Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə səfir “X” hesabında bildirib. |
“Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. |
Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. |
Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq”. |
Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. |
Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. |
Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq. |
“Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi. |
Bütün azərbaycanlıların çoxdankı, ağrılı problemini həll edən Prezident bu gün xalq hörmətinin zirvəsindədir. |
Bu, ona verilən səslərdə də özünü göstərib”. |
Bu fikirlər “Komsomolskaya Pravda” qəzetinin Azərbaycanda keçirilən prezident seçkisi haqda məqaləsində əksini tapıb. |
Tarixi səsvermə prosesi"Çox adam vaxtından əvvəl səsverməyə getdi. |
Səhər saat 8-də 6,3 min seçki məntəqəsi açıldı və Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qeyd etdiyi kimi, tarixdə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində səsvermə keçirilib. |
Milli Elmlər Akademiyasının binasında təşkil olunmuş 8 saylı seçki məntəqəsində seçicilərin əksəriyyəti köhnə Bakı şəhərinin (onlar oranı “Qala” adlandırır) sakinləridirlər. |
Siyahılarda mindən çox adam qeydiyyatdan keçib. |
Səkkizinci məntəqə seçki komissiyasının sədri Sərdar Əliyevin dediyi kimi, səhər saat 9-a kimi onlardan yüzdən çoxu səs verib. |
Sonradan insan axını ancaq artmağa başlayıb. |
MSK-nın rəsmi məlumatına görə, saat 10:00-a qədər 1,259 milyon vətəndaş öz seçimini edib - bütün seçicilərin demək olar ki, beşdə biridir. |
Günortaya qədər isə artıq 2,5 milyon insan səs verib ki, bu da təxminən 39% təşkil edib. |
Seçki məntəqəsinin girişində seçicilər məcburi prosedurdan keçiblər:seçki komissiyasının əməkdaşı əvvəlcə barmağın ultrabənövşəyi şüa altında parlayıb-parlamadığını yoxladıqdan sonra sol baş barmağına görünməz mürəkkəblə xüsusi sprey vurub. |
Bu tədbir təkrar səsvermə cəhdlərinin qarşısını almaq məqsədi daşıyırdı. |
Yalnız bundan sonra insanlar şəxsiyyət vəsiqələrini göstərib bülleten alıblar. |
Jurnalistlərlə ünsiyyətdə olanda onların əksəriyyəti ən azı növbəti yeddi il ərzində kimi dövlət başçısı kimi görmək istədiklərini gizlətməyiblər:""“Prezidentimiz vətəndaşlarımıza qarşı çox diqqətlidir. |
O, mütəmadi olaraq köhnə şəhərdə bizə baş çəkir, sakinlərlə ünsiyyətdə olur. |
Onlar Prezidentə müraciət edərək kömək istəyiblər. |
O, hətta kiçik problemlərin həllinə belə kömək edir”. |
Təqaüdçü Veta Əliyeva isə seçimini belə izah edib:“Mən onun insani keyfiyyətlərinə səs verdim”. |
8-ci məntəqədə səsvermə prosesini Qoşulmama Hərəkatının Gənclər Təşkilatından olan üç müşahidəçi, Malavi, Mozambik və Tanzaniya vətəndaşları izləyiblər. |
“Malavidə mən seçkilərdə, xüsusən 2020-ci il prezident seçkilərində işləmişəm. |
Mən ilk dəfədir ki, beynəlxalq müşahidəçi kimi iştirak edirəm. |
Azərbaycanda seçkilər həm səsvermə prosesinin sadəliyi və əlçatanlığı, həm də şəffaflığı baxımından çox yaxşı təşkil olunur. |
Mən burada heç bir problem görmürəm”, - deyə müşahidəçi Robert Çifundo bildirib. |
Ancaq heç bir problem yox idisə, bəzi qəribəliklər var idi.Mərkəzi Muzeydə yerləşən 38 saylı seçki məntəqəsində namizədlərin adları ilə tribunaya yaxınlaşan yaşlı ər-arvad çaş-baş qalıb. |
“Siyahıda iki Əliyev var, bu necə ola bilər? |
Səhv deyilmi?” deyə Seçki komissiyasının üzvü Hacı Babayevə müraciət olunub. |
O, izahat verib və həmin şəxsləri arxayın edib. |
O, tribunaya yaxınlaşan şəxslərə “biri özünün namizədliyini irəli sürən Fuad Əliyev, digəri Prezident İlham Əliyevdir. |
Onlardan başqa daha beş namizəd var” deyə o bildirib. |
Hacı Babayevin sözlərinə görə, bu sahə çətindir. |
Çünki ona təyin edilmiş seçicilərin üçdə biri dənizçidir. |
“Gəmi və onun heyəti limandadır, kapitanı çağırıram:komandir, taksi çağırın, uşaqları seçki məntəqəsinə göndərin”, - Dəniz Akademiyasında müəllim işləyən Hacı Babayev danışıb. |
Bu ərazidə 11 hərəkət məhdudiyyəti olan şəxs qeydiyyatdadır. |
“Biz onların yanına komissiya üzvləri göndərdik, onlar da müşahidəçilərin müşayiəti ilə daşınan seçki qutularını evlərinə çatdırdılar. |
Özümüz isə hələ səs verməmişik. |
Çünki oturmağa belə vaxt yoxdur - görürsən orada nə qədər insan axını var. |
Yəqin ki, yalnız axşama doğru səs verəcəyik”, - seçki komissiyasının üzvü Yelena Kabbarova bildirib. |
Bu gün seçicilər ayrı-ayrılıqda və bütöv ailə ilə seçki məntəqələrinə gəliblər. |
35 yaşlı vəkil Cəmil Əlizadə qızı Kamilla ilə səsverməyə gəlib. |
23 saylı məntəqə onun evinin yaxınlığındadır. |
Cəmil bəyin arvadı xəstələnib və uşağı özü ilə aparmağı xahiş edib. |
“Həyatımı firavan adlandırmaq olar. |
Hesab edirəm ki, dövlətin müsbət sabitliyi qoruyub saxlamağı bacarması çox vacibdir. |
Mənim nəslim üçün bu, gələcəyə inamdır, uşaqlarımızın hansı şəraitdə böyüyəcəyini dərk etməkdir. |
Ona görə də kimə səs verəcəyimlə bağlı heç bir şübhəm yox idi”, - deyə Cəmil Əlizadə bildirib. |
Saat 19:00-dək növbədənkənar prezident seçkilərində beş milyona yaxın insan, seçicilərin 76,7 faizi səs verib. |
Yarım saat sonra isə keçirdiyi brifinqdə “Oracle Advisory Group”dan Corc Birnbaum 63 min Azərbaycan vətəndaşı arasında keçirilən exit-poll məlumatlarını açıqlayıb. |
Araşdırmaya görə, İlham Əliyev 93,9 faiz səs toplayıb. |
Brifinqdə açıqlanan məlumatlar xəbər lentlərində görünən kimi şəhər küçələrində ümummilli şənlik başlayıb. |
Bakıda avtomobil siqnallarının gurultusu bir neçə saat ərzində səngiməyib, onların üzərində dövlət bayraqları dalğalanıb. |
Meydanlar bir-birini təbrik edən vətəndaşlarla dolu olub. |
Bütün Azərbaycan üçün yeddi fevral sadəcə qeyri-iş günü, seçki günü deyil, əsl bayrama çevrilib. |
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar aktiv mərhələdədir, lakin dəqiq tarixlər hələ də razılaşdırılır”. |
Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib. |
“Hazırda Putinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir. |
Üstəlik, Rusiyanın demək olar ki, bütün əsas qurumları - həm iqtisadi, həm də siyasi - hazırlıq işləri görür”, - Kreml nümayəndəsi bildirib. |
“Səfərin konkret tarixləri hələ razılaşdırılma mərhələsindədir”, - deyə o əlavə edib. |
Prezidentin köməkçisi Rusiyanın Türkiyə ilə çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. |
“Toyota” Abşeron Mərkəzində baş tutan təqdimatda şirkət həm də “Toyota”nın yenilənmiş satış konsepti - FFT (FrontLine For Tomorrow)-ni də müştərilərinə tanıdıb. |
Müştərilərə daha rahat, sürətli və effektiv xidmət göstərmək üçün nəzərdə tutulan bu dəyişikliklər və konsept regionda ilk dəfə “Toyota” Abşeron Mərkəzində reallaşdırılıb. |
Müştəri mərkəzli qərar mexanizmlərində olan yeniliklərlə istər satış, istərsə də texniki servis prosesini daha şəffaf və komfortlu etmək FFT konseptinin əsas istiqamətlərindəndir. |
Əlavə olaraq, bütün sistemin rəqəmsallaşdırılması, “Toyota” brendinin ən son texnologiyaları da artıq “Toyota” Abşeron Mərkəzində müştərilərin xidmətindədir. |
Tədbirin ikinci hissəsində isə tam yeni “Toyota C-HR” modeli müştərilərə təqdim olunub. |
Müasir və funksional interyer üslubu premium rahatlıqla birləşdirən bu model böyük zövqlə dizayn edilib. |
“Toyota” ilk dəfə 2017-ci ildə təqdim olunan qeyri-ənənəvi dizayna, özünəməxsus xarakterə və yüksək keyfiyyətə malik bu model ilə bu günədək Avropada 840 000-dən çox satış edib. |
Yeni “Toyota C-HR” modeli Azərbaycanda iki fərqli, “Toyota”nın ən yeni, beşinci nəsil hibrid texnologiyasına sahib mühərrikləri ilə təqdim olunub. |
Bunlardan biri 140 at gücünə sahib olan 1,8 litrlik hibrid mühərrik, digəri isə 197 at gücünə sahib iki litrlik hibrid mühərrikdir. |
Ümumi uzunluğu 4 362 millimetr, eni 1 832 millimetr, hündürlüyü isə 1 558 millimetr olan yeni “Toyota C-HR” avtomobilinin kuzasının möhkəmliyi indi daha da artırılıb. |
Ön faraları oxa bənzəyən 3D arxitekturaya sahib bu avtomobilin cizgiləri kəskindir. |
Həmin ön faralar dördhissəli LED işıqlarla təchiz olunub. |
Bu modeldə ən çox diqqətə çarpan məqamlardan biri gizlin qapı qollarıdır. |
“Toyota” ilk dəfə yeni “Toyota C-HR” modelində premium xüsusiyyət kimi qapı dəstəyini görünməz edib. |
Ön tərəfdə olduğu kimi arxa hissədə də LED işıqlar hakimdir, belə ki, modelin adı arxa LED lampa ilə birləşərək cazibədar bir görünüş əmələ gətirir. |
Bu ecazkar avtomobilin interyerinə nəzər salarkən 64 fərqli rəngdə kabinə işıqlandırılmasını xüsusi qeyd etmək lazımdır. |
Bu işıqlar xarici işıqlanmaya (hava şəraitinə), daxili istiliyə görə rəngini dəyişir. |
Avtomobilin daxili monitor sistemi, düymələrlə idarə olunması, oturacaqları - bir sözlə interyer sizin rahatlığınız üçün hesablanıb. |
“Toyota Safety Sense” və “Toyota T-Mate” ilə təchiz olunmasına görə idarəetmənin daha rahat və təhlükəsiz həyata keçirilməsi nəzərdə tutulub. |
Bununla yanaşı, aydın informasiya üçün tam yeni 12,3 düyümlük kombimetr də sürücünün seçiminə köklənib. |
Yeni “Toyota C-HR” modeli ilə “Toyota” cəsarətli bir addım atmaqla bərabər öz ənənəsinə də sadiq qalır. |
Səmərəliliyi ilə diqqətləri üzərinə toplayan bu model təkrar emal edilmiş materiallardan hazırlanıb və heç bir heyvan mənşəli məhsullardan istifadə edilməyib. |
Qabaqcıl texnologiyaların təsiri ilə onun həm çəkisi, həm istehsalı zamanı CO2 emissiyaları azaldılıb ki, bu da ətraf mühiti qorumağa dəstək olur. |
Yeni “Toyota C-HR” müştərilərinə aydın və intuitiv təcrübə qazandırmaq üçün nəzərdə tutulub. |
“Toyota” müştəriyönümlü bu yeni modeli ilə hərtərəfli inkişaf prosesini fərdiləşdirib və istehlakçıya dəyər qatmaq üçün funksionallığı inkişaf etdirib. |
Belə ki, bu təcrübə hətta sürücü avtomobilə əyləşməmiş başlayır. |
Sürücü yaxınlaşdıqca maşın onu xüsusi işıqlandırma ilə qarşılayır, oturacaq mövqeyi, alətlər ekranı və multimedia üçün əvvəlcədən saxlanmış parametrlər avtomatik tətbiq edilir. |
“Toyota” bütün dünyada tarix yazarkən, yeni “Toyota C-HR” istehlakçılara daha unikal tərz, daha güclü performans və daha yaxşı effektivlik bəxş edəcək. |
Yeni “Toyota C-HR” xəyal edilib, dizayn edilib və istehsal edilib. |
Onun yeni dövrün reallığı ilə birbaşa əlaqəsi var! |
Yeniliklərə doğru bir addım atmaq istəyənlər üçün yeni “Toyota C-HR”! |
Yeni “Toyota C-HR” 1,8 litr hybrid və iki litr hybrid mühərriklə artıq “Toyota” Abşeron Mərkəzində sizləri gözləyir. |
Ünvan:Bakı-Sumqayıt şossesi 6-cı kilometr, 012 349 00 60/*0110 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.