Search is not available for this dataset
text
stringlengths
10
518k
O bildirib ki, Laçın rayonu ərazisində Qafqaz albanları dövrünə aid onlarca memarlıq abidəsinin böyük əksəriyyəti dağıdılsa da, bəziləri indiyə qədər qalmaqdadır.
Coğrafi baxımdan çətin dağ şəraitində alban memarlığının bu cür hərtərəfli inkişafı onu deməyə əsas verir ki, burada həmin məbədlərin tikintisində və onların qorunub saxlanmasında din xadimləri ilə yanaşı, yerli əhali də yaxından iştirak edib.
Laçın ərazisində xristianlıq dövrü memarlıq sənətinin meydana gəlməsində və inkişafında bölgənin yeganə işçi qüvvəsi sayılan yerli türk əhalinin xüsusi xidmətləri olub.
Tarixçilər göstərirlər ki, türk tayfalarının Alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu var.
Bunu bina və qurğuların, hətta xaç rəmzləri üzərindəki çoxsaylı oğuz-türk elementlərinin mövcudluğu sübut edir.
Məhz bu səbəbdən ermənilər işğal dövründə bu abidələrin üzərindəki yazıların, bədii daş nümunələrinin silinməsini, xaç simvollarının, bina və qurğuların xarici görünüşünün dəyişdirilməsini, bunu bacarmadıqda isə uçurub məhv edilməsini həyata keçiriblər.
Qeyd olunub ki, Alban dövlətinin əsasını yerli türk tayfaları təşkil edib.
Məhz bu səbəbdən Azərbaycanda Alban dövrü mədəniyyətinin də meydana gəlməsində və inkişafında türk tayfalarının önəmli rolu olub.
Azərbaycanda müxtəlif dövrlərdə dövlət quruluşlarının dəyişməsi yerli mədəniyyətinə, eyni zamanda, bölgələrdə tikilməkdə olan memarlıq abidələrinin forma və quruluşlarına da təsir göstərib.
Bu da bölgədə abidələrin müxtəlifliyinə səbəb olub.
Bu baxımdan Laçın ərazilərindəki Qafqaz Albaniyası dövrü abidələri xüsusi maraq doğurur.
Bu cür abidələrə rayonun əsasən Şəlvə, Qorçu, Piçənis, Ərikli, Aşağı Fərəcan, Hoçaz, Əhmədli, Mirik, Sadınlar, Qarakeşdi, Qatos və digər kəndlərində rast gəlinir.
F.İsmayılov diqqətə çatdırıb ki, Laçın rayonu ərazisində Alban memarlığının ən kütləvi forması olan sovmələr daha geniş yayılıb.
Sovmələr karvan yolları kənarında insanların təbiət təsirlərindən (qar, çovğun, külək və s.)qorunması üçün istifadə olunsa da, onlar, əslində, memorial tikililərdir.
Bu abidələrin siyahısına “Sadınlar dərəsi” və “Mirik dərəsi” deyilən ərazilərdəki sovmələri, eyni zamanda, Quşçu kəndi yaxınlığında “Dəmiovlu pir” adlanan sovməni misal göstərmək olar.
Alban dövrünün ən mürəkkəb tikililəri isə bazilikalar və monastırlar hesab olunur.
Monastır tipli abidələrə Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədini aid etmək olar.
Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur.
Çünki Alban dövrü memarlıq abidələrinin daş və divarları üzərindəki elementləri yalnız Alban dövrü abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.
“Nəinki Laçın ərazisində, eləcə də Azərbaycanın işğal altında qalmış bütün digər ərazilərindəki Alban dövrü abidələri üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini bu bölgədə yaşayan erməni millətindən olanlar mənimsəməyə, yəni, erməniləşdirməyə çalışırlar.
Bu da Alban dövrü abidələrinin ilkin görkəminin kütləvi şəkildə itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilməsinə səbəb olur.
Cənubi Qafqazın bütün bölgələrində, xüsusilə də ermənilər tərəfindən 30 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında, o cümlədən Laçın rayonu ərazilərində alban dövrü abidələrinin erməniləşdirilməsini çox sürətlə həyata keçirirdilər.
Ermənilər Alban dövrü memarlıq abidələrinin üzərindəki bəzəklərin, müxtəlif növ süjetlərin ornamental quruluşlarında forma və məzmun dəyişiklikləri edərək, onları erməni mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya çıxarmağa çalışıblar.
Bu yolla da onlar nəinki Laçın rayonunda, ümumiyyətlə, bütün bölgədə qədim Alban memarlığının nümunələrini erməniləşdirərək Alban mədəniyyətinə böyük ziyan vurublar”, - deyən tarixçi diqqətə çatdırıb ki, Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz “tarixlərinin izləri”ni yaratmağa və dünyanı Cənub...
Ermənilər məqsədli şəkildə Alban abidələrini mənimsəmək, Alban memarlığının milli mənsubiyyətini dəyişmək yolunu tutublar və bu istiqamətdə “yorulmadan” “mübarizə” aparırlar.
Burada ermənilər Alban dövrü abidələri üzərindəki xristian dininin rəmzlərini, eləcə də daş və divar rəsm nümunələrini əsas götürərək bunları qriqoryan dininə məxsus elementlər kimi təqdim edirlər.
Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına gətirib çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A.Çavçavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirib.
O yazırdı:“...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar”.
Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir.
Qeyd edilib ki, işğal dövründə erməni vandalizminə uğrayan və ümumi görünüşü dəyişdirilən abidələrdən biri Hoçaz kəndindəki birnefli bazilikadır.
Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir.
Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən oranın tarixi barədə tam və qəti fikir söyləmək mümkün deyil.
2016-cı ildə Hoçaz kəndinin mərkəzində yerləşən tarixi əhəmiyyətli bu birnefli bazilikanın forması ermənilər tərəfindən dəyişdirilib.
Kəndin mərkəzində yerləşən, inşa tarixi XII-XIII əsr hesab edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli məbədin uzunluğu 13,4 metr, eni 8,15 metr, divarlarının qalınlığı isə 105-110 santimetrdir.
Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən yararsız hala salınıb.
Sovet dövründə abidədən çörək sexi kimi istifadə edilib.
Abidə 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən təmir olunub və əzəli görkəmindən məhrum edilib.
Belə ki, binanın çardağı hündürləşdirilib, üzəri metal təbəqə ilə örtülüb.
Ağırçəkili şəxslərin intensiv məşqlər keçməsi ilə bağlı videolar sosial şəbəkələrdə tez-tez paylaşılır.
Çoxları bunu insanların iradəsinə bağlasalar da, bu cür ağır məşqlərin qısa zamanda pis nəticələrə səbəb olacağını fikirləşənlər də az deyil.
Mövzu ilə bağlı Oxu.Az-ın müraciət etdiyi idman mütəxəssisi Niyazi Hüseynovun sözlərinə görə, bir ay ərzində 10-12 kiloqram arıqlamaq düzgün deyil.
O deyir ki, ağırçəkili insanlar otuz günə dörd kiloqramdan artıq çəki atmamalıdırlar, əks halda xəstəliklər yarana bilər:"""- Artıq çəkili insanlar necə məşq etməlidirlər?
- Öncə normal məşqçi həmin adamı qəbul edən zaman çiyninin, qarnının, ayaqlarının, qollarının enini, boyunun uzunluğunu ölçməlidir.
Yaşını, hansı xəstəlikləri olduğunu və ya keçirdiyini, allergiyası olub-olmadığını öyrənməlidir.
Bundan sonra məşqçi qan qrupuna görə məşq metodu və yemək rejimi hazırlamalıdır.
Hər bir şəxsə görə rejim müxtəlif olur.
- Məşq prosesi necə tənzimlənməlidir ki, birdən-birə proses çətin gəlməsin?
Öncə hansı məşqlər edilməlidir?
- Çox ağır çəkidə olan insanlar ilk iki ay ərzində yüngül məşq etməlidirlər ki, bədənləri öyrəşsin.
Bir ay ərzində 10-12 kiloqram arıqlamaq düzgün deyil.
Anatomiyadan xəbəri olan, peşəkar məşqçi bilir ki, ağırçəkili insan ayda dörd kiloqramdan artıq çəki atmamalıdır, olmaz, həmin şəxs infarkt keçirə bilər.
Bununla yanaşı, başqa xəstəliklər yarana bilər.
- İnsanlar çox sürətli qaçmaqla tez bir zamanda arıqlayacaqlarını düşünürlər.
Birdən-birə çox və sürətli qaçmaq olarmı?
Məşqçi hər bir tələbəsinə fərdi yanaşmalıdır.
Yüngül məşqdən başlamaq lazımdır.
İdmanda səbirli olmaq vacib şərtdir.
Əks halda tələbənin səhhətində problemlər yarana bilər.
Dəfələrlə şahidi olmuşam belə halların.
Ağır məşq birmənalı şəkildə olmaz.
Düzgün şəkildə tənzimləmək lazımdır.
- Kiloqramlardan sağlam şəkildə qurtulmaqdan üçün nə etmək lazımdır?
Məşq prosesinə və göstərişlərə riayət etmək şərtdir.
Məşq metodu ilə yanaşı, yemək rejimi də əsasdır.
Ağırçəkili insanlar yemək rejimlərinə xüsusi diqqət etməlidirlər.
Hər bir məqama riayət olunmalıdır.
- Siz idman mütəxəssisi olaraq ağırçəkili tələbələrinizlə məşq prosesini necə qurursunuz?
- Onların bədən quruluşunu öyrənirəm.
Bədən quruluşuna uyğun proqramları tərtib edirəm.
Çünki yemək rejimini tərtib edəndə lazım olur, müəyyən qan qrupunda müəyyən qidalar allergiyaya səbəb ola bilər.
- Sağlam olmaq üçün necə idman etmək və qidalanmaq lazımdır?
- Məşq edirsənsə, düzgün qidalanmaqla yanaşı, istirahət də etməlisən.
İstirahət həm məşq prosesi zamanı olmalıdır, həm də məşqdən sonra.
Yuxu həm çəkini artırmaqda, həm də azaltmaqda böyük rol oynayır.
Məşqçilər tələbələrinə kimyəvi maddələrdən istifadəyə birmənalı şəkildə icazə verməməlidirlər.
Çünki sağlamlığa zərbə vurur - ürəyə, qaraciyərə və ağciyərə ziyandır.
Həmin şəxs insult və infarkt keçirə bilər.
Təbii şəkildə qidalanmaq və düzgün məşq proqramı ilə arıqlamaq lazımdır.
Kimyəvi preparatlar sağlamlığa zərbədir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Cadra şəhərində “Hizbullah”a məxsus milis avtomobilini vurub.
Hücum nəticəsində üç şiə döyüşçüsü həlak olub.
Onların arasında Aytrun Xəlil Fares sərhəd bölgəsindən olan səhra komandiri də olub.
İranın Xorasan-e Rəzəvi əyalətinin Sərhəd Qoşunlarının komandiri Məcid Şüca 15 gün ərzində 20 min Əfqanıstan vətəndaşının bu ölkədən deportasiya edilərək “Taliban” hərəkatına təhvil verildiyini açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məcid Şücanın sözlərinə, əfqanların İranda yaşayış icazəsi olmayıb.
“Əfqanlar İrana rəsmi və qanuni yollardan daxil olmalıdırlar, əks halda onlarla qətiyyətli mübarizə aparılacaq”, - deyə Məcid Şüca əlavə edib.
Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq “F-16” qırıcılarını qaldırıb.
Ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər saat 05:00-də verilib və 06:20-yə qədər davam edib.
Bundan əlavə, “Fetesti” hərbi aviabazasından “F-16” hərbi təyyarələri “milli hava məkanında axtarış missiyalarını yerinə yetirmək üçün” qaldırılıb.
Müdafiə Nazirliyi bildirib ki, həyəcan siqnalları zamanı Rumıniyanın hava məkanının pozulması halları qeydə alınmasa da, Rusiya Federasiyasının Ukraynanın Dunay limanlarında mülki infrastruktura hücumlarını pisləyir və bu hücumları əsassız və beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edir.
Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarə ilə hücuma keçdiyini, onlardan 23-nün vurulduğunu bildirib.
Odessa və İzmaildə mülki infrastruktura ziyan dəyib.
“TİYK-M60T” layihəsi çərçivəsində ən qabaqcıl texnologiyalarla təchiz edilən “M60T” tankları Türkiyə Silahlı Qüvvələrinin tərkibinə daxil edilib.
Məlumata görə, “TİYK-M60T” layihəsi sayəsində İsrail istehsalı olan atəşə nəzarət sistemindən asılılıq dayandırılıb.
“ASELSAN VOLKAN-M” atəşə nəzarət sistemi və “Roketsan” əlavə zirehli mühafizə sistemi istifadəyə verilib.
“ASELSAN”, həmçinin “FIRAT-M60T” layihəsi çərçivəsində bir çox yerli sistemləri “M-60T”yə inteqrasiya edib.
Bu ilin ilk altı ayında Xocalıya köç olacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.