi üzrə İstanbul şəhərində baş tutan səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb. |
Süjetdə qeyd olunub ki, Azərbaycan vətəndaşları konsulluqlara, səfirliyə gedərək səsvermədə iştirak edirlər. |
Səsvermə, Azərbaycanda olduğu kimi, saat 19:00-dək davam edəcək. |
Bundan sonra səslər Türkiyədə sayılacaq və Azərbaycana təqdim ediləcək. |
Qeyd edək ki, xarici ölkələrdən prezident seçkisi üzrə ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir. |
Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə saat 08:00-dan (Bakı vaxtı ilə - 09:00) start verilib. |
Türk Dövlətləri Təşkilatından (TDT) bəzi müşahidəçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində prezident seçkisini izləyirlər. |
O qeyd edib ki, təşkilatın müşahidə missiyası iki qrupa bölünüb:""“Onlardan biri işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa və Xankəndidə seçkiləri izləyir”. |
Baş katib xatırladıb ki, seçkilər ərəfəsində TDT-dən olan müşahidəçilər Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də qeydə alınmış prezidentliyə namizədlərlə görüşlər keçiriblər. |
“Seçki hər bir ölkə üçün mühüm hadisədir. |
Bugünkü seçkini Azərbaycan üçün tarixi adlandırmaq olar, çünki onlar suveren ölkənin bütün ərazisində ilk dəfə keçirilir. |
Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”, - deyə K.Ömüralıyev vurğulayıb. |
“Azərbaycanda növbədənkənar prezident seçkisi demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir”. |
“Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. |
Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. |
Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, - deyə o vurğulayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.