Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Oxu.Az xəbər verir ki, “Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin Az... |
Bildirilib ki, A.İşxanyan belə fikirlərin erməni ictimai rəyində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına qarşı etiraz formalaşdırdığını bildirib:""“Qarabağda erməni separatizminin tamamilə ləğvindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda müzakirəsi intensivləşib. |
Çünki rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsini sülh sazişinin əsas komponentlərindən biri kimi irəli sürür. |
Ermənistan hakimiyyəti bunu qəbul etməsə də, baş nazir Nikol Paşinyanın sonda rəsmi Bakının bu tələbi ilə razılaşmaq məcburiyyətində qalacağı fikri erməni ictimai rəyinə hakimdir”. |
Qeyd olunub ki, Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir:""“Ermənilər iddia edirlər ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strkturları dayanır və məqsəd tədricən ... |
Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. |
İndiyə qədər Azərbaycan vətəndaşları İrəvanda səkkiz, Türkiyə vətəndaşları isə 82 daşınmaz əmlak alıblar”. |
Sonda vurğulanıb ki, rəsmi Bakı Qərbi Azərbaycanda daşınmaz əmlakları qanuni yollarla almaq və gələcəkdə bura qayıdacaq azərbaycanlılara vermək istəyir:""“Çünki Azərbaycan tarixi torpaqlarına qayıdışda israrlıdır. |
Prezident İlham Əliyevin dediyi kimi, “Qərbi Azərbaycana qayıdacağıq, lakin tank üzərində yox, maşınlarla, sülhlə”. |
İrəvanda alınan daşınmaz əmlaklar da qayıdış strategiyasının elementlərindən biri ola bilər”. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
İsveçrə Teleradiosunun (SRF) xəbər buraxılışında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi və regionda iqtisadi və nəqliyyat infrastrukturunun potensialına dair geniş reportaj yayımlanıb. |
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda keçirilən prezident seçkisi barədə məlumat verilib, dövlət başçısı İlham Əliyevin seçkidə böyük üstünlüklə qalib gəlməsi qeyd edilib. |
Həmçinin Cənubi Qafqazda yerləşən Azərbaycanın mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşməsi diqqətə çatdırılıb, regiondakı münaqişə və geosiyasi vəziyyətin bu potensialdan tam şəkildə istifadə edilməsinə maneə yaratdığı bildirilib. |
Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrindən də bəhs olunan reportajda hər iki ölkə üçün Azərbaycanın Naxçıvan bölgəsindən keçməklə quru yolunun Xəzər dənizi və Mərkəzi Asiyaya kimi uzanmasının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. |
Naxçıvana səfər edən çəkiliş heyəti burada işgüzar şəxslər və yük maşınlarının sürücüləri ilə onların qarşılaşdıqları çətinliklər barədə söhbət aparıblar. |
Qeyd edilib ki, yüklərin İran ərazisindən daşınması əlavə gömrük ödənişlərinə, uzun və əlverişsiz yollarda hərəkət keyfiyyət və vaxt itkisinə səbəb olur, Cənubi Qafqazda yüklərin dövriyyəsini çətinləşdirir. |
Məhz buna görə də hələ Sovet İttifaqı dövründə mövcud olmuş və hazırda “Zəngəzur dəhlizi” adını daşıyan yol infrastrukturunun yenidən fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb. |
Diqqətə çatdırılıb ki, Azərbaycan və dövlət başçısı İlham Əliyev vaxtilə mövcud olmuş bu yolun yenidən açılması üçün səylər göstərir. |
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana istinadən isə Naxçıvanın iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında oynaya biləcəyi əhəmiyyətdən bəhs edilib, regional nəqliyyat və kommunikasiya imkanlarının açılması ilə bu potensialdan tam şəkildə istifadənin mümkünlüyü vurğulanıb. |
Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada artan nüfuzuna da xüsusi diqqət yetirilib, bu imkanın iş adamları tərəfindən də böyük maraqla dəstəkləndiyi bildirilib. |
Çəkiliş qrupuna müsahibə verən türkiyəli iş adamı hazırkı prosesləri vaxtilə mövcud olmuş Böyük İpək Yolunun yenidən dirçəldilməsində bir mərhələ kimi dəyərləndirib və bu yolda hələlik kiçik bir məsafənin həmin infrastruktura daxil edilməli olduğunu bildirib. |
O, həmçinin vurğulayıb ki, Azərbaycan hökumətinin mükəmməl xarici siyasəti nəticəsində bu çətinlik də aradan qaldırılacaq. |
SRF-in reportajının sonunda bildirilib ki, Ermənistan bu yol təşəbbüslərini hələ də dəstəkləmir və Naxçıvanla Ermənistan arasındakı sərhəd zonası hərbi cəhətdən qapalı ərazi olaraq qalır. |
Lakin bununla belə ümid edilir ki, üç ölkənin kəsişməsində yerləşən bu ərazilərlə bağlı silahlar yerinə diplomatlar danışmalıdırlar. |
Rusiyada Serpuxov şəhərinin sakini Murmansk hava limanında sərçələrin hücumuna məruz qaldıqdan sonra, vəziyyətə görə kimin günahkar olduğunu müəyyən edə bilməyi üçün polis bölməsində quşlara qarşı şikayət ərizəsi yazıb. |
Qeyd olunub ki, Murmanska gələn şəxs hava limanının içərisindəki kafeyə gedib. |
Orada quşlar onun yeməyini əlindən almağa çalışıblar və yeməyini məhv ediblər. |
Müəssisəyə gələn qonaq işçilərə kafedə sərçələrin olmasından şikayətlənib, lakin ona sərçələrin “yerli uşaqlar” olduğunu və heç kimin onları qovmayacağını bildiriblər. |
Nəticədə Moskva vilayətinin sakini ərizə yazmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib. |
08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dörd briqadası hadisə yerinə cəlb edilib. |
Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib. |
Qeyd olunub ki, hadisə nəticəsində dörd nəfər hospitalizasiya olunub. |
Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. |
1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. |
21:00"Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. |
Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. |
Faktla bağlı araşdırma aparılır. |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Rumıniya ictimaiyyəti, mətbuatı tərəfindən geniş maraqla qarşılanıb. |
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar məlumatlar yerləşdirilib. |
Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinin bərpa edildiyi və müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçki suveren dövlətin bütün ərazisini əhatə etdiyi qeyd olunub. |
Prezident seçkisində səsvermə hüququ olan altı milyondan çox Azərbaycan vətəndaşı ilə yanaşı, ölkə ərazisində yaşayan bütün etnik azlıqlarla birlikdə erməni milli azlığının da seçkidə iştirak etmək hüququ olduğu xüsusi vurğulanıb. |
Qeyd edilib ki, Azərbaycandan kənarda yaşayan ölkə vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər və onlar üçün dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanın Rumıniyadakı səfirliyində səsvermə məntəqəsi yaradılıb. |
Bununla yanaşı, Rumıniyanın “rador.ro” xəbər saytında “Azərbaycanda keçirilən prezident seçkisində İlham Əliyev liderdir” başlıqlı neytral mövqeli məlumat yerləşdirilib. |
ABŞ-nin “Oracle Advisory Group” təşkilatının keçirdiyi “exit-poll”a istinad edilərək yazılan xəbərdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində İlham Əliyevin 93,9 faiz səslə qalib gəldiyi bildirilir. |
Ukraynada əsirlikdə olan yüz rusiyalı hərbçi geri qaytarılıb və bunun müqabilində eyni sayda hərbi əsir Kiyevə təhvil verilib. |
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları əsir mübadiləsində humanitar vasitəçilik yardımı göstəriblər. |
Nazirlikdən vurğulanıb ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün Moskvaya aparılacaqlar. |
Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstəriləcək. |
Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq. |
Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. |
Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb. |
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq. |
Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. |
Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür. |
Borca görə dəbbə pulu hesablanmır. |
Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur. |
Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır. |
Ətraflı “Xəzər Xəbər”in süjetində: |
Kürdəmirdə 30 yaşlı kişi dərmandan zəhərlənib. |
Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlərin yerləşdiyi Yeni qəsəbədə qeydə alınıb. |
Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Elnur Baloğlan oğlu Qurbanov dərman içərək zəhərlənib. |
Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. |
Həkimlər E.Qasımova ilkin tibbi yardım göstəriblər. |
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. |
“Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır”. |
Bu fikri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. |
“Azərbaycan bizim mühüm tərəfdaşımızdır və biz ikitərəfli münasibətlərimizin inkişafından razıyıq. |
Bu münasibətləri yeni üfüqlərə çıxarmaq üçün qarşılıqlı siyasi iradə var”, - Kreml nümayəndəsi qeyd edib. |
Gəncənin beşinci mikrorayon yaşayış massivində yüzlərlə sakini olan küçədə yollar aylardır ki, qurumur. |
Xezerxeber.az-ın məlumatına görə, kanalizasiya quyularından daşan sular yolu yararsız vəziyyətə salıb. |
Daşan çirkab sularının yaratdığı problem təkcə yola ziyan vurmaqla yekunlaşmır. |
Mövcud problem ərazi üzrə fəaliyyət göstərən ictimai nəqliyyatın sürücülərini də narahat edir. |
Qeyd edək ki, hazırda Gəncədə su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi davam etdirilir. |
İşlər başa çatdırıldıqdan sonra sözügedən ərazidə də yolların təmiri nəzərdə tutulub. |
Bakının, Suraxanı rayonunda yerləşən Qaraçuxur qəbiristanlığının baxımsız vəziyyətdə olması yaxınlarını burda dəfn edənlərin narazılığına səbəb olub. |
Xezerxeber.az-ın məlumatına görə, Durdanə Əliyeva bildirib ki, bu qəbiristanlıqda 2001-ci ildə onun qızı dəfn olunub. |
Odur ki, buranı daimi ziyarət edir. |
Amma hər dəfə gələndə də narazı qalır. |
Şikayətçi məzarların nəzarətsiz qaldığını qeyd edib. |
Qəbiristanlıqdakı məzarlardan birinin sahibi olduğunu bildirən şəxs isə günahı elə məzar sahiblərində görüb. |
Məzalığa nəzarət edən şəxs isə bildirib ki, ərazi çox böyükdür, burada təxminən 20 minə yaxın qəbir var. |
O da qeyd edib ki, ərazini zibilləyən bura gələn ziyarətçilərin özləridirlər. |
Məsələyə Qaraçuxur Bələdiyyəsindən aydınlıq gətirilib. |
İslandiyada paytaxt Reykyavikdən 50 kilometr aralıda vulkan püskürməsi başlayıb. |
Ölkənin meteoroloji xidmətinin məlumatına görə, seysmik aktivlik Silinqarfell dağının şimal-şərqində başlayıb. |
Təxminən 30 dəqiqə sonra vulkan püskürüb. |
Baş verənləri ölkə paytaxtından müşahidə etmək mümkündür. |
Hadisə ilə bağlı bölgədə fövqəladə vəziyyət elan olunub. |
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilindiyi üçün istintaqa cəlb edilib. |
Keçmiş dövlət başçısı Lula da Silvanın prezident seçkilərində qalib gəlməsindən sonra 2023-cü il yanvarın 8-də minlərlə tərəfdarın küçələrə çıxdığı dövrdə dövlət çevrilişinə cəhd etməsində şübhəli bilinir. |
Qeyd olunub ki, istintaq davam edərkən Bolsonarunun Braziliyanı tərk etməsi qadağan edilib. |
Bundan əlavə, o, prezident olarkən Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən ona verilmiş zinət əşyalarını mənimsəməkdə də ittiham olunub. |
Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb. |
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib. |
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.