Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:""“Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə zəvvarların geri dönməsi planlaşdırılıb”.
Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur.
Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.
Fransa Cənubi Qafqazda sülh prosesinə mane olan dövlətlər içərisində liderliyini saxlayır.
ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi nə 30 illik işğal dövründə, nə də 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh təşəbbüsü ilə bir dəfə də olsun çıxış edib.
Əksinə, rəsmi Paris hər vəchlə Ermənistanda revanşist qüvvələri dəstəkləyir, silahla təchiz edir.
Ötən həftə Avropa turnesinə çıxan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada yeni həmkarı Stefan Sejurne ilə görüşüb.
Yeni nazir də keçmiş həmkarı Katrin Kolonnadan fərqli mövqe ortaya qoymayıb, qərəzli, ikili standartlardan çıxış edib.
Məsələn, Ermənistanın suverenliyini qeyd-şərtsiz dəstəklədiklərini qeyd edən nazir bu sırada Azərbaycanın adını belə çəkməyib.
Əvəzində müttəfiq elan etdiyi İrəvanın yanında olduqlarını dilə gətirib.
Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da bildirilib ki, Sejurne Mirzoyanla Ermənistan və Azərbaycan arasında normallaşma danışıqlarını müzakirə edib.
Erməni nazir Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılması, ədalətli və sabit sülhün bərqərar olması səylərini yüksək qiymətləndirib.
Bildirilib ki, Fransanın Ermənistana humanitar yardımı 29 milyon avroya çatıb.
Bu yardım da Qarabağı könüllü tərk edən ermənilərə ayrılıb.
Qeyd edilib ki, iki nazir, həmçinin Ermənistan, Fransa və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın gücləndirilməsi, nəqliyyat, enerji və su sahələrində infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər.
Regional nəqliyyat və iqtisadi kanalların bloklanması kontekstində Mirzoyan qeyd edib ki, Ermənistan üçün vacib olan məsələlər “Sülh kəsişməsi” proqramında öz əksini tapıb.
Beləliklə, Fransa tərəfi növbəti dəfə Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasının üstündən xətt çəkmiş olub.
Ümid etmək olardı ki, yeni nazir ölkəsinin qərəzli mövqeyindən əl çəkəcək.
Əvvəla, nazir Ermənistanın suverenliyini müdafiə edəcəklərini növbəti dəfə bəyan edib.
Sual olunur - Ermənistanın müstəqilliyinə kim təhlükə yaradır?
Nə Azərbaycan, nə digər qonşular - Türkiyə, İran və Gürcüstan bu iddia ilə çıxış etməyiblər.
Azərbaycan isə beynəlxalq hüquq prinsipləri ilə təsbit olunmuş ərazilərinin bərpasını həyata keçirib.
Heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib.
İkincisi, Ararat Mirzoyan Fransanın Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, o cümlədən ədalətli və sabit dünyanın yaradılmasına yönəlmiş xüsusi diqqət və səylərini yüksək qiymətləndirib.
Hansı təklif və səylərdən söhbət gedir?
Axı Makron hökuməti vasitəçidən çox qatı ermənipərəst mövqeyi ilə seçilib, Ermənistanı silahlandırıb, ərazi bütövlüyünü təmin edən Azərbaycanı hədələyib!
Üçüncüsü, Fransa XİN rəhbəri bəyan edib ki, Qarabağdan köç edənlərə yardımlar artırılacaq.
Düzdür, rəsmi Paris müttəfiq adlandırdığı ölkəyə yardım etməkdə sərbəstdir.
Ancaq məsələ ondadır ki, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalıb, yüzminlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb.
Fransa nə həmin insanlara yardım edib, nə də hüquqlarının pozulmasından danışıb.
Halbuki, münaqişənin nizamlanması ilə məşğul olan dövlət kimi ilk bunu etməli idi.""Dördüncüsü, Fransanın, daha dəqiq ifadə etsək, Prezident Emmanuel Makronun Azərbaycan qərəzi tək Qarabağ məsələsində deyil.
Aİ Şurasının prezidenti Şarl Mişel İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində qələbə qazanması münasibətilə təbrik etsə də, analoji təbrik Fransadan hələ də daxil olmayıb.
Bundan öncə də Fransa ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanı təbrik etməmişdi.
Beləliklə, ümid etmək olardı ki, qatı ermənipərəst XİN rəhbərini əvəz edən Stefan Sejurne Azərbaycanla bağlı Kolonnadan fərqli mövqe nümayiş etdirəcək, münasibətlərin normallaşmasına, sülh çağırışlarına dəstək nümayiş etdirəcək.
O da Kolonna kimi qərəzli mövqe ortaya qoyub.
Görünən də odur ki, Makronun idarəçiliyi dövründə xarici siyasətdə davam edən xətt dəyişməz qalacaq.
Bu da o deməkdir ki, xarici siyasətdə uğursuzluqlar davam edəcək.
Keçmiş müstəmləkələrdən biabırcasına qovulan Fransanı uğursuzluqlar gözləyir.
Ermənistan isə anlamalıdır ki, Fransa ondan istifadə edir.
Rəsmi Paris İrəvanı silahlandırmaqla onu növbəti bataqlığa sürükləyir.
Odur ki, Ermənistan Fransanın çirkin və dağıdıcı, riyakar planlarına dəstək verməkdən imtina etməli, regional əməkdaşlığa, sülh prosesinə dəstək verməlidir.
Bakının Nərimanov rayonunda yeni salınacaq yaşayış kompleksi üçün söküntü işlərinə hazırlıq görülür.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Ətrafda yaşayan sakinlər bildiriblər ki, ərazini hasarlamaq üçün dirəklər ağacların dibinə sancılıb və bitkilərin dibi asfaltlanıb.
İddia olunur ki, ağaclar hasarların arxasında, söküntü ərazisində qalacaq və çıxarılacaq.
Məsələ barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-a bildirilib ki, görüntülərlə bağlı tikinti şirkətinə xəbərdarlıq edilib:"""“Hasarın tikintisi dayandırılıb və yerinin dəyişdirilməsi işlərinə başlanılıb.
Eyni zamanda, birliyin əməkdaşları tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.
“Finlandiya Ukraynada müharibə başa çatana qədər Rusiya ilə münasibət saxlamayacaq”.
Bu sözləri Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubb brifinq zamanı deyib.
“Əlbəttə, səbəb odur ki, Rusiya Ukraynada müharibəni bitirənə qədər bizim münasibətimiz ola bilməz”, - deyə Stubb bildirib.
O qeyd edib ki, ölkələr arasında əlaqələr ümumi sərhədlər məsələsi üzrə davam edir.
Stubb, həmçinin qeyd edib ki, vəziyyətin yaxşılaşması üçün heç bir perspektiv görmür.
Eyni zamanda, Aleksandr Stubb söz verib ki, əgər Rusiya Prezidenti Vladimir Putin zəng etsə və seçkidəki qələbəsi münasibətilə onu təbrik etmək istəsə, telefonun dəstəyini qaldırmayacaq.
Qeyd edək ki, Stubb rəsmi olaraq martın 1-də vəzifəsinin icrasına başlayacaq.
İranda “seçki sobası”nın qızdırılması dövlət daxilindəki hərbi-siyasi və ruhani elita arasındakı mübarizə halını qatılaşdırır.
Artıq İran Prezidenti İbrahim Rəisi Ekspert Assambleyasına (Məclisi) keçiriləcək seçkinin prosedur mərhələlərindən qalib kimi çıxır.
Bir daha xatırladaq ki, Məclis Konstitusiyaya əsasən ali dini rəhbərin təyin edilməsinə, onun fəaliyyətinə nəzarət və vəzifədən azad edilməsinə cavabdeh olan 88 ixtisaslı islam hüquqşünası və din xadimindən ibarətdir.
Rəisinin Ekspertlər Məclisinin üzvü olması üçün yolu açan əsas məqamlardan biri ona meydan oxuyan namizədlərin prosesdən “qovulması”dır.
Bir neçə mötədil namizədin, o cümlədən keçmiş prezident Həsən Ruhaninin Ekspertlər Məclisi üçün təyin edilən seçki prosesindən diskvalifikasiya edilməsi Rəisinin Məclisdə mövqeyinin təminini asanlaşdırır.
Namizədləri yoxlamaq vəzifəsini həyata keçirən Mühafizə Şurası elə mühafizəkar kəsimin daxilində də kəskin qınanılır.
Məsələn, keçmiş prezident Mahmud Əhmədinejadın müşaviri olmuş Abdulreza Davari Mühafizə Şurasını İbrahim Rəisinin xeyrinə kurs diktə etməkdə təqsirləndirib.
İranda seçkiöncəsi situasiya ali rəhbər Seyid Əli Xameneinin xələfinin təyin edilməsi hallarını əhatə edir.
Görünür ki, bu məsələdə liberallar mühafizəkarlara açıq fərqlə uduzurlar.
Belə bir anda mötədillərin siyasi meydanda itirilmiş mövqelərini bərpa etməsi üçün alternativlər yox deyil.
Çünki İranda seçkiöncəsi iqtisadi böhranın tüğyan etməsi, milli valyuta rialın növbəti şoka məruz qalması liberalları mühafizəkarlar qarşısında bir qədər irəli çəkmək potensialına malikdir.
Üstəgəl, Rəisinin özünün Xameneinin oğlu Müctəba Xamanei ilə rəqabəti var, bunun özü prezidentin proseslərdəki rolunu zəiflədə bilər.
Təbii ki, liberalların bu potensialı necə dəyərləndirmələri İran siyasi isteblişmentindəki bir-birinə paralel olan güclərin iradəsindən daha çox asılıdır.
Bununla belə, onları başqa mənbələr ruhlandırmağa həvəsli ola bilərlər, söhbət, sözsüz ki, İrana rəqib olan dövlətlərin ölkədəki kəşfiyyat fəaliyyətindən gedir.
“Düyünlü nöqtə”də dövriyyəyə SEPAH girərək prosesləri idarə etməyə çalışır - həm xarici, həm də daxili cəbhə xəttində.
Misal üçün, İranın Yaxın Şərqdə ABŞ, Böyük Britaniya və onların müttəfiqləri ilə gərginliyinin artması SEPAH-a daxildəki günahları xarici müdaxilələrin üzərinə yıxmağa imkan verir.
SEPAH burada öz informasiya aparatlarından istifadə edərək proseslərdəki kölgəsini hiss etdirir.
Belə deməyə səbəb verən açıqlamaya diqqət etməkdə fayda var.
İran hökumətinin İnformasiya Şurasının rəisi Sepehr Xələci iqtisadiyyatın sabitliyinin pozulmasının arxasında “Qərbdəki düşmənlərin” dayandığı tezisini irəli sürüb.
Ultramühafizəkar siyasətçi Hüseyn Şəriətmədari də eyni iddiaları təkrarlayıb və valyuta bazarında dəyişiklikləri elan edən internet saytlarının, sosial media platformalarının dalğalanmalara səbəb olduğunu bildirib.
SEPAH-ın özünün də İbrahim Rəisi ilə problemləri az deyil, lakin islam inqilabını mühafizə edən ali qanadın prezidentlə sövdələşmə vitrinində dayandığını görmək elə də çətin olmamalıdır.
SEPAH bu kartı aşkar bir surətdə Müctəba Xamenei ilə əvəzləməyə də qadirdir.
Bu, SEPAH-a seçki fonunda ölkə daxilindəki problemlərə və xaricdəki eskalasiyalara ölçülmüş yanaşmasının açarı kimi təqdim oluna bilər.
Yəni İranın seçki teatrı Tehranın Yaxın Şərqdəki imperativləri ilə uyğunlaşdırılmalıdır - bu, SEPAH-ın əsas məqsədlərindən biri kimi görünür.
SEPAH-ın cilalama metodları post-Xamenei dövrünə hazırlıq məşqidir və bu xətti ölkə daxilində və xarici siyasətdə şiddətlənən gərginlik izləyəcək.
SEPAH hər vəchlə özünü İranın təhlükəsizliyini qoruyan zəmanətli qüdrət olduğuna inandırmaq üçün ölkə daxilində də iğtişaşlara yön verə bilər.
Deməli, seçki ərəfəsində və ondan sonrakı dövrdə İranda cərəyan edə biləcək hadisələr ölkə hüdudları ilə yanaşı, Yaxın Şərqdəki güc balansına dərin təsir ölçüsünü qazanacaq.
Texnologiya nəhəngi “Google” Avropa və digər ölkələrdə süni intellekt (AI) bacarıqlarının öyrədilməsi üçün 25 milyon avro xərcləməyi planlaşdırdığını açıqlayıb.
“AI Opportunity Initiative” təşəbbüsü sosial müəssisələrə və qeyri-kommersiya təşkilatlarına, həmçinin inkişaf etmək üçün AI-dən istifadə edən şirkətlərə yönəlib.
Yuxarıda göstərilən məbləğin 10 milyon avrosu bu müəssisələrin işçilərinin əlavə təhsili üçün ayrılacaq.
“Google” qeyd edib ki, neyron şəbəkələrin imkanlarının öyrənilməsi və istifadəsi iqtisadi bərabərsizlik və işsizliklə mübarizə aparmağa kömək edir.
“Yeni proqram bütün Avropada insanların süni intellekt üzrə bilik, bacarıq və inamlarını inkişaf etdirməyə kömək edəcək, heç kimin geridə qalmamasını təmin edəcək”, - deyə “Google” İctimai Təsir Mərkəzinin icraçı direktoru Adrian Braun bildirib.
Moldova fermerləri Leuseni şosesini bağlayıb və Rumıniya ilə sərhəddə yerləşən gömrük idarəsinin qarşısını kəsiblər.
Onlar respublika hakimiyyətindən problemlərinə diqqət yetirməyi və dialoqa getməyi tələb ediblər.
Qeyd edək ki, Moldovada fermerlərin etirazları fevralın 8-də cənub bölgələrində başlayıb, fevralın 10-dan isə digər bölgələrin fermerləri də qoşulmağa başlayıblar.
Şənbə günü Rumıniya sərhədindəki Leuseni sərhəd zastavasında 30-dan çox traktor yolu bağlayıb.
Bazar ertəsi respublikanın bir sıra bölgələrində etirazlar davam edir və “Fermerlərin Gücü” Assosiasiyası fermerlərin böhrandan zərər çəkmiş müəssisələrə hökumətdən 22 milyon dollardan çox təzminat tələb etdiklərini və həmçinin dərhal dialoqun başlamasını gözlədiklərini bildirdilər.
“Nəsibə xanım bu sənətə gəlməyimi istəmirdi.