Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Beləliklə, erməni tərəfinin təxribatı onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. |
Baş verənlər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir. |
Görünür, Ermənistan nə 2020-ci ildəki 44 günlük müharibədən, nə də 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirlərindən dərs çıxarmaq istəmir. |
Başqa sözlə, Ermənistandakı revanşist qüvvələrin başı “dəmir yumruq” üçün darıxıb...""Rəsmi İrəvan bir məsələni də unudur ki, Azərbaycan bir əsgərinin belə burnunun qanamasını cavabsız qoymur. |
Belə ki, hərbçimizin yaralanmasından sonra, daha dəqiq desək, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirib. |
Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. |
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. |
Bir daha bəyan edilib ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. |
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. |
Litvada kazinoda başqasının 27 milyon avrosunu (49,5 milyon manat) uduzan biznesmen saxlanılıb. |
Bu barədə Vilnüs Şəhər Dairə Məhkəməsi məlumat yayıb. |
Bildirilir ki, Şarunas Stepukonis adlı biznesmen Estoniyada qeydiyyatda olan “BaltCap” investisiya şirkətinin fondunda tərəfdaş olub. |
O, işlədiyi şirkətdən 27 milyon avro mənimsəyib və xərcləyib. |
Bildirilir ki, 2023-cü ilin oktyabrında “BaltCap” Şarunas Stepukonis tərəfindən idarə olunan infrastruktur fondu şirkətlərində şübhəli əməliyyatlar görüb. |
Bundan bir ay sonra - noyabr ayında “BaltCap” Stepukonis ilə müqaviləyə xitam verib və yoxlamalara başlayıb, biznesmenin rəhbərlik etdiyi departamentin maliyyə idarəçiliyində pozuntular aşkar etdikdən sonra isə hüquq-mühafizə orqanlarına müraciət edib. |
Stepukonis bundan sonra xaricə gedib, Litva polisi isə onu axtarışa verib. |
Ancaq ötən həftə Stepukonis ölkəyə qayıdıb və Litva hökumətinə təslim olub. |
O, məhkəmənin qərarı ilə iki həftə müddətinə həbs edilib. |
Əvvəllər işlədilən “sonsuz ailə” ifadəsi tibbin inkişafı sayəsində köhnəlib. |
Son illərdə təbii yolla və ya müalicə ilə övlad sahibi olmayanlar süni mayalanmanın köməyi ilə valideyn ola bilirlər. |
Dünyada ilk dəfə 1978-ci ildə tətbiq edilən süni mayalanmadan Azərbaycanda 2004-cü ildən istifadə edilir. |
Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlərin köməyinə yetir. |
Lakin bunun müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də mövcuddur. |
Orqanizmdə yarana biləcək riskdən əlavə, problemlərdən biri də donorlarla bağlıdır. |
Qanunvericiliyə görə, ər və arvad donor haqqında məlumatlı olmalıdırlar. |
Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. |
Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. |
Ər və arvad süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdirlər və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. |
Lakin bəzi məhkəmə işlərindən aydın olub ki, bəzən qadınlar süni mayalanma zamanı donorun köməyindən istifadəni ərlərindən gizlədiblər. |
Nəticədə doğulan körpənin atası süni mayalanma zamanı özünün donor olduğunu zənn edib. |
Amma hər ikisinin razılığı ilə donordan istifadə qanunidir. |
Bəs bu nə ilə nəticələnə bilər? |
Ümumiyyətlə, bir nəfərin bir neçə şəxsə donorluluğu hansı problemlər yarada bilər? |
Süni mayalanmanın müsbət və mənfi tərəfləri nələrdir? |
Mövzu ilə bağlı Bizim.media-ya danışan ginekoloq Rəşad Sultan deyib ki, ailənin məlumatlandırılmaması tibbi etikanın və hüququn ciddi şəkildə pozuntusudur:""“Donorun spermatozoidi və ya donorun yumurtahüceyrəsindən istifadə imkanları var. |
Yəni heç spermatozoid, heç yumurtahüceyrəsi olmayan cütlüklərdə də biz donor yardımından istifadə edirik. |
Bunun sayəsində də ümidsiz ailələr uşaq sahibi ola bilirlər. |
Tibdə ən xırda müalicə haqqında belə, insan məlumatlandırılıb, sonra müalicəyə başlanılmalıdır. |
Bəzilərinə elə gəlir ki, süni mayalanmada ailənin icazəsi olmadan başqasının yumurtasından və spermatozoidindən istifadə edilir. |
Tam tərsi, yəni cütlük özü xahiş edir ki, mənə donor yardımı olunsun və bunun üçün əlavə xeyli miqdarda ödəniş edirlər”. |
Həkim süni mayalanmanın müsbət və mənfi tərəflərinə toxunub:""“Süni mayalanma bir sıra ümidsiz xəstəliklərə, problemlərə rəğmən, ailələrə uşaq sahibi olmağa imkan verir. |
Yəni borular bağlıdırsa, kişidə spermatozoid tək-tükdürsə və ya sıfırdırsa, başqa üsulla hamilə qala bilməyəcək ailələrə övlad sahibi olmağa imkan verir. |
Eyni zamanda, bir problemi olmayıb, uzun illər müalicə olunub, fayda görməyən cütlüklərə də faydalı olur. |
40 ildir, bunun sayəsində bir çox ailə övlad sahibi olub. |
Süni mayalanma dərmanların vasitəsilə yumurta yetişdirilməsi, dərman müalicəsi və cərrahi müdaxilə, yəni yumurta toplama hissəsindən ibarətdir. |
Hər bir hissənin özünəməxsus riskləri və ola biləcək fəsadları mümkündür. |
Dərman müalicəsi zamanı yüksək təsirdən hiperstimulyasiya adlı ağır, ölümə gətirib çıxara bilən ağırlaşma ola bilir. |
Müdaxilə zamanı isə qanaxma və infeksiya ehtimalı mümkündür. |
Süni mayalanma hamiləliyində çoxdöllü hamiləlik ehtimalı 30 faiz civarındadır ki, bu özü də riskli hamiləlik sayılır”. |
Britaniyanın “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi Norveçdə keçirilən “Steadfast Defender” (“Dayanıqlı müdafiəçi”) hərbi təlimlərinə yola düşüb. |
Bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib. |
Portsmut limanından yola çıxan “HMS Prince of Wales” nasazlıq səbəbindən təlimdə iştirak edə bilməyən “HMS Queen Elizabeth” döyüş gəmisini əvəz edəcək. |
Gəmi “F-35B Lightning” qırıcıları, “Merlin Mk2” sualtı qayıq əleyhinə helikopterlər, “Wildcat” döyüş helikopterləri ilə silahlanıb. |
Qeyd edək ki, “Steadfast Defender” hərbi təlimlərində NATO-nun 31 ölkəsindən 90 mindən çox bütün hərbi qolların nümayəndəsi iştirak edəcək. |
Təlimlərə, həmçinin hələ NATO-ya daxil olmayan İsveç də qatılacaq. |
Xatırladaq ki, Şimali Atlantika Alyansı son onilliklərin ən böyük təliminə başlayır və sonuncu dəfə bu miqyasda təlim 1988-ci ildə baş tutub. |
NATO-nun “Steadfast Defender” təlimi soyuq müharibədən bu yana keçirilən ən böyük təlimdir. |
Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri boyunca 90 minlik ordu toplanacaq. |
31 ölkədən olan ordu Rusiyanın hücumunun dəf edilməsi ssenarisi üzərində çalışacaq. |
Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. |
Son illər bir çox vətəndaşlarımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verirlər. |
Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi praktikada mümkündürmü? |
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sığorta şirkətləri heç bir halda çıxarışı olmayan evləri sığorta etmirlər:""“Birinci onu qeyd etmək lazımdır ki, vətəndaşın sənədsiz ev və torpaq sahələrini alması və yaxud təyinatı başqa növ kateqoriyalı olan fərdi yaşayış evləri və torpaq... |
Nəticə etibarı ilə bu gün vətəndaşlar evlərinin qanuni çıxarışlarının olmaması səbəbindən daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirə bilmirlər. |
Sığorta şirkətlərinin bu növə aid olan daşınmaz əmlakları sığorta etməkdən imtina etməsi də qanuni və əsaslıdır. |
Çünki icbari sığorta haqqında qanunvericiliyin tələblərindən biri odur ki, mütləq şəkildə daşınmaz əmlak müvafiq dövlət qeydiyyatına alınmalıdır. |
Qeyd edim ki, çıxarışı olmayan evlərin və torpaqların sığortası mümkünsüzdür. |
Çünki sığorta şirkətləri mütləq qaydada çıxarışı olan fərdi yaşayış evlərini sığorta etmək barədə qanunvericiliyin tələblərini icra etmək məcburiyyətindədirlər”. |
Hüquqşünas fərdi yaşayış evlərinin sığorta edilməsi üçün mütləq şəkildə çıxarış alınmalı olduğunu diqqətə çatdırıb. |
“O cümlədən neft ərazisi, kənd təsərrüfatı təyinatlı torpaq, sahibkarlıq və sənaye təyinatı torpaqlarda tikilən evlərin sənədləşdirilməsi ciddi problemdir. |
Bununla bağlı ilkin olaraq ərazidə yaşayan vətəndaşların müvafiq icra hakimiyyəti qurumuna müraciət etməsi tələb olunur. |
Bundan sonra Nazirlər Kabinetinin müvafiq qərarı və sərəncamı əsasında əhalinin kütləvi halda məskunlaşdığı ərazinin torpağının təyinatı dəyişdirilir. |
Sonra isə vətəndaşların tikmiş olduğu fərdi yaşayış evlərinin sənədləşməsinə başlanıla bilər və sənədləşmədən sonra vətəndaşlar mənzillərini, fərdi yaşayış evlərini sığorta etdirə bilərlər”. |
Azərbaycan Ali Məhkəməsinin yaradılmasından 101 il ötür. |
Oxu.Az xatırladır ki, Ali Məhkəmənin yaradılması haqqında 1923-cü il fevral ayının 13-də qərar qəbul edilib və qurum mart ayının 1-dən fəaliyyətə başlayıb. |
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul olunub. |
Azərbaycan SSR MİK Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul edib. |
Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyənləşib. |
Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır. |
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. |
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. |
Ali Məhkəmə paytaxt Bakıda təşkil edilib, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. |
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:"""Hörmətli İlham Heydər oğlu. |
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. |
Səsvermənin nəticələri Azərbaycanın qarşısında xidmətlərinizin təsdiqinin, əhalinin rifahının yüksəlməsinə, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza birmənalı dəstəyin əyani sübutudur. |
Rusiya ilə Azərbaycan arasında geniş əməkdaşlığın inkişafına Sizin şəxsi töhfəniz çox böyük əhəmiyyət kəsb edir. |
Əminəm ki, müttəfiqlik qarşılıqlı əlaqələrinin gələcəkdə də hərtərəfli genişləndirilməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. |
Hörmətli İlham Heydər oğlu, Sizə yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm. |
20:36"Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:"""Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. |
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram". |
20:21"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:"""Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam. |
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram". |
20:07"Dünya Turizm Təşkilatının Baş katibi Zurab Polokilaşvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Zati-aliləri. |
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. |
Bu nəticə Azərbaycan xalqının Sizin liderliyinizə və ölkənizlə bağlı strategiyanıza olan inamını və etimadını nümayiş etdirir. |
Sizin rəhbərliyinizlə Azərbaycan müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində mühüm nailiyyətlər əldə etmiş və bu nailiyyətlər ölkənin inkişafına töhfə vermişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.