Search is not available for this dataset
text
stringlengths
10
518k
“Hə, onu deyirdim axı, Elmiranın anasına dedim ki, qızından xoşum gəlir”, - deyə Əli dayı söhbətinə davam edir.
- El adəti ilə elçilik etdilər, qızdan “hə” aldıq, nişanımız oldu.
Elmiranı götürüb Füzuliyə apardım.
Uşaq vaxtı həmişə deyirdim ki, mən toppuş arvad alacağam.
Rayonda Elmiranı görən hamı heyran qaldı.
İlk gündən mənim bütün qohumlarımın sevgisini qazandı.
Bir dəfə bir nəfərə üzünü turşutduğunu görməmişəm”.
Elə bu an Elmira xala:“Mən onları səndən də çox istəyirəm”, - deyərək gülür.
Sonra söhbəti Əli dayının qaldığı illərdən davam etdirir.
O özü də tibb işçisi olub:"""“Tibb kollecini bitirmişdim və Əli ilə tanış olana qədər də tibb bacısı kimi çalışmışam.
Oğluma görə doqquz il işdən uzaq qalmışdım.
Sonra Keşləyə köçəndən on il 7 saylı poliklinikada tibb bacısı kimi fəaliyyət göstərmişəm.
Daha sonra uşaqlarım ailə qurdular, başım qarışırdı nəvələrimə.
Bir müddət sonra Əli infarkt keçirdi, onu tək qoya bilməzdim.
Beləcə, işdən ayrıldım, o gün bu gündür, evdəyəm.
Əli ilə biz həm də paralel küçələrdə yaşamışıq.
Axşam qızlarla küçəyə çıxanda, gəzməyə gedəndə də məni görürdü.
Mənə yaxınlaşdı, niyyətini dedi.
Bir gün bulvara dəvət elədi və gəzə-gəzə ürəyindən keçənləri mənə bildirdi.
Mən də gördüm, yaraşıqlı oğlandır, razılaşdım”.
“Yaraşıqlı” sözünü eşidən Əli dayının xanımına heyran-heyran baxması hələ də ilk günkü kimi ona aşiq olduğunu deməyə imkan verir.
Elmira xanım deyir ki, onu qohumlarından başqa istəyənlər olsa da, razı olmayıb:""“Mən ümumiyyətlə qohum evliliyinə razı olamamışam.
Çox deyirdilər, amma mən etiraz edirdim”.
Əli dayı:“Yaxşı ki, etiraz etmisən, ay Elmira”, - deyə söhbətə müdaxilə edir.
Sevən sevdiyini qısqanar, yoxsa qısqanclıq güvənsizlik əlamətidir?
Sualımıza birinci Elmira xanım cavab verir.
Deyir ki, Əli dayı onu qısqanmasa da, o, həyat yoldaşını yaman qısqanırmış:""“Evə gec gəlirdi, dostları ilə əylənməyə gedirdi, mən də qısqanırdım.
Allah var, gəzməli-görməli çox yerə aparıb.
İndiki cavanlar sevgini doya-doya yaşaya bilmirlər, biz cavanlıqda o qədər gözəl xatirələr yığmışıq ki, indi də hərdən albomlara baxıb, o illərə qayıdırıq.
Amma qısqanclıq sevgi əlamətidir, güvənsizlik deyil”.
Əli dayıdan evə niyə gec gəldiyini, Elmira xanımı niyə qısqandırdığını soruşanda isə aldığımız cavab bizi də güldürdü:"""“Elmira məni qısqanırdı deyə mən dostlarımla görüşməyəydim?
Nə deyərdim, deyim ki, arvad qoymur?
(gülür) Mən elə deyə bilməzdim, olmaz.
Evə gələndə alış-veriş edirdim, öpüb-qucaqlayırdım, barışırdıq.
İndiki cavanlara baxma e, biz bir-birimizlə küsülü qala bilmirik”.
Kəskin söz-söhbətlərinin nə üstündə olduğu ilə maraqlanırıq.
Hər ikisi deyir ki, 55 illik ailə həyatında kəskin dava-dalaş yaşamayıblar, amma Əli dayı kaprizli olub:""“Əli əvvəl elə deyildi, amma yaşlandıqca kaprizləri artıb.
Ən çox xəmir xörəklərini sevir.
Mənim də yemək bişirməkdən çox xoşum gəlirdi.
Amma indi səhhətim imkan vermir, çətinlik çəkirəm.
Biz ömürboyu biri su olanda, biri od olar deyib, qarşılıqlı güzəştə getməyi bacarmışıq.
Bu gün görürük ki, gənclər böyük məsləhəti saymırlar.
Bizim vaxtımızda 14 yaşlı qızı ərə vermirdilər.
O özü uşaqdır, ailə qurub necə ana ola bilər?
Bizim vaxtımız ilə bu zəmanənin gəncləri arasında dağ boyda fərq var”.
Əli dayı xanımının fikirlərinə qüvvət verir:""“Bu gün sevgi ürəkdə yox, cibdədir.
Təəssüf ki, hamı baxır ki, qızın, ya da oğlanın atası, anası vəzifədə olsun, pulu olsun.
Bəs bunun vəzifədə olan atası-anası öləndən sonra nə olacaq, ayrılacaqlar?
Ona görə də ailə quranda insan gərək öz ürəyinə yatan insanı seçsin.
Yoxsa heç vaxt möhkəm ailə qura bilməz”.
Elmira xanımın geyiminə, makiyajına qarışıb-qarışmadığı ilə maraqlanırıq.
Əli dayı deyir ki, palaza bürün, ellə sürün misalı ilə davranıb:""“Elmira makiyaj etmirdi.
Mən onun sadəliyinə heyran olmuşdum.
Amma bir müddət sonra gördüm, hamı üzünə-gözünə çəkir, bəzənir, dedim, o da bəzənsin.
Gözümüz cütlüyün əllərinə sataşır.
Elmira xalanın barmağında üzük olsa da, Əli dayının barmağı boşdur.
Səbəbini soruşuruq, deyir ki, 18 qramlıq qızıl üzüyünü oğluna verib:"""“Mən Elmira üçün “alyans” düzəltdirmişdim.
Hər ikimizin üzüyünün içində adlarımızın baş hərfləri yazılmışdı.
Mən verdim oğluma, Elmira da saxlayıb, nəvəmə verəcək.
Onlar da öz övladlarına, gəlinlərinə verəcəklər.
Onlar da ən az bizim kimi uzun illər həyat yolunda çiyin-çiyinə addımlayar, xoşbəxt olarlar”.
Əli dayı gənclik illərində dərisinə bir neçə döymə etdirib ki, onlardan birinin altında rus dilində “Roza, səni sevirəm” yazılıb.
İlk dəfə 1964-cü ildə əsgərlikdə döymə etdirdiyini deyən Əli dayı Roza söhbətinə də aydınlıq gətirir:""“55 ildir birlikdəyik, aranı qızışdırmayın (gülür).
Bu döymə sovet dövründə səfərlərə gedəndə məni bir neçə dəfə çətin vəziyyətdən çıxarıb.
O vaxt azərbaycanlılara çətinlik yaradırdılar.
Bir dəfə bir nəfər soruşanda ki döyməni harada etdirmisən, demişdim həbsxanada vurublar.
Dedi, nə üstündə yatmışdın, dedim, adam öldürmüşəm.
(gülür) O da bu yalanıma inanmışdı, məndən qorxurdu.
Əvvəl mənim də işimə-gücümə narahatlıq yaradırdılar, bunu deyəndən sonra daha etmədilər.
Əvvəl Roza yox, Elmira yazdırmaq istəyirdim.
Amma qohumların arasında o adda qızı olan var idi.
Düşündüm ki, yanlış anlayarlar, yazdırmadım.
Əvvəl utanırdım, uzunqol geyinirdim.
Son bir neçə ildir, gördüm cavanlar az qala üz-gözünə də döymə vurdururlar, mən də qısaqol geyinməyə başladım”.
Elmira xanım söhbətə müdaxilə edir, “cavanlıqdır da, edib” deyərək söz atır:""“Cavanlıqda edib, indi də qalıb əlində.
Əlinin üstündə bir başqa döyməsi var idi, onu sildirdi.
Amma incidir deyə qalanlarına dəymədi.
İndi cavanların çoxu, hətta qızlar da döymə etdirirlər.
Mən istəmərəm, etsinlər, çünki öz uşaqlarıma qoymamışam etsinlər.
Deyəndə ki eləməyin, deyirlər, babaya bax, babaya (gülür).
Təcrübəli cütlükdən daha bir hikmət öyrənməyə çalışırıq:Gənclər niyə mütləq ayrı yaşamaq istəyirlər?
Elmira xanım deyir ki, özü qayınanası ilə yaşayıb, amma cavanlar doğru edirlər:""“Rəhmətlik qayınanam hər zaman deyərdi ki, Elmira yad qızıdır, amma mənə hamınızdan yaxşı baxır.
Mən böyüklərimin hörmətini həmişə saxlamışam.
Birlikdə qalmışıq, sonra ayrı evə çıxmışıq.
Nə olur-olsun, ailə içində ailə çətin olur.
Ayrı qalmaq yaxşıdır, amma yaşlı insanları daim yadda saxlamaq, ziyarətlərinə getmək, evdə-eşikdə işlərinə əl tutmaq mütləqdir.
Mənim qızım, gəlinlərim həmişə gəlib-gedirlər, imkan vermirlər ki, əlimi ağdan-qaraya vurum.
Gənclər düz edirlər, ayrı yaşamaq yaxşıdır.
Amma böyükləri unutmaq, hörmətsiz davranmaq da olmaz.
O zaman həm hörmətli olursan, həm də mehribanlıq olur”.
Qeyd edək ki, onların üç övladı, altı nəvəsi, bir nəticəsi var.
Cütlüyümüz deyir ki, sevgi çox gözəl hissdir, onu yaşamaq və yaşada bilmək vacibdir.
Sevginin günü olmur, ömürboyu sevib-sevilmək diləyilə...""Daha çox foto burada:PhotoStock.az"Könül Cəfərli
Zaqatalanın Göyəm kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən məktəblilərin yaxınları Baku TV-yə danışıblar.
Həlak olan uşaqların sinif yoldaşı Elnar Qurbanov deyib ki, hadisə baş verən zaman məktəblilər qəzada ağır yaralanan İbrahim İbrahimzadəni yola salmaq üçün gözləyirlərmiş.
“Ramazanla Kamal bu kənddə yaşayırdı.
Xalası bizim məktəbdə işlədiyi üçün bura gəlirdi.
Hadisə baş verəndə borunun üstündə oturublarmış.
Maşın uçub onların olduğu yerə gələndə təkəri çıxıb və uşaqları vurub ”, - deyə o bildirib.
Qeyd edək ki, qəzada ağır xəsarət alan İbrahim İbrahimzadə hazırda Kliniki Tibbi Mərkəzdədir.