Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd olunub ki, bu müddətdə Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır. |
“Rusiya ilə müharibəyə hazır olmalıyıq”. |
Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram deyib. |
O bildirib ki, nə qədər istəsələr də, Ukraynada müharibə yaxın vaxtda bitməyəcək:""“Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq”. |
“Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. |
Avropa buna hazır olmalıdır”, - nazir söyləyib. |
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. |
Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə alyans arasında savaş başlaya bilər. |
NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır. |
Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. |
NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. |
İtaliya çempionatı yanvar ayının nəticələrinə əsasən ən yaxşı futbolçunu seçib. |
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Turin “Yuventus”unun mərkəz hücumçusu Duşan Vlahoviç fərdi mükafat alıb. |
Serbiyalı qolkiper ötən ay A seriyasında dörd oyunda iştirak edib. |
Bu görüşlərdə üç dəfə qalib gəlib, bir dəfə heç-heçə edib. |
İtaliya çempionatının bu mövsümündə Vlahoviç 21 oyun keçirib. |
Forvard 12 qol (biri penaltidən) və üç məhsuldar ötürmə ilə yadda qalıb. |
Aktyor Conni Depp “Karib dənizinin quldurları” filminin franşizasına qayıda bilər. |
Bu barədə özünün “X” sosial şəbəkəsi hesabında “MyTimeToShineHello” ləqəbli film insayderi məlumat verib. |
İnsayderin sözlərinə görə, “Karib dənizinin quldurları” filminin altıncı hissəsinin bir qismi Haiti adasında cərəyan edəcək. |
Qeyd olunur ki, filmin qadın qəhrəman haitili şəxs olacaq. |
Conni Depp isə filmdə ikinci dərəcəli rolu ifa edəcək. |
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində İsrailin hərbi əməliyyat keçirməsi ilə bağlı xəbərdarlıq edib. |
“Azad İran” “Telegram” kanalının məlumatına görə, Rəfah Qəzzada qaçqın düşmüş yüz minlərlə insanın son sığınacağıdır. |
Qeyd olunub ki, bu şəhərə İsrailin hücumu təhlükəli nəticələrə səbəb olacaq. |
Azərbaycanda çıxış edən daha bir legionerdə “Hepatit” virusu aşkarlanıb. |
Sportinfo.az xəbər verir ki, I Liqada mübarizə aparan “Araz Saatlı”nın müdafiəçisi Tahiru Bahın tibbi analizi neqativ çıxıb. |
Aşağı liqanın debütantı ilə mövsümün əvvəlində birillik müqavilə imzalayan nigeriyalıda “Hepatit B” aşkarlandığından, ölkəmizdən ayrılmalı olub. |
Anoloji hadisənin daha öncə “Kəpəz”də baş verməsini xatırladaq. |
Nigeriyalı hücumçu Abdulla Şuaybu eyni problemə görə ötən ilin sentyabrında Azərbaycanı tərk edib. |
Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də birincisi Bakı-Sumqayıt yoludur. |
Hər gün minlərlə insan bu yolda tıxacla üzləşir. |
Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. |
Sumqayıtı Bakı ilə birləşdirən sürət qatarı mövcuddur. |
Avtobuslar üçün yeni zolaq çəkilib. |
Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya - metronun “Avtovağzal” stansiyasına ekspress avtobuslar gəlir. |
Lakin Sumqayıt və bu yol üzərindəki digər yaşayış məntəqələrinin sakinlərinin tıxac problemi hələ də tam olaraq həllinin tapmayıb. |
İnsanlar yollarda sıxlıq olmasından narazıdırlar. |
Bəs bu problemin həlli üçün daha nələr edilə bilər? |
“Kaspi” qəzeti bu sualın cavabını ekspertlərdən öyrənməyə çalışıb. |
Qatarların sayı artırılmalıdır""Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Kaspi”yə açıqlamasında bildirdi ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır:“İntensivliyi artırmağa ehtiyac var. |
Bakı ilə Sumqayıt arasında dəmir yolu mövcuddur, hazırda xətt üzrə yeddi qatar hərəkət edir. |
Altı qatarın da gəlməsi nəzərdə tutulub. |
Həmçinin stansiyaların sayını artırmaq planlaşdırılır. |
Bu, indiki vəziyyətdə müsbətə doğru dəyişiklik deməkdir. |
Amma qatarların sayını yenə də artırmağa ehtiyac var”. |
Nəzarət tədbirləri sərtləşdirilməlidir"R.Ağamirzəyevin fikrincə, Bakı-Sumqayıt yolunda ümumi tıxaca səbəb kütləvi avtomobillə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır:“Bunun çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişafıdır. |
Fərqli nəqliyyat növləri olmalıdır. |
Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. |
Bu zolağa daxil olmanın cəzası ağırlaşdırılmalıdır”. |
Ekspert bildirdi ki, son illər insanlar daha çox şəxsi nəqliyyatdan istifadə edirlər:“Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın keyfiyyətinin aşağı səviyyədə olmasıdır. |
Düşünürəm ki, bu sahəyə daha çox investisiya yatırmaq lazımdır”. |
Manatlıq taksilərdən imtina etmək üçün"R.Ağamirzəyev qeyd etdi ki, hələ ekspress avtobuslar yenidir:“Mövcud qanunvericiliyə görə, avtovağzaldan avtovağzala prinsipi tətbiq olunur. |
Çünki Sumqayıt ayrıca bir şəhərdir. |
Ona görə şəhərin digər nöqtələrinə hərəkəti mümkün deyil. |
İnsanlar manatlıq taksilərə alışıb. |
Onları daha rahat və təhlükəsiz olan avtobusa yönləndirmək üçün təbliğatı aparılmalıdır. |
Çünki manatlıq taksilər tıxaca mənfi təsir göstərir”. |
Baş planda bu nüanslar var"Müsahibimiz düşünür ki, bu məsələlər zamanla öz həllini tapacaq:“İkinci mərhələ relsli nəqliyyat - tramvayın çəkilməsi, şəhərətrafı elektrik qatarının şəhərdə fərqli nöqtələrdə yeni stansiyalarının açılmasıdır. |
Bakının yeni təsdiqlənən Baş planında bu nüanslar var. |
Həmçinin daşıyıcıların vəziyyətinin yaxşılaşdırması yönündə brutto xərc müqavilələrinə keçilməlidir. |
Ekspress avtobuslarda tariflər müəyyən olunub. |
Amma biznes modeli dəyişməlidir. |
Bu da hər kilometrə görə subsidiya ayrılması deməkdir. |
Bunları mərhələli şəkildə həll etməklə bugünkü mürəkkəb vəziyyəti müsbətə doğru dəyişmək mümkündür”. |
Tək Bakı və Sumqayıt əhalisi deyil"R.Ağamirzəyev bildirdi ki, Bakı-Sumqayıt yolunu düzəltmək üçün şəhər girişlərini də nizamlamaq lazımdır:“Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. |
Ona görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. |
Bu da nəqliyyat axınına təsir edir. |
Bakıya daxil olmağa da nəzarət etmək lazımdır. |
Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin”. |
Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır"Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə məsələnin həllini nəzarət kameralarında görür:“Avtobus zolaqlarında kamera ilə müşahidə edilməyən nöqtələr var, həmin kor nöqtələrdə avtomobillər zolaqlara daxil olurlar. |
Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır. |
Bunun üçün də kameraları artırmaq və nəzarəti gücləndirmək lazımdır. |
Elə olmalıdır ki, polis nəzarət etmədikdə də problem yaranmasın. |
Kameraların funksionallığı təmin olunmalıdır. |
Hazırda qayda pozuntusu avtomatik qeydə alınmır”. |
İnsanlar avtomobillə daha sürətlə gedir"Y.Mustafayev dedi ki, insanları taksilərə möhtac qoymamalıyıq:“İctimai nəqliyyatın işini optimallaşdırmasaq, yenə də bir manatlıq taksilər öz effektivliyini saxlayacaq. |
Çünki vətəndaş baxır ki, avtobusla gedəndə vaxt itirəcək, tıxacda ilişib qalacaqsa, həmin yolu taksidə oturaraq rahat şəkildə getməyə üstünlük verir. |
İnsanlar fərdi avtomobillə də, avtobusla da eyni vaxta gedir. |
Hətta avtomobillə daha sürətlə gedir, çünki avtobus dayanacaqlarda dayanır. |
Əgər hər iki halda tıxacda qalacaqsa, şəxsi avtomobilə üstünlük verirlər. |
Buna görə də hər gün avtomobil alan insanların sayı artır”. |
İnfrastruktur yaradılsa, mümkün olar"Müsahibimiz avtobusların Bakı daxilində hərəkət etməsi fikrinə də münasibət bildirdi:“Ekspress avtobusların şəhərə daxil olması hazırda mümkün deyil. |
Amma gələcəkdə 20 Yanvar, “Şamaxinka” və digər istiqamətlərdə də avtobus zolaqları və digər infrastruktur yaradıldıqdan sonra artıq şəhərə daxil ola bilərlər. |
Yaxud da avtovağzaldan insanları şəhərə aparan avtobuslar təyin edilər”. |
Yeddi milyon sərnişin daşınıb"“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərovanın sözlərinə görə, insanlar Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün qatarla hərəkət edir və belə sərnişinlərin sayı hər il daha da artır:“Hazırda doqquz qatarımız var. |
Test edildikdən sonra dövriyyəyə buraxılacaq. |
Keçən il yeddi milyon sərnişin daşınıb. |
2022-ci ildə 5,2 milyon idi.Deməli, sərnişinlər xidmətdən razıdır. |
Çünki sərnişin tıxaca düşmədən, yolda heç bir maneə və ya təhlükə ilə qarşılaşmadan Bakıya rahat gəlib çatır”. |
Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. |
Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. |
Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. |
Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildən eşidirdiksə, indi gənclərdə də bu xəstəliyin simptomlarına tez-tez təsadüf edilir. |
Bəs son vaxtlar revmatizmin geniş yayılmasının və cavanlaşmasının səbəbi nədir? |
“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb. |
Bütün oynaq şikayətləri revmatizm deyil""Həkim-revmatoloq Aysel Ağalarova “Kaspi” qəzetinə bildirib ki, havada rütubətin çoxalması bəzi insanlarda sümük-oynaq şikayətlərinə səbəb ola bilər. |
Amma bütün oynaq şikayətləri revmatizm deyil:“Havanın temperaturu soyuduqda, xarici atmosfer təzyiqi aşağı düşür. |
Oynaq boşluğundakı təzyiqlə xarici atmosfer təzyiqi uyğun gəlmədiyinə görə, oynaqlar ağrımağa başlayır. |
Məsələn, revmatoloji xəstəliklərdən revmatoid artrit, osteoartrit (oynaq duzlaşması) kimi xəstələrdə bu şikayətlər daha çox olur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.