Search is not available for this dataset
text
stringlengths
10
518k
C.Xəlilov qeyd edib ki, sözügedən sabotaj cəhdi Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl diplomatiyası”nın lazımsız və təhlükəli olduğunu təsdiqləyir:“Bir müddətdir ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar müntəzəm o...
Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin yaranmasına xidmət edir və bundan narahat olmağa dəyməz.
Amma dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanması qədər təhlükəlidir.
Belə hadisələr regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir.
Hər kəs - həm Ermənistan, həm də ona dəstək verənlər, İrəvan vasitəsilə öz maraqlarını təmin etməyə çalışanlar bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir.
Əlbəttə, təxribatların qarşısı lazımi formada alınacaq”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqaməti...
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Hindistanda etiraz aksiyası keçirən fermerlər Haryana və Pəncab ştatlarının sərhədində estakadanı zəbt edib orada quraşdırılmış səs izolyasiya baryerlərini dağıdıblar.
Bununla bağlı yayılan görüntülərdə nümayişçilərin bir neçə səs izolyasiya baryerini çıxarıb körpüdən atdıqları öz əksini tapıb.
Polis etirazçıları sakitləşdirmək üçün su şırnaqlarından istifadə edib.
Daha əvvəl isə Haryana və Pəncab sərhədində yerləşən Şambxu kəndi yaxınlığında fermerlərin etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb.
Bu, etirazçıların yürüş marşrutu boyunca quraşdırılmış barrikadaları, o cümlədən beton barrikadaları yıxmasından sonra baş verib.
Etirazçılar həmçinin fermalardan birinin hasarını sındırıb və əraziyə daxil olublar.
Məhsullar üzrə onlara minimum qiymət zəmanətinin verilməsinə imkan verən qanunun qəbul edilməsi ilə yanaşı etirazçılar həmçinin fermerlərə pensiyaların verilməsini, fermer təsərrüfatlarının borcdan azad edilməsini tələb edirlər.
Mənbə:ANI"13:48"Avropanı cənginə alan fermerlərin etiraz aksiyaları Hindistanda da baş qaldırıb.
Ölkədə yerli həmkarlar ittifaqları kənd təsərrüfatı məhsullarının minimum qiymətini və bu məhsulların hökumət tərəfindən zəmanətli şəkildə alışını təmin edən qanunun qəbul olunmasında israr edirlər.
Fermerlər ölkənin paytaxtına yürüş etmək niyyətindədirlər.
Hətta Haryana və Uttar-Pradeş ştatları ilə sərhədlərdə barrikadalar quraşdırılıb.
Etiraz aksiyalarının birində polis gözyaşardıcı qazdan belə istifadə edib.
Xatırladaq, daha əvvəl Polşa, İspaniya, İtaliya, Almaniya, Fransa, Bolqarıstan kimi ölkələrdə kütləvi şəkildə fermerlərin etiraz aksiyaları baş tutub.
Ötən gün Azərbaycanın Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.
Məlumatı Ermənistan mətbuatı yayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.
Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə - “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır.
Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir.
“Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər.
Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.
“Yeni dəyişikliklər və güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib.
“Belə ki, neft mədənlərində, onun saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə ...
Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır.
Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir.
Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yenilənməsi də vacibdir.
Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur.
Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı.
Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”, - deyə deputat qeyd edib.
Dünya ekspert birliyi növbəti dəfə planetdə artıq alovlanan və ya tezliklə alovlana biləcək çoxsaylı münaqişələrdən birində nüvə silahından istifadə imkanlarının aktiv müzakirəsinə başlayıb.
Bu ehtimalı hətta süni intellektin istifadəsi ilə müxtəlif münaqişə vəziyyətlərinin hərbi simulyasiyaları da təsdiqləyir.
Araşdırmalar göstərib ki, süni intellekt nüvə silahından istifadə etməyə meyillidir.
Bundan əlavə, “Qiyamət saatı layihəsi”ni aparan Çikaqo Universitetinin “Atom alimləri bülleteni”nin təhlükəsizlik və elm şurasının alimləri dünyanı qlobal fəlakətə sürükləyən uğursuz tendensiyalar səbəbi ilə simvolik “qiyamət saatı”nın əqrəblərini “nüvə gecəyarısı”ndan 90 saniyə əvvəldə dayandırıblar.
Ekspertlər bildirirlər ki, İran tezliklə nüvə bombaları əldə edə bilər, Varşava ABŞ-nin Polşada kütləvi qırğın silahlarını yerləşdirməsini istəyir, ABŞ-nin özü də nüvə silahını Britaniya ərazisində yerləşdirməyi planlaşdırır (o, 2008-ci ildə çıxardılıb).
Nüvə silahından istifadə təhlükəsi nə dərəcədə realdır?
Oxu.Az bu sualı ABŞ-li politoloq, “Radio RUSA”nın icmalçısı Kirill Zadova ünvanlayıb:""- Düşünmürəm ki, bu cür söhbətlər real təhlükədən xəbər verir.
Başlayaq İrandan, ola bilsin ki, iki həftə ərzində “naqil qutusu”nu istehsal etməyə hazır olsun.
Amma bu o demək deyil ki, İran bu “qutu”nu sınaqdan keçirəcək.
Bir neçə mərhələ var:Əvvəlcə “naqil qutusu” lazımdır.
İkincisi, bir ildən sonra bomba peyda olacaq.
Üçüncüsü, daha bir ildən sonra bomba əsasında döyüş başlığı yaradılacaq.
Bütün bu mərhələlərdə ölkə kənardan hücuma məruz qalır, lakin cavab verə bilmir.
Əgər İran İslam Respublikası (İİR) buna baxmayaraq, bomba hazırlamaq qərarına gəlsə və sınaq keçirsə, onu gizlətmək mümkün olmayacaq.
Bundan sonra İran həm ənənəvi, həm də qeyri-ənənəvi zərbələrə qarşı həssas olacaq.
Özü isə daha iki il qeyri-ənənəvi zərbə ilə cavab verə bilməyəcək.
Klassik bir nümunə götürək - Şimali Koreya.
Onlar 2004-cü ildə ilk yeraltı nüvə partlayışını həyata keçirdilər və yalnız iki-üç ildən sonra nüvə zərbəsi vurmaq imkanını qazandılar.
Bu gün İrana nüvə silahı istehsal edə biləcəyini göstərmək faydalıdır, amma əslində, buna ehtiyac yoxdur, çünki sınaqlardan sonra İran çox həssas olacaq.
- Bəs niyə Şimali Koreyada uğurlu oldu, amma İranda alınmaya bilər?
- Məsələ burasındadır ki, Şimali Koreyada nüvə silahının istehsalı və sınaqları zamanı ABŞ iki hərbi münaqişədə - Əfqanıstan və İraqda iştirak edib.
ABŞ-nin hərbi doktrinasına görə, Birləşmiş Ştatlar eyni vaxtda ikidən artıq hərbi münaqişədə iştirak edə bilməz.
Prezident Corc Buş (kiçik - red.)
Şimali Koreyaya dərhal qabaqlayıcı zərbə endirə bilməyəcəyi vəziyyətə düşdü.
Bu gün İranda belə bir konyunktur yoxdur.
ABŞ bölgəyə iki təyyarədaşıyan qrup göndərib, İranın proksi qüvvələrinə zərbələr endirilir və ola bilsin ki, müəyyən mərhələdə İran ərazisinə də zərbələr endirilsin.
Nüvə silahlarının istifadə oluna biləcəyi yeganə məkan indi başqa yerdədir.
Mən Şərqi Avropanı nəzərdə tuturam.
Birdən Moskva hiss etsə ki, şərti qələbə üçün heç bir imkan yoxdur, Ukrayna Kremlin nöqteyi-nəzərindən düşmən hərbi blokunun tramplininə çevrilə bilər və bu, ciddi təhlükə kimi qəbul edilərsə, o zaman bu cür silahlardan istifadə edə bilər.
Ancaq bu, qiyamət günü mənzərəsini yaratmayacaq, çünki nəzəri olaraq yerli taktiki nüvə silahlarından istifadə edilə bilər.
Bu isə dünya müharibəsinin başlamasına səbəb ola bilməz.
- ABŞ yenidən Böyük Britaniyada nüvə silahı yerləşdirir, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bəyan edir ki, dünya nüvə fəlakətinin astanasındadır.
Bu yaxınlarda isə məşhur rusiyalı ekspert, “Ali İqtisad Məktəbi” Milli Araşdırma Universitetinin professoru Dmitri Trenin mənimlə söhbətində nüvə silahının Avropada (bu, Ukrayna olmaya da bilər) tətbiqini nəzəri cəhətdən istisna etmədi.
- Avropada nüvə silahından istifadə ehtimalı NATO ilə Rusiya arasında birbaşa münaqişə olacağı təqdirdə mümkündür, amma mən bu variantı istisna edərdim.
Əgər Böyük Britaniya və ya Fransa imzalamış olduqları və ya imzalamağa hazırlaşdıqları (Kiyevlə - red.)
təhlükəsizlik müqavilələrinə əsasən Ukraynanı hərbi güclə dəstəkləməyə çalışsalar, o zaman Avropada müharibə başlaya bilər və istənilən halda bu, birbaşa münaqişəyə çevriləcək.
- Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən daha ətraflı danışaq.
İranyönümlü proksi qüvvələrin ABŞ və Qərbin obyektlərinə hücumları və ABŞ-nin cavab zərbələri böyük müharibəyə çevrilə bilərmi?
Bu, çox güman ki, hətta altı ay ərzində baş verəcək.
Mən ABŞ və İran arasında gərginliyin azaldılması mexanizmini görmürəm, sadəcə olaraq, gərginliyin artması, münasibətlərin davamlı şəkildə korlanması müşahidə olunur.
Bu isə ABŞ və İran arasında birbaşa hərbi toqquşmaya aparır.
Vaşinqtonda administrasiya nə qədər zəif olsa, bu müharibə bir o qədər tez baş verə bilər.
- Co Baydenin rəhbərlik etdiyi hazırkı administrasiyanı nəzərdə tutursunuz?
Donald Tramp gəlsə, daha güclü olacaqmı?
İsrail ərazisinin ilk dəfə atəşə tutulmasından və dünya gəmiçiliyinə hücumlardan sonra o, sadəcə olaraq, Yəmən husilərinə qarşı ağrılı bir əməliyyat keçirərdi.
Husi limanlarına, məsələn, Hodeyda və başqalarına hücumlar olacaqdı.
Yəməndə cəmi beş milyon husi var, ölkənin qalan əhalisi isə 15-20 milyondur.
Husilərin nəzarəti altında olan ərazi ilk növbədə məhv edilməli olan limanlar vasitəsilə təchizat alır.
O zaman hətta Yəmən əhalisinin qalan hissəsi, yəni əksəriyyəti husilərə qarşı çıxacaqdı.
Güclü ABŞ administrasiyası bunu edərdi.
Lakin Bayden administrasiyası ilə bağlı vəziyyət belə deyil.
- Yaxın Şərqdə hansı ölkələr böyük müharibəyə cəlb oluna bilər və bu, Azərbaycana təsir edə bilərmi?
- Hər şey Azərbaycanın bu müharibədə hansı rolu oynamaq istəməsindən asılıdır.
Amma Bakı neytral olub, münaqişədən uzaq qala bilər.
Axı Azərbaycan Respublikasını, məsələn, İsrailin tərəfində müharibəyə girməyə məcbur edən heç bir müqavilə yoxdur.
Mənə elə gəlir ki, Azərbaycanın neytral mövqeyi ölkənizin milli maraqlarına uyğun olardı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən ayrılan Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmirinə start verib.
Oxu.Az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, 11,5 kilometr uzunluğunda yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.