Search is not available for this dataset
text
stringlengths
10
518k
Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:""“Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul xidməti aparır, binaları və mədəni tikililəri mühafizə edir”.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı “Volkswagen” və “Niva” markalı avtomobillərin sürücülərinin qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Sürücülər barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.
VAZ-2107 markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Amil Şərifov yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb.
Həmçinin avtomobilin ön yan şüşələrinə tünləşdirilmiş örtük yapışdıran sürücünün il ərzində bir dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati tədbir görülməsi və sürücülük hüququndan məhrum olunması üzə çıxıb.
Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd “Naqan” markalı tapança aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb.
Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan iki kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri dövlətin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
Qırğızıstan prezidenti bu barədə ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda bildirib.
“Mən, həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq.
Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - deyə Qırğızıstan prezidenti qeyd edib.
Xatırladaq ki, bundan əvvəl A.Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, ölkədə qeyri-hökumət təşkilatları (QHT) haqqında qanuna baxılmasından narahatlığını ifadə edib.
A.Blinkenin fikrincə, QHT-lər haqqında qanun Qırğızıstanda vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcək.
Sumqayıtda açıq sahədə yanğın olub.
APA xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivi ərazisində qeydə alınıb.
500 kvadratmetr kol-kos və yeddi ədəd müxtəlif ağac yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
“Azərbaycanda yaşayan Rusiya vətəndaşları prezident seçkisində Rusiya səfirliyindəki seçki məntəqəsində, həmçinin iki səyyar seçki məntəqəsində səs verə biləcəklər”.
Bu açıqlamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.
“Ənənəvi olaraq biz seçki məntəqəsini səfirlikdə açırıq, o, martın 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq.
Və adət üzrə iki səyyar məntəqənin təşkili ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlinib”, - deyə rusiyalı diplomat əlavə edib.
Mixail Yevdokimov əlavə edib ki, Rusiya sülhməramlıları Gəncə və Xankəndidəki stasionar seçki məntəqələrində səs verəcəklər.
Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.
Oxu.Az xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Yusif Sultan oğlu Əliyev barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.
Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14,2 mil məsafədə sənaye üsulu ilə löv...
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bakıda 44 yaşlı kişi intihar edib.
Belə ki, 1980-ci il təvəllüdlü Pərvin Abdullayev sərxoş vəziyyətdə yaşadığı evin həyətində pilləkən məhəccərindən iplə özünü asaraq intihar edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Abşeron rayonunun Pirəkəşkül kəndində 45 yaşlı kişinin evində meyiti aşkarlanıb.
Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərib, E.Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.
Bundan sonra səhər saatlarında həyat yoldaşı Məleykə Kərimova evin yataq otağında E.Alıyevin yatmış vəziyyətdə meyitini aşkar edib.
Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib.
Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib.
Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.
Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb.
Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-n...
İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərind...
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıq...
29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.
D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
İsrail Müdafiə Qüvvələri Rəfah şəhərində keçirdiyi əməliyyat zamanı HƏMAS terrorçuları tərəfindən qaçırılan iki israilli girovu azad edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” hesabında paylaşım edilib.
“HƏMAS terror təşkilatı tərəfindən 7 oktyabrda Nir İshaq qəsəbəsindən qaçırılan 60 yaşlı Fernando Simon Marmanı və 70 yaşlı Lui Harı azad edilib.
Onların hər ikisinin vəziyyəti yaxşıdır və tibbi müayinə üçün Şiba Tel xa-Şomer xəstəxanasına yerləşdiriliblər”, - deyə paylaşımda bildirilib.
Həmçinin qeyd edilib ki, İsrail təhlükəsizlik qüvvələri girovların evlərinə qaytarılması üçün zəruri bütün vasitələrdən istifadəyə davam edəcək.
ABŞ müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirilib.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder xəbər verib.
“Müdafiə naziri Lloyd Ostin, sidik kisəsi problemləri əlamətləri ilə müayinə üçün xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda vurğulanıb.
Bildirilir ki, vəziyyətlə bağlı müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, həmçinin Ağ Ev və Konqresə məlumat verilib.
“Təxminən saat 16:55-də (Bakı vaxtı ilə 01:55) Llyod Ostin müdafiə naziri vəzifəsini və səlahiyyətlərini müavini Ketlin Hiksə təhvil verdi”, - deyə məlumatda əlavə edilib.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayının əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulub.
Dekabrın 22-də ümumi anesteziya altında ondan şiş götürülüb, sonra evə buraxılıb.
Lakin 2024-cü il yanvarın 1-də ürəkbulanma da daxil olmaqla, qarın nahiyəsində, omba və ayaqda şiddətli ağrılarla müşayiət olunan fəsadlara görə yenidən xəstəxanaya yerləşdirilib.
Bu dəfə ona sidik yollarının infeksiyası diaqnozu qoyulub.
Yanvarın ilk axşamı Ostin “Uolter Rid” Milli Tibb Mərkəzində (Meriland) palataya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib.
Onun xəstəxanada olması barədə, hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb.
Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub.
ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib.
Sonradan Ostinin xəstəxanaya yerləşdirilməsinin maraqlı təfərrüatı ortaya çıxıb.
Məlum olub ki, naziri tibb müəssisəsinə aparmaq üçün gələn təcili yardım maşınından Pentaqonun rəhbərinin evinə sirenləri söndürmək və sayrışan işıqları yandırmamaq tələb olunub.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar, profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərərvurma və digər ...
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərdən dördü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən üç, evlərdən və mağazalardan altı min manat dəyərində nağd pul və əşya oğurlamaqda şübhəli bilinən ...
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri müvafiq profilaktiki tədbirlər nəticəsində beş nəfər rayon sakini ikisi döyüş təyinatlı silah olmaqla müvafiq sənədləri olmayan, müxtəlif marka və çaplı ov silahlarını polisə könüllü təhvil veriblər.
Bu istiqamətdə davam etdirilən tədbirlər nəticəsində rayon ərazisində iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd həmin silaha aid daraq və 112 ədəd 7,62 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür.
Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.
Bununla yanaşı, odla ehtiyatsızlıq, uşaqların nəzarətsiz qalması və s.kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:""- elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin...
- standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!
- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!
- elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!
- mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!