Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
APA-nın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər. |
Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. |
Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. |
Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. |
Meyitlər evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. |
Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
19:53"Bakıda evdə ər-arvadın meyiti tapılıb. |
APA xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evdə qeydə alınıb. |
Onların hansı səbəbdən ölməsi araşdırılır. |
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir. |
Anası məktəb direktoru idi.Ailədaxili problem yox idi.Mehriban ailə idilər. |
Mehman biznesmen, Əhməd isə idmançı idi”. |
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
Təqribən bir həftə əvvəl İranın Moskvadakı səfirliyinin işçisi Hüseyn Cahangirinin vəfat etdiyi barədə xəbər yayıldı. |
Rusiya mediasının məlumatına əsasən, səfirliyin əməkdaşı Pyatnitskoye şosesində, yaşadığı evdən bir qədər aralıda yerləşən ticarət mərkəzindəki fitnes klubunda ölüb. |
İddiaya görə, axşam saat 6-da klubda olarkən Cahangiri özünü pis hiss edib və huşunu itirib. |
Hadisə yerinə gələn həkim briqadası onu xilas etmək üçün əlindən gələni edib, lakin 56 yaşlı Cahangiri dünyasını dəyişib. |
Ölümün səbəbi kimi infarkt göstərilib. |
Rəsmi açıqlamalarda Cahangirinin səfirliyin tərcüməçisi olduğu bildirilib. |
Belə ki, onun vəfatı ilə bağlı İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlalinin verdiyi başsağlığında o, “peşəkar və məharətli tərcüməçi” kimi təqdim olunub. |
Daha sonra rəsmi İRNA agentliyi Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyanın Hüseyn Cahangirinin vəfatı ilə əlaqədar səfir Kazım Cəlaliyə başsağlığı məktubu ünvanlandığı barədə məlumat yayıb. |
Məlumatda onun uzun illər ərzində İranın Moskvadakı səfirliyində tərcüməçi kimi çalışdığı vurğulanıb. |
Yayılan görüntülərdən aydın olur ki, Cahangirinin ölümü ilə əlaqədar İranın Rusiyadakı səfirliyinin qarşısındakı dövlət bayrağı matəm əlaməti olaraq, yarıya qədər endirilib. |
Bununla yanaşı, fevralın 11-də, yəni İranın Milli Bayramı - İslam İnqilabının ildönümü günündə Moskvadakı “Xatəmül-Ənbiya” məscidində Cahangirinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. |
Bütün bunlar Hüseyn Cahangirinin heç də sıravi tərcüməçi olmadığını aydın şəkildə nümayiş etdirir. |
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu bildirilib. |
Bu barədə Oxu.Az-a qətlə yetirilən Elmira Əhmədovanın xalası Qənirə Əhmədova məlumat verib. |
Direktorun xalası Q.Əhmədova hadisə barədə danışıb:""“Oğlum zəng etdi və hadisəni dedi. |
Əhmədin psixi problemləri var idi.Amma ailəsi onu psixi sağlamlıq mərkəzinə qoymurdu. |
Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. |
O da bacısının uşağı ilə birlikdə evə gəlib. |
Hadisə olandan sonra qohumlar qızına zəng ediblər və telefonu açmayıb. |
Evin qapısın qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb”. |
Sumqayıtda 48 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanıb. |
Bu barədə Sumqayıt Şəhər Prokurorluğunun məlumatında deyilir. |
Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb. |
Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
20:12"Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Habil Bayram oğlu Qoşnəliyev müəyyən olunaraq saxlanılıb. |
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib. |
Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Sumqayıt sakini Rəvan Abdullayev fevralın 4-də polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. |
Dünın isə itkin düşdüyü bildirilən R.Abdullayevin meyiti Ceyranbatan bağları ərazisində kanalda aşkarlanıb. |
“Ermənistan Azərbaycanla danışıqlar aparmaq üçün siyasi iradəsini saxlayır”. |
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasından sonra keçirilən mətbuat konfransında deyib. |
O vurğulayıb ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımalı, regional kommunikasiyaların açılması isə ölkələrin suverenliyi qorunmaqla həyata keçirilməlidir. |
Ermənistan Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. |
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib. |
“Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. |
Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. |
Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, - Paşinyan bildirib. |
Yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib. |
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. |
Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib... |
Həmin görüntüləri təqdim edirik: |
Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli dövlət xadimi, Əməkdar həkim Cəmil Lənbəranski və onun oğlu Əliş Lənbəranskinin vaxtilə Bərdənin Lənbəran kəndində yaşadıqları ev dağılmaq üzrədir. |
Kənd sakinlərinin sözlərinə görə, tikili 30 ildən çoxdur baxımsız vəziyyətdə qalıb:""“Tikilinin 200 ildən çox yaşı var. |
Əvvəllər yaxşı görkəmi var idi, indi isə ev dağılıb gedir. |
Lənbəranskilərin evinin bu vəziyyətdə qalmasını özümüzə bağışlamamalıyıq. |
“Qarabağ xronikası” verilişinin 133-cü buraxılışı efirə gedib. |
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-də törətdiyi hərbi təxribatdan və Dövlət Sərhəd Xidməti (DSX) bölmələrinin keçirdiyi “Qisas əməliyyatı”ndan bəhs edib. |
O bildirib ki, erməni mətbuatının yaydığı xəbərə görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 hərbi qulluqçu məhv edilib. |
Müxtəlif mənbələrə əsasən, 2-5 arası yaralının olduğu da bildirilir. |
Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanı aqressor və işğalçı kimi qələmə vermək üçün bu cür təxribatlara əl atır:“Məqsəd özünü İrəvanın müdafiəçisi kimi göstərməklə Ermənistandakı müşahidə missiyasının mandatını uzatmaq, legitimləşdirmək və bu işdə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaqdır. |
Azərbaycanın cavab tədbirlərinə Rusiyanın neytral mövqeyini rəsmi Bakıya susqun dəstək kimi erməni ictimaiyyətinə “yedizdirib”, rəsmi Moskvanı siyasi nüfuzdan salmaq məqsədi güdür. |
Bu planın məqsədi isə Ermənistanın KTMT-dən uzaqlaşdırılması və Rusiya qoşunlarının bu ölkənin ərazisindən çıxarılmasıdır”. |
Jurnalist həmçinin bildirib ki, texniki müşahidə vasitələri ilə qeydə alınan görüntülər əsasında Qafan rayonunun Aşağı Hənd kəndinin ətrafında, kəndin yerləşdiyi dərədə və ətrafdakı yüksəkliklərdə inşa edilən hərbi obyektlərin sayının ciddi şəkildə artdığı müəyyən olunub:""“40 tikilisi olan kəndi 73 hərbi post əhatə ed... |
Eyni mənzərə Tovuzqala rayonunun Çinarlı və Tovuzun Koxanəbi kəndləri arasındakı ərazilərdə də müşahidə edilir. |
Ermənistan burada 33 hərbi post inşa edib”. |
Əgər 14 fevralda təksinizsə, Sevgililər Günündən qaçmaq məcburiyyətində deyilsiniz. |
Oxu.Az xarici mediaya istinadən məlumat verir ki, bu günü ailə, dostlar və ya tək qeyd etmək olar. |
Bildirilib ki, özünüzü xoş bir alış-verişlə sevindirə bilərsiniz. |
Məsələn, çoxdan özünüz üçün almaq istədiyinizi bir şeyi hədiyyə edin. |
Bu günü özünüzə qayğı göstərməyə həsr edin. |
Günü sizə sevinc və zövq verən işlərlə keçirməyi planlaşdırın. |
Bu, təmiz havada gəzinti, sevimli hobbi ilə məşğul olmaq və ya ailə, dostlarla vaxt keçirmək əla seçim ola bilər. |
Yenilikləri sınayın, fiziki sağlamlığınıza fikir verin. |
Daimi məşq, sağlam, balanslı qidalanma və kifayət qədər yuxu almaq özünü sevmək və psixi sağlamlıq problemlərindən qaçmaq üçün əsas yollardır. |
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı bəzi detallar bilinib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış. |
Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. |
Daha sonra Əhməd dərmanlar qəbul edib. |
Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. |
Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. |
Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib. |
Əhməd atasının təklifinə əsəbiləşib və “mən getmirəm, istəyirsən, özün get” cavabını verib. |
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. |
Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. |
Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. |
Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və qardaşı Məhəmmədə verməkdir. |
Bundan sonra evdə söz-söhbət başlayıb. |
Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. |
Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib. |
O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. |
Daha sonra evə gəlib və anası Bikə Əhmədovanı çağırıb. |
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. |
Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.