Search is not available for this dataset
text
stringlengths
10
518k
Gümran Əbüdürəhmanovun məhkəməsinin hazırlıq iclası fevralın 14-nə təyin olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyəl...
Həmçinin Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatını apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, kül...
2022-ci ildə Sumqayıt şəhəri ərazisində 1941-ci il təvəllüdlü Nadir Rzayevi qətlə yetirməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Samir Abbasovun məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Abbasov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı Samirin taxta ustası olması müəyyənləşib.
O, Nadir Rzayevin tikdirdiyi evdə mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və həmin ərəfədə işə başlayıb.
Lakin daha sonra tərəflər arasında ödənişə görə mübahisə yaranıb.
Nəticədə Samir Abbasov 81 yaşlı kişini küt əşya ilə vuraraq öldürüb.
O, daha sonra hadisə yerindən uzaqlaşıb və bir gün sonra geri qayıtdıqda N.Rzayevin nəşinin evdə qaldığını görərək onu həyətdə basdırıb.
Nadir Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib.
O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub.
Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.
Bir neçə gün əvvəl Sumqayıt Ağır Cinayətlər Məhkəməsində S.Abbasova 16 il müddətə həbs cəzası verilib.
12 il Quantanamoda cəza çəkmiş “Taliban” hərəkatanın iki nüfuzlu üzvü Əbdül Zaher və Əbdül Kərimini gətirən təyyarə Kabildə eniş edib.
Hər iki şəxs Kabildə hava limanında böyük coşqu ilə qarşılanıb.
Qeyd olunub ki, Əbdül Zahir Sabir və Əbdül Kərimi “Əfqanıstan İslam Əmirliyi”nin səyləri nəticəsində azad ediliblər.
Xatırladaq ki, Əbdül Zaher və Əbdül Kərimi uzun illər “Taliban”ın ABŞ-yə qarşı apardığı müharibənin əsas təşkilatçıları olublar.
Onlar Birləşmiş Ştatlar ordusunun keçiridiyi xüsusi əməliyyat nəticəsində tutularaq Quantanamo həbsxanasına salınmışdılar.
Hər iki dustağın azad edilməsində Oman vasitəçilik edib.
Müğənni Ledi Qaqa sevgilisi, iş adamı Maykl Polanski ilə uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Ledi Qaqa və Maykl Polanski Şimali Amerika Milli Futbol Liqasının final matçı olan “Super Bowl”un keçirildiyi Las-Veqasdakı “Allegiant Stadium”da görüntülənib.
Müğənni qırmızı köynək, şort, qara dəri gödəkçədə olub.
İş adamı tədbir üçün qırmızı kapüşonlu sviter, qəhvəyi şalvar və qara papaq seçib.
Qeyd edək ki, Ledi Qaqa 2020-ci ildən sahibkar Maykl Polanski ilə münasibətdədir.
Müğənni şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.
Qətər məhkəməsi əvvəllər casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş Hindistanın səkkiz hərbi dəniz zabitini azadlığa buraxıb.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Qətər məhkəməsi 2022-ci ildə casusluq ittihamı ilə həbs edilən bu hərbi dəniz zabitləri haqqında ötən ilin oktyabrında edam qərarı verib, yanvar ayında isə edam cəzasını həbs cəzası ilə əvəz edib.
Ən son verilən açıqlamada isə məmurların sərbəst buraxıldığı bildirilib.
Məlumata görə, azad edilən səkkiz zabitdən yeddisi ölkəsinə qayıdıb.
İngiltərə mətbuatında dərc edilən xəbərlərdə zabitlərin İsrail üçün casusluq etdiyi qeyd olunub.
“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidimiz Abdulla Paşayevin ailəsinə dəstək göstərib.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı şəhidimiz Abdulla Sultan oğlu Paşayev Gəncə şəhərində doğulub.
O, 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Əsgərliyinin bitməsinə üç ay qalıbmış.
Abdulla Paşayev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qeyd edilib ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək olar.
İsfahanda Şahinşəhr və Meymə şəhərlərinin Məddahlıq Mərkəzinin rəhbəri və hökumət təbliğatçısı Rəsul Şəhriyari qətlə yetirilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, onun cəsədi Pərəstar bulvarında avtomobilində tapılıb.
Məddaha üç güllə vurulduğu bildirilir.
Qeyd olunub ki, hələlik onun hansı səbəblərdən və kim tərəfindən öldürülməsi bəlli deyil.
BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının böyük laborantı Pakizə Əsədova vəfat edib.
Bu barədə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Facebook” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Pakizə Əsədova 1990-cı ildən universitetdə böyük laborant işləyib.
Pakistanda ötən həftə keçirilən parlament seçkisinin nəticələri açıqlanıb.
Keçmiş baş nazir, hazırda həbsxanada olan İmran Xanın başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat Partiyası qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, parlamentin Aşağı Palatasında - Milli Assambleyadakı 336 yerdən 96-sını bu partiya qazanıb, 101 yeri müstəqil namizədlər tutublar.
75 yeri Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlmanlar Liqası, 54-nü Bilavala Bhutto Zardarinin lideri olduğu Pakistan Xalq Partiyası qazanıb.
Parlamentdəki 70 yerdən 60-ı ənənəvi olaraq qadınlar, 10 yer isə qeyri-müsəlmanlar üçün ayrılıb.
Səslərin sayılmasına 60 saatdan artıq lazım olub.
Heç bir siyasi partiya və ya blok hökuməti təkbaşına formalaşdırmaq üçün 169 yeri əldə edə bilməyib.
Nəvaz Şərif seçkidə uğur əldə edə bilməsə də, koalisiya hökuməti yaratmağa cəhd göstərəcəyini bildirib.
Pakistanın Ali Məhkəməsi və Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmiş İmran Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat Partiyasının üzvləri bu siyasi kampaniyada müstəqil namizəd kimi iştirak edə bilərlər, onlara siyasi təşkilatın rəmzlərindən istifadə etmək qadağan olunub.
Ədalət Uğrunda Hərəkat Partiyasının nümayəndəsi Əli Xan Nəvaz Şərif və Bhutto ilə koalisiya yaratmaqdan qəti şəkildə imtina edib.
Onların müstəqil namizədlərlə birlikdə hökumət qurmaq şansları da var.
Ona görə daha çox Nəvaz Şəriflə Bilavala Bhutto Zardarinin birgə hökuməti formalaşdıracaqları ehtimal olunur.
İmran Xan istefa verdikdən və həbs edildikdən sonra hökuməti Nəvazi Şərifin tərəfdarları formalaşdırdılar.
Hətta onun qardaşı Şahbaz Şərif 2022-ci il aprelin 11-dən 2023-cü il avqustun 13-dək baş nazir oldu.
Parlament seçkisi təyin edildikdən sonra Ənvar ül-Haq Kakar ölkənin müvəqqəti baş naziri oldu.
Yeri gəlmişkən, əslən Bəlucistandan olan 52 yaşlı müvəqqəti baş nazir etnik puştundur.
O, Bəlucistanın Avami partiyasının üzvüdür.
Müvəqqəti hökumət başçısı vəzifəsində qarşıdan gələn seçkinin azad və ədalətli keçirilməsinə cavabdeh idi.Ənvar ül-Haq Kakar səlahiyyətlərinin icrasını seçki baş tutana və daimi baş nazir təyin olunanadək davam etdirəcək.
İmran Xanın və onun başçılıq etdiyi siyasi partiyanın bir sıra aparıcı üzvlərinin siyasi fəaliyyəti məhdudlaşdırıldıqdan sonra Nəvaz Şərifin və onun partiyasının nüfuzu artdı.
Bir çoxları ehtimal edirdilər ki, o, ordudakı nüfuzundan istifadə edərək seçkinin nəticələrinə təsir göstərəcək.
Düzdür, səsvermədən sonra müxalifətlə hökumət qüvvələri, o cümlədən polis və hərbçilər arasında müəyyən toqquşma baş verib.
Ancaq sonradan polislər və hərbçilərin təzyiqi azalıb, bir sıra hallarda isə sakitləşib.
Pakistan İslam Respublikası bir çox xüsusiyyətlərinə görə unikal ölkədir.
Demokratik dövlət kimi özünü təsdiq edən Pakistanda builki seçki təkcə daxili siyasi gərginlik deyil, həm də qonşu ölkələrlə münasibətlərin kəskinləşdiyi fonda keçirilib.
Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra İslamabadla aralarında müəyyən problemlər yaranıb.
İki ölkə arasında sərhəddə gərginliklər yaşanıb.
Hindistan Ali Məhkəməsi isə Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu dəstəkləyib.
Ardınca da parlament bu ştatların xüsusi statusunu ləğv edib.
Nəticədə, bölgənin digər ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi olmayacaq.
2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olmuşdu.
Bu il yanvarın 15-dən 16-na keçən gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə aviazərbələr endirib.
Yanvarın 18-də isə Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə cavab verib.
Bu islam respublikası demokratiyasına görə də unikaldır.
Məsələn, hökumət başçıları ya terrora məruz qalır, ya da həbs edilirlər.
Əvvəlkilərlə müqayisədə keçmiş baş nazirlər Nəvaz Şərif və İmran Xan həbs olunublar.
Yeri gəlmişkən, 2018-ci ildə İmran Xan Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad zavodunun alınmasına bəyan edilməmiş vəsait yatırmaqla bağlı korrupsiyada təqsirli bilinmişdi.
İslamabad Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini yeddi illik həbsə məhkum etmiş və 2,5 milyon dollar cərimələmişdi.
2023-cü ilin dekabrında İslamabad Ali Məhkəməsi ona bəraət vermişdi.
Gərginliyin azalması və xarici pozucu qüvvələrə birgə müqavimət göstərilməsi üçün Pakistanda demokratiyanı, həmrəyliyi çıxış yolu saymaq olar.
Hərbçilərin siyasi hadisələr, o cümlədən hökumətin formalaşmasına müdaxiləsi ölkədə demokratiya, iqtisadi, siyasi və ictimai inkişafa problem yarada bilər.
Çünki tez-tez hərbi çevrilişlər olan, yaxud ümumiyyətlə belə hadisə baş verən ölkələrdə sadaladığımız sahələr geriləyir.
Bu həm də dövlətin müdafiə qüdrətinə, beynəlxalq aləmdə nüfuzuna da mənfi təsir göstərir.
Pakistan islam respublikası olaraq demokratik yolla inkişafı islam adı altında mövcud olan dövlətlərin də gələcəyinə təsir göstərə bilər.
Siyasi, ictimai, dini, hərbi liderlərinin həmrəyliyi bu ölkənin nicatıdır.
Əks halda, daha bir müsəlman ölkəsində xaos qaçılmaz ola bilər.
Pakistan demokratiyanın daha bir imtahanı ilə üz-üzədir.
İstanbulun Ataşehir şəhərində işıqforda salfet satan hamilə qadın betonqarışdıran maşının altında qalaraq dünyasını dəyişib.
Məlumata görə, Səlim Baycanın idarə etdiyi 34ST8951 nömrə nişanlı betonqarışdıran maşın küçədə işıqforda salfet satan Asya Sarmaşığı əzib.
Qadın durduğu yerdən bir neçə metr sürüklənib, sonra da bətnindəki uşaqla birgə ölüb.
Türkiyədə, Adana Böyükşəhər Bələdiyyəsi sədrinin mətbuat xidmətinin rəhbəri Səməd Güdük bələdiyyə binasında naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Yerli mətbuat yazır ki, hələlik adı istintaqa məlum olmayan şəxs bələdiyyənin mətbuat xidmətinin rəhbərinə odlu silahdan üç dəfə atəş açıb.