Search is not available for this dataset
text
stringlengths
10
518k
Paytaxtın ətrafında barrikadalar qurulub, tikanlı məftillərlə sement blokları və konteynerlər quraşdırılıb, təhlükəsizlik qüvvələri tam təchizatla oraya yerləşdirilib.
Haryana ştatında mobil internet söndürülüb.
“Caliber”in növbəti süjeti Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində törətdiyi təxribata, ardınca Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin həmin təxribata cavab olaraq keçirdiyi “Qisas əməliyyatı”na, həmçinin baş verən hərbi qarşıdurmanın siyasi nəticələrinə həsr edilib.
Müəllif süjetdə xatırladır ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb ki, hərbçilərimizin qisası alınacaq və onların qanı yerdə qalmayacaq.
“Biz buna təkcə Vətən müharibəsində deyil, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlarda şahidlik etdik”, - deyə müəllif qeyd edir.
Süjetin davamında qeyd olunur ki, Azərbaycan-Ermənistan şərti sərhədinin Zəngilan istiqamətində baş vermiş sonuncu təxribata görə Ermənistanın siyasi hakimiyyəti məsuliyyət daşıyır.
Müəllif bildirir ki, Nikol Paşinyan sərhədə müşahidəçiləri göndərməklə, müxtəlif təşkilatları səfərbər etməklə, guya ölkəsi üçün təhlükəsizlik zəmanətini təmin etməyə çalışır, lakin Ermənistanın baş naziri unudur ki, həmin qüvvələr yaranacaq istənilən gərgin vəziyyətdə Ermənistanı meydanda tək qoyacaqlar.
Daha ətraflı “Caliber”in növbəti süjetində:
İctimaiyyətlə əlaqələr və ya qərb dünyasında “Public Relations” Azərbaycan üçün nisbətən yeni sahə olsa da, ölkədə bu sahədə fəaliyyət göstərən və yaşı 10 dan çox olan şirkətlər mövcuddur.
İctimaiyyətlə əlaqələr brend, şirkət, təşkilat və ya fərd və onun hədəf auditoriyası habelə geniş ictimaiyyət arasında kommunikasiyaların qurulmasına, idarə olunmasına cavabdehdir.
Müasir iş dünyasında şirkətlər, ayrı-ayrı məşhur insanlar mütəmadi və ya daimi əsasda İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərlə və ya şirkətlərlə çalışır.
Həmçinin bir çox ölkələr və hökumətlər də bu mütəxəssislərin və şirkətlərin xidmətlərindən yararlanırlar.
Xüsusən turizm potensialının təbliği, əhəmiyyətli beynəlxalq tədbirlər əsnasında və ya siyasi-hərbi böhranlar zamanı.
Qərbdə İctimaiyyətlə əlaqələr korporativ aləmdə alışılmış bir alət olsa da, Azərbaycanda bu xidmətdən ya heç istifadə etməyən ya da tərəddüd edən xeyli şirkət və iş adamı var.
Azərbaycanda bu sahədə vəziyyəti öyrənmək üçün bir araşdırma apardıq, yerli İctimaiyyətlə əlaqələr sahəsində çalışan şirkətləri müqayisə və analiz etdik.
Bu prosesdə 2012 - ci ildən fəaliyyət göstərən və İctimaiyyətlə Əlaqələr - Strateji Kommunikasiyalar və Media istehsalı sahəsində çalışan “Hajizade Group” şirkəti diqqətimizi cəlb etdi.
Şirkət bu illər ərzində müxtəlif korporativ sosial məsuliyyət layihələri çərçivəsində istər İctimaiyyətlə əlaqələr sahəsində təlimlər istərsə də digər Azərbaycanda bir ilk olan tədbirlərin təşkilatçısı və təşəbbüskarı olub.
50 yaxın işçisi olan “Hajizade Group” şirkəti illik dövriyyəsi, əməliyyat coğrafiyası və bir sıra digər göstəricilərinə görə digər yerli İctimaiyyətlə əlaqələr sahəsində çalışan şirkətləri xeyli geridə qoyur.
Şirkət 2012 - ci ildə, Azərbaycanda və ölkəmizdən kənarda İnformasiya savaşları və strateji kommunikasiyalar sahəsində tanınmış mütəxəssis Əli Hacızadə tərəfindən təsis olunub.
“Hajizade Group”a daxil olan törəmə şirkətlər vasitəsi ilə bir zamanlar həm də təhsil biznesində yer almış olsa da, zamanla yalnız İctimaiyyətlə Əlaqələr və media kontentin istehsalına köklənməyə qərara alınıb.
İqtisadi və insan resurslarını nəzərə alaraq bu gün “Hajizade Group” Azərbaycanda ən böyük İctimaiyyətlə Əlaqələr şirkəti kimi, Cənubi Qafqazdan xeyli kənarda olan tərəfdaş və müştərilərlə çalışır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb.
Bəyanatda deyilir:""“Fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açı...
“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir.
Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.
Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilib, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulub, istər zərərçəkmiş şəxslərə, istərsə də onl...
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar.
Qanunazid fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətə bir daha çatdırılır”, - bəyanatda qeyd olunub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər - əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram - 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub.
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Avstraliya hökuməti İranın ölkədəki səfiri Əhməd Sadeqinin “X” hesabından iranlı istifadəçiyə göndərdiyi təzyiq məzmunlu mesajları araşdırır.
Bu barədə “Azad İran” “Telegram” kanalı Avstraliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, İran səfiri fevralın 12-də sosial media istifadəçisinə mesaj göndərərək, ona pis şərhləri silməsini bildirib.
Qeyd olunub ki, iranlı istifadəçi Əhməd Sadeqinin Avstraliya Milli Universitetində tələbələrin və akademik heyətin iştirakı ilə keçirilən görüşlə bağlı yazısına cavab verib.
Baş Prokurorluq Bakıda bir ailənin 5 üzvünün qətlinə görə sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib.
Müraciətdə deyilir:""“Fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin başvermə səbəbi və mexanizmi, əməli törətməkdə şübh...
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd...
Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.
Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Arabo” batalyonunun iştirakı ilə törədilmiş qırğını soyqırımı kimi qiymətləndirməkdən qaçırlar.
İlk olaraq, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın keçirdiyi hərbi əməliyyatlar müharibə cinayətləri ilə tam uyğunluq təşkil edir.
Xocalıdakı mülki insanların qanına susama aktı isə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin dəhşətli səhnəsi idi.""Hadisənin soyqırımı olub-olmadığını yazının sonrakı mərhələsində izah etməyə çalışacağıq.
Hələlik Ermənistanın Xocalıdakı hadisələrə görə ən azından müharibə cinayətləri yurisdiksiyası altında məsuliyyətə cəlb edilməməsi özü beynəlxalq hüququn işləkliyini şübhə altına alır.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, “müharibə cinayətləri” dedikdə:""- İşgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji təcrübələr;"- Qəsdən böyük iztirablara, bədənə və ya sağlamlığa ciddi xəsarət yetirmə;"- Hərbi zərurətlə əsaslandırılmayan və qanunsuz və məqsədyönlü şəkildə həyata keçirilən ə...
Yaxşı, Xocalıdakı qətliamın soyqırımı olub-olmaması bir yana, bəs Ermənistan və azərbaycanlılara qarşı aktların ideoloqları və icraçıları qeyri-qanuni hərəkətlərə görə məsuliyyət kürsüsünə çıxarılıblarmı?!
Elə bu faktın özü hadisəyə niyə soyqırımı kimi beynəlxalq qiymət verilməməsinə aydınlıq gətirir.
Ortada Ermənistanı mühakimə etməkdən çəkinən və ya onun əməllərinə müxtəlif epitetlərlə don geyindirməyə çalışan qlobal şəbəkə dayanır.
Xocalıdakı hadisələrin hüquqi adlandırılmasına gəlincə, onu məhz soyqırımı kimi qiymətləndirmək lazımdır.
Nəzər yetirək, soyqırımının beynəlxalq hüquqdakı tərifi belədir:""Soyqırımı - milli, etnik, irqi və ya dini qrupu tamamilə məhv etmək niyyəti ilə törədilən cinayətdir.
Yəni burada qurbanların hansı niyyətlə qətlə yetirilməsinin təfərrüatı ön plana çıxır.
Ermənistanın bu niyyətini müəyyən etmək o qədər də çətin deyil, çünki bir gecədə törədilən kütləvi qırğın nəticəsində:"- 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub,"- 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil,"- 475 nəfər şikəst olub.
Səkkiz ailə bütünlüklə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bu rəqəmlər özü Ermənistanın milli, etnik, irqi və ya dini qrupu fiziki cəhətdən məhv etmək niyyətinin sübutu hesab oluna bilər.
Bu qədər mülki şəxsin müxtəlif üsullarla öldürülməsi erməni təbliğatının “biz Xocalı sakinlərinə dəhliz vermişdik” mifini də dağıdır.
Xocalıdakı bir gecəlik qətliamın adını soyqırımı qoymaq üçün Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyanın da hadisədən öyünən mövqelərinə diqqət yetirmək lazımdır.
Koçaryandan sitat:“Xocalı faciəsini üstələyəcək faciələr var.
Bunlar Sumqayıt və Bakı qırğınlarıdır”.
Deməli, Koçaryan Xocalıdakı hadisələri 1988-ci ilin fevralın 28-də baş vermiş Sumqayıt və 1990-cı ilin 13 yanvarında Bakıda baş vermiş hadisələrlə eyniləşdirərək qisasçılığa bəhanələrlə haqq qazandırır.
Halbuki, Sumqayıt və Bakıdakı hadisələrin motiv və xarakteri tamamilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) qurduğu oyun idi və ermənilərin etnik cəhətdən məhvini nəzərdə tutmurdu.
Üstəgəl, bu hadisələr təhrik edilmiş şəxslərin, o cümlədən elə erməni millətçilərin özlərinin ərsəyə gətirdikləri səhnə idi ki, bu da sübuta yetirilib.
Serj Sarqsyan isə daha həyasız mövqe səsləndirərək:“Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin dinc əhaliyə əl qaldıra bilməyən adamlar olduğunu düşünürdülər.
Biz bu stereotipi qıra bildik”, - deyib.
Təkcə bu ifadəsinə görə Sarqsyan çoxdan beynəlxalq tribunala çıxarılmalı və dəmir barmaqlıqlar arasına göndərilməli idi."Hadisələrin mərkəzində olan digər keçmiş hərbçi Samvel Babayan isə yalandan Xocalıda sakinlərə dəhliz verildiyini deyib və o, hadisənin nəticələrindən diqqəti yayındırmaq üçün manevrlər edib.
Hər halda, gəlinən nəticə budur ki, Ermənistanın Xocalıda törətdikləri məhz soyqırımıdır.
“Arabo” cəlladlarından ibarət qrupun (sonradan bu təşkilat Azərbaycan Ordusu tərəfindən məhv edildi) hadisələrdəki iştirakı da məhz mülki insanların qətlini nəzərdə tutan fakt kimi qabardıla bilər.
Xocalıdakı qırğın fonunda Ermənistanın müharibədə qadağan edilmiş hərəkətlərinə dair nümunələr göstərir ki, o:""- Sülh və insanlıq əleyhinə cinayətlərin,"- Müharibə cinayətlərinin təsir qüvvəsinə salınmalıdır.
Erməni terror təşkilatlarının Parisdəki koordinasiya mərkəzi və ofislərindən görüntülər təqdim edilib.
Bildirilib ki, həmin koordinasiya mərkəzi Parisin 17-ci rayonunda yerləşir.
“Parisdə erməni terror təşkilatlarının saysız-hesabsız ofisləri yerləşir.
Həmin təşkilatlar prezident Emmanuel Makronun hakimiyyəti dövründə daha da fəallaşıb”, - deyə reportajda qeyd olunub.
“AzTV Xəbər”in yayımladığı həmin görüntüləri təqdim edirik:
“Elə bil ki, dağ başına qar yağıb,"Şaxta vurub yarpaqları saralıb,"Deyirlər ki, Əli baba qocalıb,"Ağarma, ağarma, saçım, amandır”.
İçəri girəndə ağsaqqal bir kişi bizi bu şeirlə qarşılayır.
O ağsaqqalın bir neçə dəqiqə sonra müsahibimiz Əli dayı olduğunu öyrənirəm.
81 yaşlı insanın aşıb-daşan həyat eşqini görüb bir daha doğru ünvanda olduğuma əmin oldum.
Bitməyən, təravətli sevgi insana nələr etdirmir ki?..
Oxu.Az Sevgililər Günündə 55 ildir, bir-birinə ömür-gün yoldaşı olan Elmira və Əli Əliyevlər cütlüyü ilə həmsöhbət olub.
Əli Əliyev 1943-cü ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olub.
Elmira Əliyeva isə 1948-ci il təvəllüdlüdür.
Cütlük deyir ki, əsl sevgi heç vaxt bitmir.
Əli dayı sevgilərinin başladığı vaxtı yada salır.
Deyir ki, 1962-ci ildə həqiqi hərbi xidmətə gedib və üç il əsgərlikdə olub:""“1965-ci ildə qayıtdım və Sumqayıtda qeydiyyata düşdüm.
O vaxt hərbi xidmətdən gələndə qeydiyyatda olmasan, heç yerdə işləyə bilməzdin.
Sonra Keşlədə kirayədə yaşamağa başladım.
Bu gözəl-göyçək xanımın anası, yəni qayınanam da mənimlə birlikdə çalışırdı.
Elmira arıq, kukla kimi qız idi.Anasına yemək gətirirdi.
Nahar vaxtı gələndə elə gözlərim onu gəzirdi ki, indi gələcək.
Elə-elə gördüm, bəyənib sevdim.
Rəhmətlik qardaşım hələ demişdi ki, bu qız nə arıqdır.
Mən də demişdim ki, narahat olmayın, kökəldəcəyəm”.
(gülür)"Əli dayı danışdıqca Elmira xalanın oğrun-oğrun sevdiyi adama baxması, onu diqqətlə dinləməsi gözümüzdən qaçmır.
Əli dayı danışdıqca Elmira xala sanki yenidən gənclik dövrünə qayıdır.