Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu cür tədbirlərin gələcəkdə də həyata keçirilməsi planlaşdırılır”. |
Qeyd edək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi v... |
Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır. |
Xatırladaq ki, “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir. |
Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir. |
Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli |
Almaniyada keçmiş prokuror övladına qarşı cinsi təcavüzdə təqsirli bilinib. |
Məhkəməyə şikayətlə uşağın anası müraciət edib. |
Ana qeyd edib ki, uzun illər ailəli olduğu həyat yoldaşı gecə vaxtı dəfələrlə onların ortaq kəbindən olan səkkiz yaşlı oğluna seksual xarakterli hərəkətlər edib. |
Lakin ata ilkin dindirilmə zamanı hadisəni xatırlamadığını və lunatizmdən (yuxu zamanı qeyri-iradi hərəkətlər etmək) əziyyət çəkdiyini bildirib. |
Məhkəmə keçmiş prokuroru bir il altı ay müddətinə şərti cəzaya məhkum edib. |
Öz növbəsində uşağın anası həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. |
“Yaşıl Gələcək” layihəsinin məqsədi gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq üçün meşə ekosistemi xidmətlərinin davamlılığını təmin etmək və ağac əkməklə yaşıl gələcəyə gedən yolda mənalı izlər buraxmaqdan ibarətdir. |
Ağaclar dünyanın, ən uzunömürlü canlılarıdır, həm özünüzə, həm gələcək nəsillərə bəxş edəcəyiniz ən dəyərli hədiyyədir. |
“Yaşıl Gələcək” layihəsi sayəsində bayramlar və xüsusi günlərdə yaxınlarınızın və doğmalarınızın adına ağac əkməklə hədiyyənizi əbədiləşdirərək ölkəmizin ekosisteminə töhfə vermiş olursunuz. |
Yasilgelecek.az saytı vasitəsi ilə ağac əkmək çox sadədir. |
Bunun üçün saytın ana səhifəsində yerləşən mövzulardan birini seçdiyiniz təqdirdə siz avtomatik olaraq ağacəkmə səhifəsinə yönləndiriləcəksiniz. |
Tələb olunan məlumatları daxil edib, ödəniş etməklə prosesi bir neçə dəqiqəyə tamamlaya bilərsiniz. |
Həmçinin layihə çərçivəsində korporativ əməkdaşlıq edilməsi və ya birgə aksiyaların təşkil edilməsi mümkündür. |
Ətraflı məlumat üçün:(012) 424-32-84"Yasilgelecek.az""Daha çox foto burada:PhotoStock.Az |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. |
APA xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, Nizami Şirinovun cəzası 4 il 6 aya endirilib. |
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilib. |
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 6 ilə endirib. |
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ... |
Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin məcəllə... |
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub. |
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. |
Əmrə əsasən, mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. |
Hələlik onun yerinə təyinat yoxdur. |
Bakının Yasamal rayonunda ağacların qanunsuz şəkildə kəsildiyi iddia edilib. |
Oxu.Az-ın məlumatına görə, bu addımın Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Əbdürrəhimbəy Haqverdiyev küçəsində yerləşən yaşayış binasının qarşısında atıldığı bildirilir. |
Məsələ ilə bağlı Yasamal RİH ilə əlaqə saxladıq. |
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səyyar qəbul zamanı Ə.Haqverdiyev küçəsi, 1 ünvanında yaşayan vətəndaşlar müraciət edərək yaşadıqları ərazinin qanunsuz çəpərləndiyini bildiriblər. |
Vətəndaş müraciəti əsasında zəbt olunmuş ərazidəki qanunsuz çəpərlər sökülərək ərazi təmizlənib, ağaclar kəsilməyib. |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib. |
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. |
Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. |
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. |
Bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb. |
“Formula-1” üzrə dünya çempionatında Böyük Britaniyanı təmsil edən “Maklaren” komandası cari mövsümdə istifadə edəcəkləri yarış avtomobilini nümayiş etdirib. |
Yeni bolid “MCL38” indeksini alıb. |
Builki mövsümdə komandada britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri çıxış edəcəklər. |
Eyni sürücülər bir il əvvəl də “Maklaren”i təmsil ediblər. |
Qeyd edək ki, son “Formula-1” mövsümünün yekununda Böyük Britaniyanın yarış komandası Mühəndislər Kubokunda 302 xal toplayaraq dördüncü yeri tutub. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra Misirə rəsmi səfər edib. |
O, sonuncu dəfə 2011-ci ildə - “ərəb baharından” sonra baş nazir kimi Qahirədə olmuşdu. |
Onda rəsmi Ankara Misirdə hakimiyyətə seçkilər yolu ilə gəlmiş “Müsəlman qardaşları” Hərəkatını dəstəkləmişdi və dini baxışlı təşkilatın iqtidara gəlməsinin müsəlman ölkələrində dünyəviliyə təhlükə yaratmadığını açıqlamışdı. |
Əvvəllər, elə son illərdə də iki ölkə arasında münasibətlər hamar, birmənalı olmayıb. |
Türkiyə 1925-ci ildə Misirlə diplomatik əlaqələr qurub, 1948-ci ildə Qahirədə səfirlik açıb. |
Misirdə sosialistyönümlü hakimiyyətin qurulması ilə 1961-1963-cü illərdə münasibətlərdə fasilə yaranmışdı. |
1963-cü ildən sonra əlaqələr bərpa edilib. |
2013-cü ildə Misirdə seçki yolu ilə hakimiyyətə gələn Prezident Məhəmməd Mursinin hərbi yolla devrilməsi tərəflər arasında diplomatik münasibətlərin müşavir səviyyəsinə düşməsinə səbəb olmuşdu. |
Türkiyə hərbi çevrilişlərdən çox zərər görüb. |
Odur ki, Rəcəb Tayyib Ərdoğan da Misirdə baş verən bu hadisəni “hakimiyyət çevrilişi” olaraq dəyərləndirmişdi. |
O, hərbi rejimin başçısı, general Əbdülfəttah əs-Sisini “diktator” adlandırmışdı. |
Misir lideri isə Türkiyəni daxili işlərinə qarışmamağa çağırmışdı. |
Amma ötən illər ərzində iki ölkə arasında iqtisadi əlaqələr davam edib. |
2021-ci ilin birinci rübündə tərəflər arasında ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2022-ci ilin hesabat dövründə bu, 2,5 milyard dollar təşkil edib. |
Misir Türkiyənin Afrikada ən böyük ticarət ortağıdır. |
Ankara və Qahirə ticarət əlaqəsini 15 milyard dollara çatdırmağı hədəfləyir. |
Ötən 13 il ərzində xarici işlər nazirləri dəfələrlə görüşlər keçiriblər. |
Türkiyə və Misir liderləri bu müddətdə ilk dəfə 2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi çərçivəsində görüşüblər. |
Bu, iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarıb. |
Qahirədə bunu “münasibətlərin inkişafının başlanğıcı” olaraq dəyərləndirdilər. |
Ərdoğan-Sisi görüşü ilk növbədə Türkiyə-Misir münasibətlərinin müxtəlif sahələrdə inkişafı, genişlənməsinə yeni yol açacaq. |
Tərəflər arasında regional məsələlərin müzakirə olunacağı gözlənilir. |
Liviya və Aralıq dənizinin şərqinə dair uzun müddətdir gündəmdən düşməyən mövzulardan bəhs olunacaq. |
Əsas mövzular sırasında heç şübhəsiz HƏMAS-İsrail müharibəsi, Qəzza zolağında vəziyyət, Fələstinin gələcəyinin də olduğu istisna edilmir. |
Misir Afrikanın və Yaxın Şərqin əsas aktorlarındandır. |
Onun dəstəyi ilə regionda bir sıra layihələr reallaşır. |
Ölkənin Qəzza zolağından qaçqın axını ilə üzləşəcəyi ehtimalı günü-gündən artır. |
Habelə 1978-ci ildə ABŞ-də İsraillə imzalanmış Kemp-Devid sazişinin aqibəti təhlükədədir. |
Çünki İsrail Qəzza zolağının Rəfah şəhərinə hücum edəcəyi halda, Misir bu razılaşmadan çıxacağını açıqlayıb. |
Bu isə regionda vəziyyəti daha gərginləşdirə bilər. |
Belə bir addımın atılması Ərəb Respublikasının dolayı da olsa HƏMAS-ı müdafiə etməsinə səbəb olar. |
Ehtimal etmək olar ki, Ərdoğanla Sisi görüşdə Qəzza zolağındakı humanitar fəlakəti də müzakirə edəcəklər. |
Türkiyə Misir də daxil olmaqla Körfəz Ərəb Dövlətləri İqtisadi Şurasının üzv ölkələri ilə birlikdə Fələstin probleminin həllinə yardım edə bilər. |
Bu həm də Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasına, sabitliyin bərpasına ciddi təkan olar. |
Türkiyə-Misir əlaqələrinin genişlənməsi, inkişafı Afrikanın şimalındakı gərginliyin, münaqişələrin həllinə təsir göstərər. |
Bu, həmin regiona Türkiyədən investisiyanın cəlb edilməsinə də yardım edər. |
Səfərin nəticələri rəsmi Ankara və Qahirənin Liviyada, Sudanda vəziyyəti birgə normallaşdırmasına müsbət təsir göstərər. |
Ərdoğanın Qahirəyə ziyarəti regionda terrora qarşı birgə mübarizəyə də yeni mahiyyət verə bilər. |
Azərbaycanın Türkiyə və Misirlə münasibətlərinin daim yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu səfər Cənubi Qafqazda sülh, təhlükəsizlik, əməkdaşlığa töhfə verər. |
Misir həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. |
2023-cü il yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfər etməsi də əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər. |
R.T.Ərdoğanın Qahirəyə səfəri Türkiyə-Azərbaycan-Misir əlaqələrinin güclənməsi, inkişaf etməsi baxımından çox böyük əhəmiyyətə malikdir. |
Misiri Afrikanın qapısı adlandırırlar, bu ölkə dünyanın sivilizasiya mərkəzlərindəndir. |
Azərbaycan və Anadolu da qədim mədəniyyət ocaqlarından sayılır. |
Odur ki, bu üç dövlət bir-birinə layiq tərəfdaş ola bilər. |
Azərbaycan və Türkiyə strateji müttəfiqdir, Misir də onlarla birlikdə güclü müttəfiq ola bilər. |
Çünki buna onların bütün cəhətləri imkan verir. |
Hindistanın təhlükəsizlik qüvvələri paytaxt Nyu-Delhiyə doğru hərəkət edən on minlərlə etirazçı fermerin qarşısını almaq üçün ikinci gün ardıcıl olaraq gözyaşardıcı qazdan istifadə edib. |
Yerli KİV-də qeyd olunub ki, qaz mərmilərinin atılması üçün dronlardan da istifadə olunur. |
Fermer həmkarlar ittifaqları ilə hökumət arasında aparılan danışıqlarda bir sıra məhsullar üçün minimum qiymətlər üzrə öhdəliklərə nail olmaq mümkün olmayıb, bundan sonra fermerlər paytaxta üz tutublar. |
Etirazçıların qarşısı Pəncab və Haryana əyalətlərinin şimalında təhlükəsizlik qüvvələri tərəfindən alınıb. |
Polis Haryanadan Nyu-Delhiyə qədər olan 150 kilometrlik ərazidə nəqliyyatın hərəkətini bağlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.