Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sizə “Villaggio Mall”da yaradılmış Venesiya kanallarında qondolada üzməyi və ya dünyanın aparıcı brendlərinin və müxtəlif restoranların yerləşdiyi dəbdəbəli “Al Hazm Mall”da gəzintiyə çıxmağı tövsiyə edirik. |
Məşhur “Rosemary Café” isə sosial şəbəkələrdəki səhifələrinizdə "partlayış" effekti yaradacaq romantik kadrlar çəkdirmək üçün ideal məkandır. |
Əgər Parisin ab-havasını duymaq istəyirsinizsə, “Katara Cultural Village”in düz yanında yerləşən “Galeries Lafayette” univermağına baş çəkə bilərsiniz. |
Burada alış-verişdən sonra Qətər mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız. |
Qətərə aviabilet, hotel, səhər yeməyi, qrup transferi və sığorta daxil olmaqla, 3 gecəlik 548 AZN-dən başlayan inanılmaz sərfəli qiymətlərlə (qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub) səyahət etmək mümkündür. |
Bu ölkəyə sizi maraqlandıran tur paketlərini Bakının istənilən turizm agentliyindən əldə edə bilərsiniz. |
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Qətərə səfər etməsi üçün viza tələb olunmur. |
Cütlüklərin Qətər istirahəti zamanı gedə biləcəyi digər yerlər barədə bu keçid linki vasitəsilə məlumat əldə edin, burada isə birbaşa Sevgililər Günü ilə bağlı romantik təkliflər tapa bilərsiniz. |
Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində baş verən yanğın söndürülüb. |
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Yeni Müşfiq qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib. |
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 18 kvadratmetr sahədə yanıb. |
Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. |
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər. |
Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. |
13:58"Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində yanğın hadisəsi baş verib. |
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sakinlər binadan təxliyə ediliblər. |
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb olunub. |
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. |
Görülmüş müvafiq tədbirlər nəticəsində yanğın söndürülüb. |
Gürcüstanda yeni hökumətin formalaşması təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. |
Çünki rəsmi Tbilisi regional aktor olaraq bölgədə baş verən hadisələrdə mühüm rol oynayır. |
Bu, özünü Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində, həmçinin ehtimal olunan sülh sazişi məsələsində də göstərir. |
Fevralın 8-də Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. |
İrakli Kobaxidze ölkənin yeni baş naziri olub. |
O, bu vəzifədə İrakli Qaribaşvilini əvəz edib. |
İndi əsas suallardan biri Gürcüstandakı yeni hökumətin Ermənistanla Azərbaycan arasında normallaşma prosesində hansı rolu oynamasıdır. |
Gürcüstan iki ölkə arasında sülh sazişinin imzalanmasını həmişə dəstəkləyib. |
Hər iki ölkə ilə qonşudur və münasibətlərin normallaşması onun üçün siyasi, iqtisadi, təhlükəsizlik baxımından əhəmiyyətlidir. |
Bu ölkənin xarici işlər naziri və bu vəzifəyə yenidən namizəd olan İlya Darçiaşvili fevralın 8-də parlamentdə çıxışı zamanı bildirib ki, Tbilisi Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır. |
O bildirib ki, Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb:"""“Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuların müzakirə olunduğu platformaya çevrilsin. |
Hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün səylərini əsirgəməyəcək”. |
Məsələ ondadır ki, sülh sazişində vasitəçilik iddiasında olan xarici aktorların əksəriyyəti, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqı özlərinin regional maraqlarını nəzərə alırlar. |
Onlar bölgədə təsir güclərini artırmaq və bunun üçün gərginliyin davamlı olmasını istəyirlər. |
Bir çox hallarda alət kimi istifadə etdikləri Ermənistanın və bölgənin taleyi adı çəkilən oyunçuların heç birini maraqlandırmır. |
Gürcüstan isə region ölkəsi olduğundan bölgədəki sabitlikdə birbaşa maraqlıdır. |
Üstəgəl, Tbilisinin həm Bakı, həm də İrəvanla müsbət dinamika ilə inkişaf edən münasibətləri var. |
Belə bir şəraitdə Gürcüstanın yeni hökuməti hər iki qonşusu ilə münasibətlərin inkişaf etdirilməsinə səy göstərəcək. |
Bu isə öz-özlüyündə sülh sazişinə töhfə verilməsini nəzərdə tutur. |
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında telefon danışığı olub. |
C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb. |
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. |
Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. |
Düşünmək olar ki, Azərbaycan da Gürcüstanın vasitəçilik səylərində maraqlıdır. |
Əlbəttə, ikitərəfli təmaslar daha effektivdir. |
Bunu əldə olunan nəticələr və rəsmi İrəvandan verilən mesajlar da göstərir. |
Lakin nəzərə almaq lazımdır ki, platformaya ehtiyac yarana bilər. |
Gürcüstan bunun üçün etibarlı ölkədir. |
Gələcəkdə müxtəlif səviyyəli görüşlər bu ölkədə keçirilə bilər. |
Onu da deyək ki, rəsmi Tbilisi Cənubi Qafqazda təhlükəsizliyi təmin edə biləcək 3+3 formatının (Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə, Ermənistan) iştirakçısıdır. |
Gürcüstanın normallaşma münasibətlərinə töhfəsi bir neçə cəhətdən effektiv ola bilər. |
Birincisi, üç ölkə arasında intensivləşən təmaslar altılıq layihəsi platformasının inkişafına xidmət edə bilər. |
İkincisi, Rusiya ilə münasibətlərə görə, Gürcüstan 3+3 layihəsinə o qədər də isti yanaşmır. |
Amma Tbilisinin Bakı ilə İrəvan arasındakı normallaşma prosesindəki rolu Moskva ilə “buzların əriməsinə” də kömək edə bilər. |
Çünki Rusiya bu prosesin birbaşa iştirakçısıdır. |
Üçüncüsü və ən əhəmiyyətlisi, regionda təhlükəsizlik arxitekturası formalaşacaq. |
Beləliklə, Gürcüstan platformasını müsbət qiymətləndirmək olar. |
Düşünmək olar ki, gələcəkdə Tbilisinin ev sahibliyi və iştirakçılığı ilə təmaslar intensivləşəcək. |
Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub. |
Oxu.Az xəbər verir ki, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək. |
Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq. |
Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. |
Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək. |
“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti normallaşıb”. |
Bu barədə Oxu.Az-a onun yaxın dostu məlumat verib. |
O, bəstəkarın vəziyyətinin əvvəlki günlərə nisbətən daha yaxşı olduğunu bildirib. |
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. |
İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. |
Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub. |
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. |
Cavanşir Quliyevin qardaşı oğlu Atarəhim Qulusoy da açıqlamasında bəstəkarın sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib. |
Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib. |
Bu barədə Kürdəmir Rayon İcra Hakimiyyəti məlumat yayıb. |
Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb. |
Dövlət Su Ehtiyatları Agentliyi yanında “Azərsu” ASC də sözügedən məlumatı təsdiqləyib. |
Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır. |
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verib. |
Bunu təsdiq edən müvafiq fərman Ukrayna prezidentinin internet saytında dərc olunub. |
Fərmanda qeyd olunur ki, V.Zalujnı Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində əlamətdar şəxsi xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə bu ada layiq görülüb. |
Qeyd edək ki, Valeri Zalujnı ötən gün istefaya göndərilib. |
Ardınca Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. |
Siyasi baxışlarına görə Təbrizin “Şəhid Mədəni” Universitetindən qovulan güneyli tələbə fəal Armita Pavir Azərşəhr İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, güneyli tələbəyə rəhbəri (Xameneini) təhqir etmək ittihamı ilə 7 ay 16 gün, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə isə 15 ay 1 gün həbs cəzası verilib. |
Xatırladaq ki, psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında SEPAH tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi. |
Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib. |
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb. |
Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər. |
Fransanın mənzil-tikinti naziri postuna erməniəsilli Giyom Kasbaryan təyin olunub. |
Bu barədə Fransa mətbuatı xəbər verib. |
36 yaşlı Giyom Kasbaryan bundan əvvəl Fransa parlamentinin deputatı olub. |
Bu yaz Xocalıda 50 evin çırağı yanacaq. |
Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. |
Bakı Abadlı Xidmətindən alınan məlumata görə, əsas yol, ətrafında salınmış yaşıllıqlarla birgə, 14 metrə qədər genişlənəcək. |
167 hektar ərazidə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nömrələnmiş 113 ev yenilənir. |
Bu bahar Xocalıya 50 ailənin qayıdacağı gözlənilir. |
Köç prosesi sürətləndikcə, xocalılar yolboyu səliqə ilə düzülmüş 200-ə yaxın müasir, rahat həyət evlərində yaşayacaqlar. |
Biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.