Search is not available for this dataset
text
stringlengths
10
518k
Cənab Prezident, bu çox gözəl ölkəyə və xalqa liderliyinizi davam etdirməyiniz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 1 971 müraciət daxil olub.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 512 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub:“Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur.
“Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 82 müraciət azdır”.
İ.Kərbalayev bildirib ki, daha 1 459 müraciət elektron formada daxil olub.
O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub:“Daxil olan bütün məsələlər şöbə tərəfində...
Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib.
Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mə...
Bildirilib ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim edilməli olan sənədlərin sırasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması mütləqdir.
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Qəzza zolağının cənubunda Xan-Yunisdəki tuneldən qaçdığı əks olunan videogörüntüləri nümayiş etdirib.
Video İsrail Müdafiə Qüvvələrinin “X” hesabında yayımlanıb.
“Sinvar qaçır və yeraltı terror tunelləri şəbəkəsində gizlənir.
Qəzzanın dinc sakinləri isə bu zaman yer üzərində HƏMAS hakimiyyətindən əziyyət çəkirlər.
Kifayət qədər dərinlikdə tunel yoxdur ki, o gizlənə bilsin”, - deyə IDF paylaşımda qeyd edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri jurnalistlər üçün təşkil etdikləri brifinqdə bildiriblər ki, Sinvar, onun həyat yoldaşı və uşaqları, həmçinin HƏMAS liderinin qardaşı olduğu güman edilən şəxsin əks olunduğu video oktyabrın 10-da lentə alınıb.
Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Bu barədə President.az xəbər verir.
Qeyd olunur ki, dövlətimizin başçısı və Birinci vitse-prezident ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.
Ötən gün Xətai rayonunda amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunublar.
“Qafqazinfo” xəbər verir ki, mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
13:58"Qətlə yetirilən Əhmədovlar ailəsinin dəfn olunacağı yer bəlli olub.
Baku TV xəbər verir ki, qətlə yetirilən şəxslərin cənazələri Xanım Fatimeyi-Zəhra məscidinə aparılıb.
Əhmədovlar ailəsinin Dədə Qorqud qəbiristanlığında dəfn ediləcəyi bildirilib.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə President.az xəbər verir.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.
14 fevral 2024-cü il tarixində “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə şirkətlərin rəhbər heyətləri və əməkdaşları iştirak ediblər.
“Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Bununla əlaqədar olaraq, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq.
Düşünürük ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın bərpası və biomüxtəlifliyin qorunması yolu ilə sağlam və həmişəyaşıl dünya qurmaq bəşəriyyətin ümumi və təxirəsalınmaz məsuliyyətidir.
Biz də öz növbəmizdə bu cür ekoloji aksiyaların təşkili ilə dayanıqlı inkişafa töhfələrimizi veririk”, - deyə “Global Management” şirkətinin idarə heyətinin sədri Rövşən Nizamov bildirib.
Qeyd edək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi v...
Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.
“Global Management” haqqında:""“Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir.
Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Rusiya Daxili İşlər Nazirliyinin Estoniya Baş naziri Kaya Kallasın axtarışa verilməsi ilə bağlı qərarı olub.
Diplomatdan baş verənlərlə bağlı yazılı izahat tələb olunub.
Rusiyanın müvəqqəti işlər vəkili, həmçinin Latviya və Litvanın Xarici İşlər Nazirliklərinə də çağırılıb.
Xatırladaq ki, ötən gün Estoniya Baş naziri Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkop Rusiya XİN tərəfindən cinayət işi üzrə axtarışa veriliblər.
Amsterdam məhkəməsi Moskvanın (Rusiya) “Spartak” futbol klubunun hücumçusu Kvinsi Promesi narkotik qaçaqmalçılığında təqsirli bilib.
Məhkəmə altı il müddətinə həbs qətimkan tədbiri seçib.
Bildirilir ki, cinayət 2020-ci il yanvarın sonunda Antverpen limanında baş verib.
Qaçaqmalçılar 650 kq kokain yükünü limanın yaxınlığındakı anqara daşımağa nail olublar.
Gömrük isə eyni gəmidə çəkisi 712 kq-dan çox olan başqa bir yükü ələ keçirə bilib.
Bundan əvvəl futbolçu qohumunu bıçaqladığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Beləliklə, Promesin ümumi həbs cəzası 7,5 il olub.
Kvensi özü məhkəmə iclasında iştirak etməyib, Niderland prokurorluğu onun ekstradisiyasına icazə ala bilməyib.
Hazırda futbolçu “Spartak”la BƏƏ-dədir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib.
Bu barədə Binəqədi Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub.
Bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.
Qeyd edək ki, M.Mirzəyev bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
“Tovuz rayonunda yerləşən qida və meyvə-tərəvəz məhsullarının satışı həyata keçirilən bazarın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir”.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həmin bazarda 21.12.2023-cü il və 06.02.2024-cü il tarixlərində aparılan yoxlama-nəzarət tədbirlərinin nəticəsi olaraq, hər hansı bir məhdudlaşdırıcı qərar qəbul edilməmişdir.
Bununla əlaqədar, bazarda hökm sürən antisanitar şəraitin aradan qaldırılması və sağlamlaşdırıcı tədbirlərlə bağlı tələblər təqdim olunmuş, həmçinin aşkar edilən nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir.
Bazarda çalışanların fəaliyyətinin tənzimlənməsi və xəbərdə qeyd olunan digər məsələlərin isə Agentliyə heç bir aidiyyəti yoxdur.
Şərti sərhəddə yaranan gərginlik fonunda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts işdən çıxarılıb.
Qeyd olunur ki, prezident Vaaqn Xaçaturyan Ermənistan Müdafiə Nazirliyinin V.Sarkisyan adına Hərbi Universitetinin rəhbəri Artur Yeroyanı tutduğu vəzifədən azad edərək Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edib.
Xatırladaq ki, son günlər Ermənistan tərəfinin təxribatları nəticəsində şərti sərhəddə vəziyyət daha da gərginləşib.
Ermənistan tərəfdən açılan atəş nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.
DSX-nin cavab olaraq həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan ordusunun 4 əsgəri məhv edilib, 1 əsgər isə yaralanıb.
Azərbaycanda FETÖ-yə görə saxlanılan təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, G.Əbdürəhmanov, D.Cəfərov, R.Əliyev və İ.Həşimlinin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, kül...
Adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) ma...
“Global Management” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Oxu.Az xəbər verir ki, “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil edib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə bir sıra rəhbər şəxslər və media nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, ilin sonuna respublika üzrə beş milyon ağacın əkilməsi planlaşdırılır:"""“2024-cü il ərzində ölkə ərazisində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır.
Artıq fevral ayından etibarən Abşeron yarımadasında, eləcə də digər ərazilərdə ağacəkmə aksiyaları keçirilir.
Bu işdə yerli icra hakimiyyəti orqanlarının, həmçinin digər aidiyyəti qurumların nümayəndələri də iştirak edirlər.
Abşeron yarımadasında yerli iqlim şəraitinə yaxşı uyğunlaşa bilən şam və zeytun tingləri əkilib.
Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində beş milyon ağacın əkilməsidir.
Bu işlərin böyük hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidmətinin balansında olan ərazilərdə həyata keçiriləcək.
Məqsədimiz ölkə ərazisində yaşıllıq sahələrinin artırılmasıdır.
Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib.
Abşeron yarımadasında əkilən ağacların 95 faizdən yuxarısı artıq müsbət nəticə verib”.
“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət Departamentinin direktoru Günel Qureyşi Oxu.Az-a açıqlamasında Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu diqqətə çatdıraraq hər kəsin yaşıl dünya naminə təşəbbüslərə qatılmasının vacib olduğunu bildirib:"""“Bu aksi...
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hər birimiz bu aksiyalara qoşulmalı, paytaxt Bakımızı yaşıllaşdırmaq üçün birgə layihələr həyata keçirməliyik.
Bu aksiyaya qoşulan bütün şirkətlərə, rəhbər heyətə təşəkkür edirəm.
Ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq”.
“Global Management”in Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova isə bildirib ki, aksiya ekoloji davamlılıq məqsədi ilə təşkil edilib:"""“Global Media Group”un, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı ilə gerçəkləşdirilən aksiya təbiətin qorunmasına xidmət edir.
Birbaşa olaraq “Global Management”in davamlılıq siyasətini təşkil edir.
Aksiya bizim silsilə tədbirlərimizdən biridir.