Search is not available for this dataset
text
stringlengths
10
518k
Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:""- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;"- “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.
Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb.
Oxu.Az xəbər verir ki, həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
“Çox şükür hər şey qaydasındadır.
Bu sözləri ötən gün xəstəxanaya yerləşdirilən Əli Mirəliyev Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün axşam saatlarında evə buraxılacaq.
“Yeni Klinika”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müğənni əməliyyat olunmayacaq:"""“Müğənni Əli Mirəliyev xəstəxanaya gələndə vəziyyəti ağır idi.İndi yaxşıdır.
Əməliyyatsız bütün müdaxilələr edildi.
Xatırladaq ki, ötən gün müğənni Əli Mirəliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.
Sənətçinin əməliyyat olunacağı bildirilirdi.
Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Əlxuda oğlu Məmmədovun etibarından sui-istifadə edərək özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb.
Bildirib ki, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi olan Əliyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvətalma təkrar t...
Bununla da Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb.
Oxu.Az xəbər verir ki, həmin PUA-lar Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına qəbul edilib.
Özünün ən müasir texniki göstəriciləri ilə seçilən və döyüş əməliyyatlarında effektivliyi ilə seçilən “Akıncı” PUA-ları Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilir.
Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir.
“Baykar”ın məhsulu olan “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir.
12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir.
Göyərtəsində üç ədəd süni intellektli kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edir, məlumatları komanda mərkəzinə ötürür.
Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiyalı hərəkətdə olurlar .
2021-ci ilin əvvəlinə qədər “Akıncı” PUA-ların sınaqları uğurla tamamlanıb və kütləvi istehsala başlanılıb.
Elə həmən il Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilib.
2022-ci ildən isə digər ölkələrə satış üçün istehsal edilməyə başlanılıb.
Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışıb.
İki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İTV-yə açıqlama verib.
O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb:""“İki çörək alıb anama verdim.
Daha sonra işlərimi görməyə getdim.
Bir müddət sonra mənə xəbər etdilər ki, anam bıçaqlanıb.
Gəlib gördüm ki, qardaşım anamın başını kəsib”.
Xatırladaq ki, Kürdəmir Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N.Əliyevaya və həmkəndlisi F.Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V.Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb...
Ətraflı süjetdə:""15:22"Kürdəmirdə baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatı məlum olub.
Bununla bağlı Redaktor.az-a danışan Şıxımlı kənd bələdiyyə sədri Əmrah Calalov deyib ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub:""“Anasının puluyla evdə yeyirdi, içirdi, yaşayırdı.
Anasından satdığı yağın pulunu istəyib, anası isə verməyib.
Buna görə də anasının başını kəsib.
Daha sonra həyətə çıxaraq qonşunu bıçaqlayaraq öldürüb, səbəbsiz şəkildə.
Hadisə yerindən uzaqlaşaraq “köhnə bazar” deyilən yerə gedib.
Orada da daha bir şəxsi bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır.
14:00"Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi 1980-ci il təv...
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Şükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
13:32"Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib.
İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Alıyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Aliyevanın başını kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sevgililər Gününə az qalıb, bu isə o deməkdir ki, romantik tətil keçirmək üçün məkan axtarışında olan cütlüklər artıq seçim etməyə başlayıblar.
Əgər sevgilinizlə yeni və maraqlı məkan axtarırsınızsa, niyə də seçiminiz Qətər olmasın?
Azərbaycanlı turistlərin hələ də tam kəşf etmədiyi bu heyrətamiz ölkə sevgililərə unikal təəssüratlar vəd edir.
Futuristik memarlığa və zəngin mədəni irsə malik Qətər romantik istirahət üçün getdikcə daha populyar istiqamətə çevrilir.
Sevgililər Gününü qeyd etmək, bal ayını keçirmək, evlilik təklifi etmək, yaxud sadəcə tətilinizi keçirmək üçün Qətərə gəldiyiniz zaman istirahətinizi unudulmaz edəcək çoxsaylı seçimlərlə qarşılaşacaqsınız.
Onların sayı o qədər çoxdur ki, sadalamaqla bitməz.
Bu yazıda sizə təkcə sonsuz qum təpələri və yerli əhalinin qonaqpərvərliyi ilə deyil, həm də Qətərə səyahətinizi unudulmaz edəcək romantik anlarla zəngin heyrətamiz səyahətdən bəhs edəcəyik.
Gəlin Qətərin ən romantik guşələrini birlikdə kəşf edək.
Romantik istirahət"Şəhərin səs-küyündən bezmisiniz?
Elə isə hotelinizi bron edərkən seçiminizi ənənəvi ərəb üslubunda layihələndirilmiş, romantik istirahət üçün ideal “Sharq Village & Spa, a Ritz-Carlton Hotel” dəbdəbəli kurortu üzərində saxlayın.
Çimərlikdə, körfəzə açılan mənzərəli ərazidə yerləşən hoteldə dəbdəbəli spa mərkəzi və Qətərdə 2 nəfərlik şam yeməyi üçün ən romantik məkanlardan biri olan “The Zarb Experience” yerləşir ki, burada qonaqlar dəniz sahilində qurulmuş Şərq çadırlarında yerli delikateslərdən dada bilərlər.
Alternativ olaraq, Dohada yerləşən özəl dəbdəbəli ada olan “Banana Island Resort by Anantara”nı seçə bilərsiniz.
Burada sizə ərəb üslubunda dizayn edilmiş dəniz mənzərəli, eleqant və dəbli otaqlar və villalar təklif ediləcək.
İkinəfərlik ekskursiyalar"Qətərdə 2 nəfərlik gecə sərgüzəştlərinin müxtəlifliyi sadəcə heyrətamizdir.
Siz “dau” adlanan ənənəvi qayıqlarda körfəz boyunca romantik kruizə çıxa və nəhəng bir ləl-cəvahirat kimi parlaq işıqlara qərq olan Dohanın panoramından həzz ala bilərsiniz.
Bundan başqa, siz qum təpələri arasında hər anı sehr dolu gecə safarisinə çıxa bilərsiniz ki, burada dəvəyə minmək və unudulmaz qürubu izləmək imkanınız olacaq.
Hüdudsuz səmada parlaq ulduzların möhtəşəm mənzərəsi bu ekskursiyadan alacağınız misilsiz təəssüratı daha da artıracaqdır.
Günü başa vurmaq üçün Daxili dənizin sahilində yerləşən “Regency Sealine Resort” düşərgəsinin dəbdəbəli çadırlarında gecələyə bilərsiniz.
Bu, romantik səhra macəranızın mükəmməl davamı olacaq.
Romantik gəzinti"Əzəmətli Qətər Milli Muzeyinin və İslam İncəsənəti Muzeyinin yerləşdiyi Korniş bulvarında gəzintini mütləq Dohaya səfər proqramınıza daxil etməlisiniz.
Gəzintiyə fasilə vermək, həmçinin Qətər incəsənəti və mədəniyyəti ilə tanış olmaq üçün bu muzeylər ideal dayanacaqdır.
Gəzinti proqramına şəhərin ən koloritli görməli yerlərindən birini - dar küçələri, bazar meydanı, daş və ağacdan tikilmiş evləri, saysız-hesabsız mağazaları və alış-veriş məkanları ilə qədim Şərq bazarının atmosferinə qərq olacağınız qələbəlik Suk Vakif (“Souq Waqif”) bazarını da daxil edin.
Dohaya romantik səfərinizdən xatirə kimi suvenirlər əldə edə biləcəyiniz Qızıl Bazar da burada yerləşir.
Bu xatirələr hələ uzun müddət ruhunuzu və qəlbinizi isidəcək.
Sağlamlaşdırıcı və rahatlaşdırıcı SPA prosedurları"Qətər əla SPA mərkəzləri ilə tanınır.
Buna görə də, sevgilinizlə 2 nəfərlik masaj seansı mütləq istirahət proqramınıza daxil edilməlidir.
Məsələn, “Four Seasons Hotel Doha”da cütlüklər üçün ayrıca xüsusi SPA otağı var.
Burada xüsusi prosedurlardan və masajdan, həmçinin fərdi bir və ya çoxgünlük SPA proqramlarından faydalana bilərsiniz.
Ruhunuzu tam yeniləmək istəyirsinizsə, Yaxın Şərqdə ənənəvi ərəb və İslam təbabətini birləşdirən ilk hotel olan “Zulal Wellness Resort by Chiva-Som”da nömrə bron edə bilərsiniz.
Burada siz sevdiyiniz insanla birlikdə sağlamlığınızı bərpa edə və yaxşılaşdıra, həmçinin həyat tərzinizi müsbətə doğru dəyişə bilərsiniz.
Sizə həmçinin “Mandarin Oriental, Doha”da 2 nəfərlik nömrə sifariş etməyi tövsiyə edirik.
Qətər paytaxtının mərkəzində fərqli üslubda dizayn edilmiş Mşeyreb (“Msheireb”) rayonunda yerləşən hotel qonaqlara cütlüklər üçün “Omnia Treatment”dən faydalanmaq imkanı təklif edir.
Bura saç və baş dərisinə qulluq üçün spa prosedurları, gümrahlaşdırıcı masajlar və üz dərisinə qulluq prosedurları daxildir.
Romantik şam yeməyi"100-dən çox millətin nümayəndələrinin yaşadığı və işlədiyi Qətərdə siz yapon mətbəxindən italyan mətbəxinə, fransız mətbəxindən Qətər mətbəxinədək müxtəlif mətbəxlərin dadlı təamlarından ləzzət ala bilərsiniz.
Qətər romantik şam yeməyi üçün ideal məkanlarla zəngindir.
Məsələn, əgər siz ləziz təamlarla yanaşı, həm də möhtəşəm mənzərələrdən həzz almaq istəyirsinizsə, “Banyan Tree Doha” hotelinin 27-ci mərtəbəsində yerləşən “Il Galante” italyan mətbəxi restoranına baş çəkə bilərsiniz.
Yox, əgər sizi ənənəvi Qətər mətbəxi maraqlandırırsa, o zaman şam yeməyi üçün ideal məkan “Jiwan” restoranıdır.
Restoranın Qətər Milli Muzeyində yerləşməsi yeməyinizə xüsusi əzəmət qatacaq.
Onun terrasından körfəzə inanılmaz mənzərə açılır, yeməklərin dadı isə hətta ən tələbkar qurmanları belə heyran etməyə və razı salmağa qadirdir.
Dənizin içinə daxil olan körpüdə yerləşən “Nobu” yapon mətbəxi restoranından da Dohanın panoram mənzərəsindən həzz ala bilərsiniz.
“Fusion” üslubunda mətbəx üzrə ixtisaslaşmış bu restoranda yapon və ərəb mətbəxlərinin ənənələri uğurla harmoniya təşkil edir.
Xüsusi anlar yaşamaq istəyirsinizsə, göydələndə yerləşən helikopter meydançasında 2 nəfərlik şam yeməyi təşkil edə bilərsiniz.
“JW Marriott Marquis City Center Doha” sizə özünüzü dünyanın zirvəsində hiss etmək imkanı yaradacaq.
Burada sizin üçün istək və arzularınıza uyğun xüsusi menyu yaradılacaq.
2 nəfərlik şoppinq"2 nəfərlik şoppinq istənilən səyahətin ayrılmaz və əyləncəli hissəsidir.