Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. |
Tikinti ilə paralel olaraq müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri görülür - ağaclar budanır, yaşıllıqlar salınır. |
Bakı Abadlıq Xidmətinin landşaft memarı Ahmet Erenin sözlərinə görə, Xocalıda çaykənarı, eynən Laçında, Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. |
İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. |
Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər. |
Bakı Abadlıq Xidmətinin əməkdaşlıq etdiyi 9 tikinti və 5 kommunikasiya şirkətinin personalında Xocalı sakinlərinə üstünlük verilir. |
Qeyd edək ki, ilkin mərhələdə işin əsas hissəsi yerin altında gedir. |
Bu günə qədər Xocalıda:""11 937 metr kanalizasiya xətti 4 712 metr su xətti 8 844 metr rabitə xətləri 19 500 metr qaz xətləri çəkilib. |
Elektrik xətlərinin uzunluğu ümumilikdə 6 600 metr, 35 kilovatlıq elektrik kabelinin uzunluğu isə 6.500 metr təşkil edir. |
Xocalıda rabitə kommunikasiya sisteminin qurulması işlərinin orta hesabla 70 faizi başa çatıb. |
Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib. |
“Qaynarinfo”nun məlumatına görə, sahibkar kimi fəaliyyət göstərən Afiq Mustafayevin (soyad şərti) həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub. |
Belə ki, 1984-cü il təvəllüdlü Afiq rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. |
YPX əməkdaşları tərəfindən həmin yük maşınlarının sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. |
Lakin, 77-BJ-238 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib. |
Daha sonra əraziyə “Porsche” markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. |
O, özünü sözügedən yük maşının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib. |
Həmin yük maşınlarının sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. |
Bundan əlavə sahibkar idarə etdiyi “Porsche”ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. |
Daha sonra əraziyə post patrul xidmətinin əməkdaşlarının göndərilib. |
Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb. |
Polis Afiqi saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. |
Sahibkar məhkəmədə özünü günahkar bilməyib. |
Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib. |
Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Elvin Ağalar oğlu Qeybəliyevin övladı dünyaya gəlib. |
Oxu.Az xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. |
Bu məqsədlə 1 000 manat vəsait ananın hesabına köçürüləcək. |
Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 manat vəsait onun hesabına yerləşdiriləcək. |
Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. |
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. |
Qeyd edək ki, şəhid Elvin Qeybəliyevin üzünü görə bilmədiyi Məhəmmədəlidən başqa 4 övladı var. |
Kapitan Elvin Ağalar oğlu Qeybəliyev hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Çinin Siçuan Universitetinin alimləri aşkar ediblər ki, çayın müntəzəm istehlakı onun tərkibinə daxil olan xüsusi birləşmələr, polifenollar sayəsində orqanizmin qocalma prosesini ləngitməyə kömək edir. |
Tədqiqatçılar 30-79 yaş arası təxminən səkkiz min Çin sakininin məlumatlarını təhlil ediblər. |
Elmi işə yaşları 37 ilə 73 arasında dəyişən altı min britaniyalı könüllünün məlumatları da daxil edilib. |
Tədqiqatçılar iştirakçıların yemək vərdişləri haqqında məlumat toplayıb və onlardan adətən nə qədər çay içdiklərini bildirmələrini istəyiblər. |
Tədqiqatçılar, həmçinin iştirakçıların qan təzyiqini, xolesterinin səviyyəsini və bədəndə yağ faizini qeyd ediblər. |
Bu məlumatlar elm adamları tərəfindən subyektlərin bioloji yaşını qiymətləndirmək üçün istifadə edilib. |
Məlum olub ki, müntəzəm çay istehlakı orqanizmin bioloji qocalma sürətinin azalması ilə əlaqələndirilir. |
Qeyd olunur ki, polifenollar, xüsusi bitki birləşmələri qocalma əleyhinə təsir göstərir. |
Onlar antiinflamatuar və antioksidant təsirlərə malikdirlər. |
“Zəngəzur dəhlizinin açılması ilk növbədə orta və uzunmüddətli sabitlik üçün çox mühüm beynəlxalq amildir”. |
O bildirib ki, bu, həm iqtisadi rifahı təmin edəcək, həm də Ermənistan üçün bir çox imkanlar yaradacaq:""“İkincisi məsələ budur ki, dəhlizin açılması ilə biz Gürcüstanla birlikdə regional miqyasda beynəlxalq trafik üçün rəqabət apara, bu sahədə ümumi əməliyyatların həcmini artıra, münaqişələrə sülh və sabitlik ilə son ... |
Bu, iqtisadi artım və yeni iş yerləri baxımından da əhəmiyyətlidir”. |
“2023-cü il ərzində 31 492 cavabdeh şəxs barəsində dövlət inspektorları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. |
Həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edilib, 23 obyektin isə fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib”. |
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi polkovnik-leytenant Emin Mehdiyev ilə müsahibəni təqdim edir:"""- Son günlər paytaxtda baş verən yanğınlar, partlayışlar narahatlıq yaradıb. |
Yanğınların baş verməsinin səbəbi nədir? |
- Hər il qış mövsümündə havaların soyuması nəticəsində mənzillərin isidilməsi ilə bağlı sakinlərin qayğıları artır. |
Ən optimal və təhlükəsiz hesab edilən mərkəzləşmiş istilik sistemi olan binalarda analoji problemlər yaşanmır. |
Digər hallarda sakinlər evlərini isitmək üçün müxtəlif qızdırıcı cihazlardan istifadə edirlər ki, bu zaman insanların səhlənkarlığı, xüsusən də elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə səbəb olur. |
Adətən qış mövsümündə məişətdə baş verən yanğınların çoxu yaşayış sektorunun payına düşür. |
Bunun da əsas səbəbi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, o cümlədən qeyri-standart və nasaz elektrik cihazlarından istifadə, elektrik avadanlıqlarının işlək vəziyyətdə uzun müddət nəzarətsiz qalması, elektrik yuvası və uzadıcılarının həddən artıq yü... |
Qeyd olunanlarla yanaşı, yanğınların baş vermə səbəbləri sırasında qazdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması hallarına da tez-tez rast gəlinir. |
Belə ki, məişətdə işləyən qaz cihazlarından törənən partlayış və yanğınların əsas səbəbi boru kəmərində, birləşmə qovşaqlarında kipliyin pozulması, qaz sobalarının odluqlarından qazın sızması və qeyri-standart qaz cihazlarından istifadə hallarının yol verilməsidir. |
- Yanğınların bir çoxu elektrik naqillərində yaranan qısaqapanmalardan olur. |
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi surətdə yanğına qarşı təbliğat, maarifləndirici tədbirlər keçirilir, televiziya kanallarında slaydlar nümayiş etdirilir. |
İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmasına baxmayaraq, yanğın təhlükəsizliyi qaydalarına niyə əməl olunmur? |
- Ötən il elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən yanğınların vahid statistik uçotuna daxil edilmiş 878 yanğın hadisəsi baş verib. |
Bu da 2023-cü il ərzində baş verən ümumi yanğınların 46 faizini təşkil edir. |
Elektrik dövrəsinin artıq yüklənməsi yanğına səbəb olan əsas amillərdən biridir. |
Belə ki, elektrik xəttindən cərəyan keçərkən həmişə hərarət əmələ gəlir. |
İşlədiləcək məişət elektrik cihazlarının nominal gücünə uyğun müvafiq enkəsikli elektrik naqilləri seçilməlidir. |
Əks halda elektrik naqili həddən artıq qızaraq naqilin izolyasiyasının keyfiyyətini tədricən itirir, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə səbəb olur. |
Belə hal bir elektrik yuvasına bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər. |
Dövlət Yanğın Nəzarəti Xidməti əhali arasında daim yanğına qarşı təbliğat, maarifləndirici tədbirlər həyata keçirir, televiziya kanallarında yanğın təhlükəsizliyi ilə bağlı videomateriallar ictimaiyyətin diqqətinə çatdırılır. |
Təkcə ötən il 1789 maarifləndirmə tədbiri keçirilib. |
Elə bu tədbirlərin sayəsində 2023-cü ildə yanğınların ümumi sayı əvvəlki illə müqayisədə 188 ədəd azalıb. |
Buna baxmayaraq, təəssüf ki, bəzi vətəndaşlarımız təhlükəsizlik qaydalarına əməl etmir. |
Bir sıra obyektlərdə isə elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydası”na uyğun həyata keçirilmir, yanğın təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur. |
Şübhəsiz yanğın təhlükəsizliyi qaydalarını pozan cavabdeh şəxslər barəsində müvafiq tədbirlər görülür, inzibati cərimələr tətbiq edilir. |
- Baş verən yanğınlarda insan amilinin rolu nə dərəcədədir? |
- Adətən baş verən 10 yanğından 9-u insan amili, odla ehtiyatsız davranma, insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. |
Təbii hadisələr səbəbdən nadir hallarda yanğın baş verir. |
Yanğınların baş verməsinin əsas səbəbi ehtiyatsızlıq, qaydalara biganəlikdir. |
- FHN-in aidiyyəti bölmələri tərəfindən respublika üzrə yanğın təhlükəsizliyi istiqamətində yaşayış və qeyri-yaşayış obyektlərində müvafiq dövrlərdə monitorinqlər aparılır. |
Ötən ilə qədər bu monitorinqlərin nəticələrinin bir qismi media ilə də paylaşıldı. |
Bilmək istərdik, ötən il ərzində monitorinq aparılan müəssisələrin sayı nə qədər olub və yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən obyektlər barəsində hansı tədbirlər görülüb? |
- 2023-cü ildə təqribən 70 000 obyektdə yanğın-texniki müayinə keçirilib. |
Bu müayinələr zamanı 400 000 yaxın yanğına qarşı tələbin yerinə yetirilməsi üçün obyektlərin cavabdeh şəxslərinə tələbnamə və qərarlar təqdim edilib. |
Elə obyektlər var ki, illərdir yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozmaqda davam edir. |
Belə olan hallarda müəssisə rəhbərləri, sahibkarlar barədə tərəfimizdən daim ciddi ölçü götürülür. |
Təkcə ötən il 30 mindən çox (31 492) cavabdeh şəxs barəsində dövlət inspektorları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. |
Həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edilib. |
Görülmüş tədbirlərdən müsbət nəticə çıxarılmadığı hallarda isə həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən ən son zərurət həddi olan məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. |
Belə ki, 2023-cü ildə 23 obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib. |
- Son olaraq, Azərbaycanda qeydə alınan yanğın və partlayış hadisələrini statistikaya əsasən, digər ölkələrlə müqayisə etsək, hazırda ölkəmizdəki vəziyyəti necə qiymətləndirərdiniz? |
- Dünyadan baş verən yanğınların statistikasına əsasən, Azərbaycanda yanğınlarla əlaqədar vəziyyətin xeyli yaxşı olduğunu deyə bilərik. |
Yanğınların tədqiqi sahəsində nüfuzlu qurum sayılan, dünyanın 60-a yaxın ölkəsinin üzv olduğu Yanğına Qarşı və Xilasedici Xidmətlərin Beynəlxalq Assosiasiyasının (CTİF) 2022-ci ilin hesabatında əhalisinin sayına görə ölkəmizlə təqribən eyni pillədə duran dövlətlərdə, yəni, İsveç, Çexiya, Macarıstan, Yunanıstan, İsrail,... |
Analoji mənzərəni yanğınlarda həlak olan insanlarla bağlı göstəricilərə də şamil etmək olar. |
Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli |
Erməni cəmiyyəti məyusdur və bunun müxtəlif səbəbləri var, amma ermənilər düşdükləri durumun əsl səbəbini dilə gətirmirlər. |
Bunun kökündə Ermənistanda uzun illərdir təbliğ olunan və yalan üzərində qurulan hakim ideologiya dayanır. |
Uydurma tarix, “erməni dövləti”, onun ərazisi, “böyük etnos”, “Böyük Ermənistan” və bu kimi uydurmaların, xülyaların puçluğu erməniləri indi məyus edib. |
Ölkə siyasiləri, ictimai fəallar, ziyalılar günahkar axtarırlar. |
“Günah keçisi”, yaxud ona oxşar axtarışlar yeni yanlışlıqlara yol açır, həqiqətin yenidən gizlədilməsinə səbəb olur. |
Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra mövzularla bağlı reallığı vətəndaşlarına çatdırmağa çalışır. |
Onlardan biri də yeni konstitusiyanın qəbulu ilə əlaqədardır. |
Bu ölkənin müstəqillik bəyannaməsi əsasında hazırlanan əsas qanunu Azərbaycan-Ermənistan normallaşma prosesinə, o cümlədən sərhədlərin müəyyənləşməsinə, sülh sazişinin imzalanmasına ciddi maneədir. |
Hökumət başçısı fevralın 7-də bildirib ki, Azərbaycanla sülh sazişi ilə bağlı əldə edilən razılaşmaya əsasən, İrəvan üzərinə düşən öhdəlikdən boyun qaçırmaq üçün öz qanunvericiliyinə istinad edə bilməz. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.