Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. |
Dövlət başçısı bir ildən sonra seçilməli idi, lakin bir sıra səbəblərə görə, ilk növbədə Qarabağın qaytarılması ilə bağlı növbədənkənar səsverməyə qərar verilib. |
Mərkəzi Seçki Komissiyasının və parlamentin nümayəndələri bu seçkinin bir çox cəhətdən tarixi olacağını vurğulayaraq yüksək fəallıq gözlədiklərini bildiriblər. |
Gazeta.ru yazır ki, bu proqnozlar özünü doğrultdu və hazırkı Prezident İlham Əliyev inamlı qələbə qazanaraq digər namizədləri xeyli geridə qoydu. |
Seçki - birliyin nümayişi kimi"Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 93 faizinin məlumatlarını hesabladıqdan sonra Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin növbədənkənar seçkidə 92,05 faiz səslə qalib gəldiyini bildirib. |
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, seçkidə seçicilərin 77 faizə yaxını iştirak edib. |
MDB-nin baş katibi Sergey Lebedev bundan əvvəl bildirib ki, seçicilərin çoxluğu respublika sakinlərinin seçkiyə yüksək marağından xəbər verir. |
O, həmçinin, bunu Azərbaycan vətəndaşlarının sülhün, sabitliyin və əmin-amanlığın qorunması üçün əlindən gələni etməyə hazır olmasının nümayişi hesab edib. |
Rusiya Prezidenti Vladimir Putin artıq İlham Əliyevə zəng edərək onu növbədənkənar prezident seçkisində inamlı qələbəsi münasibətilə ürəkdən təbrik edib və ona belə yüksək dövlət vəzifəsində fəaliyyətində yeni uğurlar arzulayıb. |
MSK-nın hesablamaları bir gün əvvəl açıqlanan “exit poll” nəticələri ilə üst-üstə düşür. |
Beləliklə, İlham Əliyev 2018-ci ildə keçirilən son seçkidəki uğurunu üstələyib, həmin vaxt onun namizədliyini 74,5 faiz fəallıqla seçicilərin 86,22 faizi dəstəkləmişdi. |
Belə nəticələr, ümumiyyətlə, proqnozlaşdırılabilən idi - hər halda, Gazeta.ru-nun müxbirinin seçkiyə bir neçə gün qalmış söhbət etdiyi Bakı sakinləri İlham Əliyevdən praktiki olaraq yeganə mümkün namizəd kimi danışırdılar. |
Sadə vətəndaşlar, kafe və digər kiçik biznes sahibləri ilk növbədə Qarabağdakı zəfəri qeyd ediblər. |
Gözlənilirdi ki, İlham Əliyev ənənəvi olaraq Bakıdakı məktəblərdən birində seçki məntəqəsində səs verəcək, lakin o, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Xankəndiyə getdi. |
Prezident və ailə üzvlərinin 14 saylı seçki məntəqəsində səs verməsi bu ərazilərin Azərbaycana məxsus olduğunu nümayiş etdirən parlaq jest oldu. |
Sevinc göz yaşları içində səsvermə"Bir çox mediada Bakıdakı seçki məntəqələrindəki növbələrdən yazsalar da, bunu Qarabağda seçkinin yaratdığı ajiotajla müqayisə etmək çətindir. |
Orada 26 seçki məntəqəsi fəaliyyət göstərirdi. |
Bu, hazırda bu ərazilərdə qeydiyyatda olan 23 min seçici üçün kifayətdir. |
Azərbaycanın MSK sədri Məzahir Pənahov bununla belə, etiraf edib ki, seçicilərin sayı daha çox ola bilər, çünki hazırda Qarabağda tikinti-bərpa işlərinin çoxlu iştirakçıları var. |
Rusiyalı müxbirin seçki məntəqələrində müşahidə etdikləri onun sözlərinin doğruluğunu təsdiq edib. |
Söhbət edə bildiyimiz bütün seçicilər təxminən eyni şeyi söylədilər - uşaqlıqdan xatırladıqları evlərinə, torpaqlarına qayıtdıqlarına görə çox xoşbəxtdirlər. |
Eyni zamanda, hətta yetkin kişilər də göz yaşlarını çətinliklə saxlaya bilirdilər, son dərəcə səmimi şəkildə bunu mümkün edən dövlətə minnətdarlıqlarını bildirirdilər. |
Məsələn, Laçın rayonunun Zabux kəndində günortaya qədər artıq 700-ə yaxın (bu məntəqəyə qayıdan yerli sakinlərin yarısı) insan səs verib. |
Seçki məntəqəsi bir neçə il əvvəl tikilmiş məktəbdə yaradılıb. |
Zabux - terrakota damları altında işıqlı evlərdən ibarət bir neçə küçəsi olan kənddir. |
Yerli sakinlərin dediyinə görə, Zabuxda bütün qeydiyyatda olanlara dağıdılmış və yandırılmış evlərinin əvəzinə mənzillər verilib. |
Üstəlik, evlər təkcə 30 il qabaq buranı tərk etmək məcburiyyətində qalan insanlar üçün deyil, həm də onların ailə üzvləri üçün tikilib. |
Rayonda iş var:istehsalatda, təsərrüfatlarda, məktəblərdə və digər dövlət müəssisələrində, ona görə də söhbət işləmək üçün yerlərin çatışmazlığından daha çox, işçi çatışmazlığından gedir. |
Evlərinə qayıtmış (bərpa edilmiş və ya yeni tikilmiş) sakinlər üçün sosial müavinətlər və vergidən azad olmaq kimi güzəştlər nəzərdə tutulur. |
Evlərin özünü də sakinlər pulsuz alıblar. |
Hər ailəyə bostan üçün torpaq sahəsi verilir, Zabux sakinləri artıq tərəvəz, meyvə və göyərti əkməyə hazırlaşırlar. |
Onlar kəndin küçələrində şaftalı, gilas, alma ağaclarının necə bitdiyini xatırlayır və evlərini çiçəklənən bağ görkəminə qaytarmaq istəyirlər. |
Qonşu, dağ yamacında yerləşən Laçın şəhərində də seçki məntəqələrində növbələr yaranıb - birində, əsasən, qəsəbənin bərpasında iştirak edən işçilər, digərində isə şəhər sakinləri səs veriblər. |
Hər iki halda insan axını olub, müşahidəçilər səhər saatlarında izdihamın daha çox olduğunu qeyd ediblər. |
Laçın artıq bir çox cəhətdən dinc həyata qayıdıb:evlər və yollar, istirahət və uşaq meydançaları salınıb, mağazalar fəaliyyət göstərir. |
Şəhərin internetlə təmin olunmasında iştirak edən işçilərin sözlərinə görə, bərpa bir il ərzində başa çatacaq. |
Bölgə fəal şəkildə yenidən qurulsa da, yeni görkəm alsa da, hərbi əməliyyatların çapıqları hələ də göz qabağındadır - yolun kənarında ancaq bünövrə və divar qırıqları qalan bütöv kəndlər görünür, orada-burada minaların təhlükələri haqqında məlumat lövhələri var (bir neçə il ərzində onlardan 300-dən çox insan həlak olub... |
Xaricdən müşahidə"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi zamanı seçki məntəqələrində işləyən MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusunu qeydə almayıblar. |
Müstəqil Dövlətlər Birliyinin prezident seçkisini müşahidə edən missiyası yanvarın 17-dən ölkədə fəaliyyət göstərir. |
Bu müddət ərzində səkkiz müşahidəçi bölgələrə səfər edərək dairə komissiyalarının işi ilə tanış olub. |
Azərbaycan Mərkəzi Seçki Komissiyası mümkün pozuntuların qarşısını almaq üçün - adi müşahidəçilərdən və veb-kameralardan tutmuş, ultrabənövşəyi şüalarla barmaqların işarələnməsinə qədər müxtəlif tədbirlər həyata keçirib. |
Barmaq işarələri şəxsin yenidən səs verməsinin qarşısını almaq məqsədi daşıyır və qalıcılığı bir neçə gündür. |
Seçkinin nəticəsi heç bir şübhə doğurmur - həm Azərbaycan sakinləri, həm də səsvermə prosesini müşahidə edən ekspertlər bu fikirdə yekdildirlər. |
İlham Əliyevin nailiyyətləri və vətəndaşlar arasında populyarlığı dövlət başçısının inamlı qələbəsini təmin etdi və bu, onun seçdiyi kursun dəstəkləndiyini təsdiqlədi. |
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında mənzildə yanğın baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 18 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları 10 kvadratmetr sahədə və bitişik mənzilin eyvanının taxta atmaları 1 kvadratmetr sahədə yanıb. |
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. |
12-16 fevralda keçiriləcək növbəti epizootoloji monitorinq zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və di... |
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. |
Bildirilib ki, eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Şabran, Siyəzən, Lənkəran, Cəlilabad, Masallı, Salyan, Hacıqabul, Biləsuvar, Bərdə və Beyləqan rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Xızı, Şabran, Xaçm... |
Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. |
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji... |
Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub. |
Mən bunu yaşamalıyam” deyirdi hər zaman. |
Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi. |
Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. |
Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb. |
Publika.az xəbər verir ki, bu gün “Şöhrət” ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın anım günüdür. |
Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. |
Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. |
Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. |
Məktəbə “Güləliyeva” soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb. |
O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. |
Aktrisa müsahibələrinin birində belə deyib:""“Anam işləməyimə qarşı çıxırdı. |
Qonşudan pul alıb, Bakıya gəldim. |
Həm oxuyurdum, həm də işləyirdim. |
Maddi sıxıntılarım hər zaman olurdu. |
Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. |
Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. |
Mən də bütün ömrümü sənətə həsr etdim, həyatımı teatrda, tamaşalarda keçirdim”. |
Aktrisa 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. |
Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Zərnigar xanım rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin “Müdriklər” dramında ilk dəfə Mamayeva rolunu oynayıb. |
1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. |
1989-1992-cil illərdə aktrisaya cəmi iki rol həvalə olunub. |
Bu haqsızlığa dözə bilməyən Zərnişan Ağakişiyeva Akademik Milli Dram Teatrından uzaqlaşıb. |
Bir də düz yeddi ildən sonra doğma teatrına qayıdıb. |
Ömrünün 40 ilini bu sənət ocağına bağlayan aktrisa yaxın müddətdə Zərnigar xanım “Vaqif”, “Kölgələr pıçıldaşır”, “Kimdir haqlı?”, “Təhminə və Zaur”, “Mahnı dağlarda qaldı”, “Poçt şöbəsində xəyal”, “Eşq və intiqam”, “Ölülər”, “Qatarın altına atılan qadın” kimi səhnə əsərlərində özünəməxsus, bənzərsiz və təkrarsız obrazl... |
Zərnigar Ağakişiyeva milli kino sənətimizin ən gözəl simalarından biri olmağı bacarıb. |
50-yə yaxın ekran əsərində bu gün də sevilərək izlənilən, yadda qalan obrazlar yaradıb. |
“Təhminə və Zaur”, “Yuxu”, “Yaramaz” filmlərindəki rolları ilə bir başqa cür sevilib aktrisa. |
Özünün ən çox sevdiyi obrazı isə “Təhminə və Zaur” filmindəki Zivər rolu olub. |
Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. |
2014-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. |
Amma bütün bunlar onun xoşbəxtliyi üçün bəs etməyib nə yazıq ki...""Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyeva böyük bir eşq yaşayıb. |
O, sirli sevgilisinin adını çəkməsə də, müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında daşıb:""“Həyatımın böyük sevgisini yaşadım. |
Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. |
O adam mənim sənətimi qəbul etmirdi”. |
Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlaya-ağlaya verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. |
İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. |
Bu bərabərliyin də sonu olmayıb. |
13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. |
Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddiyat baxımından alınmayıb. |
Onun həyatda ən böyük qorxusu tək ölmək olub:""“Qorxuram ki, qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”. |
Qeyd edək ki, Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də evində yalnız, səssiz-səmirsiz dünyasını dəyişib. |
Tənhalığı sevməyən aktrisa ömrünü elə tənhalıqda başa vurub. |
Yaşadığı mənzildə üç gündən sonra cansız meyitinin aşkar olunması aktrisanın oynadığı bütün faciəli obrazları kölgədə qoyub. |
Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld prezident seçkisində inamlı qələbəsi ilə bağlı Preziden İlham Əliyevi təbrik edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.