Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Günəbaxan tumu demək olar ki, hər kəs tərəfindən sevilən məhsuldur. |
Bəziləri onlara qarşı daha diqqətli olmaq lazım olduğunu söyləyir, digərləri isə əksinə, onların daha çox faydasından danışır və mütləq hər gün bir ovuc tum çırtlamaq lazım olduğunu iddia edirlər. |
Rusiyalı qastroenteroloq Yekaterina Kaşux bu məsələyə aydınlıq gətirib. |
Onun sözlərinə görə, günəbaxan toxumlarında kalorilərin çoxu yağlardan gəlir - 100 qram məhsula təxminən 56 qram. |
“Çox görünür, amma əslində tum o qədər də zərərli deyil. |
Onların tərkibində qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edən, ürək və qan damarlarının sağlamlığına faydalı təsir göstərən yağlar var. |
Bununla belə, miqdara riayət etmək vacibdir. |
Əgər pəhriz ümumiyyətlə balanslaşdırılmışdırsa, kifayət qədər miqdarda tərəvəz və meyvələr, həmçinin yağsız protein mənbələri və yavaş karbohidratları ehtiva edirsə, o zaman təhlükəsiz tum miqdarı təxminən 30 qramdır ki, bu da təxminən iki-üç yemək qaşığıdır”, - deyə həkim qeyd edib. |
Mütəxəssis standart tum paketində gündəlik kalori qəbulunun yarısı olduğunu deyərək, bunu bir dəfəyə istehlak etməməyə çağırıb. |
“Bundan əlavə, başqa risklər də var. |
Tumların özləri o qədər də zərərli deyil. |
100 qram çiy günəbaxan çırtlamaq kifayət qədər doyurucudur. |
Ancaq duzlu günəbaxan tumlarından danışanda vəziyyət dəyişir, ondan ayrılmaq həqiqətən çətindir. |
30 qram qovrulmuş duzlu tumun tərkibində təxminən 160 mkq natrium var. |
Bu duzun gündəlik dəyərinin 8%-ni təşkil edir ki, bu da kifayət qədər çoxdur. |
Duzun uzun müddət istehlakı hipertoniya və digər ürək-damar xəstəliklərinə səbəb ola bilər. |
Yetkinlər üçün duz qəbulunu gündə beş qrama qədər məhdudlaşdırmaq tövsiyə olunur”, - deyə həkim xəbərdarlıq edib. |
O, sağlamlığa zərər vermədən tum istehlakı üçün duzsuz olanları seçmək və digər bitkilərin toxumları ilə əvəz etməyin daha yaxşı olduğunu deyib. |
“Günəbaxan tumlarına çoxlu sağlam alternativlər var - balqabaq, kətan, küncüt, çia toxumları. |
Onları ovuc-ovuc yemək lazım deyil - müxtəlif yeməklərə, məsələn, salatlara, taxıllara, smuzilərə, yoqurtlara bir çimdik kifayətdir”, - deyə Yekaterina Kaşux sözlərini bitirib. |
Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib. |
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. |
FHN Mətbuat Xidmətindən verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən söndürülüb. |
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kvadratmetr sahədə qamışlıq yanıb. |
Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub. |
18:34"Bakıda qamışlıq ərazidə yanğın başlayıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib. |
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. |
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. |
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. |
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib. |
Görüşlərdə Milli Məclisin sədri prezident seçkisini müşahidə etdikləri üçün minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçki ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. |
S.Qafarova qeyd edib ki, ilk dəfə olaraq prezident seçkisi Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. |
Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. |
Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkisinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb. |
İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkisi beynəlxalq qaydalara uyğun təşkil olunub. |
Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkisinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. |
O deyib ki, seçkinin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir. |
Fevralın 1-i Ailə TV-nin Gəncə şəhərində yeni, ikinci filialının açılışı baş tutub. |
Gəncə şəhərinin mərkəzində, Cavadxan küçəsi 16 ünvanında yerləşən yeni Ailə TV Gəncə 2 (Cavadxan) filialı şirkətin yeni korporativ üslubuna uyğun, müasir tərtibatda işlənib. |
Regional şəbəkənin aktiv inkişafı Ailə TV-nin prioritet strateji məqsədlərindən biri hesab olunur. |
Gəncədə ikinci filialının açılışı ümumilikdə Gəncə şəhərinin sakinlərinə daha əlçatan internet və televiziya xidmətlərini təqdim edərək şəhər əhalisinin rəqəmsal mühitə transformasiyasını keyfiyyətcə daha üstün səviyyəyə qaldırmağa xidmət edəcək. |
Qeyd etmək lazımdır ki, Ailə TV-nin əsas fəaliyyət istiqamətlərindən biri müasir texnologiyalardan istifadə edərək daim müştəri xidmətlərinin keyfiyyətini artırmaqdır. |
Bu gün Ailə TV Bakı şəhərində Baş Ofis də daxil olmaqla 8, Gəncə şəhərində isə 2 filial olmaqla ümumilikdə 10 mərkəzlə əhaliyə yüksək keyfiyyətli fiber-optik internet, iptv və rəqəmsal kabel televiziyası xidmətləri göstərir. |
Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür. |
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb. |
Mİ-171 hərbi vertolyotu ilə bağlı insidentin hava limanının kənarında baş verdiyi bildirilib. |
Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində onun üç nəfərlik heyəti həlak olub. |
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun həlak olanların ailələrinə və bütün hərbçilərə başsağlığı verib. |
Qəza ilə bağlı araşdırmalara başlanılıb. |
“Hazırkı prezident seçkilərinin əsas xüsusiyyəti müstəqil Azərbaycanın bütün ərazisində, xüsusilə işğaldan azad olunmuş Qarabağda da keçirilməsi idi”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın səkkizində keçirdiyi mətbuat konfransında çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, nümayəndə heyətinin rəhbəri Valeriy Kolyux deyib. |
O bildirib ki, seçkilərdə iştirak etmiş hər bir Azərbaycan vətəndaşı Qarabağda qazanılan Qələbənin bir hissəsi olmuş, ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmişdir. |
“İşğaldan azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi, Ukrayna hökuməti üçün bir təcrübə oldu”, - deyə deputat əlavə edib. |
V.Kolyux seçkilər münasibətilə bütün Azərbaycan xalqını təbrik edib və Qarabağın tezliklə bərpa edilməsini arzulayıb. |
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkidəki qalibiyyəti münasibətilə təbrik edib. |
O, bu barədə sosial media hesabında paylaşım edib. |
“Düzgün seçim münasibətilə Azərbaycan vətəndaşlarını və Prezident İlham Əliyevi təbrik edirəm. |
İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç zaman etməyib. |
O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır”, - Saakaşvili yazıb. |
“Maşina vremeni” rok qrupunun yaradıcısı Yuri Borzov Moskvada vəfat edib. |
70 yaşlı musiqiçinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. |
Bununla yanaşı, daha əvvəl onun infarkt keçirdiyi də qeyd olunur. |
Borzovun meyiti Rusiya paytaxtının Basmannı rayonu Tokmakov prospektindəki mənzilində tapılıb. |
Meyitin üzərində zorakılıqla ölüm izləri aşkar edilməyib. |
Ölümün dəqiq səbəbini ekspertiza müəyyən edəcək. |
“Azərbaycanda prezident seçkiləri keçirilib. |
Hazırkı dövlət başçısı İlham Əliyev 92 faizdən çox səs toplayaraq qeyd-şərtsiz qələbə qazanıb və beşinci müddətə seçilib. |
Kampaniyanın əsas özəlliyi səsvermənin ilk dəfə Qarabağda da baş tutması idi”. |
Bu barədə Rusiyanın “İzvestiya” nəşrinin ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisiylə bağlı hazırladığı reportajda deyilir. |
“Səsvermənin nəticəsinə heç kim şübhə etmirdi. |
Hazırki dövlət başçısı İlham Əliyev şəksiz favorit sayılırdı”, - deyə materialda bildirilir. |
“Seçki günü Rusiya nümayəndə heyəti Qarabağa gedib. |
Hər bir Azərbaycan kəndinin girişində 2020-ci il müharibəsində həlak olan şəhidlərin - hərbçilərin fotoşəkillərindən ibarət stendlər var idi.Kənd qəbiristanlıqlarında ayrıca xiyabanlar var, orada qəbirlər çardaqlarla örtülüb və dövlət bayraqları ilə bəzədilib. |
Qarabağa daxil olarkən təhlükəsizlik qüvvələri pasportları yoxlayırlar, sonra ayrı-ayrı rayonların sərhədlərində keçid məntəqələri var. |
Rayonda yolların kənarında ətrafın minalanmış olduğunu xəbərdar edən lövhələr quraşdırılıb. |
Məlumdur ki, 2020-ci il müharibəsindən sonra 350 nəfər partlayıcı qurğuların qurbanı olub. |
Yol kənarlarında dağılmış və atılmış evlər görünür. |
Eyni zamanda minalardan təmizlənmiş ərazilərdə tikinti texnikası işləyir, yeni yollar, körpülər tikilir”, - deyə nəşrin Azərbaycanda olmuş müxbiri səfər təəsüratlarını bölüşüb. |
Həmçinin, məqalədə bildirilir ki, seçkinin ilkin nəticələri açıqlandıqdan sonra Bakının mərkəzində şənliklər başlayıb. |
“Mərkəzi meydanlara toplaşan yüzlərlə insan dövlət bayraqlarını dalğalandırır, bir-birini təbrik edir, dövrə vuraraq rəqs edirdilər. |
Bəziləri İlham Əliyevin portretləri ilə gəzirdilər. |
Sürücülər izdihamı səs siqnalı ilə salamlayırdılar. |
Səsvermə epoxal idi.Respublika əvvəlki inkişaf mərhələsinin üstündən xətt çəkdi və bu mərhələdə bütün səylər Qarabağ məsələsinin həllinə sərf olunaraq müsbət nəticə qazanıldı”, - materialda vurğulanıb. |
Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib. |
Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub. |
Dövlət standartları aşağıdakıları müəyyən edir:""- xüsusi təhsilin məzmununu;"- xüsusi təhsilin idarə olunmasını;"- xüsusi təhsilin maddi-texniki və tədris bazasını;"- xüsusi təhsilin infrastrukturunu;"- xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini;"- xüsusi təhsilin təşkilini;"- təhsilalanların nailiyyət... |
Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. |
Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlan masında əsas götürülür. |
Dövlət standartları beş il müddətinə qüvvədədir. |
Xüsusi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:""- fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;"- təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, s... |
Xüsusi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. |
Xüsusi təhsilin məzmununa təhsilalanların ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir. |
Xüsusi təhsilin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:""hesabatlılıq - təhsil müəssisələrinin fəaliyyətində iştirak edən kollektiv üzvlərinin qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyinin və vəzifə məsuliyyətinin təmin edilməsi;"məsuliyyətin bölüşdürülməsi - demokrati... |
Təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. |
İdarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, valideyn komitəsi və s.)yaradıla bilər. |
Təhsil müəssisəsinə rəhbərliyi qanunla müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir. |
Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativl... |
Təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb xidməti otağı, reabilitasiya və korreksiya kabinetləri, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya- kommunikasiya texnologiyaları, audio-vizual avadanlı... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.