Search is not available for this dataset
text
stringlengths
10
518k
General vahid valyutanın mümkün tətbiqi ilə bağlı ətraflı məlumat verməyib.
Xatırladaq ki, daha əvvəl Mali, Burkina-Faso və Niger liderləri Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər.
Onlar kollektiv müdafiə arxitekturası yaratmaq üçün Sahil Dövlətləri Alyansının yaradılması haqqında xartiya imzalayıblar.
Bu sənədə əsasən, bir və ya bir neçə tərəfin suverenliyinə və ya ərazi bütövlüyünə hücum digərlərinə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Sumqayıtda çirkab suları küçəyə axır.
Oxu.Az xəbər verir ki, söhbət şəhərin İnşaatçılar qəsəbəsindən gedir.
Sakinlərin sözlərinə görə, kanalizasiya borusu partlayıb və çirkab suları məhəlləyə dolub:""“Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin yaxınlığıdır.
Artıq bir həftəyə yaxındır ki, ərazi bu vəziyyətdədir.
Tez-tez belə hallar olur, insanların evlərini kanalizasiya suyu basır.
Aidiyyəti üzrə quruma müraciət edilib”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidəki vəziyyətdən məlumatlıdırlar:""“Sumqayıtda deyilən küçədə kanalizasiya xəttində tutulma var.
Aidiyyəti üzrə Sumqayıt Sukanal İdarəsinin briqadaları əraziyə göndərilib.
Xüsusi maşın cəlb ediləcək, təzyiqli su ilə kanalizasiya xətti yuyulacaq.
Problemin aradan qaldırılması istiqamətində tədbir görülür”.
Azərbaycanın yeniyetmə oğlan sablyaçıları Çexiyanın paytaxtı Praqada keçirilən “European Cadet Circuit” turnirində komanda hesabında 3-cü yeri tutublar.
Lakin qılıncoynadanlarımız finalın bir addımlığında beynəlxalq turnirin qalibi olan Almaniya kollektivinə 40:45 hesabı ilə uduzublar.
Bakıda və Abşeron yarımadasında fevralın 12-də axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.
Türkiyənin Antalya şəhərinin Konyaaltı sahilində 25-30 yaşlarında naməlum kişi cəsədi tapılıb.
Cəsədin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb.
Cəsəd Konyaaltı rayonunda tikinti işləri aparan işçilər tərəfindən sahildən iki metr məsafədə suda aşkarlanıb.
Ölən şəxsin bədəninin yuxarı hissəsi çılpaq olub və biləyində “Mustafa Kamal Atatürk” yazılmış döymə görünüb.
Qeyd edək ki, bununla da Antalyada son bir ayda sahilə vuran cəsədlərin sayı 9-a çatıb.
Xatırladaq ki, yanvarın 17-dən bu yana Alanyada bir, Manavqat və Serikdə üç, Aksuda bir və Konyaaltı çimərliyində bir cəsəd olmaqla ümumilikdə 9 cəsəd aşkarlanıb.
Cəsədlərdən birinin Akdeniz Universitetində təhsil alan 18 yaşlı Merve Şevval Elmas adlı qıza aid olduğu müəyyən edilib.
Çin Xalq Respublikasının “Voyage” jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqeyi və nüfuzu xüsusi qeyd olunub.
Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu” mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının ...
Qeyd edək ki, sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb.
Bununla yanaşı, səhifədə “#VoyageAwards年度大奖” heşteqi ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq ümumilikdə 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Voyage” jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunmuşdu.
Mərkəzi Seçki Komissiyası 7 fevralda keçirilən növbədənkənar prezident seçkisini yekunlaşdırıb.
MSK-nın fevralın 11-də keçirdiyi iclasda bu barədə qərar qəbul edilib.
Seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.
MSK nəticələr barədə protokolu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi fevralın 13-də növbədənkənar prezident seçkisinin yekunlarına dair protokolun təsdiq edilməsi məsələsinə və seçkinin nəticələrinə baxaraq qərarını elan edəcək.
Bununla əlaqədar Konstitusiya Məhkəməsi fevralın 12-də məlumat yayıb.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Deməli, sabah Konstitusiya Məhkəməsi müsbət qərarını elan etsə, 16-na qədər andiçmə baş tutmalıdır.
Prosedura əsasən, İlham Əliyevin növbəti dəfə prezident kimi and içməsi bu həftə ərzində reallaşacaq.
Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan prezidenti seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:“Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyü...
And içdiyi gündən Azərbaycan prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
“Ukrayna üçün ən yaxşı variant Rusiya ilə Avropa arasında bufer zonaya çevrilməkdir”.
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şyussellə söhbəti zamanı deyib.
Orban hesab edir ki, əks halda Rusiya hücumlarına davam edəcək.
“Xoşunuza gəlsə də, gəlməsə də, ukraynalılar bunu bəyənsə də, istəməsə də, Ukrayna xəritədə elə olduğu yerdədir.
Onun üçün ən yaxşı perspektiv Rusiya ilə Qərb arasında bufer zonası rolu olardı, əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə”, - deyə baş nazir bildirib.
Orban vurğulayıb ki, Rusiya heç vaxt öz kandarında Ukrayna kimi Aİ və NATO üzvünü qəbul etməyəcək.
Eyni zamanda o, Ukraynanın Avropanı qoruyacağı fikri ilə də razılaşmadığını nəzərə çatdırıb.
“Bu, biz avropalılara əlavə təhlükəsizlik təminatı verməyəcək, çünki əksəriyyətimiz artıq Rusiyadan qat-qat güclü olan NATO-nun üzvüyük.
Rusiyanın NATO üzvünə hücum etməsi kimi hər hansı təhlükə yoxdur”, - deyə o əlavə edib.
Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb:""“Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zid...
Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.
İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.
“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.
Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.
Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.
Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çə...
Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən üç kiloqram heroin, iki kiloqram metamfetamin, yeddi kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.
R.Səbbaqinin üzərindən isə iki kiloqram marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“WhatsApp” mesencerində yeni funksiya istifadəyə veriləcək.
Belə ki, istifadəçilər öz kontaktlarını “Seçilmişlər” qovluğuna əlavə edə biləcəklər.
Bu barədə şirkətin Mətbuat Xidmətindən bildirilib.
Funksiya istifadəçinin müəyyən etdiyi kontaktlar üzrə çatların siyahısını filtrləməyə və bir toxunuşla onlara zəng etməyə imkan verəcək.
Yenilik mesencerdə çoxsaylı dialoqlar aparanlar üçün xüsusilə əlverişlidir.
Beləliklə, prioritet danışıqlara asan və sürətli çıxış təmin ediləcək.
“Seçilmiş kontaktların təqdim edilməsi nəinki mütəmadi əlaqə saxlayan istifadəçilərlə ünsiyyət prosesini asanlaşdırır, həm də onlara öz seçimləri əsasında mesajlaşma təcrübələrini təkmilləşdirməyə imkan verən ayarlar əlavə edir”, - deyə tərtibatçıların açıqlamasında bildirilir.
Qeyd edək ki, “WhatsApp” hazırda “Seçilmişlər” kontaktlar funksiyasını inkişaf etdirmək üzərində işləyir.
Onun gələcəkdə veb-müştəri yeniləməsində də mövcud olacağı gözlənilir.
Kubra Məhərrəmova yazır...""Biz çox fürsətcil adamlarıq.
Məsələn, şəhərdən rayona gedirsən, normal bir obyektdə oturursan ki, çay içəsən, çay dəsgahını adama yüz manata satırlar.
Soruşanda da deyir ki, “rəhbərlik belə tapşırıb”.
Şəhərdə dəniz kənarına gedirsən ki, dincələsən, bir çay içmək adama 15-20 manata gəlib çıxır.
Qoltuğuna termosunu vurub, gedib otursan bulvarda və ya hansısa rayonun meşəsində, onda da gəlib adamdan özünlə gətirdiyin termosa görə haqq-hesab istəyəcəklər...""Əbəs yerə qeyd etmədim ki, fürsətcil adamlar olduğumuzu.
Son dönəmlərdə - qızılcanın meydan oxuduğu vaxtda türkəçarə bir “dərman” ortaya çıxıb.
Necə ki koronovirusun tüğyan etdiyi vaxtlarda dərmanların qiyməti yerindən oynamışdı, adi günlərdə bir-iki manata olan vitaminlərin qiyməti ceyran belinə minmişdisə, indi də bu türkəçarə eşşək südünün qiyməti yenə kəllə-çarxa yüksəlib.
Sadəcə məsələ budur ki, qızılcanın bir əməlli dərmanı da yoxdur.
Peyvənd olunubsa, adam daha rahat keçirir, olunmayıbsa, əksər hallarda ağırlaşır, nəticədə ya pnevmoniyadan, ya da ensefalitdən insanlar ölürlər.
İndi keçək ortaya atılan yeni “dərman”a.
Deyirlər ki, eşşək südünün min-bir dərdin dərmanıdır, qızılca xəstəliyinin dərmanı kimi effektiv istifadə olunur.
Qiyməti də cib yandırır, nə az, nə çox imkanlı xəstələr üçün litri 100 manata.
İndi dünənə kimi dərman firmalarını, dərman firmaları ilə çalışan həkimləri qınayırdıq ki, “bəs görürsən kasıb adamdı, kasıbın balası ölsünmü, niyə bahalı firma dərmanı yazırsan?” deyirdiksə, bəs indi kimi qınayaq?
Eşşəyi, ya eşşəyin südünü eşşəkdən baha satanı?
İkinci vacib məqam da ondan ibarətdir ki, bu südün eşşək südü olmasına kim zəmanət verir?
Bəlkə elə inək, keçi, nə bilim qoyun südüdür, tökür şüşə bankaya gətirib litrini 100 manata satır?
Bəlkə, elə quru süddür, suya qatıb gətirir?
Yoxsa elə “balamın canı, təmiz eşşək südüdür” deyib satır?
Üçüncü vacib məsələ də odur ki, İslam dinində eşşək, onun əti və südü ilə bağlı birmənalı fikir yoxdur.
Bir sıra hədislərdə uzunqulaq əti haram buyurulub, bu da ondan irəli gəlir ki, uzunqulaqlar çox vaxt təmiz olmayan qidalar yeyə bilirlər.
Məsələyə ümumi baxsaq, uzunqulaq haram buyurulandır.
Əsr olub 21, elə bu günlərdə ilk türkiyəli astronavt Gezeravcı kosmosa gedib-qayıtdı, ikincisi hazırlaşır getməyə, dünya süni zəkanın əlində qalıb, biz isə qızılca üçün qapı-qapı düşüb “eşşək südü” axtarırıq.