Search is not available for this dataset
text
stringlengths
10
518k
Nəticədə də liftlərin fəaliyyəti dayandırılır.
Amma ümumilikdə, dediyim kimi, o liftlər 20-30 ilin liftləri deyil ki, nasazlıq olsun.
Bəlkə də, elektrikə qənaət məqsədilə söndürülüb, bəlkə də, dediyim kimi, servis xidməti ödənilmədiyi üçün qulluq olunmur və dayandırılır.
Çünki bəzən elektrik verilişi dayandırılanda liftin içərisində insanlar qala bilirlər.
Bəzi qurumlar bu cür problemlərdən uzaq olmaq üçün də heç bir səbəb olmadan liftlərin fəaliyyətini dayandırırlar”.
Bəs şirkətlərin liftlər üçün servis xidmətinə görə aylıq ödənişləri nə qədərdir?
T.Adilovun sözlərinə görə, liftlərə servis xidmətinə görə şirkətlər o qədər də yüksək aylıq ödəniş tələb etmirlər:"""“Bu rəqəm elə də yüksək deyil.
Əgər Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həmin liftlərin istismarına icazə verilibsə, müqavilə əsasında xidmət göstərilir.
Orta aylıq qiymət 80-100 manat aralığında dəyişir.
Fərq etmir, bu lift yaşayış binasında, yoxsa ictimai yerlərdə quraşdırılıb.
Bəzi şirkətlər var ki, aidiyyəti qurumlarla müqavilə üzrə çalışırlar.
Lakin ödəniş dayandırıldıqda xidmət də dayanır.
Sadəcə, hər kəsə “xarabdır” deyirlər.
Mən düşünürəm ki, bu liftlərin fəaliyyətinin dayandırılmasında əsas səbəbkar maliyyələşdirən tərəfdir.
Çünki bütün servislər istəyər ki, onların balansında olan liftlər insanlara xidmət göstərsin.
Bəzi şirkətlər var ki, müvafiq brendlərin ölkədəki distributorlarıdır və onlar detalları özləri gətirirlər.
Həmin şirkətlər servis haqqını 150 manat həcmində təklif edir və liftlərə müvafiq kodlar qoyurlar.
Həmin liftlərə başqa servislərin nümayəndələri müdaxilə edə bilmirlər.
Obyekt sahibi də məcbur olur ki, davamlı olaraq bir şirkətlə çalışsın”.
Liftlərin fəaliyyətinin dayanmasına səbəb olacaq əsas problemlər və onların təmir qiymətləri nə qədərdir?
Ekspert bildirib ki, liftdə əsas problem onun mühərrikində yarana bilir və ən bahalı detal odur:"""“Mühərrik yana bilər ki, onun qiyməti üç-dörd min ABŞ dollarıdır.
Onun içərisində olan platanın ən bahalısının qiyməti 1500-2 min dollar aralığında dəyişir.
Başqa orada elə bir bahalı detal yoxdur ki, liftlər uzun müddət bağlı qalsın.
Digər problem trosla bağlı ola bilər.
Fərz edək ki, o liftlərə 200-300 metrlik tros işlənir.
Onun da metrini beş manatdan hesablasaq, ümumilikdə 1 000-1 500 manat pul tutur.
Liftin ötürücü qasnaqları var, onlar yeyilə bilər.
Onların da qiyməti 700-800 manat olur.
Başmaqlar yeyilə bilər, onun da qiyməti baha deyil -cəmi 300-400 manat olur”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, hazırda paytaxtın Xətai rayonu, Neapol dairəsindəki yerüstü piyada keçidinin lifti işləmir:"""“Sözügedən Neapol dairəsindəki lift yaxın müddətdə işlək vəziyyətə gətiriləcək.
Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidəki yerüstü piyada keçidində quraşdırılan lift işlək vəziyyətdədir.
Ümumilikdə isə bu istiqamətdə agentliyimizin xüsusi təmir briqadaları fəaliyyət göstərir.
Hər hansı piyada keçidinin liftində problem olarsa, dərhal əraziyə baxış keçirilir.
Əgər liftin yerindəcə təmiri mümkündürsə, təmir edilir.
Yox, əgər mümkün deyilsə, hər hansı detalın təmirinə ehtiyac varsa, müvafiq sexlərimizdə təmir edilir.
Bəzən hər hansı hissəsinin ümumiyyətlə dəyişdirilməsi zərurəti yaranır, bu isə zaman alır.
Çünki bu detallar ölkəmizdə istehsal olunmur deyə xarici ölkələrdən sifarişlə gətirilir.
Sifarişin verilməsi, gətirilməsi müəyyən zaman tələb etdiyindən həmin liftlər müvafiq dövrdə çalışmaya bilər.
Bu zaman ərzində ərazidə əməkdaşlarımız var, hər hansı problem zamanı dərhal bizə məlumat verilir”.
“İstər hərbi formada, istərsə də kostyumda - hər zaman qüsursuz geyinən Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkisində aşkar üstünlüklə qalib gəldi”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın “Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryevin Bakıdan hazırladığı videosüjetdə deyilir.
“Sahəsi yetmiş iki hektardır - yüzdən çox futbol meydançası boyda...Belə müəssisələr üçün məhsuldarlıq misilsizdir - ildə bir gəmi.
Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev deyir ki, onlar rusiyalı həmkarları ilə, gəmiqayırma zavodlarının rəhbərləri ilə daim təmasda olurlar, təcrübə mübadiləsi aparırlar.
Bu, Rusiya gəmiqayırma zavodlarının “çay-dəniz” sinfində təcrübəsidir.
Eləcə də getdikcə artan Xəzər hövzəsinin ticarət dəhlizi kimi rolu apriori iki ölkə arasında əməkdaşlığı qaçılmaz edir”.
Süjetdə bildirilir ki, Xəzər dənizinin ən böyük və ən müasir gəmiqayırma zavodu hələlik yalnız Azərbaycanın ehtiyacları üçün məhsul istehsal edir.
“Yanalma körpüsündə sualtı quraşdırma işləri üçün unikal “Xankəndi” gəmisi (burada inşa edilib) dayanır.
“Laçın” və “Kəlbəcər” tankerləri stapeldən (üzərində gəmi inşa edilib suya salınan yer, mail körpü) çıxıb.
Dokda daha biri - “Zəngilan” gəmisi suya salınmağa hazırlaşır.
Bütün bunlar, yeri gəlmişkən, Qarabağdakı yaşayış məntəqələrinin adlarıdır”.
Süjetdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə də toxunulub.
Bildirilib ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün illərdə rayonların qaytarılması prioritet məsələ olub.
Buna görə də o, bütün ailəsi ilə Qarabağda yerləşən 14 saylı seçki məntəqəsinə səs verməyə gedib.
“İlham Əliyevin hazırkı yeddiillik prezidentlik müddəti 2025-ci ildə başa çatır.
Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra növbədənkənar seçki təyin edilib.
Seçkilərdə rekord sayda 77 faiz seçici iştirak edib, seçki bülletenləri üçün növbələr yaranıb”.
Süjetdə bundan sonra seçkinin nəticələri və bunun sakinlər arasında doğurduğu coşquya, həyəcana yer verilib.
Qriqoryev buna baxmayaraq, həm Qarabağ müharibəsinin sonunun, həm də ardınca keçirilən prezident seçkisinin Qərbdə yalnız neqativlərə səbəb olduğunu vurğulayıb:""“ATƏT-dən olan müşahidəçilər - faktları dərc etmədən, əsassız olaraq səsvermənin şəffaflıqla bağlı ciddi suallar və şübhələr yaratdığını elan etdilər.
İlham Əliyev bununla əlaqədar dedi ki, bu, hamıya demokratiya, bərabərlik, ədalət, insan haqları öyrətməyə çalışanların əsl simasını bir daha ortaya qoyur.
“Hiylə, riyakarlıq, mənfəətpərəstlik - mən bunu belə xarakterizə edərdim”, - deyə İlham Əliyev vurğulayıb”.
“54 gün düşmən mühasirəsində qalsam da, nə bayrağımızı, nə də əlimdəki quran kitabını yerə qoydum.
Əksinə bayrağı sinəmə sarıb, Allaha güvəndim, ondan kömək istədim.
Arzu edirdim ki, həmin bayraqla kəndimizə gedim.
Şükürlər olsun ki, o arzuma da çatdım”.
Bunu “Moderator”a bayrağımızla 54 gün düşmən mühasirəsində qalan Şakir İsgəndərov deyib.
“Laçına, doğma yurduma, Oğuldərə kəndimə, nəhayət ki, qovuşdum.
Mühasirədə qaldığımız evi ziyarət etdik.
İki dəfə getmişəm, 15 gün də qalmışam.
Ata-ana mülküm ermənilər tərəfindən yararsız vəziyyətə düşüb.
Çox istərdim ki, ömrümün qalan hissəsini öz vətənimdə keçirim.
Hələ ki, daimi məskunlaşmağa icazə vermirlər, amma gedib günlərlə qalırıq.
Mənim uşaqlığım, analı-atalı günlərim orada keçib.
Laçın torpağı mənim üçün o qədər doğmadır ki.
O günləri xatırlamaq da, unutmaq da çox çətindir.
O vaxt 32 yaşım var idi.1992-ci ildə könüllü kimi döyüşlərə gedəndə özümlə bir bayraq da götürdüm.
Qubadlı və Kəlbəcərdə döyüşərək geri çəkilməyə məcbur olduq.
İki nəfər şəhid oldu, üç nəfər də itkin düşdü.
Kəlbəcərin Çaykənd deyilən ərazisində düşmənin qəfil pusqusuna düşdük.
Bizə məlumat belə gəlmişdi ki, Çaykənd bizdədir.
Qeyri-bərabər döyüş olduğuna görə itki verərək geri çəkilməyə məcbur olduq.
Tərtər çayını keçməyə aramızda bələdçi olmadı.
Bayrağı götürəndə öz-özümə demişdim ki, qələbənin şərəfinə bu bayrağı bacımgilin qapısından asacağam.
Bəlkə də mənim sağ qalmağım Allahın möcüzəsi idi.Yemək yox, içmək yox, çətinliklərimiz çox idi.19 nəfər mühasirədə qaldıq.
Özüm o kənddən olduğum üçün oranı tanıyırdım.
Özümlə 2-3 adam götürüb kəndlərdən xarab olmayan qidalar tapıb gətirirdim, kəşfiyyata çıxırdım.
Artıq 54 gündən sonra ermənilər bizim kəndə girdilər və hiss etdilər ki, biz oradayıq.
Ermənilər kənddə olduğumuzu bilən kimi, biz yerimizi dəyişdik.
Onun üçünü minib getmişdilər ki, siqaret, yemək tapıb gətirsinlər.
O atı görüb ermənilər kəndə girmişdi.
Onunla bilirdik ki, harada hansı döyüşlər gedir?!
O vaxt Qubadlı işğal olunmamışdı, Laçının da yeganə Güləbird kəndi qalmışdı.
Gecələr yol gəlib, gündüzləri gizlənirdik.
Ac-susuz, taqətsiz, halsız vəziyyətdə.
Səkkiz gündən sonra gəlib Güləbirdə, Vaqif Cabbarovun batalyonuna çıxdıq.
19 nəfərin sağ-salamat qalmasına səbəb olan da bayraq imiş.
Ölüm-qalım mübarizəsi idi.Hətta dostlarla danışmışdıq ki, əsir düşsək, özümüzü qumbara ilə öldürəcəyik.
Bu bayrağı o vaxt bir müxbir çəkmişdi, onunla da hər yana yayılmışdı.
İkinci Qarabağ müharibəsi başlayanda da döyüşə yollanmaq üçün müraciət etmişdim.
Yaşım imkan vermədiyinə görə qəbul etmədilər”, - deyə Şakir İsgəndərov əlavə edib.
Azərbaycanla Ermənistan arasındakı danışıqlar və əldə edilən hər hansı irəliləyiş sülh gündəliyinin hansı məsafədə olmasını təyin edir.