Search is not available for this dataset
text
stringlengths
10
518k
- uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!
- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!
Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!
Unutmayın:Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng vurun!
Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-sipər” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, pa...
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Marafon üzrə dünya rekordunu qıran keniyalı qaçışçı Kelvin Kiptum 24 yaşında həlak olub.
Bu barədə Dünya Yüngül Atletika Assosiasiyasının prezidenti Sebastyan Koe xəbər verib.
Məlumata görə, idmançının idarə etdiyi avtomobil Keniyanın Rift Vadisi bölgəsindəki Nakuru şəhərində qəzaya düşüb.
Maşında ondan əlavə, daha üç nəfər olub.
Sərnişinlərdən məşqçi həlak olub, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Kiptum 2023-cü ilin oktyabrında Çikaqo marafonunda 42 kilometrlik marafonu 2 saat 35 saniyəyə qət edərək həmyerlisi Eliod Kipçogenin rekordunu yeniləyib.
Onun rekordu keçən həftə ratifikasiya edilib.
2023-cü ildə o, London marafonunda da qalib gəlib.
İdmançı 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiadada Keniya yığmasının heyətində iştirak etməyi planlaşdırırdı.
Almaniyanın Düsseldorf şəhərində Vladimir Yermakov adlı 17 yaşlı ukraynalı basketbolçu küçədə bıçaqlanaraq öldürülüb.
Bu barədə Ukrayna Basketbol Federasiyasının “Facebook” səhifəsində məlumat verilib.
“Basketbol Federasiyası və Ukraynanın bütün basketbol ictimaiyyəti həmkarlarımız Tatyana Qnatyuk və Gennadi Yermakova oğullarının faciəli ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
17 yaşlı Vladimir Yermakov Almaniyada qətlə yetirilib”, - deyə paylaşımda bildirilib.
Həmçinin Vladimir Yermakovun dostu, Düsseldorfun “ART Giants” klubunda (U-19) çıxış edən Artyom Kozaçenko ciddi bıçaq xəsarətləri alıb və hazırda reanimasiyadadır.
Yermakov və dostunun Düsseldorfun gənclər komandasında çıxış etdiyi bildirilir.
Məlumata görə, Vladimir Yermakov və dostu “sadəcə ukraynalı olduqları üçün” bıçaqlı hücuma məruz qalıblar.
Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.
Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir:""“Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullar...
Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub.
Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir.
Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.
Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq.
İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir”.
Abşeronda şirkətdən 13 min manatlıq oğurluq olub .
Daxili İşlər Nazirliyinin məlumatına görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən 13 000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən İlkin Qocayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu günlərdə balaca bir uşaq videosu gördüm.
Uşaq maşına minməyə çalışırdı, ətrafında da heyranları.
Bu videoya heç bir məna verə bilmədim.
Bu uşaq kim idi və insanlar nəyə görə ona belə pərəstiş edirdilər?
Bu işlərdən yaxşı baş çıxaran bir dostuma videonu göndərdim.
O da dedi ki, bəs bu uşaq möhkəm söyüş söyəndir, ona görə belə hörmət qazanıb.
Getdikcə, təəccüb hissimizi itirməyə başlayırıq.
Stalinə aid edilən bir söz var, bir nəfərin ölümü faciədir, milyonların ölümü isə statistika.
Bu sözü belə dəyişdirmək də olar, bir nəfərin dəli olmağı statistikadır, milyonların dəli olmağı isə faciə.
Sitat gətirmişkən, birini də Şopenhauerdən gətirək.
Böyük filosof deyirdi ki, cəmiyyəti axmaqların boşboğazlıqları, cəfəng danışıqları daha çox inandırır, nəinki böyük zəkaların fikirləri.
Əslində burada qeyri-təbii heç bir şey yoxdur.
Tarixin dövranı belədir, belə gəlib, yəqin elə belə də gedəcək.
Ancaq məni ən çox maraqlandıran bu nadanlara pərəstiş edənlərdir.
Onlar oxumuş adamlardır, ürəklərində dərd, beyinlərində problemlər var.
Ölkənin gələcəyi üçün narahatlıq duyurlar, cəmiyyətin sabahını düşünürlər, buna görə də daim qayğılı və fikirlidirlər.
Bütün bu fikri və hissi əziyyətdən xilas olmaq üçün nadan olmaq istəyirlər.
Əlbəttə ki, bu, mümkünsüzdür, bunu özləri də çox gözəl bilirlər.
Oxumuş, ziyalı adamlar düşünürlər ki, olmaz ki, biz də o Nianın söhbəti ilə başımızı qataydıq, üç uşağını qoyub qaynı ilə qaçan gəlini qınayaydıq?
Dünyamız onda daha gözəl olardı.
Bu, heç bir halda mümkün deyil.
Əvvəlcə, oradan başlayaq ki, insan zəkası müəyyən bir mərhələyə qədər inkişaf etdikdən sonra onun geriyə yolu qalmır.
Gözəl təhsil almış bir bəstəkar hər nə qədər özünü məcbur etsə də meyxanaya qulaq asıb ondan zövq ala bilməz.
İngilis filosof Bentam insanları xoşbəxt edən hər cür əməli yaxşı əməl hesab edirdi.
Başqa cür desək, nadanlığı da xoşbəxtlik sayırdı.
Bunun belə olmadığı isə sonralar və sadə bir sualla ortaya çıxdı.
Sual belə qoyulmuşdu:Palçıqda ağnayan xoşbəxt bir donuz olmaq istəyərdiniz, yoxsa kədərli Sokrat?
Misal niyə görə heyvanla verilmişdi?
Çünki Bentam heyvanların da xoşbəxt ola biləcəyinə inanırdı.
İndi kim suala donuz cavabı verirsə özü bilər, donuz bilər.
Ancaq hər bir zəka sahibi olan insanın Sokratı seçəcəyi də dəqiqdir.
Yüksək zəka avtomatik olaraq yüksək zövqləri də təyin edir.
Bəli, kimlərsə nadan olmaq istəyər, ancaq bir nadan bir operadan heç bir zövq ala bilməz.
Bir nadan Nuri Bilgə Ceylan filminə zövq almaq bir yana dursun, heç yarısına qədər baxa da bilməz.
Nadan üçün Tarkovski daim əlçatmaz qalacaqdır.
Selincer oxuyub zen buddizm haqqında düşünmək ona heç bir zaman müyəssər olmayacaq.
Nadanın əhatə dairəsi də özü kimi bəsit və cılızdır.
Söz bu yerə gəlmişkən, sevimli yazıçımız Haqverdiyevin “Mirzə Səfər hekayəsindən də bir sitat gətirək.
“Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin оrtasında оturub öz aralarında danışırdılar.
Mirzə bunların birisinə əl elədi:""- A kişi, bura gəl, bura gəl.
- Bir dil ki qəm düçarı оla, ağlar, ağlamaz?
- Ənduhi-qüssə yarı оla, ağlar, ağlamaz?
- Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz, avam adamam.
- Dоğrudur, avamsan, bunlar gözəl sözlərdir, get оğlunu оxut.
Belə-belə şeirlərdən ləzzət aparsın”.
Bəli, Haqverdiyevin də dediyi kimi, belə şeylərdən “ləzzət aparmaq” üçün isə oxumaq lazımdır.
Hər nə qədər də nadanların dünyasında yaşasaq belə, bu cür həzz mənbələrimiz mövcuddur.
Buna görə nadanlığın həsrətini çəkməkdənsə ancaq ağıllı, oxumuş adamlara nəsib olan şeylərin həzzini dadmaq lazımdır.
Bir də əlbəttə ki, nadanların sayının azaldılması istiqamətində çalışmaq...
Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut barədə yeni cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlknur Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib.
O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.
Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşi hakim Zamiq Bağırov araşdıracaq.
Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə təqsirli biliniblər.
İttihama görə, bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək bir milyon manata yaxın ziyan vurublar.
İslandiyada vulkan püskürməsindən sonra lavanın qar sahələrini necə əhatə etdiyi dron vasitəsilə qeydə alınıb.
Görüntülər “Nation Geographic”ə məxsus pilotsuz uçuş aparatı ilə çəkilib.
Heyrətamiz kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl baş verən püskürmə nəticəsində lava əsas isti su borularını zədələyib.
Bununla əlaqədar İslandiyada fövqəladə vəziyyət elan edilib.
İslandiyanın əsas turistik yerlərindən biri olan “Mavi laquna” geotermal kurortu da lava axını səbəbindən bağlanıb.