Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onun sözlərinə görə, Azərbaycanda seçki beynəlxalq standartlara tam uyğundur. |
Pərviz Heydərov yazır...""Bütün növ əmək pensiyalarının sığorta hissəsinin ötən il qeydə alınan orta aylıq nominal əməkhaqqının illik artım faizi göstəricisinə uyğun olaraq qaldırılması həyata keçirildi və ödənişlər 11,2% yüksəldi. |
İndi də işləyən vətəndaşları əməkhaqlarının artırılıb, artırılmayacağı düşündürür. |
Ötən yazılarımda qeyd etmişdim ki, 2024-cü il üçün növbəti sosial paket icra etmək nəzərdə tutulmayıb. |
2019-cu ildən bəri isə dörd sosial paket həyata keçirilib. |
Ümumiyyətlə, əmək pensiyalarının sığorta hissəsinin, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalara əsasən formalaşan pensiya kapitalı məbləğlərinin əvvəlki ildə qeydə alınan istehlak qiymətləri indeksi göstəricisinə uyğun olaraq hesablanması qanunvericilikdən irəli gələn tələ... |
Yəni bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək. |
Sosial paketə daxil məsələlərdən biri əmək pensiyalarının minimum məbləği sayılır ki, hazırda bu məbləğ 280 manat təşkil edir. |
Ötən ilin əvvəlində ölkə başçısı İlham Əliyev 4-cü sosial paketə dair sərəncamı imzalamaqla minimum əməkhaqqı ilə yanaşı, minimum pensiya məbləği, həmçinin bütün növ sosial müavinətləri və təqaüdləri artırdı. |
Və bu zaman, minimum pensiya üzrə məbləğ 240 manatdan 280 manata çatdırıldı. |
Odur ki, cari ilin ən azı birinci yarısı ərzində hər hansı yeni artımlar da olacağı gözlənilmir. |
Ümumiyyətlə, bu məsələdə ehtiyatlı hərəkət etmək tələb olunur ki, istənilən düşünülməmiş addım qatarı relsdən çıxara bilər. |
Belə ki, ölkə əhalisinin sosial müdafiəsinin təşkili təkcə pensiyaları, sosial müavinət və təqaüdləri, həmçinin maaşları artırmaqdan ibarət deyil. |
Bu, istehlak qiymətlərini yüksəldə - inflyasiyaya artırıcı təsir göstərə bilər. |
Yeri gəlmişkən, ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım səviyyəsi istehlak qiymətləri indeksi göstəricisindən yüksək olub. |
Birincidə 11,2% qeydə alınıbsa, ikincidə 8,8% təşkil edib. |
Göstərilən rəqəmlər əksinə təşkil etmiş olsa idi, əmək pensiyaları üzrə bu il üçün tətbiq edilən indeksasiya həddi əhəmiyyətsiz xarakter daşıyacaqdı. |
Yəni, girişdə qeyd etdiyim artım pensiyaçıları 2023-cü ildəki inflyasiya və bahalaşmadan sığortalamayacaqdı. |
Məlumdur ki, Mərkəzi Bank (AMB) bu günlərdə ölkədə faktiki və proqnozlaşdırılan inflyasiya həddinin münasib, bu sahədə gözləntilərin sabit olduğunu nəzərə alaraq, eləcə də valyuta bazarında vəziyyətə əsaslanaraq uçot dərəcəsini növbəti dəfə 0,25% endirdi. |
Və bu, ölkədə bahalaşmanın öz əvvəlki tempini itirməsi ilə izah olundu. |
Lakin...AMB-nin açıqlamasında da yazılıb ki, bahalaşma və inflyasiyanı artıra biləcək risklər qalır. |
Vurğulanıb ki, illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. |
Qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırır. |
Bununla belə, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması cüzi bir səbəb və “bəhanə” axtarır ki, hər şeyi yenidən alovlandırsın. |
Ona görə də nəzərə almalıyıq ki, hazırda inflyasiya ilə bağlı vəziyyət kövrək xarakter daşıyır və AMB-nin açıqlamasında da yazıldığı kimi, yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər əslində bərabər gücə malik sayılır. |
Bu fonda isə əhaliyə ödənişlərin artırılması deyil, inflyasiya ovuna çevrilməməsi qayğısına qalmaq daha düzgün yol hesab edilir. |
Bu baxımından aşağıdakıları qeyd etməyi vacib sayıram:""1. |
Ötən ilin yanvarın 1-dən tətbiq edilən artımlar da 2022-ci ildəki bahalaşma və inflyasiyadan yüksək idi və 2021-ci ildən başlanan sözügedən prosesin səngiməyə doğru meyil götürməsi səbəbindən həmin artımlar tam olaraq “yemə” çevrilmədi. |
Yazdım ki, ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım istehlak qiymətləri indeksi göstəricisindən yüksək səviyyədə olub. |
İnflyasiya və bahalaşmanın 2022-ci ildən başlanan nisbətən səngimə prosesinin bu il də davam edəcəyi gözlənilir ki, AMB 2024-cü il üzrə inflyasiya proqnozu dəyişməz saxlayır. |
Söhbət maaşların minimum əməkhaqqı hesabına artırılması gözləntisindən gedərsə, bu sahədə dəyişikliyin olmayacağı təqdirdə bu, heç bir sahədə maaş və əməkhaqqı artımlarının baş verməyəcəyi demək deyil. |
Ümumiyyətlə, hər şey ilin gedişatından asılı olacaq. |
İl ərzində heç nə istisna deyil, o cümlədən minimum əməkhaqqının artırılacağı da... |
Bakıda 191 saylı məktəbdə yerləşən seçki məntəqəsində maraqlı anlar yaşanıb. |
Oxu.Az xəbər verir ki, Xətai rayonunun 98 yaşlı sakini, müharibə veteranı İsgəndər Vəliyev səs vermək üçün 36 saylı dairə seçki komissiyasının 16-cı məntəqəsinə gəlib. |
Yaşı və hərəkət məhdudiyyəti səbəbindən ona daşınan qutu (evdə səs vermə) ilə səs vermək təklif olunsa da, İsgəndər kişi məntəqədə səs vermək istəyib. |
Nə yaşının bir əsri haqlaması, nə hərəkət məhdudiyyəti onun ilham pərisini qocalda bilməyib, veteran şeir deyib, sonra isə səsvermə hüququndan istifadə edib. |
Videonu təqdim edirik:""Əzizə İsmayılova |
“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov prezident seçkisində səsvermə hüququndan istifadə edib. |
42 yaşlı çalışdırıcı seçkidə insanların fəal iştirakını müşahidə etdiyini bildirib:""“Azərbaycan üçün tarixi bir gündür. |
Çünki ilk dəfədir ərazi bütövlüyünü təmin etmiş suveren ölkə kimi seçki keçiririk. |
Artıq Şuşada, Laçında, Xankəndidə insanlar səsvermə hüquqlarından istifadə edirlər. |
Bunu eşitmək qürur hissi doğurur. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. |
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşa... |
Qasırğa gücünə yeni - altıncı kateqoriya tətbiq edilə bilər. |
Belə bir təkliflə ABŞ-nin Lourens Berkli Milli Laboratoriyasının alimləri çıxış ediblər. |
Onların sözlərinə görə, qasırğalar son illərdə çox güclənib və ümumi qəbul edilmiş miqyas onları təsnif etmək üçün artıq kifayət etmir. |
Qeyd edək ki, qasırğaların intensivliyini qiymətləndirmək üçün küləyin sürətinə əsaslanan “Saffir-Simpson” şkalası istifadə olunur. |
Birinci kateqoriya üçün bu göstərici 119 km/saat, sonuncu (beşinci) kateqoriya üçün 252 km/saat və yuxarıdır. |
Hazırda fırtına üçün maksimum səviyyə beşincidir. |
Lakin son 10 il ərzində daha şiddətli beş fırtına olub. |
Tədqiqatın müəllifləri küləyin gücü 252-309 km/saat olan qasırğaların beşinci kateqoriyaya, daha güclü küləkli qasırğaları isə altıncı kateqoriyaya daxil etmək istəyir. |
Alimlər bunu qlobal istiləşmə ilə əlaqələndiriblər. |
“Saffir-Simpson” qasırğa küləyi şkalasına 6-cı kateqoriya əlavə etmək qlobal istiləşmə səbəbindən böyük qasırğaların artması riski ilə əlaqəli təhlükələr barədə məlumatlılığı artıra bilər”, - deyə alimlər vurğulayıblar. |
“Seçki ilə bağlı Berlinə gedirik. |
Böyük qürurla səsvermədə iştirak edəcəyik”. |
Bunu Baku TV-yə açıqlamasında Almaniyada yaşayan iqtisadçı-ekspert Murad Cəlalov bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşərkən deyib. |
“Hələ mən dünyaya gəlməmişdən torpaqlarımız işğal olunmuşdu. |
Amma artıq torpaqlarımız azad edilib. |
Biz torpaqlarımızı döyüşərək, xahişsiz-minnətsiz geri qaytardıq. |
Buna görə də məğrur yeriyərək səsverməyə gedirik”, – deyə həmyerlimiz söyləyib. |
Daha ətraflı Baku TV-nin süjetində: |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. |
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. |
Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb. |
Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. |
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səs veriblər. |
Parisdəki seçki məntəqəsində Fransada yaşayan və müvəqqəti ezam olunan Azərbaycan vətəndaşları iştirak edirlər. |
Fransadakı azərbaycanlılar səsvermədə böyük fəallıq nümayiş etdirirlər. |
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. |
Səhər saat 08:00-dan etibarən 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında seçki prosesinə start verilib və seçki məntəqələri seçicilər üçün açıq elan edilib. |
Baku TV-nin bölgə müxbiri Aqil Əsədov 3 saylı seçki məntəqəsindəki seçki prosesi ilə tanış olub. |
Bildirilib ki, seçki məntəqəsində ilk dəqiqələrdən seçicilərin fəallığı müşahidə olunub. |
Səsvermədə iştirak edən şəhid anası Akifə Ağayeva qürurlu gün yaşadığımızı vurğulayıb:""“İnanıram ki, hər kəs öz layiqli namizədinə səs verəcək. |
Bu gün üçün canından keçmiş şəhidlərimizə borcluyuq”. |
Daha ətraflı Baku TV-nin süjetində: |
Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov minifutbolda çıxış edəcək. |
Yığmanın keçmiş üzvü “Turan”da çıxış edəcək. |
Qeyd edək ki, Ramazan Abbasov karyerası ərzində “Neftçi”, “Bakı” və “Rəvan”ın uğurları üçün çalışıb. |
Daha əvvəl “Neftçi”nin sabiq oyunçusu Zeynal Zeynalov “İnter”ə keçib. |
Meta Korporasiyası iOS üçün “WhatsApp”ın yeni beta versiyasını buraxıb. |
Onun əsas xüsusiyyəti generativ süni intellektin “Dəstək” bölməsinə inteqrasiyasıdır. |
Neyroşəbəkə mesencer"dən istifadə zamanı çətinlik çəkən istifadəçilərin suallarını cavablandıracaq. |
Yeni funksiyanın tətbiqi istifadəçilərin texniki dəstək işçiləri ilə əlaqəni tamamilə dayandıracaqlarını bildirmir. |
Süni intellekt, müştərinin sualının öhdəsindən gələ bilmədikdə və ya müştəri bunu proqramdan istəyəndə kömək üçün insanlara müraciət edəcək. |
Yeni funksiyanın məqsədi hətta xidmət işçiləri məşğul olduqda və tez cavab verə bilmədikdə belə, istifadəçilərə problemləri həll etməyə kömək etməkdir. |
Süni intellekt həm də ümumilikdə texniki dəstək yükünü və işçilərin cavab vermə müddətini azaltmağa kömək edəcək. |
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev səsvermədə iştirak edib. |
Bizim.Media xəbər verir ki, Ə.Qarayev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. |
O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:""“Azərbaycanda ilk dəfə ərazi bütövlüyümüz təmin olunandan sonra bütün ölkə vətəndaşlarımız prezident seçkisində iştirak edir. |
Son 3-4 ildə Azərbaycan xalqının təfəkkürü tamamilə dəyişib. |
Vaxtilə əziyyət çəkən, sıxılmış bir millət idik. |
Ancaq bizim hər bir fikrimizin, əməlimizin arxasında Qarabağ mövzusu dayanırdı. |
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuz qələbə qazandı, xalqımıza sevinc bəxş etdi. |
Sözsüz ki, bu qələbə xalqımızın təfəkkürünə, düşüncələrinə, daxili dünyasına çox müsbət təsir göstərdi. |
Artıq qalib xalq kimi səs veririk. |
Hesab edirəm ki, indiki məqamda bu seçkinin keçirilməsi çox məntiqlidir. |
Qonşu ölkələrdə də bu proseslər gedir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.