Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Amma Paşinyanın mövqeyinə baxmayaraq, Ermənistanda bir çox adamlar, siyasətçilər var ki, Rusiya ilə yaxşı, dostluq münasibətləri olmadan Ermənistanın artıq yaranmış yeni geosiyasi məkanda mövcudluğunun daha çətin olacağını başa düşürlər. |
Moskva anlayır ki, Ermənistanın əhalisi və siyasi elitası arasında Rusiya və KTMT-yə qarşı narazılıq var. |
Siyasi və geosiyasi manevrlərin nüanslarına o qədər də bələd olmayan cəmiyyətin bir hissəsi Qarabağla bağlı münaqişə zamanı Rusiyanın daha çox ermənipərəst mövqe tutacağını gözləyirdi. |
Bunun Ermənistanın Rusiya və KTMT ilə qarşılıqlı fəaliyyətinə müsbət təsiri varmı? |
Xeyr, müsbət deyil, əksinə mənfidir. |
Vəziyyəti düzəltmək üçün Moskva ilə İrəvan arasında bu sahədə məsləhətləşmələr aparılıb. |
Təbii ki, biz Ermənistanın potensial Avropa seçimi, Şimali Atlantika Alyansı və ABŞ ilə qarşılıqlı fəaliyyətdə maraqlı olması ilə bağlı İrəvan rəhbərliyinin bəyanatlarını görür və eşidirik. |
Burada qeyd edə bilərik ki, Ermənistan ilə münasibətlərimiz böhran yaşayır, lakin hər iki tərəfin maraqlarına uyğun olaraq, bir daha deyirəm, bunu aradan qaldırmaq və vəziyyəti düzəltmək lazımdır. |
Yeri gəlmişkən, mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. |
Rusiya-Ermənistan münasibətləri nə qədər konstruktiv olarsa, Cənubi Qafqazda bir o qədər sabitlik olar. |
Ermənistan KTMT-nin ötən ilin noyabrında keçirilən sammitində qəbul edilən sənədlərin imzalanmasını xeyli gecikdirir. |
İrəvan bununla kimə və nəyi göstərmək istəyir? |
- Əvvəla, Ermənistan KTMT ilə bağlı Rusiyaya öz mövqeyini göstərmək istəyir. |
İrəvanın fikrincə, KTMT öz missiyasını yerinə yetirməyib. |
Bu, indi Ermənistan tərəfinin mövcud vəziyyətə münasibətini nümayiş etdirmək üçün ənənəvi haldır. |
Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirdi və işğalda olan ərazilərini qaytardı. |
Amma bu, erməni siyasətçi və rəsmilərinin KTMT-nin fəaliyyətindən narazılığını Rusiyaya nümayiş etdirməsinə mane olmur. |
- Bəs bu, Rusiya ilə Ermənistan arasında “ayrılığa” qədər gətirəcəkmi? |
- Artıq qeyd etmişdik ki, indi Ermənistanla Rusiya, Ermənistanla KTMT münasibətlərində böhran yaşanır. |
Burada məqsədyönlülük vacibdir. |
Rusiya Federasiyası ilə, hətta KTMT ilə normal, dostluq münasibətlərinin qurulması erməni xalqı üçün həyati əhəmiyyət kəsb edir. |
Burada hər şey Rusiya ilə qarşılıqlı əlaqənin strateji əhəmiyyətini dərk edən Ermənistan siyasətçilərinin müdrikliyindən asılıdır. |
Bununla belə, indiki siyasi elitada tamamilə aydın olan emosional incikliklərdən tutmuş ideoloji münasibətə qədər bir sıra amillər var. |
Əgər Ermənistan postsovet məkanında dəfələrlə müşahidə etdiyimiz azğın Avropa inteqrasiyasının o qədər də uğurlu olmayan təcrübəsini təkrarlamağa çalışsa, onda bu dövləti onilliklər boyu siyasi, iqtisadi və sosial təlatüm gözləyə bilər. |
Bu da çətin ki, vətəndaşların normal həyatına yardımçı ola bilsin. |
İndi Ermənistanın regionda məqbul təhlükəsizlik sistemini axtarmaq və aşkar etməyə böyük tələbatı var. |
Bu o deməkdir ki, İrəvan müxtəlif strukturlarla müxtəlif əməkdaşlıq formatlarını nəzərdən keçirəcək. |
Amma indiki şəraitdə Ermənistanın Rusiya və KTMT ilə konstruktiv qarşılıqlı fəaliyyətə radikal alternativi yoxdur. |
Yalnız Qərbdə yerləşən kabus kimi alternativ var. |
“Bayer”in (Leverkuzen) idman direktoru Saymon Rolfes baş məşqçisi Xabi Alonsonun yaxın gələcəkdə klubu tərk etməyəcəyinə əmin olduğunu açıqlayıb. |
Səbəblərdən biri də müqavilədir. |
Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. |
Onun çox yaxşı komandası və bu komandanın parlaq perspektivləri var. |
Komandanın tərkibində hər hansı dəyişiklik gözlənilmir. |
Gələn il mütləq yüksəksəviyyəli komandamız olacaq”, - deyə “Bayer”in idman direktoru vurğulayıb. |
Xatırladaq ki, İngiltərənin “Liverpul” klubu Yurgen Kloppun gedişindən sonra komandanın sükanı arxasında Xabi Alonsonu görmək istədiyini açıqlayıb. |
Hətta bu keçidlə bağlı “mersesaydlılar”ın “Bayer” rəhbərliyi ilə danışıqlara başladığı da bildirilir. |
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“Hörmətli İlham Heydər oğlu. |
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. |
Xalqın yüksək etimadı yeni Azərbaycanın qurulmasına, davamlı sosial-iqtisadi inkişafa və vətəndaşların rifahının yüksəlməsinə, beynəlxalq aləmdə respublikanın nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza geniş ictimai dəstəyin sübutudur. |
Sizin dostluq, mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. |
Yüksək səviyyədə qəbul edilmiş strateji qərarlara uyğun olaraq iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq genişləndirilir, müxtəlif sahələrdə birgə layihələr uğurla həyata keçirilir. |
Bu, Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam cavab verir. |
Sizinlə hər zaman açıq və konstruktiv şəraitdə keçən görüşləri məmnunluqla xatırlayıram. |
Etibarlı ünsiyyətimizi davam etdirmək imkanına şad olaram. |
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”. |
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
Təbrikdə deyilir:""“Hörmətli Prezident. |
Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. |
Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. |
Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir”. |
20:24"Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. |
Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələri uzun tarixə malikdir. |
İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik. |
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”. |
20:24"Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli cənab Prezident. |
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. |
Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi. |
Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. |
Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. |
Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var. |
Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. |
Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır. |
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. |
19:55"Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“Cənab Prezident. |
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram. |
Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. |
Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır. |
Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. |
Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm. |
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir. |
Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm. |
Cənab Prezident, xahiş edirəm Sizə dərin ehtiramımı qəbul edin”. |
18:36"Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“Hörmətli cənab Prezidentim. |
Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm. |
Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram. |
Ümummilli lider Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub. |
Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir. |
Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm”. |
18:20"Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. |
Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir. |
İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir. |
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. |
Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram”. |
17:39"İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. |
Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir. |
İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır. |
Sizə davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”. |
17:11"İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:""“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. |
Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir. |
İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik. |
Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.