Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çox qarşı durdu, hətta məndən incidi, küsdü ki, sözümə baxmırsan. |
İllər sonra ona sual verdim ki, ana, məndən utanmırsan?! |
Hamı məni tanıyır, hörmət edir, sevir! |
Dedi ki, “utanmıram, amma yenə də nigaranam səndən”. |
O bilirdi ki, sənət ağır yerdir. |
“Mən övladımın əziyyət çəkməsini istəmirəm” deyirdi. |
Nəsibə xanımın Nəsibə xanım olması üçün nə qədər illər lazım olub. |
Bir şəkil var, mən anamın həyatını ona bənzədirəm. |
Bəlkə də siz də internetdə görmüsünüz. |
İncə bir çiçək qalın bir asfaltı deşib çıxır. |
Nəsibə xanımın professional teatrı öz pulu ilə, zəhməti ilə yaratmış Cahangir Zeynalovun qızı olmasına rəğmən yenə də onun qabağını kəsirdilər”. |
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cahangir Novruzov deyib. |
Cahangir Novruzov uzun illər indiki Akademik Musiqili Teatrda rejissor vəzifəsində çalışıb. |
O, hətta gecikdiyi üçün anasını məşq prossesinə buraxmadığını da etiraf edib. |
Hər kəs onun xətrini çox istəyirdi. |
Amma özü mənə evi işə, işi evə qarışdırma deyirdi. |
Özü qədər disiplinli adam görməmişəm. |
Vaxtında gəlib, 20 dəqiqə əvvəl. |
O vaxt bizim bir truppa müdiri var idi, onun otağına yığışıb aktyorlar söhbət edərdilər, bir stəkan çay içərdilər. |
Mən də otağa girdim, onlarla söhbət falan etdim. |
Aktyorlara dedim ki, vaxta az qalıb, məşqə gəlin. |
Hamı otaqdan çıxdı, vaxtında məşqə gəldi. |
Nəsibə xanım truppa müdiri ilə nəsə danışırdı. |
Həm də gülürdü, səsi səhnəyə qədər gəlirdi. |
Qapını açdım, dedim ki, Nəsibə xanım, mən sizi narahat etməyim, artıq başqa səhnəni məşq etməyə başladım, evə gedə bilərsiniz. |
Axşam evə gəldim, otağa daxil olan kimi mənə bir şillə vurdu. |
Dedi ki, “sən bu tərbiyəsizliyi kimdən öyrənmisən?” Dedim ki, səndən. |
Sən öyrətmisən ki, iş başqa, ev başqa. |
Mən həyatım boyu sənin elə olduğunu görmüşəm. |
Baxdı üzümə, dedi ki, get burdan (gülür)” deyə sənətkar bildirib. |
Cahangir Novruzov anasının son günlərindən də danışıb. |
“Nəsibə xanım həyat yoldaşım Elnarə xanımın qucağında rəhmətə gedib. |
Anası da, anam da xəstə idi.Türkiyədə idim. |
Dedim ki, sən get, iki anaları yığ bir evə. |
Qızım Nəsibənin də anamın üzərində böyük zəhməti var. |
Elnarə bir ildən yuxarı onlara xidmət etdi, mən Türkiyədə tək qaldım ki, ehtiyaclarını qarşılayım. |
Anası da rəhmətə getdi, üstündən 1-2 ay keçdi Nəsibə xanım rəhmətə getdi” deyə sənətkar bildirib. |
Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı dörd gün dağıntılar altında qalan və bu müddəti telefonunun kamerasına qeydə alan Ahmet Erol Yılmaz hadisədən bir il sonra yaşadıqları barədə danışıb. |
Onun sözlərinə görə, zəlzələ baş verəndə su içmək üçün yerindən durubmuş:""“Sarsıntı başladı, yerə çökdüm. |
Düşündüm ki, mənimki elə bura qədərmiş. |
Zəlzələ məni yeddi metr uzağa atdı. |
Dörd gün qəbirdən də dar yerdə qaldım. |
Neçə gün keçdiyini bilmirdim, gecə ilə gündüz bir-birinə qarışmışdı”, - deyə Yılmaz baş verənlər barədə danışıb. |
O son anları yaddaşlarda qalsın deyə özünü telefonla çəkdiyini vurğulayıb. |
Zəlzələdən 5-10 dəqiqə keçəndən, toz-duman yatandan sonra telefonumu çıxardım. |
Mən də özümü çəkməyə başladım” - deyə o, bildirib. |
Zəlzələdən bir il keçməsinə baxmayaraq Yılmaz həyatında problemlərin davam etdiyini deyib. |
“Altı dəfə ayağımın amputasiyası riski ilə üzləşdim. |
Zəlzələdən sonra zəlzələni yaşadım. |
Zəlzələdəki təkanlardan deyil, ondan sonrakı sarsıntılar problem yaşatdı. |
İndiyə qədər iki dəfə əməliyyat keçirmişəm. |
Yeriyə bilmirəm, qısa məsafələri də əsa ilə gedirəm. |
İşləmək, nəsə etmək mümkünsüz hala gəlib”, - deyə Yılmaz bildirib. |
Xatırladaq ki, Ahmet Erol Yılmaz dağıntılar altında onu çağıranlara gülməli cavabı ilə gündəm olmuşdu. |
Belə ki, xilasedici onu adı ilə çağırır, bu da cavab verir ki, burdayam, ikinci dəfə çağırırlar, yenə deyir burdayam, üçüncü dəfə çağıranda isə gülməli cavab verib, bununla da Türkiyədə məşhurlaşır. |
Ağcabədi rayonunda intihar hadisəsi baş verib. |
Lent.az-ın məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. |
Orada yaşayan 1971-ci il təvəllüdlü Rizvan Abbasov yaşadığı evin mətbəxində özünü asıb. |
Onun asılmış meyitini ailə üzvləri tapıblar. |
İntiharın səbəbi hələlik məlum deyil. |
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. |
Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. |
Bununla bağlı Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib. |
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəru... |
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. |
17:34"Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ... |
Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. |
Bildirilib ki, baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. |
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. |
Qeyd olunub ki, Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. |
ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan ABŞ şirkətlərinin vicdansız fəaliyyətindən şikayətlənib. |
“Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirmisiz. |
Qiymət eyni olsa da, içki şüşələri kiçilib, çips paketlərində isə daha az çips var. |
Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin buna əhəmiyyət verməyəcəyinə inanırlar”, - Ağ Ev rəhbəri qəzəblənib. |
Bayden qida şirkətlərini insanları aldatmağı dayandırmağa və şrinkflyasiyanı (istehsalçı, satış qiymətini saxlayaraq qablaşdırmada məhsulun miqdarını, həcmini və ya çəkisini azaldan) dayandırmağa çağırıb. |
İnsanlar təzyiqi ölçərkən çox vaxt ciddi səhv edirlər. |
Bu isə onlara vəziyyəti düzgün qiymətləndirməyə imkan vermir. |
Bu barədə Rusiya tibb elmləri namizədi, ümumi praktik həkim Aleksey Xuxrev xəbərdarlıq edib. |
Onun sözlərinə görə, təzyiq eyni vaxtda, sakit vəziyyətdə, bir dəfə bir qolda ölçülməlidir, qısa vaxt sonra eyni qolda təzyiqi ölçmək isə böyük səhvdir. |
“Bəzi insanlar əmindirlər ki, təzyiq bir qolda üç dəfə ölçülməlidir və riyazi ortalama götürməlidir. |
Bu düzgün deyil” , - deyə o vurğulayıb. |
Həkim izah etdi ki, təzyiqi ölçən zaman qoldakı damarlar daralır. |
Nəticədə, bütün sonrakı ölçmələr reallıqdan daha yüksək təzyiq göstərir. |
Xuxrevin sözlərinə görə, eyni qolda növbəti ölçmə üçün ən azı yarım saat vaxt keçməlidir, bu zaman nəticə dəqiq olacaq. |
Xatırladaq ki, bundan əvvəl kakaonun təzyiqə möcüzəvi təsiri barədə xəbər vermişdik. |
Belə ki, bu məhsul təzyiq yuxarı olanda aşağı salır, normal olanda isə təsir eləmir. |
Bir ay əvvəl yanğın baş verən Respublika Perinatal Mərkəzi təmirə bağlanıb. |
Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənib. |
Bizim.media əməkdaşı hadisə yerində olub və binanın fotolarını çəkib. |
Öyrənib ki, binada təmir işlərinə təxminən 10 gündən artıqdır ki, başlanılıb. |
Yanğının baş verdiyi yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatada da təmir işləri davam edir. |
Təmirin nə vaxt yekunlaşacağı və əvvəlki fəaliyyətin bərpa olunacağı tarix bəlli deyil. |
Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər. |
Qeyd edək ki, Respublika Perinatal Mərkəzinin tibb personalı paytaxtda fəaliyyət göstərən bir neçə ginekoloji mərkəz və ya klinikalara köçürülüb. |
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. |
Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib. |
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. |
Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya Şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri Şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarı ilə ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. |
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.