Search is not available for this dataset
text
stringlengths
10
518k
Sabahdan Bakıda Zığ qəsəbəsi - “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir”, - deyə məlumatda qeyd olunub.
Almaniya kansleri Olaf Şolts ABŞ-yə səfəri zamanı sürprizlə üzləşib.
Belə ki, o, Vaşinqton danışıqları kuluarlarında özünə çox oxşayan demokrat senator Kris Kunsla qarşılaşıb və bu anı əbədiləşdirmək qərarına gəlib.
Şolts amerikalı senatorla şəklini özünün “X” hesabında paylaşıb.
“Oxşarım Kris Kunsu yenidən görmək çox xoşdur”, - deyə o, paylaşımında bildirib.
Həmçinin Kuns Almaniya kansleri ilə şəklini paylaşaraq “Hansımız kimik?” şərhini edib.
Tehrandakı Evin zindanında saxlanılan Nobel Sülh Mükafatının qalibi və güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə telefon əlaqəsi saxlamaq və onunla görüşmək qadağasının müddəti uzadılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, buna səbəb Nərgiz Məhəmmədinin BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməsi olub.
Güneyli siyasi məhbusun ailəsi bildirib ki, bu qadağalar fevralın 4-dən götürülməli olsa da, Evin həbsxanasının qadın bölməsinin müdirinin tapşırığına əsasən, məhdudiyyətlərin müddəti uzadılıb və dəqiq tarix qeyd edilməyib.
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley...
Oxu.Az xəbər verir ki, loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir.
Loqotipdə Naxçıvanın rəmzi olan Möminə Xatun türbəsinin naxışları ilə əks etdirilən 100 rəqəminin aşağı hissəsində dövlət bayrağımızın rənglərindən istifadə edilib.
Loqotipin sol aşağı hissəsində isə “1924-2024 Naxçıvan Muxtar Respublikası” sözləri yazılıb.
“Akıncı” qardaş torpaqdakı yeni yuvasında.
Azərbaycanda “Bayraktar Akıncı”nın anqarının açılışını və təhvil mərasimini keçirdik”.
Bu sözləri özünün “X” hesabında Azərbaycandakı Hərbi Hava Qüvvələrinin hərbi obyektində silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının təqdimetmə mərasimində iştirak edən Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar yazıb.
“Birliyimiz əbədi olsun”, - S.Bayraktar paylaşımında qeyd edib.
#AKINCI’lar kardeş topraklardaki yeni yuvalarında… ✈️🐳🚀 Azerbaycan’da Bayraktar #AKINCI hangarının açılışını ve teslimat törenini gerçekleştirdik.
Birliğimiz daim olsun...🇦🇿🇹🇷#AKINCI'lar qardaş torpaqlarda yeni yuvalarında...✈️🐳🚀 Azərbaycandə Bayraktar #AKINCI… pic.twitter.com/leFVpf8Wva
Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə dəyişiklik edib.
APA-nın xəbərinə görə, qərara əsasən, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamədə nəzərdə tutulmuş orqanlara müraciət edilir.
Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə ...
Nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;"2.
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzi...
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş y...
Nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;"5.
Dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.
Nəqliyyat vasitələri utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Əsasnamənin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır.
Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.
İspaniyada 3000 illik xəzinənin içərisində qeyri-adi metal tapılıb.
Belə ki, “Villyena dəfinəsi” adlanan xəzinədə aparılan araşdırmalar onun tərkibində yadplanetli material üzə çıxarıb.
Bu barədə “Livescience”də dərc olunan məqalədə bildirilir.
Tədqiqatçıların fikrincə, onlar təxminən 1 milyon il əvvəl Yerə düşən meteoritdə olan dəmirin xüsusiyyətlərinə malikdir.
Qeyd edək ki, 1963-cü ildə İspaniyanın Villyena şəhəri yaxınlığında tunc dövründən qalan 59 qab, çanaq və zinət əşyaları tapılıb.
Əşyaların əksəriyyəti qızıl, gümüş, kəhrəba və dəmirdən hazırlansa da, bəzilərinin materialını müəyyən etmək olmayıb, onların tərkibinin qeyri-adiliyi alimləri çaş-baş qoyub.
Bu hadisədən 60 il sonra isə alimlər tərkibi müəyyən edə biliblər.
Məlum olub ki, dəmir bilərziklərdən biri və içi boş kürə meteoritdən hazırlanıb.
“Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir.
Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir”.
- Son vaxtlar Ukrayna hərbi sənayesinin güclənməsi ilə bağlı xəbərlər eşidirik.
Konkret olaraq hansı yeniliklər var?
- Bu gün Ukraynada müdafiə-sənaye kompleksi digər sənaye sahələrinə nisbətən xeyli sürətlə inkişaf edir.
Ancaq xüsusi olaraq müdafiə sənayesi haqqında danışsaq, müdafiə seqmentləri bütün digər seqmentlərdən daha sürətli artmaqdadır.
Bunlar ilk növbədə, robot sistemləri, uçan aparatlar, yerüstü sistemlər, dəniz dronlarıdır.
Bütün bunlar isə cəbhədə yaxşı nəticə göstərir.
Müharibə bitəndən sonra da ölkəmiz onları istehsal edib ixrac edəcək.
Çünki müharibə zamanı Ukraynada meydana çıxan DefenseTech məhsulları döyüş meydanında vəziyyəti məhz kəskin dəyişən elementdir.
Bu, bizim “oyun rəqiblərimizdir”.
- Son vaxtlar müharibənin gedişində Ukrayna istehsalı olan dronlar barədə də eşidirik.
- Əslində, Ukraynada 1 milyondan çox FPV-dron, eləcə də bir neçə min kilometr məsafəyə uçan yüz minlərlə pilotsuz təyyarə istehsalına imkan verən texnologiyalar yaradılıb.
Bu, müharibəyə yenilik gətirmək və əvvəllər edə bilmədiyimiz zərbələri vurmaq üçün bir fürsətdir.
Onun ərazisində istifadə etdiyimiz bütün məhsullar Ukraynada istehsal olunub.
Dəniz dronları ilə təcrübəmiz göstərir ki, texnologiyalarımız Rusiyanın Qara dəniz donanmasını işğal olunmuş Krım ərazisindən çıxmasına imkan verdi.
Və bu gün onların gəmiləri nəinki başqa limanlara üz tutur, həm əsl yerləri olan dənizin dibinə köçürlər.
- Dronların istehsalı ilə bağlı bu yaxınlarda Böyük Britaniya Baş naziri Ukrayna ilə birgə əməkdaşlığın anonsunu verdi.
Daha hansı ölkələr və nə kimi istehsal gözlənilir?
- Bu gün istehsal imkanlarımız maliyyə imkanlarımızı xeyli üstələyir.
Və bu gün biz 200-dən çox müəssisə tərəfindən istehsal olunan uçan, yerüstü və dəniz dronların ən effektiv modellərini müəyyənləşdiririk.
Bu gün Ukraynada istehsal olunan məhsulları almaq üçün çoxlu imkanlar var.
Ona görə də söhbət yalnız Ukrayna Silahlı Qüvvələrinin həyata keçirəcəyi missiyaların səmərəliliyində, tətbiq strategiyasında olacaq.
Artıq kifayət qədər istehsal imkanlarına malikik.
Robot sistemlərinin birgə istehsalına başladığımız 10-dan çox ölkə var.
Məsələn, Bayraktar sistemləri istehsal edən Baykar zavodu fəaliyyətə başlayıb.
Şirkətin direktoru Haluk Bayraktar bu yaxınlarda Ukraynada idi və biz onunla birlikdə istehsalın gedişatını yoxladıq.
Şadam ki, zavod tikilməkdədir və Ukraynada müasir robot sistemləri yaratmaq və istehsal etmək imkanı var.
Hazırda biz birgə istehsal etdiyimiz bir sıra ölkələrlə işləyirik və müxtəlif konfiqurasiyalarda belə sistemləri istehsal etməyə davam edəcəyik.
- Xarici yardımın azaldığı fonda Ukrayna hələ keçmiş SSRİ vaxtından malik olduğu öz potensialına əsasən daha hansı hərbi sənaye növünü gücləndirə bilər?
- Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir.
Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir.
Və buna görə də əsas innovasiya qərarları bu fəlsəfə ətrafında qurulur.
Buna görə də, bu robot sistemlər belə mühüm rol oynayır.
Dəniz dronlarını misal çəkərək deyə bilərəm ki, biz onların döyüş gəmilərini heç bir şəxsi heyət itkisi olmadan akvatoriyamızdan qopardıq.
- Kütləvi hava hücumlarından daldalanmaq üçün sığınacaqlarla bağlı müharibə boyu problemlər olub və vaxtlar Ukraynada bununla bağlı ciddi addımlar atıldığını eşidirik.
- Bu gün Ukraynada 60 mindən çox sığınacaq var.
Və son bir ildə biz onlardan yalnız 7 minini lazımi vəziyyətə gətirə bildik.
Məsələ o qədər aktualdır ki, Prezidentimizin - Ali Baş Komandanın qərarı ilə sığınacaqların lazımi vəziyyətə gətirilməsinə koordinasiya və nəzarət etməyi mənim nazirliyimə həvalə edilib.
Bu istiqamətə cavabdeh olan Timur Firudinoviç Tkaçenko adlı müavinim var.
O, gecə-gündüz yalnız bu məsələ üzərində çalışır ki, Ukraynadakı bütün sığınacaqların lazımi vəziyyətdə olmasını təmin edək.
O, yerli hakimiyyət orqanları ilə əlaqələri qurmağı yaxşı bacarır və buna görə də əminəm ki, sığınacaqlar yaxın vaxtda daha da yaxşı vəziyyətdə olacaq.
Təcridxanada dərman vasitələrin saxlanılması qaydalarına riayət edilmədiyi aşkarlanıb.
Qeyd edilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti və rəftar, tibbi yardımın təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb və sən...
Cərimə təcridxanasına baxış zamanı burada təmir işlərinin aparıldığı, lakin natəmizliyin mövcud olduğu, dərman vasitələrinin saxlanılması qaydalarına riayət edilmədiyi müşahidə edilib.
MPQ üzvləri tərəfindən 30-dan çox məhkum fərdi qaydada qəbul olunub.
Məhkumlar müəssisədə müayinə və müalicə məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər.
Bəzi məhkumların Ombudsmana yazılı müraciəti də qəbul olunub.
Başçəkmənin yekununda aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.
Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü...
Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağı...
Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA” ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.
Fermerlərin Avropada vüsət alan aksiyasına polşalılar da qoşuldu.
Onlar bu gündən ümummilli tətillərə başlayıblar.
Etiraz nümayişi Bıqdoş şəhərində keçirilib.
Fermerlər meydanda avropalı məmurlar üçün dar ağacları da qurublar.