Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dağıstanda boksçu Anna Comartova karyerasında ilk məğlubiyyətdən sonra yoxa çıxıb. |
Məlumata görə, Rostov hüquq fakültəsinin 22 yaşlı tələbəsi Kaspiysk şəhərinə tay boksu yarışı üçün gəlib. |
Burada 10 ildə ilk dəfə uduzan xanım məğlubiyyətinə görə sarsıntı keçirib. |
O, telefonunu da evdə qoyaraq yoxa çıxıb. |
Şəhərin müşahidə kameralarından istifadə etməklə qızın sonuncu dəfə Xəzər dənizinin sahilində olduğunu müəyyən etmək mümkün olub. |
Boksçunun yaxınları qeyd edirlər ki, o, əvvəllər heç vaxt yoxa çıxmayıb və daim yaxınları ilə əlaqə saxlayıb. |
Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecələri (və ya Xıdır) fevralın 10-11-də qeyd edilir. |
Bu, kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqdan sonra olur. |
Elə həmin andan yazın müjdəçisi olan Xızır gecələri (və ya Xıdır) başlayır. |
Deyilənə görə, bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır. |
AZƏRTAC xəbər verir ki, bu bayramı Azərbaycanın qərb bölgəsində Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri özünəməxsus şəkildə qeyd edirlər. |
Bu kəndin sakinləri yüzilliklərdən bəri adət-ənənələrini davam etdirməkdədirlər. |
Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır - desək, yanılmarıq...“Xızır Nəbi gecəsi”, “Xızır” və ya “Xıdır bayramı” kimi adlandırılan bu bayramı insanlar xüsusi mərasimlərlə qeyd edirlər. |
Onlar su, torpaq və alovun qovuşduğu, inanc yeri olan Xan çinarının ətrafına toplaşaraq tonqal yandırırlar. |
Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi keçirirlər. |
İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. |
Xalq rəvayətlərinə görə, insanları çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi qış günlərində evlərə bərəkət paylayır. |
Tovuz rayon sakini Rauf Rüstəmov deyir ki, Xızır bayramında (və ya Xıdır) ilk dəfə iştirak edir:“Xızır bayramı (və ya Xıdır) haqqında hər zaman eşidirdik. |
Bu il daha coşqu ilə keçirilir. |
Həm də bizim Vətən müharibəsi Zəfərimiz, bu xoş ab-hava burada davam edir. |
Bu bayram qışın son günləri və yazın başlanğıcı, təbiətin, torpağın oyanışı ilə əlaqədardır. |
İnsanlar buraya gəlirlər, niyyət edirlər. |
Tədbirlər isə axşam saatlarına qədər davam edir”, - deyə R.Rüstəmov bildirib. |
Xızır bayramının (və ya Xıdır) atributlarından biri hər kəsin evində “qovud”un olmasıdır. |
Bu, qədimdə Xıdır Nəbinin insanlara öz köməyini, azuqəsini əsirgəməməsi adət-ənənəsinin davam etdirilməsidir. |
Bu gecələrin bayram edilməsi həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. |
İnsanlar bir-birini yazın gəlişinin müjdəçisi Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlara başlayırlar. |
Xalqımızın qədim mədəniyyəti ilə bağlı mifoloji görüşlərlə zəngin olan mərasimlərdən biri də Xıdır Nəbidir (və ya Xızır) ki, mərasim Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində xüsusi olaraq qeyd edilir. |
A.Cəfərova qeyd edib ki, Xıdır Nəbi (və ya Xızır) mərasimi Kiçik Çillənin ilk onuncu günü qeyd olunur:""“Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən (və ya Xızır) üç gün əvvəl, üç gün də sonra yel əsər. |
Yel əsməyə başlayanda hər tərəf toz-torpağa bürünər. |
Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atının təpiyindən qopan tozdur. |
Xıdır öz gəlişini belə bildirər. |
Üç gün sonra əsən yel Xıdırın getdiyini bildirər. |
Yenə hər tərəf toza, dumana bürünər. |
Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır, xalq inancına görə, özü yaşıl geyimli, atı isə boz rəngdədir”. |
O bildirib ki, Xıdır Nəbi mərasimində ən çox sevilən nemət qovurğadır:""“Əgər əvvəllər təkcə buğda qovrulardısa, hazırda başqa dənli bitkilər də əlavə olunaraq qovrulur. |
Xıdır Nəbi mərasiminin simvolik yeməyi kimi undan və şərbətdən hazırlanan qovud istilik yaradan yeməkdir. |
Həm də ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. |
Bu da insanların “ərköyün və ziyankar” Kiçik Çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir”. |
Ümumiyyətlə, xalq mərasimlərində daha aktiv fəaliyyət göstərən qadınlar Xıdır Nəbinin icrasında da böyük aktivlik nümayiş etdirirlər. |
Mərasimin əsas diqqətçəkən “tələblərindən” biri də evlərdə təmizlik işlərinin icrasıdır. |
Və mərasimin xoş keçməsi, ilin bərəkətli, xeyirli olmasını arzulayan qadınlar evlərdə təmizlik işləri aparırlar. |
İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar. |
Həm də həmin mərasim dönəmində insanlar bir-biri ilə mehriban münasibətdə olmalıdırlar. |
Naxçıvan MR ərazilərindən topladığımız inanc nümunələrinə əsasən, Xıdır Nəbi mərasiminin fevral ayının 10-na qədər mövcud olan ilk cümə axşamında qeyd olunmağı məqbul sayılır. |
Bu da dini faktorların xalq mərasimlərinə, mərasim yaddaşına təsirinin nəticəsidir. |
Xalqımızın mövsüm və məişət mərasimlərinin əsas mahiyyəti əxlaqi dəyərlərin qorunması və gələcəyə ötürülməsidir. |
Ümumtürk dəyərlərinin daşıyıcı olan bütün mədəni faktorlarımız qədim türk mədəniyyətinin dərinliklərini, o cümlədən mifoloji, fəlsəfi dünyagörüşünə aid olan məqamların təbliği və qorunmasıdır. |
Odur ki, bu mərasimlərimizin icrası kökü qədimlərdən qaynaqlanan mədəniyyət tariximizə hörmət və ehtiramı da ifadə etmiş olur. |
Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. |
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. |
Bildirilib ki, Masalı rayonu Bambaşı kəndində diametri 219 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlə... |
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş olunur. |
Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb, bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub. |
Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. |
Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı olub. |
Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb. |
Beləliklə, 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 s... |
Macarıstanın istefa verən prezidenti Katalin Novakın yerinə yeni dövlət başçısı mart ayında seçiləcək. |
Bu barədə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş məlumat verib. |
O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmədiyini qeyd edib. |
Bundan sonra 30 gün ərzində yeni prezident seçkisi keçirilməlidir. |
“Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni dövlət başçısı olacaq”, - Koçiş bildirib. |
Xalq artisti Brilliant Dadaşova ailəsinin keçirtdiyi qəzadan danışıb. |
Oxu.Az xəbər verir ki, bu barədə “ATV Şou”ya danışan müğənni anasını qəzada itirməsindən bəhs edib:""“Atamın idarə etdiyi avtomobillə qəzaya düşdü. |
Anam həmin avtomobil toqquşmasında vəfat edib. |
Biz hamımız xəstəxanaya düşdük, ailəmizdə faciə baş verdi”. |
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinə yekun vurulması və MSK-nın seçkinin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub. |
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. |
Bildirilib ki, seçkiyə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ... |
Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. |
MSK bir neçə məntəqədə prezident seçkisinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb. |
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. |
Respublikanın bütün coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkini “online” izləmə imkanları təmin olunub. |
O, seçkinin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib. |
MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkiyə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. |
Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. |
Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. |
Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. |
Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. |
Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. |
Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib. |
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. |
Növbədənkənar prezident seçkisində seçici fəallığı 76,43 faiz olub. |
Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. |
Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır. |
Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq. |
Bu baxımdan maraqlıdır, yaxın gələcəkdə ABŞ dollarının dünyadakı hökmranlığına son qoyula bilərmi? |
Kamerunun şimal-qərbində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib. |
Hadisə Nkamba şəhərində qeydə alınıb. |
Yerli polis partlayış nəticəsində məktəblilər arasında çoxlu sayda insan tələfatının olmasından ehtiyat edir. |
Bildirilir ki, Kamerunun qərbində ingilisdilli ərazilər əsasında öz dövlətini yaratmağa çalışan separatçı təşkilat fəaliyyət göstərir. |
İnsidentdə məhz bu qurumun əli olduğu güman edilir. |
Şəmkir rayonunun Qaracəmirli kəndində yanğın olub. |
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. |
Qarajın digər sahələri, həmçinin ev yanğından mühafizə olunub. |
Faktla bağlı araşdırma aparılır. |
Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir. |
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev bildirib ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:""“İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. |
Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.