Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu o deməkdir ki, Azərbaycanla danışıqlar zamanı Ermənistanın mövcud konstitusiyasında problem yarada biləcək maddələrə rəsmi İrəvanın istinad etməmək barədə öhdəliyi var.
Ancaq həmin razılaşma dövlətlərarası münasibətlərin normallaşması üçün yetərli sayıla bilərmi?
Bu, müvəqqəti dövr üçün yetərli olar.
Çünki dövlətin əsas sənədi konstitusiyadır.
Orada bütün istiqamətlər öz əksin tapır.
Lakin əsas qanunun bütün müddəalarının inkişafa xidmət etmədiyi də reallıqdır.
Ona görə də yeni konstitusiyanın qəbulu, orada qonşu dövlətlərə ərazi, “erməni soyqırımı” kimi iddiaların olmaması, Ermənistan milli dövlətçiliyi, 1918-ci ildə qurulmuş respublikaya münasibətin dəyişməsi ilə bağlı maddələrin açıq-aydın göstərilməsi vacibdir.
Bu, Ermənistan və erməni cəmiyyətinə reallığı da göstərə bilər.
Yeni konstitusiya onların yuxudan ayılması üçün terapiya olar.
N.Paşinyanın Bakı ilə razılaşma barədə açıqlamasına inansaq, o zaman belə nəticəyə gəlmək olar ki, Ermənistanın konstitusiya ilə idarə olunmur.
Çünki bu ölkənin həyati - vacib məsələləri Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır.
Belə razılaşmalardan rəsmi İrəvanın imtina etməsi də mümkündür.
Ermənistanda yeni konstitusiyanın əleyhdarları da olduğundan rəsmi İrəvan bu vasitə ilə manevr etməyə səy göstərir.
N.Paşinyan həm də vaxt udmağa çalışır.
Onun “Müstəqillik bəyannaməsi”ni rədd etməsi və yeni konstitusiya istəyinə qarşı çıxanlardan biri də ölkənin İctimai radiosunun icraçı direktoru Qaregin Xumaryandır.
Bu günlərdə radionun Nəzarət Şurası Q.Xumaryana qarşı intizam tədbiri görməyə başlayıb.
“Lurer” saytı bildirib ki, o, bu bəyanatları tənqid edən məqaləsini radionun internet saytında dərc edərək vurğulayıb:“Baş nazir siyasi kimliyimizin sütunlarından birini məhv etmək və bizi - biz olmaqdan məhrum etmək niyyətindədir.
Bizə deyirlər ki, azərbaycanlılar güclüdür və ermənilər zəifdir”.
O, həmin yazıda erməniləri daha güclü olmağa çağırıb:“Ancaq bunun əvəzində bizə “erməni olmağınızı dayandırın” deyirlər”.
Q.Xumaryan başqa erməni ideoloqları kimi Azərbaycanı şərləməkdən də özünü saxlamayıb:“Belə siyasət Azərbaycanın Ermənistana qarşı təcavüzünün qarşısını almayacaq”.
Göründüyü kimi, Ermənistan cəmiyyətində məyusluq davam edir.
Xumaryanın iddiaları buna nümunədir.
İrəvan Dövlət Universiteti İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Azərbaycanı nəzərdə tutaraq bildirib:“Düşmən məğlubedilməz deyil”.
Bunlar Ermənistan və erməni cəmiyyətinin ruh düşkünlüyü, məyusluğunu əks etdirir.
Belə düşüncə sahibləri Azərbaycanla münasibətlərin normallaşmasına mane olur.
Bu tip qüvvələr iki ölkə arasında normallaşmaya problem yaradanların əlində alət olurlar.
N.Paşinyan yeni konstitusiyanın qəbulu istiqamətində işi dayandırması Ermənistan dövlətçiliyinə, ermənilərin xalq olmasına problem yarada bilər.
Baş nazirin razılaşma barədə açıqlamasını isə əsas qanunun yazılmasından yayınmağa cəhddə saymaq olar.
Başqa sözlə, o, daxildəki narazı qüvvələri bununla neytrallaşdırmağa çalışır.
Məyus Ermənistan cəmiyyəti üçün nicat, çıxış yolu reallığı əks etdirən, uydurma, qondarma iddialardan uzaq düşüncələr əsasında yazılacaq yeni konstitusiyadadır.
Bu, yeni Ermənistanın yaranmasına, erməni etnosunun yetişməsinə təkan verə bilər.
“Ümumavropa strukturları getdikcə daha çox nəzarətə can atırlar.
Eyni zamanda təşkilat daxilində istənilən problemin öhdəsindən gəlməkdə acizdirlər.
Hazırda kənd təsərrüfatında vəziyyət belədir”.
“Onlar (fermerlər) təkcə bu və ya digər qanuna etiraz etmirlər, bürokratik, mərkəzləşdirilmiş və eyni zamanda tamamilə təsirsiz bir qurum olan Avropa İttifaqının (Aİ) bütün modelinə etiraz edirlər”, - deyə Avropada davam edən son fermer etirazlarına münasibət bildirərkən söyləyib.
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, Aİ-nin daha çox güc tətbiq etmək istəyi, bir o qədər də effektsiz olur:""“Avropalı fermerlərin vəziyyətinin səbəbi budur.
Onları problemləri həll etmək iqtidarında olmayan, həm də bu problemləri yaradan bir institut idarə edir”.
Polşalı politoloq bildirib ki, Ursula fon der Lyayenin özünü effektiv antiböhran meneceri, eləcə də, lider kimi göstərmək şansı var:""“Çünki onun sədrliyi dövründə Aİ bir sıra böhranlarla, o cümlədən miqrasiya, enerji, sərhəd problemləri, Ukrayna müharibəsi, Yaxın Şərqin gərginləşməsi və s.ilə üzləşib”.
“Ursula fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi.
Əksinə, o, özünü sadə insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi”, - deyə politoloq qeyd edib.
O vurğulayıb ki, avropalılar bilmirlər ki, Aİ nə üçün mövcuddur və hansı məqsədlərə xidmət edir.
Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal etdiyi ərazilərində təbii sərvətlərə və ətraf mühitə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub.
Bu illər ərzində işğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində həm yerli, həm də müxtəlif xarici şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib.
Həmin ərazilərdə ətraf mühitə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına da səbəb olub.
Nəticədə Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə separatizmə son qoyulmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Rəsmi Bakı ilk günlərdən Ermənistanın işğaldan azad edilən ərazilərdə yol verdiyi fəlakətin beynəlxalq səviyyədə tanınması üçün genişmiqyaslı kampaniyaya start verib.
Ermənistan tərəfindən çayların çirkləndirilməsindən tutmuş Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı bütün təhlükələri qabardıb.
Rəsmi, eləcə də ekoloq və ekspertlər səviyyəsində, xüsusən də AES-in dünyanın ən təhlükəli elektrik stansiyalarından biri olduğu bəyan edilsə də, tələblərə reaksiya olmayıb.
Ermənistan stansiyanı bağlamaqdan imtina edir.
Eləcə də, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları da dəfələrlə Ermənistana ünvanladıqları məktublarda bu ölkədə aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığını ifadə edib.
Bu yaxınlarda da 22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.
İrəvanın beynəlxalq qanunların tələblərini ciddi şəkildə pozduğu vurğulanıb.
Yeri gəlmişkən, Azərbaycanın başlatdığı bu kampaniya Ermənistanda ciddi rezonans və dəstək toplayıb.
Qonşu dövlətdə müxtəlif qeyri-hökumət təşkilatları azərbaycanlı həmkarları ilə həmrəylik nümayiş etdiriblər.
Rəsmi İrəvan da bunu cavabsız qoymamaq qərarına gəlib.
Ermənistan hakimiyyəti ölkədə ekoloji problemlərlə məşğul olan yerli qeyri-hökumət təşkilatlarına qarşı total hücuma start verib.
Onlara qarşı hər cür ittihamlar səslənib, hətta Azərbaycana xidmət etməkdə ittiham ediliblər.
İrəvanda dərc olunan “Hraparak” nəşri də bu ittihamların başında dayanır.
Qəzet yazır ki, “məhz yerli qeyri-hökumət təşkilatlarının hesabatlarından sonra Azərbaycan Ermənistan iqtisadiyyatına qarşı total hücuma keçib”.
Əlavə edilib ki, “rəsmi Bakı bu kampaniyanı beynəlxalq məhkəmələrdə xüsusi aktivliklə həyata keçirir.
Bütün iddialarında da Ermənistanın ətraf mühiti çirkləndirdiyi xüsusi vurğulanır.
Bizdən mədənləri istismar etməməyi tələb edirlər.
Bu mədənlər isə əsas vergi ödəyicilərimizdir”.
Erməni nəşri onu da iddia edib ki, “azərbaycanlılar onların şaxtalarına, iş yerlərinə daxil olur.
İstinad etdikləri əsas faktlar isə erməni QHT-lərinin hesabatlarıdır”.
Sonda qeyd edilib ki, “Azərbaycan sabah Cermuxa atəş aça və əsas kimi də Amuldağ (Amulsar) mədəninin Azərbaycan ərazilərini çirkləndirdiyini ortaya ata bilər.
İstinad kimi də bizim QHT-lərin hesabatları əsas götürülə bilər.
Bir başqa gün Qacaranı ələ keçirə bilər.
Və yaxud beynəlxalq cəmiyyət bizdən şaxtaların bağlanmasını tələb edə bilər.
Bu halda QHT-lərimiz belə nəticələrə görə məsuliyyət hiss edərlərmi”.
Hakimiyyətin sifarişi ilə digər bir təşkilat - Ermənistan Mədənçilər və Metallurqlar İttifaqı da baş verənləri ölkənin mədən sənayesinin hədəfə alınması cəhdi adlandırıb.
“Ermənistanın hüdudlarından kənarda və daxilində dezinformasiya, böhtan və saxta ittihamların yayılmasından dərin narahatlığımızı bildiririk, bu, respublikada iqtisadi sabitliyə ciddi təsir göstərə bilər”, - deyə ittifaqın yaydığı bəyanatda deyilir.
“Biz Ermənistanın ekoloji təşkilatlarında bu dəyişiklikləri, onların bunu təşviq edəcəyini gözləmirdik, ən azından, ümid edirdik ki, onlar sırf milli maraqlar əsasında ehtiyatlı davranacaqlar və Azərbaycanın Ermənistanı “regional fəlakət” kimi təqdim etmək kimi siyasi məqsədlərinin reallaşdırılması prosesini dəstəkləmə...
Təşkilat hesab edir ki, Azərbaycan hər vasitə ilə Ermənistanın iqtisadiyyatını zəiflətməyə çalışır.
Misal kimi də Arazdəyən (Yerasx) Metallurgiya Zavodu layihəsini yada salıb:""“Azərbaycan bütün resurslarını bu layihənin dayandırılmasına sərf etdi, bu da zavodun köçürülməsinə səbəb oldu və bu da iqtisadiyyatımıza milyonlarla dollar ziyan vurdu”.
Bildirilib ki, “azərbaycanlıların hədəfində hazırda Metsamor AES, Qafan, Qacaran zavodları, hələ də fəaliyyətsiz olan Amuldağ (Amulsar) mədəni, Ararat Qızıl Zavodu və Tequut də var.
Onlar bütün məlumat və hesabatlarında Ermənistanın QHT sektorunun nümayəndələrinə istinad edirlər”.
Beləliklə, Ermənistan hakimiyyəti yenə öz ampluasındadır, azad sözə, regionda sülh və əməkdaşlığa təkan verəcək hallara qarşı çıxmaq xəttinə sadiq olduğunu nümayiş etdirməkdədir.
İrəvan bölgənin ekoloji rifahına çalışmaqdansa, ona qarşı çıxmaqdadır.
Mayın 15-16-da Bakıda “Visa” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Fintex Sammit - 2024” (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək.
Bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.
Sammit “Bank və maliyyə ekosistemində yeni trendlər:İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda olacaq.
Qeyd edək ki, kifayət qədər tarixə malik olan sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platf...
Fintex sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir.
Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.
Bu il, həmçinin dekabrın 3-4-də Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlunun yaşadığı evdə intihar etməsi ilə bağlı ilkin səbəb bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, A.Məmmədovun atası onun əlində olan telefonu alıb və dərslərini oxumasını istəyib.
Atasının sözünə hirslənən uşaq bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
16:11"Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.
Oxu.Az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində beş avtomat, bir pulemyot, bir snayper tüfəngi, patronlar və digər sursat aşkar edərək götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.