Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Səbinə Ramin qızı İsmayılova hamamda yuyunarkən dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
“Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir”.
Bunu baş nazir Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib.
“Bu, bizim daha əvvəl və ya indi müzakirə etdiyimiz məsələ deyil”, - deyə o bildirib.
O əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər.
“Ermənistanda (müdafiə üzrə) alyanslara üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən müzakirələr gedir”, - deyə Paşinyan əlavə edib.
“Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir”.
Bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.
“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb.
Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, - hökumət başçısı vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.
Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
Yunanıstan paytaxtının mərkəzində yerləşən mərkəzi Afina Sintaqma Meydanında eynicinsli cütlüklərin nikahlarının qanuniləşdirilməsinə və uşaqları onlar tərəfindən övladlığa götürməsinə qarşı kütləvi aksiya keçirilib.
Qeyd olunur ki, yüzlərlə insan əllərində Yunanıstan bayraqları, nişanlar və xaçlar, həmçinin “Biz eynicinslilərin nikahı ilə bağlı radikal qanun layihəsinə yox deyirik” şüarı yazılmış plakatlar tutaraq etiraz ediblər.
Aksiya bir sıra pravoslav təşkilatları tərəfindən təşkil olunub.
Mitinqdə bəzi siyasi partiyaların yüksək vəzifəli şəxsləri də iştirak ediblər.
Eynicinsli nikahlara qarşı kütləvi aksiyalar ölkənin Saloniki və Patra şəhərlərində də keçirilib.
ABŞ-nin Kaliforniya ştatının federal məhkəməsi İlon Maska Qiymətli Kağızlar və Birja Komissiyasının apardığı təhqiqat çərçivəsində “Twitter” sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı ifadə verməyi tələb edir.
Qeyd olunur ki, ifadənin dəqiq tarixi və yeri bir həftə ərzində müəyyən edilməlidir.
Xatırladaq ki, 27 oktyabr 2022-ci ildə Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verib və onu ifadə verməyə məcbur edib.
“Paris Sen-Jermen” və Fransa millisinin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari “Real Madrid” rəhbərliyi ilə münaqişə yaşayır.
Qeyd olunur ki, forvardın agenti kimi fəaliyyət göstərən Lamari futbolçunun özünün buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir.
“Real” isə transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.
Xatırladaq ki, fevralın 3-də 25 yaşlı fransız futbolçu 2024-cü ilin yayında azad agent hüququ əsasında “Real Madrid”ə keçəcəyini bildirib.
Sonradan məlum olub ki, müqavilənin razılaşdırılmasında çətinliklər ucbatından sövdələşmə pozula bilər.
“Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək”.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır”, - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.
“Müğənni Teylor Svift qarşıdan gələn prezident seçkisində ABŞ prezidenti Co Baydeni dəstəkləməməlidir, çünki indiki ABŞ administrasiyası onun üçün heç nə etməyib”.
Bu fikri ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, onun ABŞ hökumətinə rəhbərlik etdiyi dövrdə Musiqinin Müasirləşdirilməsi Aktı qəbul edilib və bu qanun onun lisenziyalaşdırılması və müvafiq olaraq müəlliflik hüququndan vəsait alınması prosesini sadələşdirib.
“Mən Teylor Svift və digər musiqiçilər üçün Musiqinin Müasirləşdirilməsi Aktını imzaladım və buna görə məsuliyyət daşıyırdım.
Co Bayden Teylor üçün heç nə etməyib və etməyəcək də.
Heç bir halda o, korrupsioner Co Baydeni dəstəkləməməli və ona bu qədər pul gətirən bir insana sədaqətsizlik etməməlidir”, - o, “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Xatırladaq ki, Svift 2020-ci ildə ilk seçkisi olan Baydenə dəstəyini ifadə etmişdi, lakin o vaxtdan bəri prezidentliyə namizədlərdən kimi dəstəkləməsi barədə açıqlama verməyib.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.
“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, - o qeyd edib.
Siyasətçi güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkisindən sonra buna nail olmaq mümkün olacaq:""“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
“Alyaskapox” virusundan ilk ölüm faktı qeydə alınıb.
Virus səbəbindən yaşanan ilk ölüm ABŞ-nin Kenay yarımadasında baş verib.
Versiyalardan birinə görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan pişik olub.
Alyaskanın səlahiyyətlilərinə görə, yaşlı adam uzun müddətdir xəstə olub və həkimlərin nəzarəti altında idi.Həkimlər onun çiçək xəstəliyinə tutulduğunu hesab ediblər, çünki onda bu xəstəliyə xas olan simptomlar müşahidə olunub:qızdırma, böyümüş limfa düyünləri, qırmızı ləkələr və immun sisteminin zəifləməsi.
Lakin kişinin ölümündən sonra həkimlər onun xəstəlik tarixçəsini və analiz nəticələrini yenidən nəzərdən keçiriblər.
Kişinin qanında “Alyaskapox” kimi tanınan AKPV virusunun izləri tapılıb.
Bu virus 2015-ci ildə aşkar edilib.
Bu günə qədər yalnız beş nəfər bu virusa yoluxub, onlardan hamısı sağ qalıb.
Virusoloqların fikrincə, virus ilkin olaraq mal-qarada yaranıb, sonra gəmiricilərə, onlardan isə ev pişiklərinə keçib.
Ehtimal olunur ki, ölən təqaüdçü ev heyvanının yüngülcə dişləməsi nəticəsində xəstələnib.
İndoneziyada “Persicas Subanq” klubunun 30 yaşlı futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində ölüb.
O, xəstəxanada dünyasını dəyişib.
Bildirilib ki, Silivangi stadionunda futbol meydançasını ildırım vurması ilk dəfə deyil.
Hadisə ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb.
Bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər.
Xatırladaq ki, fevralın 11-də Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində 9 Pakistan vətəndaşı həlak olub.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada əməliyyat olunub.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, artıq əməliyyat başa çatıb:"“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.
11:14"“Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
Xatırladaq ki, sənətkar fevral ayının 5-də İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
08:39"Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.
APA xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.
Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.
Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
07:30"Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.
Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.
Bu məsələ sentyabrda həll olunub”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov öz ölkəsinin mətbuatına müsahibəsində deyib.
Bütün bu illər ərzində Rusiya Qarabağ məsələsini sülh yolu ilə həll etmək üçün səylər göstərib.
Təəssüf ki, alınmadı:bu mövzu sentyabrda bağlandı.
Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır.
Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, - diplomat vurğulayıb.
Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış”olduğunu vurğulayıb:""“İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər.
Azərbaycan tərəfinin təklif etdiyi, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir.
Prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”.
Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s.məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib:""“Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq.
Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.
“Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Diplomat vurğulayıb ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir:""“Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır.
Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz olunması dayandırılmışdı.
Ona görə də Azərbaycan üçün marşrutun (təxminən 46 km-dir) təhlükəsizliyi mücərrəd mövzu deyil”.
Səfirin sözlərinə görə, bu marşrutda tunellər və körpü var:""“Rusiya Federasiyası öz vəsaiti hesabına onu yetərincə tez bərpa etməyə hazır idi.Müxtəlif, mənə çox da aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir.
Nəticə olaraq, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb.
Həmin yol bir qədər uzundur - təxminən 60 km, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir.
Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yükdaşımaları İran ərazisindən keçirdi.
Üstəlik, bu, Türkiyəyə gedən marşrutdur.
İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili xətt nəzərdə tutulub - Avropa və sovet dəmiryol xətləri.
Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”.
“Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, - o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb.