Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Təhsil müəssisəsinin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb xidməti və iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, ... |
Təhsil müəssisəsinin infrastrukturu müvafiq standartlara cavab verməli və təhsilalanlar üçün əlçatan olmalıdır. |
Xüsusi təhsildə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. |
Ucqar yaşayış ərazilərindəki təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. |
Təhsil müəssisələrində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:""- ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;"- təhsilalanlarla həssas ünsiyyətqurma və iş bacarığına;"- təhsilalanın yaşına, inkişaf səviyyəsinə və potensial imkanlarına uyğun tədris metodlar... |
Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. |
Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir. |
Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır. |
Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyy... |
Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. |
Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. |
Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər. |
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) göy vərəqələrin göstərilməsini oyun qaydalarına daxil edilməsinə razılıq verib. |
Məlumata görə, oyunçuya göy vərəqə göstərildikdən sonra o, 10 dəqiqə meydandan qovulacaq. |
Bir matçda iki göy vərəqə isə meydandan kənarlaşdırılmağa bərabər olacaq - oyunçuya qırmızı vərəqə göstəriləcək. |
Bildirilir ki, yenilik qadın və gənclər futbolunda, eləcə də aşağı liqa yarışlarında sınaqdan keçiriləcək. |
Eyni zamanda, İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdə öz yarışlarında bu qaydanı tətbiq etməyə hazırdır. |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. |
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. |
Bildirilib ki, görüş zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub. |
Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb. |
C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. |
Görüşdə həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. |
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-cü ildə keçiriləcək Olimpiadanın medalları Eyfel qülləsinin dəmirindən hazırlanacaq. |
Qeyd olunub ki, mükafatlar materik Fransasının konturunu simvolizə edən altıbucaqlı özəyə malik olacaq. |
Onların hazırlanması üçün istifadə olunan metalın bir hissəsi Eyfel qülləsindən götürülüb. |
Mükafat dəstləri müsabiqənin təşkilat komitəsinin Parisdəki qərargahında təqdim olunub. |
“Biz bütün medalçılara Eyfel qülləsindən bir parça təklif etmək istədik. |
Bu, ən qiymətli metalların - qızılın, gümüşün və bürüncün ölkəmizdəki ən qiymətli metal, xəzinə hesab edilən Eyfel qülləsi ilə birləşməsidir”, - deyə təşkilat komitəsinin rəhbəri Toni Estanqe bildirib. |
Qeyd edək ki, mükafatlar “Chaumet” zərgərlik evi tərəfindən hazırlanıb. |
Medallar Fransa zərbxanası tərəfindən hazırlanacaq. |
Ümumilikdə 5 084 qızıl, gümüş və bürünc mükafatlar hazırlanacaq. |
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli İlham Heydər oğlu. |
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir. |
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. |
Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. |
Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir. |
Hörmətli İlham Heydər oğlu, dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm”. |
Rusiyanın populyar yumaristi və şoumeni Maksim Qalkin Bakıdadır. |
Bu barədə o, özünün “Instagram”dakı səhifəsində məlumat verib. |
Məşhurun sözlərinə görə, sabah paytaxtın Konqres Mərkəzində onun konserti baş tutuacaq. |
Qalkin Bakının gözəl və günəşli olduğunu qeyd edib və hər kəsi konsertində iştiraka çağırıb. |
Публикация от Максим Галкин (@maxgalkinru) |
Litvanın Butinge bölgəsində, yanacaq terminalında baş verən qəza nəticəsində təxminən 1,8 ton neft Baltik dənizinə tökülüb. |
Qeyd olunub ki, dənizdəki neft ləkəsi Latviya sahillərinə çatıb. |
Terminal Polşanın “Orlen Lietuva” konserninə məxsusdur. |
Kəşfiyyat xidmətlərinin məlumatına görə, tankerə neft vurulan zaman burazlama kabeli qırılıb. |
Nəticədə neft vuran şlanq düşüb və yanacaq dənizə tökülüb. |
Litva Hərbi Dəniz Qüvvələri çirklənmənin dərəcəsini qiymətləndirmək üçün Hərbi Hava Qüvvələrinə məxsus ehtiyat “AS365N3+ Dauphin” helikopterini işə cəlb edib. |
Bundan əlavə, dəniz qüvvələrinin “Şakiay” axtarış-xilasetmə gəmisi təmizləmə işləri aparmaq üçün hadisə yerinə göndərilib. |
Buting terminalından cənubda yerləşən neft ləkəsinin uzunluğu iki kilometr, eni isə 0,5 kilometr təşkil edir. |
Çirklənmənin aradan qaldırılması işləri hündür dalğalar səbəbindən çətinləşir və neft ləkələri dreyf edir. |
Paris Avtonom Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə şirkətin baş ofisinə basqın ediblər. |
Müvafiq görüntüləri “Revolution Permanente” siyasi birliyi dərc edib. |
Yayımlanan görüntülərdə assosiasiyanın təxminlərinə görə, 500 işçi iştirak edib. |
Onlar maaşlarının 300 avro artırılmasını tələb ediblər. |
Etirazçılar, həmçinin sərnişin axınının artması, texniki nasazlıqların çoxalması və “gedərək artan aqressiv idarəetmədən” şikayətləniblər. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir. |
Dünya liderləri Azərbaycan Prezidentinə şərəfli fəaliyyətində uğurlar arzuladılar. |
Qarabağ Universitetində tədris ediləcək ixtisaslar məlum oldu. |
Elm və təhsil nazirinin müavinindən açıqlama. |
Astarada azyaşlı qızılcadan dünyasını dəyişdi. |
Zaqatalada üç uşağı avtomobil vurdu. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimini qəbul edib. |
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. |
Bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaflar müzakirə edilib. |
İki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımın əlaqələrin daha da inkişafına təkan verdiyi qeyd olunub. |
Münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyasının əhəmiyyətli rolunun olduğu vurğulanıb. |
Diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s.sahələr üzrə faydalı ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərə... |
Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub. |
C.Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub. |
Müqabil tərəf, növbədənkənar Prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib. |
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
“AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır”. |
O qeyd edib ki, bəzi məqamlarda emosiyaları kənara qoyaraq hərəkət etmək vacibdir:""“Hesab edirik ki, AŞPA-da baş verən hadisələr təəssüf doğuran bir anlaşılmazlıqdır. |
Buna görə də bizim Xarici Əlaqələr Komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət etmək təşəbbüsü ilə çıxış edib. |
İndi detallar barədə danışmaq istəməzdim. |
Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın həm Azərbaycan parlamentinə, həm də AŞPA rəhbərliyinə müraciəti öz rolunu oynamalıdır, çünki biz indiki vəziyyətdə həmrəyliyin nə olduğunu başa düşürük. |
Biz belə hadisələrin baş verdiyini görəndə anlayırıq ki, birlik çox vacibdir. |
Buna görə də istəyirik ki, müharibə şəraitində olan ölkə olaraq hər iki tərəfə müraciət edək ki, onlar danışıqlar masası arxasına əyləşib həll yolu tapsınlar”. |
D.Araxamiya vurğulayıb ki, hər iki tərəfin danışıqlar aparmasını, ortaq anlaşmaya nail olmasını və əvvəlki vəziyyətə qayıtmasını istəyirik:"""“Azərbaycan və onun AŞPA-dakı nümayəndə heyəti uzun illər, onilliklər ərzində çox səmərəli işləyir, Avropanın bütün dəyərlərini, multikulturalizmi, demokratik dəyərləri və sair b... |
Buna görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq bir az da hər iki tərəfin emosiyalarından qaynaqlanır. |
Yəni dünyada elə bir hal yoxdur ki, hər hansı kiçik insidentə görə nümayəndəliyin qurumdakı səlahiyyətlərinə zərbə vursun”. |
Fraksiya rəhbəri onu da əlavə edib ki, bu gün birlik böyük dəyərdir:""“Təəssüf ki, mən AŞPA-nın üzvü deyiləm. |
Odur ki, bunun dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmərəm. |
Azərbaycanda dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi danışa bilərəm. |
Azərbaycan multikultural ölkədir. |
Burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır. |
Mən Azərbaycandakı küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbətləşmişəm. |
Çox rahat şəkildə piyada gəzmişəm. |
İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər. |
Hesab edirəm ki, Azərbaycan bütün rakurslardan beynəlxalq səviyyədə tanınmağa layiq bir ölkədir. |
Ümidvaram ki, indi göstərdiyimiz təşəbbüs həm Azərbaycana, həm də AŞPA rəhbərliyinə ümumi təmas nöqtələrini tapmağa kömək edəcək və bu dialoq bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxaracaq”. |
Naməlum hakerlər 33 milyondan çox fransızın şəxsi məlumatlarını oğurlayıblar. |
Məlumata görə, cinayətkarlar tibb işçilərinin login və şifrələrindən istifadə edərək məlumat əldə edə biliblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.