Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu məramla, mən Zati-alinizə rifah, dost Azərbaycan xalqına firavan gələcək üçün ən xoş arzularımı yenidən çatdırıram”. |
Bundan başqa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Prezident İlham Əliyevi təbrik edib. |
Təbrik məktubunda deyilir:""“Seçkidə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. |
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi üçün yeni nailiyyətlər diləyirəm. |
Əminəm ki, xalqın etimadı Azərbaycan Respublikasına daha yeni uğurlar gətirəcək və Sizin liderlik əzminiz gələcək məqsədlərə çatmaqda mühüm rol oynayacaq. |
Əminəm ki, bu fürsətdən istifadə edib ölkələrimizi uzun müddətdir bir-birinə bağlayan qarşılıqlı etimada və hörmətə əsaslanaraq dövlətlərimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirəcəyik. |
Həmçinin regionumuzun və xalqlarımızın əmin-amanlığı və rifahı naminə səylərimizi artıraraq Sizinlə sıx əməkdaşlıq etməyə ümidvar olduğumu bir daha bildirirəm. |
Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə bir daha səmimi-qəlbdən yeni uğurlar diləyirəm”. |
16:28"Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Möhtərəm cənab Prezident. |
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. |
Seçkidəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. |
Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirib, regionda aparıcı dövlətlərdən birinə çevrilib. |
Seçkidən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. |
Sizin türk dünyasına verdiyiniz xüsusi önəm, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir. |
Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm”. |
16:05"ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından səmimi təbriklərimi çatdırıram. |
Sizin son seçkidəki inamlı qələbəniz Azərbaycan xalqının liderliyinizə olan inamının və etimadının sübutudur. |
Bu, həm də ölkənizin inkişafı və rifahı naminə fədakarlığınızın, baxışlarınızın və sarsılmaz sadiqliyinizin təzahürüdür. |
Biz ICESCO olaraq müdrik rəhbərliyiniz altında Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə, İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin inkişafına ümid bəsləyirik. |
Sizin davamlı dəstəyinizin regionda mədəniyyət mübadiləsi, elmi araşdırmalar və təhsil sahələrini inkişaf etdirmək təşəbbüslərinə müsbət təsiri olmuşdur. |
Biz əminik ki, Sizin yeni mandatınızla Azərbaycan gələcək illərdə daha da böyük nailiyyətlərə imza atacaqdır. |
Sizin bütün İslam dünyasında əks-səda doğuran, gənclərin inkişafını dəstəkləyən, həmçinin sülh və tərəqqinin daha da irəliləməsinə xidmət edən müstəsna liderliyinizə şəxsi heyranlığımı bildirirəm. |
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. |
Qoy, Sizin növbəti prezidentlik dövrünüz Azərbaycan Respublikası üçün daha yüksək firavanlıq və uğur gətirsin! |
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”. |
13:43"Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. |
President.az xəbər verir ki, məktubda deyilir:"""Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. |
Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər. |
Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram". |
12:07"Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkisində növbəti inamlı qələbəniz münasibətilə təbrik edirəm. |
Seçki bütün dövlətlərin tarixində mühüm mərhələdir. |
Azərbaycan vətəndaşlarının öz iradəsini sərbəst şəkildə ifadə etmələri xalqın sıx birliyini göstərdi, Sizin müdrik rəhbərliyinizlə ölkənin irəlilədiyi kursa etimadın yüksək səviyyəsini nümayiş etdirdi. |
Əminəm ki, Sizin peşəkarlığınız və zəngin təcrübəniz sosial-iqtisadi sabitliyin təmin olunmasına, xalqın rifah halının yüksəldilməsinə və Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun gələcəkdə də artmasına kömək edəcəkdir. |
Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. |
Bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir. |
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. |
Ən səmimi ehtiramımı qəbul edin”. |
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. |
Bununla bağlı İcmanın yaydığı bəyanatda bildirilib ki, Ermənistanın baş naziri növbəti dəfə yalan danışıb və Azərbaycana böhtan atıb:""“Bu həmin Ermənistandır ki, 30 il ərzində beynəlxalq hüququ, BMT Nizamnaməsini, elə Nikol Paşinyanın xüsusi olaraq istinad etdiyi 1991-ci il Alma-Ata bəyannaməsini pozaraq Azərbaycan ər... |
Bu həmin Ermənistandır ki, 2022-ci ilin sentyabr ayına qədər siyasi leksikonunda “ölkələrin ərazi bütövlüyü və suverenliyi” ifadəsi yer almamışdır. |
2019-cu ildə vaxtilə işğal edilmiş ərazilərdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində hərbi toplantılar keçirib hücum əmri verən, bizim - Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən bir şəxsin Azərbaycanın qələbəsindən sonra acınacaqlı vəziyyətə düşərək indi özünü... |
Bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-cı il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbay... |
“Hesab edirəm ki, “Qarabağ” “Braqa”dan zəif deyil. |
Yaxşı oyun göstərsələr, bu rəqibi keçə bilərlər”. |
Funksioner yığmanın Millətlər Liqasındakı rəqiblərini dəyərləndirməklə yanaşı, baş məşqçi məsələsinə də toxunub. |
Həmin müsahibəni təqdim edirik:""- Milli komanda C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək. |
- Yenə bu komandalar bizə rəqib oldular. |
Bu üç komandanın hamısı ilə yaxın keçmişdə üz-üzə gəlmişdik. |
Məncə, yığmamız yaxşı oyunla qələbələr qazana və qrupdan çıxa bilər. |
- Bu qrupda lider olmaq realdır? |
Bu gün İsveç, Slovakiya və Estoniyadan pis deyilik, komandamız yaxşıdır. |
Hesab edirəm ki, daha əzmkar olsalar, işlərinə məsuliyyətlə yanaşsalar, hər üç kollektivə qalib gəlmək olar. |
- Millidə baş məşqçi məsələsinə hələlik aydınlıq gəlməyib. |
Sizin bu yöndə fikriniz maraqlıdır...""- Bu məsələ ilə bağlı AFFA-da xüsusi İşçi Qrupu yaradılıb. |
Onların toplantılarından sonra məsləhətləşmələr aparılacaq və qərar veriləcək. |
- Sizin şəxsi fikriniz necədir? |
Yığmada yerli, yoxsa əcnəbi mütəxəssis çalışmalıdır? |
- Mən artıq yerli məşqçinin tərəfdarıyam. |
- Bəs komandada görmək istədiyiniz ad var? |
Çünki məsələ ilə AFFA-nın İşçi Qrupu məşğul olur. |
Daha əvvəl Azərbaycanda əcnəbilər işləyiblər. |
Onlarla yaxşı və pis günlər olub. |
Artıq hesab edirəm ki, təcrübəli, yerli mütəxəssislərimiz var. |
Elələri də var ki, əcnəbi baş məşqçi ilə yığmada işləyib. |
Onlara da özlərini göstərmək üçün imkan vermək lazımdır. |
Futbol ictimaiyyəti bəzən belə fikir səsləndirir ki, əsas məsələ məşqçidədir. |
Amma belə deyil, əsas oyunçulardır. |
Biz elə sistem yaratmalıyıq ki, klublardan yaxşı futbolçular gəlsin və yığmada istənilən oyunu sərgiləsinlər. |
Gənclərə də diqqət ayrılmalıdır. |
Bizdə regionlarda yaxşı uşaqlar var. |
- “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”nın qonağı olacaq. |
Bu qarşılaşma haqqında nə deyə bilərsiniz"- Təmsilçimizə uğurlar arzulayıram. |
Hesab edirəm ki, “Qarabağ” “Braqa”dan zəif deyil. |
Yaxşı oyun göstərsələr, bu rəqibi keçə bilərlər. |
Rumıniyanın baş naziri Marsel Çolaku bildirib ki, Rusiya bu ölkəyə qarşı məqsədyönlü hücumlar həyata keçirməyib və gələcəkdə də etməyəcək. |
O, müvafiq açıqlamanı Ukrayna ilə həmsərhəd kəndlərin sakinlərinin uçan cisimlərin peyda olması ehtimalı ilə bağlı bildirişlər alması fonunda verib. |
“Rusiya Federasiyası Rumıniyaya qarşı qəsdən hər hansı təcavüzə başlamayıb və mən əminliklə bildirirəm ki, o, bunu etməyəcək, çünki bunun heç bir əsası yoxdur”, - deyə Çolaku bildirib. |
O, həmçinin mülki şəxslər üçün mümkün təhlükələr barədə məlumatların yayılmasının vacibliyini vurğulayıb. |
Rumıniyanın baş naziri deyib:""“Bu, dövlətin öz əhalisinə göstərməli olduğu hörmət formasıdır ki, bunun səbəb ola biləcəyi hər hansı narahatlığa baxmayaraq, onların məlumatlandırılmasını təmin etsin”. |
Qeyd edək ki, fevralın 10-na keçən gecə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Rusiya pilotsuz təyyarələrinin Rumıniya sərhədi yaxınlığındakı əraziyə hücumları səbəbindən Fetesti aviabazasından havaya qalxıblar. |
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. |
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. |
Hökmə əsasən, R.Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. |
İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. |
O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 118 manat ziyan vurub. |
Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. |
O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. |
Həmin ziyan da 217 min manat olub və apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. |
Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. |
Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. |
Nigerin hakim Vətəni Müdafiə Milli Şurasının (CNSP) rəhbəri general Abdurahman Tçiani Burkina-Faso və Mali ilə birgə vahid valyutanın yaradılmasının mümkün olduğunu bildirib. |
Bu barədə o, milli televiziya kanalına müsahibəsində deyib. |
“Valyuta suverenliyin rəmzidir. |
Niger, Burkina-Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. |
Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”, - deyə o vurğulayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.