Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətini təsdiq etdiyi “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”ə əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi i... |
Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. |
Hesabatlar rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq. |
Bəs bu tələblər sığorta bazarına necə təsir edəcək? |
“Müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi”"Onlardan biri - İlkin İbrahimov hesab edir ki, tələblər müəyyən ediləndə müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi:""“Belə qərarları qəbul edərkən müstəqil ekspertlərlə də görüşlərin keçirilməsi məqsədəuyğun olardı. |
Azərbaycanda çoxlu sayda ekspert var. |
Onların belə qərarların qəbulunda iştirak etməməsi təəssüf doğurur. |
Ümumilikdə isə sözügedən tələblərin müəyyən edilməsi çox müsbət haldır. |
Əvvəl müstəqil ekspertlərlə bağlı qanunvericilikdə qeydlər olsa da, bəzi məsələlər açıq qalmışdı. |
Onların hüquq və vəzifələri müəyyən edilmirdi. |
Bu sahədə qaydalar demək olar yox idi və buna görə də bir qədər pərakəndəlik hökm sürürdü”. |
“Yəqin ki, bu tələblər müstəqil ekspertlərin sertifikasiyadan sonra tətbiq ediləcək. |
Hələlik sertifikasiya olmadığına görə, hesabatlılığın da ola biləcəyi sual doğurur. |
Müstəqil ekspertlər sertifikasiyadan keçməli, onların fəaliyyət istiqamətləri müəyyən edilməlidir ki, hesabatlılıq da olsun. |
Amma sözügedən tələblərin əvvəlcədən müəyyən edilməsi bazarın gələcək inkişafına təkan verəcək”, - deyə o qeyd edib. |
“Yalnız peşəkarlar ekspert olmalıdır”"Digər ekspert Kamran Babayev də “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”in təsdiq edilməsini müsbət hal kimi qiymətləndirir:""“Müstəqil ekspertlərin sığorta bazarında rolu çox önəmlidir. |
Çünki müştəri ilə sığorta şirkəti arasında zərərin qiymətləndirilməsində problemlər olur. |
Onlar razılığa gəlməyəndə müstəqil ekspert seçilir. |
Yalnız peşəkar, eyni zamanda dürüst və ədalətli insanlar ekspert olmalıdır. |
Elə tələblər tətbiq edilməlidir ki, məhz işini bilən insanlar sığorta bazarında fəaliyyət göstərsinlər”. |
“Düşünürəm ki, müstəqil ekspertlərdən başqa təmir müəssisələrinə dair tələblər də olsa, bazara müsbət təsir göstərər. |
Sığorta şirkətləri keyfiyyətli işlər görən avtoservislərə müraciət etməlidir. |
Bu, xidmətin keyfiyyətinin artmasında müsbət rol oynayar. |
Bir sıra meyarlar müəyyən edilər və onlara cavab verən avtoservislər sığorta şirkətləri ilə əməkdaşlıq edər”, - deyə o qeyd edib. |
Günəşin Yerə baxan tərəfində planetimizdən dörd dəfə böyük olan AR3576 nəhəng günəş ləkələrindən ibarət çoxluq əmələ gəlib. |
Məlumata görə, qaralma bölgəsinin eni 200 min kilometrdir. |
Günəş ləkələri qrupuna hər biri Yerdən böyük olan ən azı dörd nüvə daxildir. |
Quruluş o qədər böyükdür ki, onu, hətta Marsdan da görmək mümkündür. |
Günəş ləkələri ulduzun səthindəki qaranlıq, daha soyuq ərazilərdir. |
Onlar tac kütləsinin atılması (CMEs) ilə müşayiət olunan elektromaqnit partlayışları yarada bilər. |
Günəş partlayışları günəş atmosferində maqnit enerjisi yığıldıqda və güclü elektromaqnit şüalanması kimi buraxıldıqda baş verir. |
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimlərinin fikrincə, güclü maqnit qasırğalarını Yer kürəsində radio rabitəsində ciddi fasilələr yarada və peyklərin işini poza bilər. |
Güclü maqnit qasırğalarının bir neçə gün davam edəcəyi vurğulanır. |
“Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş siyasi qərəzdən başqa heç nə önəmli deyil”. |
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatını şərh edərkən deyib. |
O, qurumun Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını tənqid edib. |
“ATƏT/DTİHB-yə bir sualım var:Onlar ümumiyyətlə dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? |
Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”, - deyə o bildirib. |
Türkiyənin Niğdə şəhərində orta yaşlı qadın ümumilikdə bir milyon türk lirəsi (təxminən 56 min manat) dəyərində pul və qızıl-zinət əşyalarını itirib. |
Hadisədən qısa müddət sonra qadına şəhər bələdiyyəsindən zəng gəlib və ondan inzibati binaya yaxınlaşması istənilib. |
Məlum olub ki, qadın pul və zinət əşyalarının olduğu çantasını taksidə unudub. |
Sürücü isə çantanı yaxınlıqda yerləşən bələdiyyəyə təhvil verib. |
Öz növbəsində bələdiyyə sədri çantanı qadına təhvil verib. |
Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bu günə qədər 45,6 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 119 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur. |
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib. |
Eyni zamanda Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. |
Statistik göstəricilərə əsasən, 2022-ci ildə Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə üç dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub. |
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. |
Bu günə qədər Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb. |
Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. |
Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s.sahələr üzrə ixtisaslaşıb. |
Qeyd edək ki, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. |
Bakının Sabunçu rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsindən yıxılaraq vəfat edən beş yaşlı uşağın autizm sindromlu olduğu məlum olub. |
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. |
Açıqlama verən qonşulardan biri bildirib ki, uşağın valideynlərinə hadisə barədə xəbəri qonşular çatdırıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Ətraflı süjetdə:""17:04"Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb. |
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. |
Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. |
Azyaşlı aldığı xəsarətlərdən keçinib. |
Faktla bağlı araşdırma aparılır. |
Bakıda tarixi memarlıq abidəsinə müdaxilə edilib. |
Oxu.Az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb. |
Belə ki, paytaxtın Yasamal rayonu ərazisində olan memarlıq abidəsinin fasad hissəsinə müdaxilə edilib. |
Yaranan görüntü insanların narazılığına səbəb olub. |
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi halların qarşısını almaq üçün tədbirlər görülür:""“Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3551 inventar nömrəli yerli əhəmiyyətli ... |
Şəhərin bir çox yerində abidələrə uzun illər ərzində bu cür müdaxilələr olunub. |
Belə halların qarşısının alınması üçün mütəmadi tədbirlər görülür. |
Qeyd olunan ünvanda yerləşən abidədə fəaliyyət göstərən obyekt sahibinə də müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”. |
Sabirabad rayonunun Qaratəpə kəndinin yolları bərbad vəziyyətdədir. |
Sakinlərin sözlərinə görə, yolların yararsızlığı qış aylarında onları daha da çətin vəziyyətdə qoyur, şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər. |
“Qonşumun nənəsi rəhmətə getmişdi. |
Onun meyitini buradan traktorla aparmalı oldular”, - şikayətçi narazılıq bildirib. |
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: |
Fransalı qılıncoynadan İsaora Tibus beynəlxalq yarışlardan dopinqə görə müvəqqəti olaraq kənarlaşdırılıb. |
Bu barədə Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) qərar verib. |
Rapira növündə çıxış edən idmançı anormal dopinq testinin nəticəsinə görə turnirlərdən uzaqlaşdırılıb. |
Fransa Qılıncoynatma Federasiyasından (FFE) bildirilib ki, yanvarın 14-də ondan götürülmüş testin nəticəsi müsbət olub. |
FFE Tibusun qəsdən dopinqdən istifadə etmədiyini və bunun üçün məyus olduğunu açıqlayıb. |
Qeyd edək ki, İsaora Tibus dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, dördqat ölkə çempionudur. |
O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da gümüş medal əldə edib. |
İlon Mask mobil rabitədən imtina etməyə hazırlaşır. |
Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib. |
O, ünsiyyət üçün “X” sosial şəbəkəsindən istifadə etmək niyyətində olduğunu bildirib. |
“Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və ancaq “X”dən yazışmalar, audio və video zənglər üçün istifadə edəcəyəm”, - deyə milyarder yazıb. |
Ekspertlərin fikrincə bu addım “X”də yeni funksiyaları işə salmaq cəhdi ola bilər. |
Qeyd edək ki, platforma rəsmi olaraq keçən ildən audio və video zənglər funksiyasını işə salıb. |
Yeniliyə əsasən, bütün hesablar zəngləri qəbul etmək imkanına malik olsa da, yalnız ödənişli tarif sahibləri özləri zəng edə bilərlər. |
Müasir dövrdə alış-verişin ən çox yayılan formalarından biri də onlayn ticarətdir. |
Geyimdən tutmuş, məişət texnikasına qədər internet üzərindən alınan brend malların qiyməti isə daha ucuz olur. |
Maraqlıdır ki, insanlar onlayn alış-veriş zamanı hansı amillərə diqqət etməlidirlər? |
ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı videosüjet hazırlayıb. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gecə Xarkov, Nikolayev və Xerson vilayətləri kütləvi hücuma məruz qalıb. |
“Zaporojye, Nikolayev və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına cəhd etdiyi bildirilir. |
Lakin hələlik nəticə əldə olunmayıb”, - deyə jurnalist əlavə edib. |
M.Aslanov Xarkovda ağır döyüşlərin getdiyini vurğulayıb:"“Təkcə ötən gecə Xarkova 20-yə yaxın dron vasitəsilə hücum edilib. |
Çuquyev şəhəri və ətrafındakı evlərin əksəriyyəti dağıntıya məruz qalıb. |
Həmin evlərdən ikisi həmyerlilərimizə məxsusdur”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.