Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Səməd Güdük ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. |
Hadisə ilə bağlı araşdırma başlanılıb. |
Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
Bu barədə President.az xəbər verir. |
Məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. |
Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram. |
Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. |
Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir. |
Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm”. |
Ermənistanla Azərbaycan arasında sülh sazişinin, belə demək mümkünsə, dalana dirənməsinin bir neçə səbəbi var. |
Bunlardan biri də minalı ərazilərin xəritəsinin Azərbaycana verilməməsidir. |
Ümumiyyətlə, İrəvan son vaxtlara kimi bu xəritələrin onlarda olduğunu da danırdı. |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də bildirmişdi ki, gələcəkdə həmin xəritələrin Bakıya təhvil verilməsi mümkündür. |
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yanvarın 25-də yaydığı məlumatda göstərilib ki, İrəvan Bakıya səkkiz mina xəritəsini təhvil verməyə hazırdır. |
Ermənistan KİV-in məlumatına görə isə prosesə şəxsən baş nazir Nikol Paşinyan nəzarət edir. |
“Hraparak” nəşri yazıb ki, o, bu məsələ ilə bağlı xüsusi iclas keçirib. |
Beləliklə, ilk dəfə olaraq A.Mirzoyan xəritələrin Ermənistanda olduğunu təsdiqləmiş oldu. |
Yayılan digər məlumatlar da həmin topoqrafik xəritələrin Ermənistanda olduğunu təsdiqləyir. |
Sadəcə olaraq, Paşinyan administrasiyası bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və gələcək sülh sazişində hansısa maraqlarının təmin olunmasına çalışır. |
Hərçənd, Ermənistan özü də başa düşür ki, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməməsi sülh prosesini sual altına salmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətdə bu dövlətə qarşı mənfi reaksiya yaradır. |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair Ermənistanın səkkiz formulyarı Azərbaycana təqdim etdiyinə dair məlumat yayıb. |
Bildirilib ki, təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. |
ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur:""“Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etiba... |
Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. |
Ümumilikdə, mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. |
Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib”. |
Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib. |
Beləliklə, məlum olur ki, Ermənistanın Azərbaycana topoqrafik məlumatları verməsi, əslində, heç də qarşı tərəfin iddia etdiyi kimi, müsbət qiymətləndiriləsi məsələ deyil. |
Ermənistan daha əvvəl də Azərbaycana xəritələr vermişdi. |
Amma bunlar qeyri-dəqiq idi.İndi də İrəvan ampluasından kənara çıxmır. |
Maraqlısı budur ki, Paşinyan və onun komandası hər fürsətdə sülh prosesində maraqlı olduqlarını deyir və Azərbaycanı ittiham edirlər. |
Baş nazir fevralın 12-də söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. |
Ermənistan Azərbaycanı aldatmağa çalışırsa, riyakarlığını davam etdirirsə, bu, necə qarşılıqlı etimad mühitinin yaranmasına töhfə verə bilər? |
Və əgər etimad mühiti yoxdursa, tərəflər bir-birinə inanmırsa, deməli, sülhdən də söhbət gedə bilməz. |
Görünən odur ki, Ermənistan Azərbaycana, sadəcə, kağız parçaları təhvil verməklə beynəlxalq ictimaiyyət qarşısında xal qazanmağa çalışır. |
İstəyir ki, üçüncü tərəflər, beynəlxalq təşkilatlar İrəvana əl çalsınlar. |
Amma Paşinyan bununla sülhə nail ola bilməz. |
Statistik məlumatlara görə, Vətən müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 345 nəfərdir. |
Bu rəqəmin hər ötən gün artacağı istisna deyil. |
Və əlbəttə, belə bir təhdid gündəlikdə qaldığı müddət ərzində sülh sazişi də sual altında qalmağa davam edəcək. |
Bu isə ən çox İrəvanın özünə ziyandır. |
Ermənistan öz səmimiliyini Azərbaycana və beynəlxalq ictimaiyyətə göstərmək istəyirsə, istisnasız olaraq bütün doğru formulyarları Bakıya verməlidir. |
Əks halda, İrəvan davam etdirdiyi oyunlarla yalnız özünə ziyan verəcək, regional əməkdaşlıq imkanlarından məhrum olacaq, kənar güclərin təzyiqləri altında sıxılmağa davam edəcək. |
“Ermənistan eksklavların Azərbaycana qaytarılması məsələsini ciddi götür-qoy edir”. |
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ərazi anlayışlarının Ermənistan SSR-in ərazisi ilə üst-üstə düşdüyünü deməklə öz cəmiyyətini eksklavların Azərbaycana qaytarılmasına hazırlaşdırır:""“Biz bunu keçmişdə də görmüşük. |
Ola bilsin ki, Paşinyanın bu çıxışı müəyyən addımlar üçün qabaqlayıcı tədbir rolunu oynayır və insanları müəyyən məsələlərə sövq etməyə yönəlib. |
Ancaq düşünmürəm ki, bu çıxış Ermənistan cəmiyyətində birmənalı qarşılansın. |
Lakin hadisələr də onu göstərir ki, Ermənistan bu və digər şəkildə sülh gündəliyi qəbul etməyə və Azərbaycanın müəyyən elədiyi dəst-xətlə hərəkət eləməyə məcburdur. |
Ekspert vurğulayıb ki, delimitasiya və demarkasiya prosesi fonunda bu cür çıxışlar təsadüfi ola bilməz:""“Fikrimcə, konkret olaraq eksklavların Azərbaycana qaytarılması ilə bağlı məsələlər qaldırılıb və müzakirə olunur və düşünürəm ki, bu çıxış məhz ona hesablanıb. |
Çünki biz bilirik ki, Ermənistan SSR dövründə eksklavlar tam Azərbaycana məxsus idi”. |
Paytaxtın Binəqədi rayonunda yük avtomobili elektrik, qaz və internet xətlərinə dəyərək qəza törədib. |
Oxu.Az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. |
Məlumata görə, hadisə nəticəsində yaxın ətrafdakı evlərə elektrik, qaz və internet verilməsində fasilə yaranıb. |
Həmin görüntüləri təqdim edirik:""Əzizə İsmayılova |
“Əl-Hədəs” saytı xəbər verir ki, bu gün İsrailin Livanın cənubunda Bint Cəbil bölgəsinə dron hücumu nəticəsində İrana bağlı “Hizbullah” hərbi-siyasi təşkilatının yüksəkrütbəli zabiti Məhəmməd Ələviyə öldürülüb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, o, Livanın Marun ər-Ras bölgəsinə rəhbərlik edirdi. |
Bakı küçələrində divarlara narkotik təbliği üçün müəyyən şüarlar, saytlar yazılır. |
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. |
İlk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş. |
Şüarlar Abşeron rayonun Xırdalan şəhərində, Binəqədinin Biləcəri qəsəbəsində, Suraxanı rayonun Qaraçuxur və Yeni Günəşli qəsəbələrindəki divarlarda, fasadlarda yazılıb. |
İddia edilir ki, divarlara şüar yazanlara ya pulsuz narkotik vasitə, ya da maaş verirlər. |
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. |
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi polis şöbələri məlumatlandırılıb:""“Tədbir görülür”. |
Azərbaycanda daha bir məhkum ölüb. |
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. |
Orada cəza çəkən 85 yaşlı Yaqub Abas oğlu Əyyubov dünyasını dəyişib. |
Onun xəstəlikdən öldüyü bildirilir. |
Qeyd edək ki, Y.Əyyubov 2020-ci ildə həbs edilib. |
Sabirabadın Qəzli kəndi sakini olan Y.Əyyubov arvadı Mətanət Əlihüseyn qızı Əyyubovanı öldürübmüş. |
Bu barədə AZƏRTAC-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. |
AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir. |
Sumqayıt şəhərində dörd gün öncə itkin düşən kişinin meyiti tapılıb. |
1976-cı il təvəllüdlü Rüfət Sovet oğlu Abdullayevin meyiti aidiyyəti üzrə təhvil verilib. |
Onun öldürüldüyü ehtimal olunur. |
Faktla bağlı araşdırma aparılır. |
Bəhreyndən olan haker qrupu ABŞ-nin beşinci Donanmasının gəmilərinin bort sistemlərinə uğurlu hücum həyata keçirib. |
Məlumata görə, “Fırtına” adlı haker qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına qarşı uğurlu hücum həyata keçirərək, Bəhreyndəki ABŞ bazasının fotoşəkilləri və müfəssəl planları daxil olmaqla, məxfi sənədləri əldə etdiyini açıqlayıb. |
Hakerlər oğurlanmış sənədlərin bəzilərini dərc edərək, onlarda daha vacib bir şeyin olduğunu xəbərdar etdilər. |
ABŞ-yə qarşı mübarizədə “Müqavimət oxu”nu dəstəkləyənlərin əlinə keçəcək. |
“Müqavimət oxu”na əsasən şiə müsəlman yarımhərbi qruplaşmalar daxildir. |
Bunlara Livanın “Hizbullah” partiyası, Fələstinin HƏMAS hərəkatı, Yəmən üsyançı hərəkatı “Ənsar Allah” və İraq İslam Müqaviməti milisləri daxildir. |
Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub. |
Oxu.Az xəbər verir ki, bununla yanaşı Naxçıvan Muxtar Respublikasının Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası da istifadəyə verilib. |
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan MR-in daxili işlər naziri general-mayor Süleyman Neymətov iştirak edib. |
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib. |
Bunlardan 4 ədəd BMW markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, post-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. |
Ağcabədi rayonunda 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev həyat yoldaşı, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı baltalayaraq öldürüb. |
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əliyar rəsmi nikahda olduğu arvadı Dəstəgül ilə birgə yaşadıqları Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə 15 yanvar 2023-cü ildə, səhər saatlarından etibarən ailə-məişət məsələləri ilə əlaqədar mübahisə etməyə başlayıb. |
Əliyar eyni mövzuda mübahisəni gün ərzində davam etdirib, həmin gün saat 16 radələrində evin mətbəx otağında dayanarkən qonaq otağında döşəmənin üzərində oturaqlı vəziyyətdə olan Dəstəgül Mehdiyevanın onu ağır söyüşlərlə təhqir etməklə ləyaqətini alçaltması qənaətinə gələrək şəxsi münasibətlər zəminində yaranmış nifrət... |
O, Dəstəgül Mehdiyevanın doğma nəvələrinin gözləri qarşısında mətbəx otağında olan və ət doğramaq üçün istifadə olunan baltanı götürərək onun baş nahiyəsinə vurub. |
Dəstəgülün xəsarətin təsirindən yıxılmadığını və özünü toplamaqla baltanı əlinə aldığını gördüyündən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdırmaq məqsədi ilə onun üzərinə gedib. |
O, həmin baltanı Dəstəgüldən alıb və başının arxa hissəsindən, bədəninin digər nahiyələrindən bir neçə zərbə endirib. |
Dəstəgül aldığı xəsarətlərdən ölüb. |
Hadisəni törədən Əliyarın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. |
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Nahid Hüseynovun icraatında araşdırılıb. |
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. |
O bildirib ki, 15 yanvar 2023-cü ildə evində oturarkən arvadı Dəstəgül Mehdiyeva ilə aralarında mübahisə yaranıb:“Dəstəgül hazırda ifada etməyə utandığım sözlərlə məni təhqir etdi. |
Buna görə özümdən asılı olmayaraq əsəbi halda Dəstəgülü vurmuşam. |
Lakin hadisənin necə olmasını, niyə baş verməsini hələ də bilmirəm. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.