Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmçinin məktəblərdə tətillər elan edilib.
Onu da vurğulayaq ki, vulkan püskürməsi İslandiyada dekabr ayından bəri üçüncü dəfə baş verib.
Yaponiya Nazirlər Kabineti Ukrayna hakimiyyətinə 106 milyon dollar məbləğində qrant köçürmək niyyətindədir.
Məlumata görə, Kiyev bu vəsaiti ölkənin bərpasına dair ikitərəfli konfransdan sonra alacaq.
Tədbir bu il fevralın 19-na planlaşdırılıb.
Görüş zamanı Yaponiya və Ukrayna nümayəndələrinin iki dövlət arasında əməkdaşlığın yeddi prioritet sahəsini açıqlayacağı gözlənilir.
Söhbət həm də ərazilərin minalardan təmizlənməsi və İT-nin inkişafı sahəsində Kiyev və Tokio arasında qarşılıqlı fəaliyyətdən gedir.
Bundan əlavə, tərəflər 10-dan çox müxtəlif sənəd imzalamağı planlaşdırır.
Söhbət Yaponiya və Ukrayna arasında gələcək əməkdaşlığın aspektlərini tənzimləyən sazişlərdən gedir.
Çin avtomobil istehsalçıları arasında daim ilk üçlükdə olan GAC brendi rəsmi olaraq Azərbaycan bazarına daxil olub.
GAC brendi Azərbaycanda tanınmış və böyük təcrübəyə sahib “Auto Azərbaycan” şirkətini özünə rəsmi distributor seçib.
Distributorluq müqaviləsi Çinin Guangzhou şəhərində GAC şirkətinin baş qərargahında imzalanıb.
Rəsmi distributorluq müqaviləsini “Auto Azərbaycan” şirkəti tərəfindən şirkətin baş direktoru Emil İsmayilov, GAC şirkəti tərəfindən isə Baş direktor Vei Haigang imzalayıb.
“Auto Azərbaycan” şirkətinin Marketinq departamentinin müdiri Vasif Əliyevdən aldığımız məlumata əsasən, GAC brendinin Azərbaycana 7 modeli idxal olunacaq.
Bunlardan 5 model benzin mühərrikli, 2 model isə tam elektrikli avtomobillər olacaq.
Rəsmi distributor Azərbaycan avtomobil alıcılarına GAC brendinin “Empow”, “Emzoom”, “Emkoo”, GS8, M8, “Aion S” və “Aion Y” modellərini təklif edəcək.
Avtomobillərə 5 il / 250 000 km zəmanət veriləcək.
GAC rəsmi satış və servis mərkəzi Babək prospekti 61C ünvanında fəaliyyət göstərəcək.
Mart ayında brendin təqdimat mərasimi baş tutacaq.
GAC avtomobil brendi 1997-ci ildə yaradılıb və “GAC Group” şirkətlər qrupuna daxildir.
“GAC Motor” premium sinfinə aid olan avtomobillər, mühərriklər, avtomobil hissələri və avtomobil aksesuarları istehsal edir.
Son 5 ildə GAC motor ardıcıl olaraq Çin avtomobil istehsalçıları arasında keyfiyyət göstəricilərinə görə 1-ci yerdə qərarlaşır.
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir.
“Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur “Hyundai” avtomobil markasının rəsmi distributorudur.
İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət “Hyundai” markasının ölkə üzrə 10 satış və servis mərkəzindən ibarət diler şəbəkəsini formalaşdırıb.
“Auto Azərbaycan” bir şirkət olaraq bu günə kimi qazandığı biznes uğurları ilə Azərbaycan iqtisadiyyatına dəyər qatması və ölkənin ən mühüm sərvəti olan insan kapitalına dəyər verməsi ilə hər zaman qürur duyur.
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yarışda 2023-cü ildə 18 yaşlılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparırlar.
Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir.
İlk iki yeri tutacaq şahmatçılar Avropa çempionatına ezam olunacaqlar.
Çempionatın baş hakimi İnara Topçiyevadır.
7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Kriptovalyutaya pul yatıran azərbaycanlı aldanıb.
Bu barədə Oxu.Az-a səkkiz min manata yaxın pulu “bitkoin”də batan vətəndaş bildirib.
Onun sözlərinə görə, “bitkoin”də daha çox pul qazanmaq adı ilə dəfələrlə aldanıb:""“Özlərini “Anderson Gonzales” və “Asha Nair” kimi təqdim edən şəxslər “Why bitcoin?” adlı sayt linkini mənə göndərdilər və pul yatıraraq, artırmağı təklif etdilər.
Guya “Anderson Gonzales” saytı idarə edən şəxs imiş.
“Asha Nair” mənə hesab kartı göndərdi və ilkin olaraq, 50 manat, daha sonra 380 və 1 280, 1 600 manat göndərməyimi istədi.
Sonra mənə dedilər ki, 3 200 manat göndərəcəyəm və bununla da tapşırıq tamamlanacaq.
Şəxsi hesab kartımla 2 000 və 1 200 manat məbləğləri göndərdim.
İndi də deyirlər ki, beş min manat göndərməliyəm ki, verdiyim pulları sistemdən tam çıxarım.
Əgər göndərməsəm, pullarımı geri atmayacaqlar”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkə səhifələrində kriptovalyuta alqı-satqısı adı ilə insanları aldadırlar.
Səhifələri idarə edən şəxs (və ya şəxslər) sosial şəbəkələrdə elanlar yerləşdirərək, pul qismində kriptovalyuta alqı-satqısı həyata keçirməklə daha çox pul qazanacaqları adı altında vətəndaşları aldadırlar.
Təəssüf ki, əksər vətəndaşlar bu səhifələrin toruna düşürlər...""Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.
Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir:"""“Bununla bağlı ETX vətəndaşlar...
Belə ki, bu tipli saxta təkliflərə aldanan vətəndaşların öz bank kartı məlumatlarını kiberdələduzlara təqdim etməsi onların bank kartlarından pul vəsaitlərinin silinməsinə səbəb ola bilər.
Eyni zamanda, hər hansı qurum və ya şirkət adından bu tipli mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla və şirkətlə dəqiqləşdirmək tövsiyə olunur”.
Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət orqanları mütəmadi olaraq, onlarla növ dələduzluq cinayətlərindən qorunma üsullarını internetdə nümayiş etdirərək vətəndaşları maarifləndirməyə çalışırlar:""“Amma asan yollarla pul qazanmaq istəyən vətəndaşlar belə vədlərə aldanırlar.
Nəticədə ölkədən kənarda fəaliyyət göstərən dələduzlar tərəfindən aldadılırlar, onlara məxsus xeyli, hərdən isə külli miqdarda pul vəsaitləri ələ keçirilir.
Dələduzlar, əsasən, xarici ölkələrdən Azərbaycanın internet məkanına daxil olaraq, guya kriptovalyuta və ya digər investisiya məkanları olduqlarına insanları inandırırlar.
Sonda isə onları aldadaraq, müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib, öz qurbanlarını müflis vəziyyətə salırlar.
Belə cinayətlərin cəza sanksiyası mövcud Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir.
Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə şəxs - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud...
Cinayət əməlinin digər ağırlaşdırıcı halları müəyyən olunduğu təqdirdə, qanunun cəza siyasəti daha da sərtləşir və yuxarıda qeyd olunan cəzalar vurulmuş ziyana mütənasib şəkildə artırılır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, cinayət əməlini törədən təqsirkar şəxslərin ölkə hüdudlarından kənarda olmaları cəza siyasətinin tətbiqində müxtəlif çətinliklər yaradır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan səhifələrə rast gəlinir:"""“Həmin sosial şəbəkələrdə elanlar yerləşdirərək, pul qismində yatırım edəcəkləri halda külli miqdarda m...
Həmin şəxslər onlara müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradırlar.
Həmin səhifələri işlədən inzibatçıların şəxsiyyətlərinin müəyyən edilməsi və onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, nəticələri barədə ictimaiyyətə daim məlumatlar verilir”.
DİN rəsmisi vətəndaşları bu cür səhifələrin toruna düşməməyə, həmin səhifələrin hesablarına pul köçürməməyə çağırıb.
Türkiyə Silahlı Qüvvələri Fırat Kalkanı bölgəsinə hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir.
Türkiyə Silahlı Qüvvələrimiz Fırat Kalkanı bölgəsində hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlikdən verilən açıqlamada bildirilib.
Suriye’nin kuzeyini kana bulamaktan, bölge halkının huzur ve güvenliğini bozmaktan başka amacı olmayan PKK/YPG’li teröristlere yönelik operasyonlarımız sürüyor.
Türk Silahlı Kuvvetlerimiz, Fırat Kalkanı bölgesinde saldırı hazırlığı yapan 4 PKK/YPG’li teröristi etkisiz hâle… pic.twitter.com/qCzpe3k25n
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının prezidenti seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.
Oxu.Az bildirir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Ötən il ərzində paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi, eləcə də digər müdaxilə halları müəyyən olunub.
Bildirilib ki, müəyyən olunmuş qanunsuz müdaxilələr və yol verilmiş nöqsanlar aradan qaldırılıb.
Nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb.
Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrdə yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Bakının insanyönümlü şəhərə çevrilməsi istiqamətində görülən işlər çoxdur.
Yaşıllıq zolaqlarının sayının artırılması, sakinlərin istirahətinin təmin edilməsi üçün parkların salınması və s.Amma atalar demiş, hər gözəlin bir eybi var - yerüstü piyada keçidlərində liftlər var ki, hələ bir dəfə də olsun, insan ayağı dəyməyib.
Ya da dəyib, amma cəmi bir-iki dəfə.
Zaman-zaman paytaxtın bir çox istiqamətlərində yerləşən piyada keçidləri, parkları ilə bağlı analoji şikayətlər edilir.
Liftlərin işləməməsi daha çox yaşlılara, xəstələrə, eləcə də uşaq arabası ilə hərəkət edənlərə ciddi problem yaradır.
Liftdən yararlana bilməyən bəzi piyadalar yolu keçiddən deyil, maşınların hərəkət zolağına çıxaraq keçirlər.
Bu zaman da həm piyadanın özü, həm də sürücülər üçün ciddi təhlükə yaranır.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan zaman-zaman alınan cavablarda həmin liftlərin bir neçə adıçəkilməyən detallarında yaranan problem səbəbindən işləmədiyi qeyd edilir.
Əlavə olaraq, həmin detalların dəyişdirilməsi üçün sifariş verildiyi deyilsə də, üstündən aylar keçir, amma həmin detallar gəlib çıxmır ki, çıxmır.
Elə bu tapılmayan detalların izinə özümüz düşmək istədik.
Liftin istismarına mane olan həmin böyük problemlər, tapılmayan detallar hansılardır?
Oxu.Az mövzu ilə əlaqədar paytaxtda liftlərin təmiri və bərpası ilə bağlı xidmət göstərən şirkətlərdən birinin eksperti Toğrul Adilov ilə danışıb.
T.Adilov bildirib ki, liftlərin istismarına maneə yaradacaq problemlər müxtəlif ola bilir və bu barədə dəqiq məlumat vermək üçün mütləq qaydada həmin sistemə baxış keçirmək önəmlidir:""“Yaxın dövrlərdə qeyd etdiyiniz ictimai yerlərdə quraşdırılan liftlərin istismar müddəti 15-20 ildir.
Bunun üçün, təbii ki, liftlərə vaxtlı-vaxtında servis xidməti göstərilməlidir.
Amma hər hansı bir xırda detalın xarab olması liftin uzun müddət işləməməsinə əsas gətirilə bilməz.
Məncə, bu, o qədər də həqiqəti əks etdirmir.
Bəzən problem qurumlarda və ya liftlərə nəzarət edən şirkətlərdə olur.
Çünki elə şirkətlər var ki, balansında olduğu liftlərə aylıq müvafiq ödəniş müqabilində servis xidməti göstərir.
Lakin aidiyyəti qurumlar həmin servis xidməti üçün nəzərdə tutulan ödənişləri köçürmədikləri üçün liftlərə vaxtında baxış keçirilmir.