Search is not available for this dataset
text
stringlengths
10
518k
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyeva isə həmin məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaql...
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan saytımızın sorğusuna cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.
Rusiyanın “Rosfinmonitoring” şirkəti “Meta”nın mətbuat katibi Endi Stounu ekstremistlər və terrorçular siyahısına əlavə edib.
Rusiya Federasiyasının mövcud qanunvericiliyinə əsasən, banklar bu reyestrə daxil edilmiş şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırırlar.
Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist təşkilat kimi qəbul edilib və fəaliyyəti qadağan edilib.
Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Oxu.Az-a bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır.
Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.
İranın Kərəc şəhərinin mərkəzi həbsxanasında Həmid Xosrəvi adlı məhbus intihar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Mərkəzinə istinadla xəbər verib.
Məlumata görə, məhbus həbsxana şəraiti və nəzarətçilərin basqılarına etiraz olaraq həddindən artıq metadon qəbul edərək canına qəsd edib.
Həbsxana rəhbərliyi baş verənlərlə bağlı açıqlama verməyib.
Xatırladaq ki, bundan əvvəl Urmiya şəhər mərkəzi həbsxanasında barmaqlarının kəsilməsi cəzasına məhkum edilən Əmir Şahbazi adlı məhbus intihar etmişdi.
ABŞ və Britaniya digər G7 ölkələrini Ukrayna üzrə “xüsusi elçi” vəzifəsini təsis etməyə çağırır.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən məlumat verilib.
Məlumata görə, ehtimal edilir ki, bu şəxsin Ukrayna Prezidenti Volodimir Zelenskiyə daimi çıxışı olacaq.
O, həmçinin Ukrayna rəhbərliyinin ABŞ və Britaniya ilə razılaşdırılmayan addımlarını blok etməli olacaq.
Cənab “X” roluna isə Qərb NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqi təyin edə bilər.
Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə və eyni zamanda Xankəndi şəhərinə komendant təyin edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
İşğaldan azad edilən ərazilərin radiasiyadan təmizlənməsində azərbaycanlı alimlərin və mühəndislərin hazırladığı xüsusi detektorların quraşdırıldığı avtomobildən istifadə olunur.
Bu barədə reportaj AzTV-nin “Telesəhər” verilişində yayımlanıb.
Qeyd edilib ki, radiasiya aktivliyini müəyyən etmək üçün avtomobilə dörd ədəd detektor quraşdırılıb.
Onlardan ikisi qamma şüalanmanı, digərləri isə neytron şüalanmanı ölçmək üçündür.
Bu gün mətbuatda “Eyyub Yaqubovun “kişilər günü” ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərə Xalq artisti Eyyub Yaqubov açıqlama verib.
Azxeber.com xəbər verir ki, xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib.
O, 23 fevralın adi bir gün olduğunu xatırladaraq, yazılanları təkzib edib:""“Əziz izləyicilərim!
Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm.
İlk olaraq bildirim ki, mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur.
Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm.
Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır.
44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür.
Qeyd edək ki, Xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən qaldırılıb.
Əfqanıstan və ABŞ Quantanamoda saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin “Taliban” tərəfindən əsir götürülmüş amerikalı Rayan Korbetlə dəyişdirilməsi barədə razılığa gəlib.
Məlumata görə, Qətərdə bir neçə aylıq danışıqlardan sonra tərəflər bin Ladenin keçmiş köməkçisini 2022-ci ilin avqustunda casusluqda şübhəli bilinərək “Taliban” tərəfindən saxlanılan amerikalı QHT əməkdaşı ilə dəyişməyə razılaşıblar.
Bildirilir ki, razılaşma daha bir əfqanın ABŞ həbsxanasından azad edilməsini nəzərdə tuta bilər.
Xatırladaq ki, Əl-Əfqani 2007-ci ildə Pakistanın şimal-şərqindəki Lahor şəhərində avtobusa minərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
2008-ci ildə o, ABŞ-yə təhvil verilib.
Hər il fevral ayının 14-ü Azərbaycanda və bütün dünyada sevgililər günü kimi qeyd olunur.
Bu gözəl gündə sevgililər və evli cütlüklər bir-birinə müxtəlif hədiyyələr alaraq, öz sevgilərini nümayiş etdirirlər.
Adətən hər il sevgililər günü ilə əlaqədar gül satışı mağazalarında hərəkətlilik müşahidə olunur.
Bununla bağlı olaraq müxtəlif gül buketlərinin qiymətlərində artımlar nəzərə çarpır.
Yenisabah.az hazırda hədiyyəlik gül buketlərinin qiymətləri ilə bağlı vəziyyəti öyrənmək üçün bir neçə mağaza ilə əlaqə saxlayıb.
Gül mağazalarından birinin sahibi Yusif Fərəcov hazırda gül buketlərinin qiymətlərində 10-15 manat bahalaşmanın olduğunu deyib.
“Buketlərimizin qiyməti 40-45 manatdan başlayır və 150 manata qədər davam edir.
Qiymət buketin həcmindən, güllərin sayından və rənglərdən asılı olaraq dəyişir.
Ümumi götürsək, hər buketdə 10-15 manat bahalaşma var.
Sifarişlərimiz o qədər çoxdur ki, ancaq öncədən sifariş etmək lazımdır”.
Digər bir gül mağazasında da eyni vəziyyət müşahidə olunur.
Mağazanın satıcısının dediyinə görə, güllərin qiymətində 10-20 manata qədər bahalaşma var:""“Hazırda ən ucuz buketimiz 50 manatdır.
Sevgililər gününə görə hər buketdə 10-20 manat arası bahalaşma var.
Bu isə gülləri aldığımız yerlərin qiymətləri bahalaşdırması ilə bağlıdır.
İstər-istəməz qiymətlərə təsir edir.
Ən bahalı buketlərimiz 150-200 manatdır.
14 fevralla bağlı sifarişlərimiz isə olduqca çoxdur”.
Gül satışı ilə məşğul olan məşhur mağazalar şəbəkələrindən birində isə 101 qızılgülün qiyməti 500 manat, 201 qızılgül isə 700 manata təklif olunur.
Əlavə olaraq qarışıq buketlərin ən ucuzu 45 manat, ən bahası 400 manatdır.
Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.
19:05"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
İdarədən bildirilib ki, dumanlı hava şəraiti hərəkət iştirakçılarının, nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin ol...
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havada yola çıxarkən diqqətli olmalıdırlar.
Qeyd edək ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
18:42"Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Eyni zamanda bütün məlumat sürət tablolarında “Dumanlı hava” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçiriləcəyini qeyd edib.
İndiyədək hər biri beş vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.
Donald Tramp ABŞ Prezidenti seçkisində qalib gələrsə, 1798-ci il qanunu əsasında və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə milyonlarla qeyri-qanuni miqrantı ölkədən deportasiya etmək istəyir.
Məluumata görə, o, Ağ Evə gələn kimi immiqrasiya xidməti, Federal Təhqiqatlar Bürosu (FBI), Narkotiklərlə Mübarizə İdarəsi, federal prokurorlar, Milli Qvardiya və yerli polisi qanunsuz mühacirlərin deportasiyası üçün səfərbər etmək niyyətindədir.
Bildirilir ki, hərbçilər deportasiyanı gözləyənləri saxlamaq üçün sərhəddə xüsusi mərkəzlər tikəcəklər.
Eyni zamanda, prosedurun özü sadələşdiriləcək.
Xatırladaq ki, Donald Tramp 2024-cü il seçki kampaniyası zamanı anti-immiqrant ritorikasını gücləndirərək, yenidən seçiləcəyi təqdirdə deportasiyalar həyata keçirəcəyini vəd edib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar - 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il t...
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
20:04"Yevlaxda yol-nəqliyyat hadisəsi olub, ikisi uşaq olmaqla yeddi nəfər xəsarət alıb.
Hadisə zamanı Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 1987-ci il təvəllüdlü Nərmin Səfərova, 1953-cü il təvəllüdlü Rahilə Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Qənbərov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, onun bacısı, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və daha bir nəfər xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Braziliya Qayana ilə sərhədə əlavə iki min hərbçi göndərəcək.
“Sərhəddəki vəziyyət bizi strateji planda nəzərdə tutulan bəzi dəyişiklikləri daha tez həyata keçirməyə məcbur edir”, - ölkə hökumətinin açıqlamasında deyilir.
Bildirilir ki, son aylarda Qayana ilə həmsərhəd Rorayma ştatında motoatıcı, zirehli texnika və artilleriya qüvvələrinin sayı demək olar ki, üç dəfə artırılıb.
Xatırladaq ki, hazırda Venesuela Qayananın Essekibo vilayətinə iddia edir və bu fonda bölgədə vəziyyət bir qədər gərginləşib.
Azərbaycanlı səyyah, tanınmış jurnalist Azər Qərib ulu öndər H.Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusunun üzərində çalışır.
Azər Qəribin birinci səfəri ulu öndər Heydər Əliyevin 1997-ci ildə səyahət etdiyi İtaliyaya həsr olunub.
Bu maraqlı layihə ümummilli liderin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.
Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.
İkinci filmdə ulu öndərin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarından bəhs olunur.