Search is not available for this dataset
text
stringlengths
10
518k
Fevral ayının 13-də Xətai rayonunda dəhşətli qətl törədilib.
1999-cu il təvəllüdlü Əhməd Əhmədov atası, anası, qardaşı, bacısı və onun azyaşlı övladına balta ilə xəsarətlər yetirərək amansızlıqla öldürməkdə şübhəli bilinir.
Cinayət hadisəsi ilə bağlı araşdırma davam edir.
Şəxsin psixoloji problemlərinin olması ilə bağlı məlumatlar var.
Buna baxmayaraq, Əhməd Əhmədovun vaxtı ilə taksi fəaliyyəti ilə məşğul olduğu da iddia edilir.
Bəs görəsən, psixoloji probleminin olduğu iddia edilən şəxs necə taksi sürücüsü işləyib?
Törətdiyi cinayətə görə Əhməd Əhmədovu hansı cəza gözləyir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev taksi sürücülərinin hazırda tibbi müayinədən keçdiklərini qeyd edib:"""“Bu məsələ araşdırılmalıdır.
Onun sürücülük vəsiqəsinin olub-olmadığı bilinmir.
Hazırda taksi fəaliyyəti ilə bağlı islahatlar həyata keçirilir.
Hər bir taksi fəaliyyəti ilə məşğul olan şirkətin və ya şəxsin qarşısına müəyyən tələblər qoyulub.
O tələblərdən biri də taksi sürücüsünün tibbi müayinələrdən keçirilməsidir.
Yəqin ki, fəaliyyət göstəribsə, bu daha əvvəl ola bilər.
O dövrdə də belə tələb yox idi.Kimin avtomobili var idisə, üzərinə “şahmat” qoyub, taksi kimi işlədirdi.
Və ya fərqlənmə nişanı ya alırdı, ya almırdı.
Sürücünün tibbi müayinəsi tələb olunur.
Adam barədə məlumatımız yox idi.Ümumi deyə bilərəm ki, əvvəllər müayinə tələb edilmirdi, fərdi şəkildə idi, çərçivə yox idi.İndi tənzimlənir”.
Vəkil Turan Abdullazadə isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Əhməd Əhmədovun anlaqsız vəziyyətdə cinayət törətməsi qəti sübutlarla müəyyən olunarsa, o, cinayət məsuliyyətindən azad edilə bilər:"""“Hər bir halda, anlaqsızlığın müəyyən olunması üçün məhkəmə-psixiatrik ekspertiza ya istintaq, ya da məhkəmə mərhələsind...
Psixiatrik ekspertiza rəy əsasında müəyyən olunacaq.
Anlaqsızlığını yalnız məhkəmə-tibbi ekspertizası müəyyən edə bilər.
Onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə istinadən, şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olubsa, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyin...
Anlaqsızlıq iki meyarla xarakterizə olunur - tibbi və hüquqi.
Tibbi meyar psixi xəstəliyin olması deməkdir.
Müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir.
Hüquqi meyar isə cinayət törədən şəxsin əməlin kriminal xarakterini dərk etməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmamasıdır.
Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar”.
T.Abdullazadə qeyd edib ki, Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirl...
Belə olan halda onun anlaqsız vəziyyətdə olması yenidən öz təsdiqini tapa bilər.
Təsdiqini tapmadığı halda Cinayət Məcəlləsinin 120-ci maddəsi tətbiq oluna bilər.
Belə ki, həmin maddəyə əsasən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə, iki və ya daha çox şəxsi öldürməyə görə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu məcəllənin maddələri ilə qəsdən adamöldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur”.
Hüquqşünas Əliməmməd Nuriyev isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Əhməd Əhmədov 14-20 il müddətinə və ya ömürlük həbs edilə bilər:"""“Ötən gün baş verən hadisə faciədir.
Cinayət Məcəlləsinin 122.2.4 maddəsinə görə, xüsusi amansızlıqla qəsdən adamöldürmədir.
CM-in 122.2.7 maddəsi də nəzərə alınacaq.
Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir.
Ə.Əhmədov törətdiyi hadisəni başa düşüb.
Məqsədlərindən biri də elə amansızlıq olub.
Bütün ailə üzvlərini qətlə yetirib.
Xüsusi amansızlıqla adamöldürməyə görə qanunvericiliklə 14-20 il və ömürlük həbs edilə bilər.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.
Son qərar məhkəmə tərəfindən müəyyən ediləcək.
Bu qədər şəxsin qətlə yetirilməsi dəhşətdir.
Psixoloji durumu, şəxslər ilə əvvəlki münasibətləri də nəzərə alınacaq.
“Növbəti illərdə iqlim dəyişikliyi konvensiyaları ilə tənzimlənən məsələlər dövlətlər arasında yeni, aşkar olmayan iqtisadi münasibətlərin əks olunacağı prizmaya çevriləcək”.
O vurğulayıb ki, bir çox ekspertlər bununla bağlı həmfikirdirlər.
A.Bojiç hesab edir ki, iqlim dəyişikliyi təhlükələrinə cavab tədbirlərindən biri kimi dövlətlər müxtəlif siyasi və iqtisadi vasitələr üzərində işləyir:""“Ən mürəkkəb məsələlərdən biri böyük enerji istehlakına əsaslanan müasir iqtisadiyyatların sənaye iqtisadiyyatlarından innovasiyalara, ətraf mühitin mühafizəsinə və bə...
Ekspert hesab edir ki, bu keçid bəzi ölkələrin həyata keçirməli olduğu son dərəcə mürəkkəb siyasi, iqtisadi, sosial və ekoloji tədbirlər kompleksini təmsil edir.
COP Büro üzvü, ölkələrin yaşıl iqtisadiyyata keçidini könüllü-məcburi adlandırıb.
Onun fikrincə, bu, vəziyyəti ən yaxşı şəkildə təsvir edir, çünki əks halda dövlətlər iqtisadi əməkdaşlığın yeni formalarında iştirak edə bilməyəcəklər:""“Az inkişaf etmiş ölkələrə gəldikdə isə bu, əlavə təzyiq yaradır, çünki çox vaxt beynəlxalq maliyyə institutlarından alınan kreditlər, eləcə də ikitərəfli əməkdaşlıq e...
Ekspert bildirir ki, Azərbaycan yaşıl iqtisadiyyatın qurulmasında irəliləyiş əldə edib:""“Mükəmməl həll nümunəsi elektrik və istilik enerjisi istehsalını əhatə edən tullantıların düzgün atılması, ictimai ehtiyaclar üçün əhəmiyyətli dərəcədə az enerji sərf edən ağıllı şəhərlər konsepsiyasının yaradılması və şirkətlərin ...
Mən bilirəm ki, Azərbaycan bu sahələrdə mühüm addımlar atıb və bu, şübhəsiz ki, düzgün yoldur”.
2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı zərbə alan, ordusu darmadağın edilən Ermənistan yenə də öz xislətindən əl çəkmir.
O qeyd edib ki, İrəvan xarici havadarlarının dəstəyi və təhriki ilə yenidən təxribatlar törətməyə başlayıb, lakin bu davranış onlara heç də xoş gələcək vəd etmir.
Milli Məclisin üzvü söyləyib ki, fevralın 12-də baş verənlər, Azərbaycan sərhədçisinin Ermənistan tərəfindən snayperlə vurulması İrəvanın növbəti məqsədyönlü təxribatıdır:""“Bu hadisə birbaşa sülh prosesinə, iki ölkə arasında münasibətlərin normallaşmasına ciddi zərbədir.
Bunun da günahkarı təkcə Ermənistan deyil, eyni zamanda Qərb, o cümlədən ABŞ və Avropadır.
Çünki son aylar məhz Qərbin sərgilədiyi mövqe birbaşa regionda yenidən müharibənin başlanmasına hesablanıb”.
Deputat bildirib ki, Ermənistan hazırda məhz Avropa İttifaqı (Aİ) missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.
“Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Parisin İrəvanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb.
Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla şərti sərhəddə peyda olması, “binokl diplomatiyası” diqqətdən yayınmamalıdır.
Bütün bunlar, o cümlədən, ABŞ instruktorlarının Ermənistanda çalışması, Çex Respublikası vətəndaşı olan casusun Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmasına işarə edirdi.
Mediada Ermənistanın şərti sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı barədə xəbər də yayılmışdı.
Yəni bu sadalananlar fevralın 12-də düşmən ölkə tərəfindən törədilən təxribatın bəlli bir hazırlıq planının tərkib hissəsi olduğunu deməyə əsas verir”, - deyə V.İskəndərov vurğulayıb.
Parlamentari onu da əlavə edib ki, baş verənlər Cənubi Qafqazda daimi dincliyin, sabitliyin olmasını istəməyən Qərbin bəlli dairələrinin, o cümlədən ABŞ və Fransanın məkrli qanlı planlarının tərkib hissəsidir:"""“Dünyanın müxtəlif nöqtələrində münaqişə ocaqları, müharibələr yaradan Qərb ölkələri Cənubi Qafqazı da öz qa...
Lakin Azərbaycan dövləti, Azərbaycan Ordusu bütün təxribatlara cavab verməyə hazır və qadirdir.
Odur ki, Ermənistan və onun xarici havadarları bir daha yaxşı-yaxşı düşünsünlər”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazi...
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin bir gün əvvəl törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:""“Hörmətli İlham Heydər oğlu.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir.
Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz.
Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz.
Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda xalqın qəhrəmanına çevrildiniz”.
18:39"Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.
Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm”.
17:44"İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.
Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk”.
Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:""“Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm”.
13:27"UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Avropa futbol ictimaiyyəti adından ürəkdən təbrik edirəm.
Seçkidə yenidən qazandığınız inamlı qələbə Azərbaycan xalqının Sizə göstərdiyi etimad və inamın bariz sübutudur.
Sizin rəhbərliyinizlə Azərbaycan xalqı müxtəlif sahələrdə, o cümlədən idman və futbolda böyük nailiyyətlər əldə edib.
Futbola göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm.
Bundan əlavə, Bakı UEFA-nın “Avro-2020”nin həlledici oyunlarına ev sahibliyi edərkən hər kəsin əsl həyəcan hissləri keçirdiyini xatırlatmaq istəyirəm.
Bildiyiniz kimi, 30 il əvvəl - 1994-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü seçilib.
Hökumətin dəstəyi və milli assosiasiyanın fəaliyyəti sayəsində Azərbaycanda futbol bütün səviyyələrdə davamlı olaraq inkişaf edir.
Futbol infrastrukturu inkişaf edir və bu, oyunlara yeni yanaşmaları təmin edir.
Klubların mütəmadi olaraq Avropa səviyyəsində çıxışları fəxr etməyə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradır.