Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sizin iqtisadi inkişafa yüksək diqqətiniz, mədəni müxtəlifliyin təşviqinə və dayanıqlı turizmin inkişafına sadiqliyiniz BMT-nin Dünya Turizm Təşkilatının müdafiə etdiyi məqsəd və dəyərlərlə harmonik şəkildə uyğundur. |
Mən bu təşkilatın Baş katibi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da beynəlxalq turizmə töhfə verəcəkdir. |
Biz Azərbaycanla əməkdaşlığımızı daha da möhkəmləndirməyə ümidvarıq və Sizin həm yerli icmaların, həm də daha geniş beynəlxalq turizm sektorunun faydalana biləcəyi turizm sahəsinin inkişafı, eləcə də davamlı və məsuliyyətli turizmin təşviqi istiqamətində fəaliyyətinizə dəstək verməyə hazırıq. |
Sizin liderliyinizin Azərbaycanın daha da inkişafına töhfə verməkdə davam edəcəyinə əmin olduğumu bildirirəm. |
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, uğurlar və firavanlıq arzulayıram. |
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
19:48"Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli İlham Heydər oğlu. |
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. |
Seçkilərdə qazandığınız inamlı qələbə ümumxalq etimadının və Azərbaycan dövlətinin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafına, ölkənizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, regional və qlobal təhlükəsizliyin təminatına yönələn kursun parlaq sübutudur. |
Qırğızıstanla Azərbaycanı çoxəsrlik sıx dostluq telləri bağlayır. |
Bizim dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. |
Biz Qırğızıstan-Azərbaycan hərtərəfli əməkdaşlığının genişlənməsinə Sizin şəxsi töhfənizi yüksək dəyərləndiririk. |
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə birgə səylərimiz bundan sonra da qardaş xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhə, təhlükəsizliyə və tərəqqiyə kömək edəcək. |
Möhtərəm Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar və nailiyyətlər, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edim”. |
17:58"Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Vyetnam Sosialist Respublikasının dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim. |
Vyetnam Sizin rəhbərliyinizlə ölkənin quruculuq və inkişafı işində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri maraqla izləyir və buna görə sevinir. |
Tam əminəm ki, Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək, inkişaf edəcək və bu, iki xalqın istəklərinə və maraqlarına cavab verəcək. |
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə çoxlu qələbələr arzulayıram”. |
17:50"Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Sizə etimadının bir daha təsdiqi münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunuq. |
Bəhreyn Krallığı ilə Azərbaycan Respublikası arasında bizim də diqqət verdiyimiz və yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin təşəkkürümüzü ifadə edirik. |
Ölkələrimizin və xalqlarımızın maraqları naminə bu münasibətləri bütün sahələrdə inkişaf etdirmək istiqamətində Zati-alinizlə işləməyə ümid edirik. |
Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. |
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”. |
17:33"Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu şərəfli, həmçinin məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram. |
Ümidvaram ki, Polşa ilə Azərbaycan arasında uzunmüddətli dostluq və məhsuldar əməkdaşlıq bundan sonra da dinamik inkişaf edərək həm dövlətlərimizə, həm də xalqlarımıza nəzərəçarpacaq faydalar gətirəcəkdir. |
Həmçinin ümid edirəm ki, ölkələrimiz arasında intensiv siyasi dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlər xüsusən də iqtisadi sahədə birgə layihələrin və öhdəliklərin həyata keçirilməsi yolu ilə davamlı şəkildə inkişaf etdiriləcəkdir. |
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin yeni əməkdaşlıq Sazişi çərçivəsində daha da dərinləşəcəyinə və bunun ikitərəfli sahədə də nəzərəçarpacaq faydalar gətirəcəyinə ümidvaram. |
Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz. |
Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm. |
Cənab Prezident, Sizə cansağlığı, Azərbaycan Respublikasının möhkəmlənməsi və onun bütün vətəndaşlarının firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”. |
16:07"Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. |
Fürsətdən istifadə edərək dost ölkələrimizi birləşdirən sıx əlaqələrdən məmnunluğumuzu ifadə edirəm. |
Bu əlaqələrin ölkələrimizin ortaq mənafeyi naminə daha da inkişaf etdirilməsi və gücləndirilməsinə olan əzmimizi bir daha vurğulayıram. |
Zati-aliləri, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasına və xalqına davamlı inkişaf və tərəqqi arzulayıram. |
Dərin hörmət və ehtiramımı qəbul edin”. |
14:19"Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Zati-aliləri, cənab Prezident. |
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. |
İlk dəfə olaraq seçkinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir. |
Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir. |
Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm”. |
12:53"Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq. |
Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. |
Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq. |
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm. |
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”. |
11:27"Fevralın 13-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. |
AZƏRTAC xəbər verir ki, Maya Sandu İlham Əliyevi prezident seçkisində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. |
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. |
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. |
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır. |
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. |
Peyvəndləməni AQTA Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirir. |
Bu gün başlayan peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilir. |
Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop” oral suspenziyası səpələnir. |
Ümumilikdə fevralın 15-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. |
Normaya əsasən, meşə zolaqlarında hər 1 kvadrat kilometr əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. |
Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. |
Bu ayın sonunadək Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmənin həyata keçirilməsi nəzərdə tutulub. |
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. |
Aldadıcı yem tamamilə təhlükəsizdir. |
Əgər hər hansı bir ev heyvanı və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır. |
Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. |
Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub-saxlanılmasını təmin edir. |
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. |
Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. |
Həmçinin, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. |
Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb. |
Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. |
Bildirilib ki, “Azərmemarlayihə” Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidənqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb. |
Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb. |
Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərinin layihələndirmə işlərini... |
Ermənistan ancaq müharibə barədə düşünür, sülhdən yayınır. |
O bildirib ki, son hadisələr İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir:“Ermənistan rəhbərliyinin sülhlə bağlı dedikləri sadəcə ictimaiyyətə hesablanmış açıqlamalardır və görünür, real mövqeni əks etdirmir. |
Ona görə də, sülh sazişinin imzalanması uzanır. |
Qarşı tərəf şərti sərhəddə vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. |
Məqsəd regionda davamlı sülhün qarşısını almaqdır”. |
Ekspert söyləyib ki, ermənilərin sərhəd təxribatları həm regional sülhü sual altında qoyur, həm də beynəlxalq hüquqa hörmətsizliyi nümayiş etdirir:“Əlbəttə, bu, Ermənistanın məqsədyönlü təxribatı idi. |
Bunu sübut edən konkret faktlar var. |
Yayılan videogörüntülərdən aydın olur ki, bu təxribatlar əvvəlcədən hazırlanıb. |
Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. |
Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin də iştirakı ilə Azərbaycana qarşı təxribat törədib. |
Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin özfəaliyyəti kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır”. |
Ehtiyatda olan polkovnik bu məsələdə üçüncü güclərin, o cümlədən ABŞ və Fransanın rolu barədə də danışıb:“Vaşinqton və Parisin İrəvana verdiyi dəstək bu dövləti revanşist cəhdlərə həvəsləndirir. |
Həmçinin Hindistan və Fransa kimi dövlətlər sürətlə Ermənistanı silahlandırırlar. |
Əlbəttə, bu, sülhə töhfə deyil, əksinə, revanşa təhrik etməkdir. |
Görünür, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və havadarları bu məsələdə ona lazımi dəstəyi göstərirlər. |
Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, Azərbaycana qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. |
ABŞ-nin Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. |
Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyirlər”. |
Hərbi ekspertin fikrincə, Azərbaycan sərhədçisinə qarşı təxribatın Zəngilanda - İranla sərhədin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibənin miqyasını genişləndirmək planlarından xəbər verir:“Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçə... |
Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. |
Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. |
Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.