Search is not available for this dataset
text
stringlengths
10
518k
Niyə dırnaq içində yazdım, çünki bu gün insanlığın “eşşək südünə”, mifə, dedi-qoduya, inanması acınacaqlıdır.
Elmi-texniki inkişaf deyir ki, peyvənd bütün infeksion xəstəliklərə qarşı ən effektiv yoldur.
Alim, həkim, professor deyir ki, çalışın uşaqlar bu tip xəstəliklərə yoluxanda evdə, özbaşına müalicə etməyin.
Müalicəni mütləq həkim nəzarəti altında aparın.
Amma yenə də görürsən ki, Niquşlardan biri çıxıb deyir ki, “sarımsağı əz, qat eşşək südünə, ver uşağa içsin”, insanımız da əfsuslar olsun ki, inanır.
Bir də oyanır ki, uşağın qızdırması qalxıb, hay-haray salır ki, “ay həkim, xilas elə!”"Madam ki, vəziyyət pisləşəndə həkimə qaçırıq, niyə bəri-başdan həkimə getmirik ki?
Axı bizim kifayət qədər savadlı, vicdanlı həkimlərimiz var.
Buna koronavirusun tüğyan etdiyi dövrdə də şahid olduq, müharibə dövründə də gördük.
Canlarını qurban verən həkimləri də gördük, şəhid olanları da.
Yəni həkimin pisi varsa, yaxşısı da var.
Niyə xəstəni ölümcül vəziyyətə salıb sonra aparırıq xəstəxanaya?
İndi kimsə deyəcək ki, həkimlər öz ayağıyla xəstəxanaya gedən xəstələri az öldürüb, yola salıblar?
Axı, mən demirəm ki, eləsi yoxdur.
Mən deyirəm ki, bu körpələrə niyə zülm verirsiniz?
Niyə uşaqlarınıza əvvəlcədən müəyyən olunmuş peyvəndləri vurdurmursunuz?
Sonra infeksion xəstəliyə düçar olanda, həkimi yox, “eşşək südü” satanları, çöpçüləri gəzirsiniz?
Niyə vəziyyət ağırlaşanda qaçırsınız xəstəxanaya?
Orada da məlum olur ki, iş-işdən çoxdan keçib.
Körpələr ya xəstəxanaya gedən yolda, ya da xəstəxanada canlarını tapşırırlar...""Son aylarda neçə körpənin ölüm xəbərini aldıq?
Mən heç vaxt qızılcadan bu qədər uşağın ölməsini xatırlamıram.
Əgər həkimə inanmırsınızsa, bu da sizin haqqınızdır.
Allaha şükür internetdə bütün dillərdə məlumat var.
Video, yazı, podkast, nə istəyirsən var.
Bir öyrənin bu qızılca nə xəstəlikdir.
Yoxsa “TikTok”a baxıb “eşşək südü” yaxşıdır dedikcə, uşaqlarımız da dünyamızla vidalaşacaq.
Çünki onun özünün qərar vermək haqq-hüququ, seçim etmək imkanı yoxdur.
Onun həyatı valideyninin ağlından asılıdır.
Təəssüflər olsun ki, bəzən valideyn ağlı bu körpə uşaqları birbaşa qəbir evinə aparır.
Allah bütün körpələrə rəhmət eləsin.
ABŞ Prezidenti Co Bayden 5 noyabrda keçiriləcək prezident seçkisi ilə bağlı kampaniyasını davam etdirmək üçün gənclərin üstünlük təşkil etdiyi sosial media platforması “TikTok”a üz tutub.
Bayden “TikTok” hesabı açıb və “@bidenhq” adlı hesabında ilk dəfə video yayımlayıb.
O, bununla seçki kampaniyası üçün gənc seçicilərin diqqətini cəlb etməyə çalışıb.
Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Milli Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan “Super Bowl”la bağlı sual-cavab videosunu paylaşıb.
30 saniyəlik videoda evində “Super Bowl”u izləyərkən oyunla bağlı sualları cavablandırıb.
“Bayden özü, yoxsa (ABŞ-nin keçmiş prezidenti Donald) Tramp?” - deyə ona sual ünvanlanıb.
Bayden!” - deyə ABŞ prezidenti gülərək cavab verib.
Baydenin seçki kampaniyası üzrə məsləhətçiləri Baydenin “TikTok” hesabının burada ən böyük auditoriyanı təşkil edən gənclərin seçici kimi cəlb edilməsi üçün aparılan kampaniyanın bir hissəsi olduğunu bildiriblər.
Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.
Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub.
Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.
İtaliyanın “İnter” klubunda çıxış edən Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlu doğum gününü qeyd edib.
Tədbirə yarımmüdafiəçinin klubdakı həmkarları da qatılıblar.
Şənlik mərasimində xüsusən də legioner futbolçuların Türkiyənin milli musiqilərinin sədaları altında rəqs etmələri diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, futbolçunun 30 yaşı tamam olub.
Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la ba...
Bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair “X” hesabında paylaşım edib.
Qeyd edək ki, Muxtar Babayev, həmçinin BƏƏ-nin Dubay şəhərində keçirilən “Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti” mövzusu ilə bağlı panel müzakirədə də iştirak edib.
Great to meet COP29 President-Designate Mukhtar Babayev from 🇦🇿 on the sidelines of the @WorldGovSummit.
We had an excellent discussion on priorities for #COP29 and ways the IMF can support the global effort to tackle the impacts of climate change.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi.
İlk dəfə olaraq, seçki respublikanın bütün ərazisində, o cümlədən 2023-cü ilin sentyabrında nəzarətin bərpa edildiyi Qarabağda baş tutdu.
Oxu.Az-ın məlumatına görə, Rusiyanın “360” telekanalının müxbiri Eldar Rəhimov Bakıda olub və səsvermənin necə keçirildiyi barədə süjet hazırlayıb.
O, küləklər şəhəri Bakını təkcə Azərbaycanın paytaxtı deyil, həm də bütün Cənubi Qafqazın ən böyük sənaye, iqtisadi və turizm mərkəzi adlandırıb.
“Bu gün şəhərin küçələrində sıxlıq müşahidə olunmur.
Əslində, belə bir vəziyyət bu yerlər üçün qeyri-adi haldır, ancaq bu gün ölkədə prezident seçkiləri keçirilir, insanlar seçki məntəqələrində səs verirlər.
Bu, azərbaycanlılar üçün tarixi gündür”, - deyə jurnalist bildirib.
Süjetdə 30 ildə ilk dəfə dövlət başçısını bütün Azərbaycanın seçdiyi vurğulanıb, işğaldan azad edilən Qarabağda 26 seçki məntəqəsinin açıldığı qeyd olunub.
“Burada, Qarabağda respublikanın hazırkı Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə səs verdi.
Növbədənkənar seçkinin keçirilməsinin əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün bərpası olub”, - deyə E.Rəhimov bildirib.
Bunun təsdiqi kimi seçki məntəqələrinə gələn azərbaycanlıların sözləri təqdim olunub.
Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Müraciətdə bildirilib:""“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların, körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur.
Təkcə son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olmuş, 85 nəfər isə xəsarət almışdır.
Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti q...
“Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilər”.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
“Ermənistanın beynəlxalq statusa (Beynəlxalq Cinayət Məhkəməsi) qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz.
Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir.
Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz də buna köklənmişik”, - deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə zamanı “Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiyası” ittihamı üzrə həbsinə order verib.
Ötən ilin noyabrında Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı Putin də daxil olmaqla, bu və ya digər şəxsləri həbs etmək səlahiyyətinin olmadığını qeyd edib.
Daha əvvəl isə Rusiya Dövlət Duması bəyan edib ki, Putin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.
Premium dondurmaları və eksklüziv qəhvələri ilə tanınan “Luca Polare”in Bakıda yeni qəhvəxanasının açılışı oldu.
Bu, Gürcüstanın beş şəhərində 23 ünvanda fəaliyyət göstərən kafelər zəncirinin Bakıdakı ikinci belə şöbəsidir.
Artıq 15 ildir ki, Gürcüstanda fəaliyyət göstərən “Luca Polare” ötən ilin avqust ayında Bakıda Malakan bağı yaxınlığındakı (Rəsul Rza 15N küçəsi) ilk şöbəsinin açılışı ilə diqqətləri üstünə çəkməyi bacarmışdı.
Xüsusi reseptli, bol çeşidli dondurmaları ilə qısa müddətdə qonaqlarının sevimli məkanına çevrilən “Luca Polare”in Bakıdakı növbəti ünvanı isə “Globus Plaza”nın yaxınlığında (Bəsti Bağırova 26B) yerləşir.
İtalyan reseptlərindən istifadə edən brendin hazırda 100-ə yaxın dondurma növü var.
Dondurmaların hazırlanmasında təzə süd, meyvə kimi 100% təbii inqrediyentlərdən istifadə edilir.
Bakıda brendin ən çox sevilən dondurmalarından olan paxlavalı dondurma isə xüsusilə yerli istehlakçılar üçün hazırlanıb.
Məhsulların hazırlanmasında dad və rəng üçün heç bir əlavə qatqıdan istifadə edilmir ki, bu da onları daha çox sevdirən növbəti amildir.
Brend xüsusi pəhrizdən istifadə edən istehlakçılarını də nəzərə alaraq hər kəsin öz premium dondurmalarından zövq alması üçün qlütensiz və veqan seçimləri də təklif edir.
Brendinn ikinci əsas məhsulu isə eksklüziv qəhvələrdir.
Qəhvələrinin bu qədər ləzzətli olmasının səbəbi ənənəvi üsullarla qovrulmuş qəhvə dənələri və professional təlimlərdən keçmiş bacarıqlı baristalarıdır.
“Luca Polare”in əsas məqsədi qonaqlarına gündəlik həyatlarında evdə hiss edəcəkləri qədər rahat, dostlarla xoş vaxt keçirəcəkləri qədər əyləncəli, görüş keçirəcəkləri qədər sakit, dondurma, qəhvə və digər məhsullarından ləzzət alacaqları qədər zövqlü və dadlı bir məkan yaratmaqdır.
Bunu onların bütün məkanlarında rahatlıqla hiss etmək olar.
Günə daha enerjili başlamaq, ya da günün yorğunluğunu çıxarmaq üçün rahat bir yer axtarırsınızsa, axtardığınız yer elə “Luca Polare”dir.
Dostlarla maraqlı görüşlər təşkil etmək istəsəniz, ya da sadəcə olaraq sakit atmosferdə dincəlmək istəsəniz bura sizin ən sevimli məkanınız ola bilər.
Xüsusi qonaqlarınızı paxlavalı dondurma kimi xüsusi reseptlərlə təəccübləndirmək “Luca Polare” xüsusi bacarıqlarından sadəcə biridir.
Burada rahat, xoşbəxt və dinc olmaq üçün dondurmadan qəhvəyə, peçenyelərdən tortlara, sendviçlərdən salatlara qədər onlarla səbəb tapa bilərsiniz.
Üstəlik notbukunuzu da götürərək burada işlərinizi rahat formada həll edə bilərsiniz.
Sizi əmin edirik, işdən heç vaxt buradakı qədər zövq almayacaqsınız.
İndi isə yeni ünvanı ilə birlikdə “Luca Polare”in özünəməxsus dondurmaları, ləzzətli qəhvələri və rahatlığı sizin üçün daha əlçatan olacaq.
Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan təşkilatın Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, təşkilati işlərə cavabdeh olan Ruslan Əliyev və fəal İlkin Həşimli barələrindəki ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, ayrı-ayrı icraatda aparılan istintaqlar başa çatdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Döyrüş Cəfərov və Ruslan Əliyev barəsində cinayət işləri Abşeron Məhkəməsinə göndərilib.
Hər iki şəxslə bağlı məhkəmənin hazırlıq iclası fevralın 19-na təyin edilib.
İlkin Həşimlinin cinayət işinə Binəqədi rayon Məhkəməsində, Gümrah Əbdürəhmanovun cinayət işinə isə Nərimanov rayon Məhkəməsində baxılacaq.