Search is not available for this dataset
text
stringlengths
10
518k
Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil”.
Ekspert qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var.
Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.
Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir.
Fevralın 12-də havanın temperaturunun 23 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.
Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Hətta evinin çıxarışı olmayanlar belə, əllərində olan müvafiq sənədləri təqdim etməklə qeydiyyata alınırlar.
Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir.
Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil.
Çünki paytaxtda sənədsiz evlərin çox olması, “kupça”sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir.
Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər.
Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb.
Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır?
Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Hüquqşünas Sabir Qəniyev açıqlamasında bildirib ki, qanuna əsasən, müəyyən ərazidə qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil.
Vətəndaş yaşadığı yer üzrə qeydiyyata düşmürsə və yaxud qeydiyyata alınma qaydalarını pozursa, o zaman o, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə olunur:""“Qanuna əsasən, daimi yaşayış ünvanından kənarda yaşayan şəxsə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə olunur.
Əgər vətəndaş heç bir yerdə qeydiyyatda deyilsə, onun şəxsiyyət vəsiqəsi qüvvədə olmamış hesab olunur.
Həmin şəxs etibarnamə verə, alqı-satqı edə, notarial əməliyyatlar apara, şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola, hətta nikaha xitam da verə bilmir”.
Hüquqşünasın da açıqlaması təsdiqləyir ki, qanun qeydiyyatı olmayan vətəndaşın hüquqlarını məhdudlaşdırır.
Bəs kirayədə yaşayan minlərlə vətəndaşı əgər ev sahibi qeydiyyata almırsa, onlar nə etməlidirlər?
O qeyd edib ki, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın mənzildən yalnız istifadə hüququ yaranır:""“Bu barədə tövsiyəm ondan ibarətdir ki, notarial qaydada kirayə müqaviləsi bağlanarkən, notariuslar kirayəyə verənlərdən kirayəçilərini qeydiyyata almalarını tələb etsinlər.
Yəni notariuslar yalnız bundan sonra kirayə müqavilələrini rəsmiləşdirsinlər.
Azərbaycan Notariat Palatası məsələnin həlli üçün mexanizm müəyyənləşdirməlidir”.
Məlumdur ki, ev sahiblərinin kirayə verdikləri evdə vətəndaşı qeydiyyata almaqla bağlı narahatlıqları kirayəçinin mülk üzərində hüququnun olması ilə bağlıdır.
Məhz o səbəbdən bir çox kirayə verən kirayəçilərini qeydiyyata almaqdan çəkinirlər.
Hüquqşünas bildirib ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər:""“Məhkəməsiz inzibati qaydada şəxs qeydiyyatdan çıxarıla bilməz.
Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın.
Kirayə mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi sadələşdirilməlidir.
Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki, kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin”.
Yuxarıda da qeyd edildiyi kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq həll olunmayıb.
Hüquqşünas vurğulayıb ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır:""“Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir.
Bu hal faktiki qeydiyyat ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi riskini də labüd edir.
Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər.
Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər”.
Əmlak eksperti Elnur Fərzəliyev isə mövzu ilə bağlı bildirib ki, artıq insanlar “ASAN xidmət” mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll edə bilərlər:""“Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var.
Hazırda bu məsələ həllini tapmaq üzrədir.
Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır.
Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə “ASAN xidmət” mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.
“Müasir İpək Yolu Ortaq Turizm” paketi ilə bağlı razılaşma əldə olunsa da, onun reallaşması ləngiyir.
Böyük perspektiv vəd edən layihənin reallaşmasına pandemiya mane olub.
Ölkəmizin mədəni turizm marşrutları sırasına bir neçə il əvvəl Türk Şurası tərəfindən təşkil edilən “Müasir İpək Yolu Ortaq Turizm” paketi də daxil oldu.
Türk Şurasının dörd üzv ölkəsini - Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyəni birləşdirən paketin təşkilində əsas məqsəd bu ölkələrin mədəniyyətini təqdim edib, onları dünyaya tanıtmaq, eləcə də turistik marşrutun keçəcəyi regionların iqtisadi inkişafına töhfə vermək idi.Hətta 2023-cü ilə qədər bu marşrutdan isti...
Turistik layihə İstanbulda başlayıb Bişkekdə başa çatmalı, Azərbaycan üzrə Bakı, Qobustan, Şəki, Şamaxı, Gəncə və Naxçıvandan keçməli idi.""Təəssüf ki, təntənə ilə təqdimatı keçirilən, hətta media işçiləri və turizm nümayəndələri üçün ilkin sınaq turları baş tutan layihə elə kağız üzərində də qalıb.
Hətta o qədər unudulub ki, layihədə iştirak edəcək ölkələrin ölkəmizdəki səfirliklərinin heç birində nə layihəni xatırlayan, nə də bununla bağlı suala cavab verən tapılıb.
Amma deyəsən, Avropa və Asiyadan keçən tarixi ticarət yoluna gələcəkdə turistlərin cəlbi, ümumən layihənin reallaşması istiqamətində işlərin həyata keçməsi üçün ölkəmizdə aidiyyəti qurumlar yenidən hərəkətə keçiblər.
Hər halda, mövzu ilə bağlı araşdırmalarımız bunu deməyə əsas verir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Dövlət Turizm Agentliyinin layihənin reallaşması istiqamətində həyata keçirdiyi işlərlə bağlı sorğumuza verdiyi cavabda işıq ucu hiss olunur.
Belə ki, Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədi ilə qurum tərəfindən konsepsiya hazırlanıb.
Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, Bakıda və regionlarda İpək Yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların, sənətkarlıq sərgilərinin ke...
Sənəddə həmçinin Azərbaycanda İpək Yolu maddi və qeyri-maddi mədəni irsini əhatə edən beş istiqamət üzrə turizm marşrutlarının işlənilməsi, bu marşrutlar üzərində tarixi abidələrin (türbələr, hamamlar, məscidlər, körpülər və s.)bərpası nəzərdə tutulub”.
Agentliyin məlumatına görə, ötən ilin iyun ayında Dövlət Turizm Agentliyi ilə UNESCO arasında İpək Yolunun turizm potensialının birgə öyrənilməsi üzrə əməkdaşlıq haqqında niyyət sənədi də imzalanıb:""“Niyyət sənədi İpək Yolu üzərində turizm perspektivlərinin araşdırılması və bu istiqamətdə həyata keçiriləcək gələcək la...
Layihə çərçivəsində Azərbaycanda İpək Yolu ilə bağlı genişmiqyaslı beynəlxalq tədbirin keçirilməsi də planlaşdırılır”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədr müavini Əhməd Qurbanov da qeyd edib ki, Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolunun yenidən bərpası, bu ideyanın perspektiv və imkanlarının gerçəkləşdirilməsi işinə UNESCO-nun himayəsi ilə beynəlxalq komissiya hələ 1988-ci ildə başlayıb.
Belə ki, məqsədyönlü işlərin nəticəsi olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə region ölkələri və böyük dövlətlər tərəfindən 1998-ci ilin sentyabr ayında Bakıda Böyük İpək Yolunun bərpa edilməsinə dair beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Bu konfrans regionun nəqliyyat infrastrukturunun inkişafına böyük və çoxşaxəli təkan verib:""“Layihənin davamı olaraq Türkdilli ölkələrin dövlət başçılarının 2015-ci ilin sentyabr ayında Astanada keçirilən Zirvə görüşündə əldə edilən razılığa görə dörd ölkə – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan birlikdə layi...
Turizmçinin sözlərinə görə, türkdilli ölkələrin mədəni irsini təbliğ edən bu layihənin icrasına 2017-ci ildən başlanıb və işlər davam edir:""“Həyata keçirilən layihədə paketin ilkin versiyası 14 günlük nəzərdə tutulub.
Turizmdə bu tip layihələrin olması beynəlxalq və regional olaraq ölkələrə turist axınının sürətlənməsinə böyük təkan verir”.
Ə.Qurbanov layihənin reallaşmasının yubanmasının əsas səbəbini pandemiya ilə əlaqələndirir:""“Pandemiya layihənin həyata keçirilməsinə mane oldu.
Ümumiyyətlə, üç il ərzində pandemiya həm ölkədə, həm qlobal olaraq dünyada turizmə mənfi təsir göstərdi.
Bu baxımdan, biz də turizm sahəsində müəyyən işlərdə ləngimələr müşahidə edirik.
Hazırda bu layihənin üzərində işləyərək onun daha da inkişafına nail olmaq nəzərdə tutulub”.
Turizmçi hesab edir ki, bu marşrut gələcəkdə ölkə turizminin inkişafına böyük imkanlar yaradacaq:""“Həmçinin, sərhədaşırı turizm növü turizmdə çox populyar sahədir.
Bu vaxta qədər də Gürcüstanla sərhədaşırı turizmin inkişafını, bu tip turların turistlərə nə qədər cəlbedici olduğunu müşahidə edirik.
Bu baxımdan, bu layihənin gələcəyinə ümidim böyükdür”.
Ə.Qurbanovun fikrincə, işğaldan azad edilmiş rayonlarımızda məskunlaşma olandan, Zəngəzur dəhlizinin açılmasından sonra “Müasir İpək Yolu” mədəni turu daha böyük vüsət alacaq və ölkəmizin bu layihədə nə qədər vacib mövqedə olduğunun şahidi olacağıq:""“Azərbaycan Şərqlə Qərb arasında birləşdirici mövqeyə malik olacaq.
Bu baxımdan, Zəngəzur dəhlizinin böyük rolu vardır.
Ölkəmizin bu layihədə açar mövqedə olduğunu görürük.
Həm assosiasiya, həm dövlət qurumları olaraq bu mövqenin daha da möhkəmləndirilməsi üçün var gücümüzlə çalışıb töhfələrimizi verməliyik”.
Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.
Qeyd olunub ki, təxminən doqquz hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın insan cəlb olunub.
Sürüşmənin hündürlüyünün 30-50 metr arasında olduğu təxmin edilir.
Xatırladaq ki, fevralın altısında torpaq kütləsi 50-dən çox evin və yerli qızıl mədən şirkətinin işçilərini daşıyan avtobusların üzərinə çöküb.
ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq.
Oxu.Az xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-nin ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub.
Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir.
Quba-Xaçmaz yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və yaralananların adları məlum olub.
APA-nın məlumatına görə, hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat ediblər.
Sürücü Fərhad İbrahimov və sərnişinlər - Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.
Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.
20:27"Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsi ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan beş nəfərdən ikisi ölüb, digər üç nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
20:25"Qubada minik avtomobili ağaca çırpılıb, ağır xəsarət alanlar var.
Belə ki, “Lada-Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan beş nəfər ağır xəsarətlər alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altı hektar sahədə quru ot və kol-kos yanıb.