Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
75 yaşında niyə belə hərəkət etdiyimi bilmirəm. |
El-oba içində də pis vəziyyətdə qalmışam. |
Hələ də niyə belə bir iş gördüyümü başa düşmürəm. |
Təqsirləndirilən şəxs bildirib ki, həyatı boyu bir dəfə ailə həyatı qurub, Dəstəgül Mehdiyeva ilə evlənib:“Hadisə baş verəndən əvvəlki dövrlərdə Dəstəgülü döyməmişəm. |
Özüm də neynədiyimi, hadisənin necə baş verdiyi bilməmişəm. |
Dəstəgüllə birgə nikahımızdan beş övladımız olub. |
Hadisə baş verən anda uşaqlar evdə olmayıb. |
Özüm və Dəstəgül qonaq otağında olmuşuq. |
Nəvələrim Dövlət və Günəş o biri otaqda yatıblar və bizim mübahisələrimizi görməyiblər. |
Dəstəgülü öldürmək niyyətim olmayıb. |
Sözlərimiz düz gəlmədiyi üçün özüm də bilmədən bu hadisə olub. |
Əvvəllər də Dəstəgülü öldürmək fikrim olmayıb. |
Nəvələrimin evdə olmasını bilsəydim, bu hadisəni bəlkə də törətməzdim”. |
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb. |
Həmin ifadədən məlum olur ki, arvadı Dəstəgül, oğlu Taleh, sonuncunun arvadı Samirə və iki azyaşlı övladları Dövlət və Günəş ilə birgə yaşayıb:“Arvadım Dəstəgül evdar qadın olub. |
Arvadım ilə uzun illər ailədaxili məsələlərə görə mütəmadi olaraq münaqişə etmişik. |
Bunun əsas səbəbi aramızda heç vaxt sevgi münasibətinin mövcud olmaması, bir-birimiz ilə yola getməməyimiz, xırda məişət problemlərinin üstündə dalaşmağımız olub. |
Hadisədən bir neçə gün əvvəl Dəstəgüllə Bərdə rayonunda keçirilən toy məclisində iştirak etdik. |
Bu vaxt Dəstəgül mənim bəyənmədiyim və aramızda ədavət olan qohumlarım ilə ziddimə olaraq, məni qıcıqlandırmaq üçün səmimi münasibət quraraq deyib-gülüb. |
Mən də Dəstəgülə əsəbiləşdim və bu mövzuda aramızda bir neçə gün münaqişə davam etdi”. |
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Taleh və gəlini Samirə yanvarın 14-də, axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gediblər, onların övladları Dövlət və Samirə isə evdə qalıblar:“Yanvarın 15-də, saat 16 radələrində yaşadığı evin həyətində təsərrüfat işləri gördük. |
Bundan sonra rayonda bəzi işlərimi həll etmək üçün evdən çıxmaq qərarına gəldim. |
Bunun üçün evin içərisinə daxil oldum. |
İlkin olaraq mətbəx otağına daxil olub əl-üzümü yudum. |
Dəstəgül isə həmin vaxt qonaq otağında dayandı. |
Bu zaman yenə aramızda eyni mövzuda mübahisə yarandı. |
Dəstəgül mənə təhqir dolu sözlər dedi, qardaşlarının ayıb yerinin ağzıma olması barədə sözlər işlətdi. |
Mən də Dəstəgülə eyni formada cavab qaytardım. |
Lakin Dəstəgül yenə mənimlə söyüşlə danışaraq məni təhqir etməyə davam etdi. |
Dəstəgülün üstünə qışqırdım, səsini kəsməsini desəm də, durmadan məni ağır ifadələrlə təhqir etməyə davam etdi. |
Necə olduğunu bilmədən bir anlıq əsəblə mətbəx otağındakı masanın üzərində olan baltanı əlimə götürərək təxminən beş-altı metr məsafədən zərblə Dəstəgülün üstünə atdım. |
Baltanın kəsici hissəsi Dəstəgülün sifətinə tuş gəldi. |
Dəstəgülə yaxınlaşaraq baltanı yerdən götürdüm və kəsici tərəfi ilə onun başının arxasından bir-iki zərbə endirdim. |
Həmin zərbələri endirməzdən əvvəl Dəstəgül mənə müqavimət göstərərək əlləri ilə qollarımdan və baltadan tutmağa çalışdı. |
Sonra baltanı həmin otaqda döşəmənin üstünə ataraq evdən çıxdım”. |
Əliyarın sözlərinə görə, hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələri Dövlət və Günəşdən başqa heç kim olmayıb:“Lakin nəvələrimin hadisəyə şahid olub-olmadıqlarını bilməmişəm. |
Evdən çıxaraq küçədə saxladığım “VAZ” markalı maşına əyləşərək təsadüfi istiqamətdə hərəkət etdim. |
Maşını sürərək Salmanbəyli kəndinə qədər gedib çıxdım. |
Artıq 70 yaşım tamam olduğundan həyatımın qalan hissəsini həbsxanada keçirmək mənə ağır gəldi. |
Həm də hadisəni bir anlıq əsəblə özümdən çıxaraq törətdiyimə görə öz əməllərimdən peşman olmuşam. |
Məni bu həddə çatdıran Dəstəgülün durmadan ağır sözlərlə təhqir etməsi olub. |
Mən əvvəlcə özümü öldürmək üçün maşını kanaldan aşağı sürmək istəsəm də, bunu edə bilmədim. |
Buna görə qan təzyiqi xəstəliyi üçün mütəmadi olaraq qəbul etdiyim həblərdən bir neçəsini qəbul edərək maşının içərisində ölümümü gözləmişəm. |
Həmin vaxt qohumlarım mənə ard-arda zəng etdiklərindən son nəticədə törətdiyim əməli onlara etiraf edərək, həmçinin intihar etdiyimi də dedim, gələrək məni götürmələri üçün olduğum yeri bildirdim. |
Bundan sonra rayon polis şöbəsinin əməkdaşları olduğum yeri müəyyən edərək saxladılar, məni Rayon Mərkəzi Xəstəxanasına apardılar. |
Məhkəmənin hökmü ilə Əliyar 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. |
Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan Əl-Cabirlə görüşüb. |
Bu barədə COP28-in rəsmi “X” hesabında məlumat verilib. |
Bildirilib ki, Dünya Hökumətləri Sammiti çərçivəsində keçirilən görüşdə tərəflər COP29-la bağlı əməkdaşlığı müzakirə ediblər. |
Qeyd edək ki, Muxtar Babayev “Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti” mövzusu ilə bağlı panel müzakirədə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir. |
Dr.Sultan Al Jaber, COP28 President, met with HE Mukhtar Babayev, Azerbaijan’s Minister of Ecology and Natural Resources and COP29 President-Designate, on the sidelines of the World Governments Summit to discuss collaboration on the road to COP29.#COP28 #WorldGovSummit #WGS24… pic.twitter.com/W00RvUn1sp |
Tanınmış stilist Anar Ağakişiyev bundan sonra “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. |
Kanaldan “Olay”a verilən məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır. |
Anar “Kanal S”in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. |
Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. |
Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə “Kanal S”də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub. |
Ağdam Musiqi Kollecinin rüşvətdə təqsirləndirilən direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. |
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Musayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib. |
Araşdırmalar zamanı məlum olub ki, R.Musayev 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. |
O, həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb. |
Məhkəmə 69 yaşlı R.Musayevi qeyd edilən maddələr üzrə təqsirli bilib. |
Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. |
Lakin cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. |
Həmçinin R.Musayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib. |
Fevralın 12-si Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Zaqatala” futbol klubu və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. |
Tədbiri giriş sözü ilə açan FİF-in icraçı direktoru Tural Piriyev FİF-in vasitəsilə ölkə futboluna daha bir özəl sektor nümayəndəsinin cəlb olunmasından qürur duyduğunu bildirib və “AGA Group”un rəhbərliyinə bölgə klubuna dəstəyə görə təşəkkür edib. |
Daha sonra “Zaqatala” PFK-nın İdarə Heyətinin üzvü Musa Qurbanov, “AGA Group”un təsisçisi Aydın Demirçi və icraçı direktoru Qafar Demirçi ilə yanaşı, “Music Gallery”nin direktoru Məsməxanım Ağayeva çıxış edib. |
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. |
Tərəfdaşlıq müqaviləsini “Zaqatala” futbol klubunun İdarə Heyətinin sədri Şaban Şirdanov və “AGA Group”un təsisçisi Aydın Demirçi imzalayıblar. |
Hər iki tərəf bölgə futboluna dəstəyin vacibliyini vurğulayaraq, əməkdaşlığın uğurlu olacağına inandıqlarını bildiriblər. |
Məlumat üçün bildirək ki, Fond Zaqatala PFK-ya bir çox sahədə dəstək olur. |
Bu il üçün qarşıya qoyulan əsas məqsədlər klubun dayanıqlı inkişaf strategiyasının hazırlanması, gəlirlərin diversifikasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsidir. |
Gəlirlərin diversifikasiyası ilə əlaqədar hazırda “Biznes klub” layihəsi tətbiq olunur və oyun günü gəlirlərinin artırılması yönündə işlər aparılır. |
Qeyd edək ki, 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Music Gallery” mağazalar şəbəkəsi artıq 30 ildir ki, müasir ev üçün məişət texnikası, elektronika məhsulları və musiqi alətlərinin aparıcı ticarət şəbəkəsi olaraq fəaliyyətinə davam edir. |
“Music Gallery” özünəməxsus məhsul çeşidi, yüksək keyfiyyət, üstün xidmət və cəlbedici qiymət standartlarını özündə birləşdirir. |
Hal-hazırda mağazalar şəbəkəsinin Bakı şəhərində “Gənclik”, “İnşaatçılar”, “28 May”, “Əhmədli”, “İnqilab”, “Bakıxanov Mall” və “28 Mall”da yerləşən 7, Şirvan şəhərində isə 1 mağazası olmaqla, ümumilikdə 8 mağazası fəaliyyət göstərir. |
Şirkətin məqsədi müştərilərə yüksək keyfiyyətli xidmət, rahatlıq və fərdi yanaşma nümayiş etdirməkdir. |
“Music Gallery” Azərbaycanda “Yamaha” və “Sharp” brendlərinin eksklüziv, “Sony”, “Samsung”, “Bosch”, “Beko”, “LG”, “Gorenje”, “Philips”, “Honor”, “Vestel”, “Braun”, “Delonghi”, “Kenwood” kimi tanınmış brendlərin isə rəsmi tərəfdaşıdır. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ilk türkiyəli astronavt Alper Gezeravcı ilə görüşüb. |
Türkiyə mətbuatı yazır ki, görüş Esenboğa hava limanında baş tutub. |
Görüşdə Alper Gezeravcının ailə üzvləri də iştirak ediblər. |
Avropada elektrik stansiyalardan birinin ən hündür qülləsi partladılıb. |
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. |
Hündürlüyü təxminən 120 m olan qüllə yüzlərlə tamaşaçının gözü qarşısında bir neçə saniyə ərzində uçub. |
Görüntülər Sent Avolde (Fransa) kömür elektrik stansiyasındandır. |
Bildirilir ki, bu, qalıq yanacaq əvəzinə yaşıl hidrogenə keçidin simvolik aktı kimi həyata keçirilib. |
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb. |
Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. |
Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetm... |
Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda VAZ-2121 markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan görüntülər Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) tərəfindən araşdırılıb. |
BDYPİ-dən verilən xəbərə görə, müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadovdur. |
Etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edən Cavad Fərhadov baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. |
Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. |
Britaniyalı iş adamı, 400-dən çox şirkətin daxil olduğu “Virgin Group”un sahibi, məşhur milyarder Riçard Branson Virciniya adalarında velosipedlə qəza keçirib. |
Böyük təhlükə ilə üzləşən Branson aldığı xəsarətlərin görüntüsünü paylaşıb. |
O, Qorda şəhərində velosiped sürərkən çuxura düşüb və velosipedindən yıxılıb. |
İş adamı zədələnsə də, vəziyyəti ağır deyil. |
73 yaşlı Branson ombasında hematoma yarandığını və dirsəyində kəsik olduğunu bildirib. |
“Aleks Uilsonla birlikdə velosiped sürürdük, o da məndən sonra yıxıldı, amma xoşbəxtlikdən onun da vəziyyəti yaxşıdır”, - deyə milyarder qeyd edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.