Search is not available for this dataset
text
stringlengths
10
518k
Məsafə isə qaldıqca ortaya başqa problemlərin çıxması qaçılmaz olur.
Bu, hələ sülh proqramı ilə bağlı müqəddimədə yaranan problemlərin məcmusudur, daxilə endikcə hər detal üzrə mürəkkəbliklər çılpaqlığı ilə üzə çıxacaq.
Çünki sülhün necəliyinə dair Azərbaycanla Ermənistanın məntiqləri fərqlidir:""- Bakı özünün yaratdığı geosiyasi reallıqları üstün və topdağıtmaz mövqedə saxlamaq üçün səylərini əsirgəmir,"- İrəvan region üçün kritik təhlükəsizlik problemləri vəd edən ideyalardan birdəfəlik əl çəkdiyini rəsmiləşdirməyib.
Hələ Qarabağ münaqişəsinin mövcud olduğu regional reallıqlarda meydan sulamağa çalışan Ermənistan dövləti və onun baş naziri Nikol Paşinyan Qarabağı ayrıca subyekt kimi göstərən bukletlərin fotolarını paylaşmışdı.
Bu o ərəfədə baş vermişdi ki, həmin dövrdə müdafiə naziri olmuş David Tonoyan səhnəyə çıxaraq “yeni ərazilər üçün yeni müharibələr” doktrinasını bəyan etmişdi.
Təbii ki, o zamandan bu yana çox şey köklü şəkildə dəyişib - Azərbaycan Qarabağ münaqişəsinə nöqtə qoyub, dövlət sərhədlərinə çıxış əldə edərək təhlükəsizlik yastığını bərkidib və regionda separatizmi məhv edib.
Artıq həm Paşinyan, həm də onun hökumətində təmsil olunanlar Qarabağın adını çox ehtiyatla çəkir, təhlükəli bəyanatların verilməsindən narahat olduqlarını gizlətmirlər.
Deməli, sülh və təhlükəsizliyə dair yanaşmalardakı ümumi ziddiyyətlərin konseptual qisimləri Azərbaycanın diktəli şərtləri ilə aradan qalxıb.
Lakin Azərbaycan paradoksal məqamların sülh gündəliyinin gələcək detallarında gizlənməməsi üçün əlavə səy və təşəbbüslərini davam etdirir.
Bu təşəbbüslər Bakının aktivinə yeni xallar yazdırır, lakin vaxt aralığında Ermənistanın da həm sülhə xidmət edən, həm də onun əksi olan mövqelərinə şahidlik edirik.
Bu mənada Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusundakı tezislərinin səmimi olmadığını görmək elə də çətin deyil.
Çünki Ermənistan sülh gündəliyini Rusiya ilə Qərb arasında ikincinin xeyrinə seçim etməklə İrəvanın revanşizmi rejiminə kökləmək istəyir.
Bunun geosiyasi nəticələri daha təhlükəlidir, ona görə ki, sülh proqramını əlinə almaq istəyən Qərb prosesin Rusiyaya qarşı “təmas xətti” kimi böyüməsinə tərəfdardır.
Hərçənd ki, Paşinyan Böyük Britaniyanın nüfuzlu “Guardian” nəşrinə verdiyi müsahibədə ölkəsinin ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığının digər təhlükəsizlik sektoru tərəfdaşına qarşı yönəlmədiyini bildirib.
Bu, o qədər də inandırıcı səslənmir, çünki Paşinyan dəfələrlə Rusiyadan incik düşdüyünü deməsi fonunda Qərblə əməkdaşlığın ruhunu misli görünməmiş səviyyəyə qaldırmaq istəyir.
Paşinyanın belə ikibaşlı mövqeyi Rusiyanın sülh proqramı üzərindən Qərblə hibrid mübarizəsinə aşkar şərait yaradır.
Moskva regionda geosiyasi mövqeyinin zəifləməməsi üçün Ermənistanı ən təhlükəli ip üzərinə çıxarmağa belə hazırdır.
Sözsüz ki, burada Ermənistanın nəyisə qurban verib Qərbin əbədi damarlarından birinə çevrilməsi nəticələrini gözləmək proqnazlaşdırılabilən ssenarilər arasında deyil.
Azərbaycan təkid edir ki, İrəvan ikitərəfli danışıqlar formatına üstünlük verməklə beynəlxalq oyunçulardan kiminsə əlinə oynamaqdan çəkinsin - bunun özünü İrəvan Ermənistanın təhlükəsizlik problemlərinin həllinə və regiondakı fiziki varlığına dəstək kimi də nəzərdən keçirə bilər.
İkitərəfli formatda yekun nəticələr indiki mərhələ üçün çox çətin görünür, çünki Qərb platforması Ermənistanı Rusiyanın dişli çarxlarının arasına atır.
Paşinyanın manevr etmək üçün Qərblə yanaşı, Rusiyanın da xoşuna gəlməyə çalışacağını istisna etməsək, regional geosiyasi qırılma xəttində Azərbaycan bölgədəki təhlükəsizliyini daha da bərkitmək çağırışını icra edəcək.
Yəni Ermənistan sülh predmetlərini Rusiya ilə Qərbin geosiyasi rəqabət müstəvisinin işığında tutmağa çalışdıqca Azərbaycan vəziyyətə adekvat cavab hazırlıqlarını nümayiş etdirəcək.
Hələlik Azərbaycanın mövqeyi təmkinlidir, o, Fransa kimi ölkələrin regiondakı təxribatlarına uymur.
Azərbaycan üçün danışıqların Qərb və ya Rusiya mərkəzli olmasının fərqi yoxdur, o mənada ki, moderatorlardan hər hansı biri Bakıya öz şərtlərini diktə etməyə çalışmasın.
Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevə zəng edərək onu yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etməsi diqqətəlayiqdir.
Telefon danışığı zamanı Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Əliyevdən mövqeyini bildirməsini xahiş edib.
Əliyev Azərbaycanın həmişə Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.
Bu o deməkdir ki, Azərbaycan Qərb platformasında Mişelin vasitəçiliyini daha səmimi sayır, lakin Fransanın prosesə müdaxiləsini birmənalı rədd edir.
Hər halda, Ermənistandan fərqli olaraq, Azərbaycan müdafiə qüdrəti və strateji planları fonunda regiondakı portfelini əhəmiyyətli şəkildə doldurur.
İrəvanın Bakının tərtib etdiyi cədvələ uyğun hərəkət etmək məcburiyyətini üzərində hiss edib sülh gündəliyində güzəştlərə hazırlaşmağı seçməkdən başqa çarəsi qalmır.
Yox, Ermənistan fərqli bir məcraya getsə və Azərbaycan bunu regional arxitektura üçün təhlükə kimi hiss etsə, o zaman fərqli ssenari gündəmə gələcək.
Bu ssenaridə Azərbaycan Ermənistanı görünməmiş streslərə məruz qoya bilər.
Mümkündür ki, Azərbaycan belə ssenariyə zərurət yaranacağı təqdirdə Ermənistanı güc tətbiqi yolu ilə demilitarizasiyaya əbədi məhkum etsin.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin zirzəmisindən altı ədəd avtomat, bir ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursat aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycanın vergi sistemi son beş ildə mühüm iqtisadi çağırışlara uyğun inkişaf yolunda əsaslı islahatlarla zənginləşərək inteqrativ inkişaf tempi nümayiş etdirir.
2019-cu ildən bu istiqamətlərdə həyata keçirilən islahatlar vergi orqanlarının yeni simasını formalaşdırmağa və vergi inzibatçılığının keyfiyyətinin tamamilə yeni standartlar əsasında formalaşdırılmasına xidmət edirdi.
Bu illər ərzində həyata keçirilən tədbirlər qoyulan bir sıra hədəfləri reallaşdırmaqla yanaşı dayanıqlı vergi sisteminin əsasını qoydu.
Ölkənin vergi sistemi hazırda iqtisadiyyatın mühüm sütunu, büdcə daxilolmalarının hərəkətverici qüvvəsi və biznes mühitinin əlverişliliyini təmin edən əsas iştirakçıya çevrilib.
Sahibkarlığın inkişafına, qeyri-neft sektorunun artımına və leqal iqtisadiyyata dəstək"Azərbaycanda vergi sistemində aparılan islahatlar geniş və çoxfunksiyalı xarakter daşıyır.
Bu islahatların mühüm hissəsi sahibkarlığın fəaliyyətinə dəstək və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına yönəlib.
Sahibkarlığın inkişafına dəstək tədbirləri arasında son illər vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri vurğulamaq yerinə düşər.
Son illər bütün kateqoriyalardan olan biznes subyektləri üçün müxtəlif vergi güzəştləri verilib və vergi yükü azaldılıb.
Bu ildən vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə turizm, tibb, kino sənayesi kimi sahələri üçün də yeni təşviqlər qüvvəyə minib ki, bunlar da sahibkarların vergi yükünün optimallaşdırılmasına xidmət edir.
Vergi güzəştlərinin tətbiqi ölkə iqtisadiyyatının mühüm çağırışlarından olan qeyri-neft sektorunun inkişafının təmin edilməsinə mühüm təsir edir.
Azərbaycanda qeyri-neft sektorunun artımı daha çox sənayeləşmə sahəsinin inkişafı hesabına təmin edilir.
Ölkə iqtisadiyyatında sənayeləşmə prosesinə mühüm töhfə verən sənaye parklarının rezidentləri üçün mövcud vergi üstünlükləri onların fəaliyyətinə mühüm dəstək verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 460 milyon manatdan çox vəsaitə qənaət edib.
Bununla yanaşı, hesab edilir ki, Azərbaycanda sənaye parklarına yatırılan hər bir dollar investisiya sonra dörd dəfə çox gəlir gətirəcək.
İndiyənədək ölkədə fəaliyyət göstərən yeddi sənaye parkı, beş sənaye məhəlləsinə 6,6 milyard manatdan çox investisiya yatırılıb.
Biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir"Son üç ildə dövlət-biznes münasibətlərində başlanmış transformasiya prosesi vergi islahatlarının səmərəliliyini artırmaqla daha da sürətlənib.
Rəqabətin təmin edilməsi sahibkarlığın təşviqi və leqal fəaliyyətin vergi stimullarının tətbiqi şəraitində genişlənir.
Biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır.
Bunun nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənir.
Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.
2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat daxilolma təmin edilib.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artan templə davam edir.
İlk növbədə daxilolmalarda könüllü daxilolmaların xüsusi çəkisi daha da artıb.
2019-cu ildən qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır.
Dövriyyələrin şəffaflaşmasında mühüm amillər"Azərbaycanda əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən qeyri-neft-qaz özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.
Ötən il məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413,2 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3% olub.
Qeyri-büdcə təşkilatları üzrə artım 15,1% təşkil edib.
Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa-aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir.
Bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.
“ƏDV geri al” layihəsi stimullaşdırma ilə yanaşı iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
2023-cü ildə fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb.
Ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb.
Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verişin genişlənməsinə səbəb olub.
Ötən il ölkədə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə iki dəfə artaraq 48 milyard 978 milyon manat təşkil edib.
Bu, həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.
Rəqəmsallaşma və innovativ xidmətlərə doğru"Son zamanlar vergi sistemində aparılan islahatlar nəticəsində də əsaslı dəyişikliklər edilib.
Dövlət Vergi Xidməti vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi ilə vergi orqanlarının məlumat bazasının səmərəli və sürətli emalı sisteminin qurması qərarların qəbul edilməsini sürətləndirməklə vaxt itkisinin qarşısını alıb.
Bir sözlə rəqəmsallaşma vergi inzibatçılığını təkmilləşdirib.
Vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin təmassız formada təşkili vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsini təmin edib.
Rəqəmsallaşmanın genişləndirilməsi həm də vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə yol açır.
Hazırda məlumatların təhlükəsizliyini təmin etmək, maliyyə itkilərinə yol verən əməliyyatların qarşısını almaq və virtual məkanda etimadın qorunması qlobal vergi sistemində mühüm çağırışlardandır.
Odur ki, Azərbaycanda bu ildən etibarən vergi ödəyicilərinin elektron kabinetə girişi “ASAN imza” vasitəsilə yerinə yetirilir.
Həmçinin vergi ödəyiciləri üçün virtual “ASAN imza” yaradılıb.
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb.
Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir.
“Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə davam etdirilməlidir"Yekun olaraq qeyd edək ki, vergi sistemi ölkə iqtisadiyyatının fundamental hissəsidir və burada islahatlar ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun həyata keçirilməlidir.
Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olaraq dayanıqlı iqtisadiyyata dəstək, özəl sektorun iqtisadi inkişafda payının artırılması, qeyri-neft sektorunun inkişaf tempinin davamlılığının təmin edilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması kimi hədəflər əsas istiqamə...
Bu hədəflərə çatmaq üçün vergi inzibatçılığında da müxtəlif tədbirlərin görülməsi zəruridir.
Ortamüddətli perspektivdə “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin davam etdirilməsi, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün v...
Bu addımlar iqtisadiyyatın daha da şəffaflaşması, şaxələnməsi istiqamətində mühüm rol oynayacaq, vergi sisteminin biznesin tələbatına uyğun təkmilləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafında ən yaxın iştirakçılardan olmasına mühüm təkan verəcək.
Qacaran-Aqarak yolunun Ermənistanın Şimal-Cənub dəhlizindən İran sərhədinə qədər olan 32 kilometrlik hissəsinin tikintisinə başlanılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, yol tikinti texnikasının əraziyə köçürülməsinə start verilib.
İran-Ermənistan Birgə Ticarət Palatasının “Telegram” kanalının bildirdiyinə görə, əsas podratçı kimi yolun tikintisi İran şirkətinə həvalə edilib.
Son bir neçə ayda Rusiya, Ermənistan və digər ölkələrin mətbuatı tez-tez Rusiya-Ermənistan münasibətlərinin möhkəmlik baxımından sınaqdan keçirildiyini yazır.
Bu tezis Ermənistanın Rusiyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də aiddir.
İrəvanda KTMT-yə qarşı ictimai hücumlar və tənqidlər davam edir, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bu barədə danışıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil.
Lakin İrəvan hələ də 2023-cü ilin noyabrında Minskdə qəbul edilmiş KTMT sənədlərinə qoşulmayıb.
Ermənistan xarici işlər nazirinin iki müavini - Mnatsakan Safaryan və Vahan Kostanyan bildiriblər ki, bu mövzu hələ də müzakirə olunur.
Qeyd edək ki, KTMT-nin Belarus sammitindən təxminən üç aya yaxın vaxt keçir, yeri gəlmişkən, Ermənistan orada da iştirak etməmişdi.
İmzalanmaq üçün sənədləri İrəvana KTMT-nin baş katibi İmanqali Tasmaqambetov gətirmişdi.
Vəziyyəti Oxu.Az-a şərh edən Rusiya Sülh Təşəbbüsləri və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərin möhkəmlik baxımından sınaqdan keçirildiyini eşitmək tamamilə təbiidir, lakin digər tərəfdən həm ikitərəfli münasibətlər çərçivəsində, həm də Kollektiv T...
Bunun nəticəsində tərəflər arasında çətinliklər yaranır.