Search is not available for this dataset
text
stringlengths
10
518k
Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib.
Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb.
Yaxınlarının iddialarına görə, B.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb.
Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb.
Bu da satıcıların narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, illərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb.
Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir.
AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır.
Onun sözlərinə görə, bununla bağlı sahibkarlara xəbərdarlıqlar edildikdən sonra cərimələr də tətbiq edilib.
Satıcıların bir yerdən başqa yerə köçürülməsi isə Agentliyin səlahiyyətləri daxilində deyil.
AQTA sadəcə məhsulların sanitar normalara uyğun şəkildə satışını tələb edir.
Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə azərbaycanlı təyin olunub.
Qeyd edək ki, M.Süleymanov ABŞ-də Texas Universitetinin bakalavr və magistr proqramını bitirib.
“Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir.
“Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir.
Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır.
Dövlət katibinin (ABŞ dövlət katibi Antoni Blinken - Qeyd) daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”, - Miller bildirib.
Bakının Xətai rayonu, Zeytun küçəsi 18 ünvanında yaşayan sakinlər uzun zamandır ki, su və yol problemindən əziyyət çəkirlər.
Onlar bildiriblər ki, ərazidən keçən su borusu istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır və nəticədə onların küçələrini su basır.
“10 ildir suya və yola görə zülm çəkirik.
Bura nə taksi, nə də təcili yardım gəlir.
Dəfələrlə aidiyyəti qurumlara həm yazılı, həm də şifahi şəkildə müraciət etmişik.
Xahiş etmişik ki, bizim problemimizi həll etsinlər.
Ancaq heç nə etmirlər”, - sakin deyib.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən ərazidə təmir işlərinin aparıldığı bildirilib.
Sıradan çıxan boru yenisi ilə əvəz olunacaq.
Vətəndaşları narahat edən digər problem isə yolların vəziyyətidir.
Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) rəsmisi Anar Nəcəfli bildirib ki, ərazidə təmiri “Azərsu” apardığına görə yolun bərpasını da məhz həmin qurum həyata keçirməlidir.
Pakistanın keçmiş xarici işlər naziri Biləval Bhutto-Zərdarinin və eks-prezident Asif Əli Zərdarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası (PPP) Navaz Şərifin Pakistan Müsəlman Liqası (P) ilə koalisiya hökuməti qurmaq qərarına gəlib.
“Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik”, - deyə Asif Əli Zərdarinin bəyanatında bildirilib.
Seçki komissiyasının məlumatına görə, fevralın 8-də Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərdən sonra səslərin sayına görə birinci yeri keçmiş baş nazir İmran Xanının Pakistan Ədalət Hərəkatı tutub.
Pakistan Müsəlman Liqası ikinci, Pakistan Xalq Partiyası isə üçüncü olub.
Bakının Nizami rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
“13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.
“Ali nümayəndə Jozep Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir.
Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi.
Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.
Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur.
Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməniəsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir.
Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur.
Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür.
Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Az...
Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev...
R.Paşayevin idarə etdiyi VAZ-21074 markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib.
R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paytaxtın Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonunda yerləşən “Əhmədli” QPS ərazisində siyirtmənin yenisi ilə əvəz olunması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi 110 ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.02.2024-cü il tarixdə saat 10:...
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, A.Pəri, N.Səlimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ali Məhkəmədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2022-ci il iyulun 6-da saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əlvan Hüseynovu itələyib.
Sonuncu yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fevralın 13-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan dörd yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib:""“Faktla bağlı araşdırma aparılır”.
09:30"Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb.
O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib.
Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.
İranın Borucen şəhərində magistral qaz kəmərində partlayış baş verib.
Bu barədə şəhərin bələdiyyə başçısı Fəttah Kərmi xəbər verib.
Bildirilir ki, kəmərin bu hissəsində qaz təchizatı dayandırılıb.
Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.
“Nə qədər ki, borularda qaz qalıb, yanacaq”, - deyə Fəttah Kərmi əlavə edib.
Onun sözlərinə görə, ölən və yaralanan olmayıb, həmçinin qaz xəttinin yaxınlığından keçən yoldan keçən avtomobillərə heç bir ziyan dəyməyib.
Ali Məhkəmədə Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ceyhun Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 14 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonunun Seydimli kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ceyhun Həsənov sürücülük vəsiqəsi olmadan Samir Qafarova məxsus “Tofaş Şahin” markalı avtomobildə idarəetməni itirib və qəza törədib.
Nəticədə avtomobildəki sərnişin, 1990-cı il təvəllüdlü Sahil Muradov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Ceyhun Həsənov isə müxtəlif dərəcələri bədən xəsarətləri alıb.
Hadisədən sonra Ceyhun Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Bildirək ki, təqsirləndirilən şəxslə mərhum Ceyhun Həsənov dost olublar, birlikdə usta işləyiblər.