Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Vətəndaşlıq vəziyyəti, doğum tarixi və sığorta haqqında məlumatlar naməlum şəxslərin əlinə keçib. |
İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşan hüquqşünas Jan Padova qeyd edib ki, ilk dəfədir ki, ölkəsi bu miqyasda hücumla qarşılaşıb. |
Ekspertlərin fikrincə, oğurlanmış məlumatlar fırıldaqçılar tərəfindən zərərçəkənləri aldatmaq üçün istifadə edilə bilər. |
“Dünya çempionatında 74 kiloqramda medal qazanmasam da, rəqiblərimi tanıdım və belə qənaətə gəldim ki, bu çəkidə ən güclü güləşçi ola bilərəm”. |
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib. |
2021-ci ildə gözləmədiyi halda Tokio Olimpiadasında iştirak edən idmançı bunun özü üçün sürpriz olduğunu bildirib:""“Yarışa bir aydan az vaxt qalmışdı. |
Həmin çəkidəki idmançı zədələndiyi üçün Tokioya mən getməli oldum. |
Hər idmançının arzusu Olimpiadada iştirak etməkdir. |
Sevinirəm ki, buna erkən nail oldum. |
Çoxları bir mərhələni belə, keçə bilməyəcəyimi düşünürdü. |
Hətta medal qazanacağıma da ümidim vardı. |
Psixoloji cəhətdən yarışa tam hazır idim. |
Digər qrupda yer alsaydım, medal qazana bilərdim. |
İstənilən halda, Olimpiadada iştirak mənim üçün böyük təcrübə və xoş xatirə oldu”. |
Azərbaycan güləşçilərini qarşıda iki vacib yarış gözləyir. |
İdmançılar fevralın 12-18-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında, aprelin 5-7-də isə Bakıda Avropa Olimpiya Təsnifat turnirində qüvvələrini sınayacaqlar. |
T.Bayramov qısa vaxtda iki yarışda güləşməyin çətin olmayacağını söyləyib:""“Çəkisalma ilə bağlı problemim yoxdur. |
Bir çox rəqibim qitə birinciliyində iştirak edəcək. |
Lisenziya turniri ərəfəsində onlarla güləşmək yaxşıdır. |
Nəyə qadir olduqlarını, güclü və zəif tərəflərini biləcəyəm. |
Bu yarışda iştirak lisenziya turnirində daha yaxşı güləşməyə imkan verəcək”. |
Əvvəllər 65 kiloqramda çıxış edən güləşçi çəkisini dəyişməsinin səbəbini də açıqlayıb:""“Çəkimi mütləq şəkildə qaldırmalıydım. |
Əslində 70 kiloqramda bir-iki il çıxış etdikdən sonra Olimpiya çəkisinə keçməyi planlaşdırırdım. |
Həmin çəkidə dünya və Avropa çempionu ola bilərdim. |
Ancaq mən daha çətin yolu seçdim. |
Güclü rəqabətin olduğu 74 kiloqramda güləşməyə üstünlük verdim. |
Çünki xəyalım Olimpiya çempionu olmaqdır. |
Tokioda güləşməsəydim belə, çəkimi artırmaq məcburiyyətində idim. |
65 kiloqramda qalsaydım, istənilən qədər gücüm olmayacaqdı. |
Bir çox idmançı çəkisini zorla saxlayır, bu da onun inkişafına mane olur. |
Əvvəllər fiziki cəhətdən çətinlik çəkirdim. |
Artıq məşqçilərimizin səyi nəticəsində bu çatışmazlığı aradan qaldırmışıq. |
74 kiloqramda özümü çox yaxşı və hazırlıqlı hiss edirəm”. |
İdmançı karyerasının ilk illərində dinamik güləşdiyini vurğulayıb:""“Hər görüşdə orta hesabla altı-yeddi xal alırdım. |
Sonrakı dövrdə qarşılaşmalarda bir-iki xalla kifayətlənirdim. |
Baş məşqçi Xetaq Qazyumov və böyük məşqçi Cəbrayıl Həsənov mənə hücum üslubunu aşıladı. |
Təcrübəmin artmasının da bunda rolu var”. |
O, son vaxtlar daha çox işlətdiyi fəndlərdən də söz açıb:""“Yeniyetmə yaşlarımdan qoldan atma və badalaq fəndini işlədirəm. |
Müdafiə üslubunda güləşəndə o qədər də istifadə etmirdim. |
Məşqçilərimiz gördü ki, bu fəndlər məndə yaxşı alınır. |
Bunun üzərində daha çox işləməyimi tələb etdilər. |
İndi yenidən yeniyetməlik dövründəki kimi dinamik güləşirəm”. |
T.Bayramov qarşıdakı Avropa çempionatına qızıl medal qazanmaq üçün yollanacağını əlavə edib:""“Tam gücümü ortaya qoymalıyam ki, güclü və zəif tərəflərimi bilim. |
Bu yarışda daha öncə gümüş və bürünc medal qazanmışam. |
Bu dəfə çempionluq uğrunda güləşəcəyəm. |
Slovakiya, Rusiya və Belarus güləşçiləri əsas rəqiblərimdir. |
Lisenziya turniri öncəsi bu, mənim üçün çox vacibdir. |
Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək. |
İnanıram ki, doğma azarkeşlərin dəstəyi ilə “Paris-2024”ə vəsiqə qazanacağam”. |
“Azərbaycan və İran arasında əlaqələr öz səmərəli töhfəsini verməkdədir”. |
“Trend”in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib. |
Onun sözlərinə görə, ərazilərimiz işğaldan azad edildikdən sonra İran və Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. |
Baş nazirin müavini deyib ki, Zəngilan iqtisadi rayonunun İran vasitəsi ilə Naxçıvana birləşdirilməsi istiqamətində işlər davam etdirilir. |
Ötən ilin sonunda iki ölkə arasında Astaraçay üzərində avtomobil körpüsü istifadəyə verilib. |
“İki ölkə arasında yükdaşımalar 45%, tranzit yükdaşımaları isə 1,6 dəfə artıb”, - deyə o qeyd edib. |
“Şimal-Cənub və Şərq-Qərb dəhlizləri bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir”. |
“Trend”in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib. |
Onun sözlərinə görə, İranın arzusu qonşu və qardaş Azərbaycan üçün sülh, əmin-amanlıq və sabitlikdən ibarətdir. |
Musəvi qeyd edib ki, iki ölkə arasında güzəştli ticarət sazişinin imzalanması və yaxın gələcəkdə 16-cı İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının keçirilməsi iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi əlaqələr ilə paralel olaraq digər sahələr, o cümlədən iqtisadi və ticarət əlaqələri... |
Onun sözlərinə görə, buna sübut kimi onlarla siyasi, iqtisadi və hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İran və Azərbaycanın müxtəlif yüksək dövlət orqanları arasında çoxsaylı onlayn görüşləri, Azərbaycanda çoxlu sayda ikitərəfli sazişlər və layihələri qeyd edilə bilər. |
Müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı və təhsil sahələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri bütün region, xüsusilə də Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir. |
ABŞ hakimiyyəti kompüter viruslarından kiberhücumlar üçün istifadə edən “Hive” haker qrupunun əsas şəxslərini müəyyən etməyə kömək edəcək məlumat üçün 10 milyon dollar ödəməyə hazırdır. |
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. |
Sənəddə qeyd olunub ki, Birləşmiş Ştatlar “Hive” transmilli cinayətkar qruplaşmasında əsas lider rolunu oynayan hər hansı şəxs və ya şəxslərin kimliyini, yaxud da yerini müəyyən edən məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir. |
Həmçinin, Dövlət Departamenti “Hive” proqram təminatından istifadə edərək kiberhücumda iştirak etdiyinə görə “istənilən ölkədəki istənilən şəxsin” həbsinə səbəb olacaq məlumat üçün 5 milyon dollara qədər pul ödəməyə hazırdır. |
Qurumun məlumatına görə, 80-dən çox ölkədə, o cümlədən ABŞ-də insanlar “Hive ransomware” viruslarından istifadə edilməklə hücuma məruz qalıblar. |
KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin plenar iclasında Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq haqqında qanunlar ləğv edilib. |
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü bildirib ki, bu, yalnız Şimali Koreyanın daha da təcrid olunmasına gətirib çıxaracaq. |
O, belə bir addımın gözlənildiyini də əlavə edib. |
Məlumata əsasən, iki Koreya arasında ticarət 2015-ci ildə 2,7 milyard dollardan və ya KXDR iqtisadiyyatının təxminən 10%-dən demək olar ki, sıfıra düşüb. |
İlin sonunda keçirilən partiya toplantısında Şimali Koreya lideri Kim Çen In Koreyalararası əlaqələri “bir-birinə düşmən olan iki dövlət” arasındakı əlaqələr kimi müəyyən edib və gözlənilməz hallar yaranarsa, Cənubi Koreyanın bütün ərazilərini “yağmalamağa” söz verib. |
Hələ 2023-cü ilin yanvarında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə birləşməyi qeyri-mümkün adlandırıb və iki ölkə arasında birləşmə tağının sökülməsinə çağırıb. |
Ukrayna Ali Radasının Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. |
“Cənab İlham Əliyevi şəxsən tanıyıram. |
Ukrayna xalqı adından təbriklərinə qoşuluram. |
Azərbaycanlılar bizim üçün qardaş xalqdır. |
Ukraynada çoxlu azərbaycanlı yaşayır. |
Ona görə də mən səmimi qəlbdən ölkənizə firavanlıq, Prezidentinizə cansağlığı arzulayıram”, - deyə o əlavə edib. |
D.Araxamiya Azərbaycanın Ukraynaya ən tez yardım göndərən ölkələrdən biri olduğunu qeyd edib:""“Avropanın ən böyük su elektrik stansiyası partladıldı, bütün şəhərlər su altında qaldı. |
Mən ölkənizin rəhbərliyinə zəng etdim və 24 saat ərzində Azərbaycandan birinci təyyarə gəldi. |
Bu, bizim üçün çox vacib idi.Əlbəttə ki, yardımın həcmi daha böyük olan ölkələr var, ancaq biz Azərbaycanın həmişə göstərdiyi səmimiyyəti və mehribanlığı buradan başa düşməliyik. |
Ona görə də biz Azərbaycana vaxtında göstərdiyi köməyə görə minnətdarıq və həmişə minnətdar olacağıq”. |
“Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verib. |
Biz Azərbaycan, Türkiyə və İrəvanla strateji tərəfdaşlığımızı və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirmək niyyətindəyik”. |
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze parlamentdə çıxış edərkən söyləyib. |
O qeyd edib ki, hökumətin xarici siyasətinin əsas məqsədlərindən biri Gürcüstan-Rusiya münaqişəsinin həllidir. |
İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi proqramda da bu məsələ əksini tapıb. |
Sənəddə deyilir ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması məsələsini “Cenevrə danışıqları” platformasında davam etdirmək niyyətindədir. |
Qeyd edək ki, bu gün parlament hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi İrakli Kobaxidzenin rəhbərlik edəcəyi yeni hökumətə etimad göstərəcək. |
Qadcetlərdən gələn göy və ya mavi işıq dərinin qocalmasını sürətləndirir. |
Bu barədə rusiyalı kosmetoloq Oksana Çaşçina xəbərdarlıq edib. |
Çaşçina izah edib ki, melanositlər melanosomların sayını artırmaqla ekranların parıltısına cavab verir. |
Bütün bunlar dəri rənginin qeyri-bərabər olmasına səbəb olur. |
Bundan əlavə, mütəxəssis gözün tor qişasında da piqment hüceyrələrinin olduğunu deyib. |
Buna görə də, daimi olaraq smartfondan gələn mavi işığa məruz qalma görmə itiliyinin azalmasına səbəb ola bilər. |
“Qadcetlərin parıltısı səbəbindən yuxuya cavabdeh olan melatoninin ifrazı pozulur”, - deyə kosmetoloq bildirib. |
Həkim xəbərdarlıq edib ki, ekranlardan gələn mavi işıq bütün orqanizmin qocalmasını sürətləndirir. |
O, smartfonlardan istifadənin zərərini minimuma endirmək üçün onları sarı, daha az təhlükəli işıq rejiminə keçirməyi tövsiyə edib. |
Həmçinin həkiminiz tərəfindən seçilən, tərkibində SPF və turşular olan kosmetik vasitələrdən də istifadə etməyiniz məsləhət görülüb. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.