Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. |
Yolların eni 10 metrə qədər genişləndirilir. |
Hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülür. |
Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. |
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur. |
Layihə üzrə yolun “Xan arxı” kanalı üzərində körpünün cari təmiri də nəzərdə tutulub. |
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq. |
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. |
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. |
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb. |
Bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub. |
Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər. |
Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub. |
ABŞ-nin növbəti prezidenti Ukraynaya yardımı kəsməyə cəhd edərsə, impiçment elan oluna bilər. |
Bu barədə senator Cey Di Vensin “X” sosial şəbəkə hesabında dərc etdiyi sənəddən məlum olub. |
Siyasətçi paylaşımında bildirib ki, qanun layihələrindən birinin mətnində saatlı bomba gizlədilib və həmkarlarını bunun əleyhinə səs verməyə çağırıb. |
Amerikalı biznesmen İlon Mask da özünün sosial şəbəkə hesabından qanun layihəsini şərh edərək, bunu dəlilik adlandırıb. |
COP28-də əldə edilən nailiyyətlər COP29 və COP30-a qədər irəli aparılmalıdır. |
“Bu tərəfdaşlıq davamlılığı təmin etmək üçün misilsizdir”, - o vurğulayıb. |
Qeyd edək ki, cari ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. |
Speaking at the launch of the COP Presidencies Troika, COP28 President Dr.Sultan Al Jaber emphasized the importance of this partnership as a critical and unprecedented collaboration to maintain momentum, lock in continuity and anchor implementation, adding that the breakthroughs… pic.twitter.com/gAMtDsTkGl |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. |
Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari, Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər rəsmi şəxslər qarşılayıblar. |
Rəcəb Tayyib Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ticarət naziri Ömer Bolat müşayiət ed... |
Səfər çərçivəsində Ərdoğan “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu üzrə keçiriləcək Dünya Hökumətlər Zirvəsinə fəxri qonaq qismində qatılacaq. |
Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzlərini, media nümayəndələrini və iş adamlarını bir araya gətirəcək sammitdə Rəcəb Tayyib Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək. |
Türkiyə prezidentinin, həmçinin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və iştirakçı ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. |
Heydər Əliyev prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. |
Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. |
Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyir. |
Bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir. |
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. |
Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? |
Bəs, Jozep Borrelin, Dövlət Departamentinin, konqresmenlerin, irqçi fransız siyasətçilərinin, Hollandiyanın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır? |
Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. |
Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır. |
“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşıdır”. |
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxın dostu Ramiz Mirzəyev məlumat verib. |
R.Mirzəyev Cavanşir Quliyevin əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib. |
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. |
İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. |
Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub. |
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. |
Rusiyanın paytaxtı Moskvada Kuzya ləqəbli pişik 10 yaşlı oğlanın mənzilində baş verən yanğından xilas olmasına kömək edib. |
Qeyd olunur ki, beşmərtəbəli binanın mənzillərindən birində baş verib. |
İlkin məlumatlara görə, axşam saat beş radələrində otaqdakı tavan lampalarında qısaqapanma baş verib, nəticədə asma tavanın bir hissəsi dəhlizdəki divanın üzərinə uçub. |
Həmin vaxt o, otağında dərs oxuyub və yanğını hiss etməyib. |
Ev heyvanı məktəblinin yanına qaçaraq, yüksək səslə miyoldamağa başlayıb. |
Yalnız bundan sonra uşaq başqa otaqda yanğının baş verdiyini görüb. |
Uşaq pişiyi əlinə alaraq yanan mənzildən qaçıb, bundan sonra xilasediciləri çağırıb və qonşuları xəbərdar etməyə gedib. |
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər. |
Hazırda yanğının səbəbləri araşdırılır. |
Mənbə:“SHOT” “Telegram” kanalı |
İtaliyanın müdafiə naziri Quido Krozetto təcili olaraq Romada xəstəxanaya yerləşdirilib. |
Müdafiə naziri özü müstəqil şəkildə təcili yardım şöbəsinə müraciət edib və döş qəfəsində şiddətli ağrılar olduğunu bildirib. |
İlkin məlumatlara görə, Quido Krozettoya ürəyin xarici qişasının iltihabı - perikardit diaqnozu qoyulub. |
Anasını öldürməkdə ittiham olunan 16 yaşlı Z.M.-nin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. |
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. |
Hökmə əsasən, yeniyetmə müttəhim xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. |
Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz. |
Qeyd edək ki, hadisə ötən ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. |
İttihamda deyilir ki, 16 yaşlı Z.M.anası, 46 yaşlı Solmaz Mansurovaya 192 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. |
Təqsirləndirilən şəxs məktəbli olub. |
Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar ayına nisbətən 101,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7%, qeyri-qida məhsulları üzrə 101,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2% təşkil edib. |
Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. |
Məlumata görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,5% olub. |
O cümlədən, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 101,1% təşkil edib. |
Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatla... |
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. |
Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1% olub. |
Qeyri-qida məhsullarından artım əsasən qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, azalma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. |
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. |
Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 100% təşkil edib (qiymətlər sabit qalıb). |
“Kolumbiya hökuməti həbsxana işçilərinə qarşı hücumların artması ilə əlaqədar ölkənin penitensiar sistemində fövqəladə vəziyyət elan edib”. |
Bunu ölkənin ədliyyə və hüquq naziri Nestor Osuna mətbuat konfransında bildirib. |
“Biz bütün ölkədə penitensiar sistemdə fövqəladə vəziyyət elan etmişik. |
Bu vəziyyət qismən də milli penitensiar və həbsxana qurumlarının əməkdaşlarına qarşı təhdidlərin artması və ölkənin müxtəlif yerlərində son bir neçə gündə baş verən mühafizəçi qətlləri ilə əlaqədardır”, - deyə o qeyd edib. |
Osuna həbsxanalarda qəsb hallarının artdığını da etiraf edib. |
“Fövqəladə vəziyyətin tətbiqində məqsəd mühafizəçilərin həyatını qorumaq və onların sakit işləməsi üçün şəraiti təmin etmək, habelə hədə-qorxu ilə tələblərə qarşı mübarizə tədbirlərini gücləndirməkdir”, - deyə nazir əlavə edib. |
Tədbirlərdən biri həbsxanaların yaxınlığında mobil telefon siqnallarının bloklanması olacaq. |
Son ayda Kolumbiyada həbsxana divarları xaricində ədliyyə zabitlərinə qarşı bir neçə hücum olub. |
Yəmən husilərinin Qırmızı dənizdə Braziliyadan İrana qarğıdalı daşıyan Yunanıstanın “Star İris” gəmisinə hücum etdiyini bildirib. |
Üsyançılar İrana gedən gəmiyə ilk dəfə hücum ediblər. |
Bu barədə ABŞ Mərkəzi Komandanlığı və Dövlət Departamenti xəbər yayıb. |
“Belə təəssürat yaranır ki, İranın sabitliyi pozan fəaliyyəti İran vətəndaşlarının ərzaq təhlükəsizliyini sual altına alıb”, - deyə ABŞ Dövlət Departamenti bildirib. |
“Star Iris”, qismən ABŞ-yə məxsus olan Yunanıstanın “Star Bulk Carriers” şirkətinə məxsusdur. |
Dövlət Departamenti açıqlayıb ki, o, istisnaya daxil olan ərzaq daşıdığı üçün Birləşmiş Ştatların sanksiyalarına məruz qalmayıb. |
Qeyd edək ki, gəmiyə cüzi ziyan dəyib və ekipajı xəsarət almayıb. |
Nəsib Bəy Yusifbəyli küçəsində hündürmərtəbəli bina tikmək istəyən tikinti şirkətlərindən biri piyada səkisinin üzərində yerləşən ağacların dibini betonlayıb. |
Bir neçə ağacın dibini betonlayan tikinti şirkəti hasar çəkib, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkini də zəbt edib. |
Üstəlik, ərazidə çəkiliş aparıldığını görən tikinti şirkətinin nümayəndəsi Baku TV-nin çəkiliş qrupunu ofisə dəvət edib. |
Daha sonra şirkətin özünü təqdim etməyən nümayəndəsi məsələni rüşvət təklif edərək həll etmək istəyib. |
Baku TV-nin müraciətindən sonra Bakı şəhər Yaşıllaşdırma Birliyi ərazidə yaşanan problemi dərhal aradan qaldırıb. |
Ağacların dibi betondan təmizlənib. |
Qurum tikinti şirkətinə xəbərdarlıq edildiyini də bildirib. |
Bununla yanaşı, hasara alınan piyada səkisinin yeri dəyişdiriləcək. |
“TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib. |
O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:""“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin “TikTok” sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.