Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Meşə zolağı yanğından mühafizə olunub. |
Böyük Britaniya kralı III Çarlz fevralın 5-də xərçəng diaqnozu qoyulduğu elan edildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. |
Qeyd olunub ki, əlahəzrət bazar günü səhər Norfolkdakı Sandrinqem kral mülkünün ərazisində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində keçirilmiş ayində iştirak edib. |
Böyük Britaniya televiziya kanallarında nümayiş olunmuş kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın kilsəyə doğru getdiyi, yüngülcə çətir çubuğuna söykəndiyi, onu salamlayan insanlara əl yellədiyi və kanon Pol Uilyamsla əl sıxdığı görünür. |
Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə “Kemp-Devid” sazişini poza bilər. |
Bu barədə Misir rəsmiləri məlumat yayıblar. |
“Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, - məlumatda bildirilir. |
Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və İsrail arasında imzalanmış sülh müqaviləsidir. |
Bundan əvvəl, İsrail dövləti yaranandan bəri iki ölkə müharibə vəziyyətində olub. |
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkisinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. |
APA-nın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir. |
Qeyd edək ki, MSK bu gün növbədənkənar prezident seçkisinə yekun vurub. |
Seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib. |
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıblar. |
Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. |
“Anjathe” filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib. |
Qeyd olunub ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş. |
Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. |
Nəticədə onu xilas etmək mümkün olmayıb. |
Yeni filmdə Şridhar rejissor kimi çıxış edib - bu, onun debüt işi olmalı idi.""Hazırda onun ölümünün səbəbləri araşdırılır. |
“Xəyanətə görə çox ağır depressiya xəstəliyi keçirdim. |
Altı ay heç bir yerə çıxmadım”. |
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar artist Mehriban Xanlarova deyib. |
O, keçirdiyi ağır günlərdən danışarkən qeyd edib ki, həyat yoldaşı ona başqasını sevdiyini söyləyib. |
“Mən həyat yoldaşına qiymət verən insan olmuşam. |
Teatra gedib rolumu da oynayırdım, qayıdıb yemək də bişirirdim ki, ac qalmasın. |
Səhərlər isə ayaqqabısını silib təmizləyirdim”. |
İzmirdə daşla hücuma məruz qalan, qarət edilən və güllələnərək öldürülən taksi sürücüsünün ardınca bu dəfə maşınına mindirdiyi qadına görə gənc taksi sürücüsü döyülüb. |
Qeyd olunub ki, hadisə fevralın 10-da saat 00:50 radələrində rayonun Ferahlı məhəlləsində baş verib. |
Taksi sürücüsü Kaya Özel ona işarə edən qadını maşınına mindirdikdən sonra irəliləməyə başlayıb. |
Daha sonra avtomobilin arxasınca gələn şəxs taksini saxlayıb və qəfildən sürücüyə hücum edib. |
Həmin anlar taksinin təhlükəsizlik kameralarına bu cür yansıyıb:""Xatırladaq ki, fevralın birində də Türkiyənin İzmir şəhərində taksi sürücüsü soyuq havada mərhəmət edib maşınına mindirdiyi müştərinin silahlı hücumuna məruz qalıb. |
Türkiyədə İstanbulun Nişantaşı rayonunda 14 Fevral Sevgililər Gününə bir neçə gün qalmış “keçmiş sevgililər bazarı” təşkil edilib. |
Keçmiş sevgililərinin əşyalarını satmaq istəyənlər məhsulların üzərinə maraqlı qeydlər qoyaraq piştaxtalarda satışa çıxarıblar. |
Keçmiş sevgililərinin əşyalarını piştaxtada satdığını bildirən Yiğit Sahur, indiki sevgilisi ilə bunu sosial şəbəkələrdən birində gördüklərini qeyd edib. |
“Onunla danışıb, digər keçmiş əlaqələrimizdən qalan əşyaları yığıb bura gəldik və satmağa başladıq. |
Sevgilimlə məhsulların üzərinə bəzi qeydlər yazmışıq, bəzi məhsullar isə dostlarımızın köhnə münasibətlərindən qalıb”, - deyə Sahur qeyd edib. |
Litvada ölkədəki bütün enerji doldurma stansiyaları ilə birlikdə 30 min elektrik avtomobili fəaliyyətini dayandırıb. |
Qeyd olunub ki, “Just Evil” qrupundan (keçmiş “KillNet”) olan rusiyalı hakerlər Baltikyanı ölkələrdə, eləcə də Finlandiya və Polşada elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan “Ignitis Grupė” şirkətinin sisteminə giriş əldə ediblər. |
Hakerlər elektrik yanacaqdoldurma məntəqələrinin müştərilərindən alınan məlumatları paylaşacaqlarını və sonra onların elektrik yanacaqdoldurma məntəqələrinə girişini həmişəlik bloklayacaqlarını bildiriblər. |
Goranboy şəhərində avtomobil təmiri sexində təmirə dayanan VAZ markalı minik avtomobilinin salonu yanıb. |
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
ABŞ-li tüner Deyv Sparks “Tesla Cybertruck” elektrikli pikapı tırtıllı qar arabasına çevirib. |
Qeyd olunur ki, bu layihə üçün elektrik yük maşınının təkərlərinin hər biri tırtılla əvəz olunub və avtomobilin yaradıcısı bunun indiyə qədər etdiyi ən mənasız və möhtəşəm iş olduğunu bildirib. |
Sparks əvvəllər “Jeep Gladiator” və məktəb avtobusunun təkərlərini tırtılla əvəz edib. |
Mərakeşin Fes şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı beş nəfər həlak olub. |
Qeyd olunur ki, faciə Zkak-Rumman məhəlləsində baş verib. |
İlkin məlumata görə, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir. |
Ölənlərdən üçü kişi, ikisi isə qadındır. |
Verilən məlumata görə, bina dağılan zaman onun yerləşdiyi dar küçə insanla dolu olub. |
Son zamanlar bazarlarda satılan meyvələrə, xüsusən də xarici ölkələrdən gətirilənlərə parafin vurulduğu iddia edilir. |
Xezerxeber.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu maddə məhsulların daha uzunömürlü olması və parlaq görünməsi üçün tətbiq edilir. |
Satıcılar isə bu iddialarla razılaşmırlar. |
Onlar bildirirlər ki, məhsulların parlaq görünməsinin səbəbi parafin deyil, meyvənin öz şirəsi bu cür görüntü yaradır. |
Qida ekspertləri də xaricdən gətirilən meyvələrə onların xarab olmaması və uzun müddət qalması üçün kimyəvi qatqı maddələrinin vurulduğunu deyirlər. |
Qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu maddələr onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. |
Mütəxəssislər bildirirlər ki, meyvə alarkən onun görünüşünə yox, keyfiyyətinə üstünlük vermək vacibdir. |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Bazarda bəzi tikinti materialları bahalaşıb, bəzilərində isə ucuzlaşma var. |
Xezerxeber.az-ın məlumatına görə, sahibkarlar deyirlər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində artım var. |
Bəzi materialların isə əksinə, ucuzlaşdığı müşahidə edilir. |
Qiyməti ən çox enən isə dam örtükləridir. |
Satıcılar taxta qiymətlərinin digər materiallara nisbətən daha çox artdığını qeyd ediblər. |
Lakin yaxın günlərdə bir az da bahalaşma olacağı gözlənilir. |
İqtisadçı - ekspert Xalid Kərimli deyir ki, artım ən çox Rusiyadan gələn materiallarda özünü göstərir. |
Həmin ölkənin sahibkarları başqa bazarlarda itirdikləri gəliri Azərbaycana göndərilən məhsulların qiymətini artırmaqla konpensasiya edirlər. |
Ekspertin fikrincə, digər tikinti materiallarının bahalaşması isə daşıma və əlavə xərclərlə əlaqədardır. |
Qum və sementin qiymətinin artması isə yerli səbəblərlə bağlıdır. |
Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir. |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən Doroxusk yaşayış məntəqəsində Ukraynanın yük maşınlarına hücum edərək, içindəki taxılı yerə töküblər. |
Bu barədə sağçı siyasətçi və etirazların təşkilatçılarından biri Rafal Mekler məlumat verib. |
“Doroxuskda fermerlər yük maşınlarının içindəki taxılı yerə töküblər, yük maşınları Ukraynaya qayıdır”, deyə o, “X” hesabında yazıb. |
Qeyd edək ki, 6 noyabr 2023-cü ildə Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayaraq etiraz aksiyasına başlayıblar. |
Bu il Bakıda kirayə mənzillər bahalaşıb. |
Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri deyirlər ki, qiymət artımı əsasən özünü mərkəzi hissələrdə, xüsusilə Nəsimi və Səbail rayonlarının dənizkənarına yaxın ərazilərində müşahidə edilir. |
Əmlak eksperti Nofəl Quliyev deyir ki, bahalaşmanın bir neçə səbəbi var. |
Bunlar köhnə tikililərin sökülməsi, tələbə amili və ən əsası da ölkəyə gələn turistlərdir. |
Ekspertin sözlərinə görə, ümumilikdə kirayələrdə 5% bahalaşma müşahidə edilir. |
Artıq mərkəzə yaxın hissələrdə 400 manatdan ucuz birotaqlı ev tapmaq müşkülə çevirilib. |
İndi xüsusilə mərkəzə yaxın evlər aylıq kirayə ilə yanaşı, gündəlik də turistlərə verilir. |
Bu da daha çox pul əldə etmək məqsədi daşıyır. |
Nəticədə tələbin çoxluğu qiymətlərə də öz təsirini göstərir. |
Üçotaqlı mənzillərin kirayə qiymətləri isə köhnə tikililərdə 600, yeni tikililərdə isə 800, 1000 manatdan başlayır. |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. |
Piyada aldığı xəsarətlərdən vəfat edib. |
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. |
Düşməni bir anda məhv edəcək “Akıncı” hücum PUA-larının pilotları danışıblar. |
Türkiyədə sözügedən PUA-nın idarə edilməsi ilə bağlı təlimlərdən keçən azərbaycanlı pilotlar AzTV-yə açıqlamalar veriblər. |
Qeyd edək ki, sözügedən pilotlar 44 günlük Vətən müharibəsinin qəhrəmanlarıdırlar. |
Onlar qardaş ölkədə PUA-ların idarə edilməsi ilə bağlı öyrəndikləri sirləri hazırda həmkarları ilə bölüşürlər. |
Oğuzun Xaçmazqışlaq kəndinin məhəllə və döngələrini bir-birindən ayırd etmək üçün tanıdıcı lövhələr qoyulub. |
Bu lövhələrdə hər məhəllənin adına uyğun olaraq Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin şəkilləri əks olunub. |
İdeyanı həyata keçirən şəxs də elə kənd sakinlərindən biridir. |
İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: |
Neftçalada dəm qazından boğulma hadisəsi baş verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.