Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onun yaxınlarının sözlərinə görə, İbrahim yaş yarımlıq olanda böyrəyindən əməliyyat keçirib və bir böyrəyini itirib. |
Bu hadisədə aldığı xəsarətlər isə ona ağır zərbə vurub. |
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb. |
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb. |
Qeyd edək ki, yanğın ikimərtəbəli obyektdə baş verib. |
Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin birinci mərtəbəsi avtoyuma, ikinci mərtəbəsi isə çay evi olub. |
16:22"Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb. |
Bu barədə ərazidə yaşayan sakinlər Ölkə.Az-ın redaksiyasına video göndəriblər. |
Yanan ərazi və hadisənin səbəbi məlum deyil. |
Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb. |
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. |
Aktyor Kianu Rivz ABŞ-nin Los-Anceles şəhərində mələk obrazında görüntülənib. |
59 yaşlı aktyor “Uğur” (Good Fortune) filminin çəkilişləri zamanı paparatsiyalara tuş gəlib. |
Rivz çəkiliş meydançasına bej rəngli uzun trenç, ağ köynək, boz şalvar və qəhvəyi çəkmədə çıxıb. |
Sənətçi libasına yaşıl qalstuk və mələk qanadları da əlavə edib. |
Xatırladaq ki, ötən ilin aprel ayında rejissor Əziz Ənsarinin Set Rogen və Kianu Rivzin rol alacağı “Uğur” adlı komediya filmi çəkəcəyi xəbəri yayılmışdı. |
Filmin ərsəyə gəlməsi ilə “Lionsgate” kinostudiyası məşğul olacaq. |
Süjetin təfərrüatları hələlik məlum deyil. |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” funksionallıqlarını artırmağa davam edir. |
Texniki təkmilləşdirmə işləri nəticəsində “SİMA İmza” mobil tətbiqində qeydiyyat prosesi daha da sadələşdirilib. |
Artıq vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsinin FİN kodunu və seriya nömrəsini daxil edərək tətbiqdə qeydiyyatdan keçə bilərlər. |
FİN kod və seriya nömrəsini daxil etdikdən sonra mobil cihazın kamerası ilə üztanıma testindən keçmək kifayətdir ki, süni intellekt sayəsində şəxsin eyniləşdirilməsi aparılsın. |
Xatırladaq ki, bu funksionallığa qədər vətəndaşlar ya şəxsiyyət vəsiqəsinin şəklini tətbiqə yükləməli, ya da vəsiqəni skan etməklə qeydiyyatdan keçməli idilər. |
Yeni funksionallıq sayəsində isə şəxsiyyət vəsiqəsi üzərində olmayan şəxslər belə rahatlıqla “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçə bilərlər. |
Məlumat üçün bildirək ki, bu yenilik Azərbaycanda qanuni əsaslarla yaşayan (müvəqqəti və ya daimi yaşayış icazəsi vəsiqəsinə sahib olan) xarici vətəndaşlar üçün də keçərlidir. |
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. |
Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. |
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. |
Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. |
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək. |
“Brilyant əl” filmində rolu ilə tanınan rusiyalı aktrisa Viktoriya Ostrovskaya 85 yaşında vəfat edib. |
Bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat verib. |
“Aktrisa Viktoriya Ostrovskaya vəfat etdi. |
O, “Brilyant əl” filmində iştirak etmişdi. |
Uzun illər əvvəl Leonid Qaydayın köməkçisi onu elə küçədə görmüş və çəkilişə dəvət etmişdi. |
Rejissorun parlaq aktrisaya ehtiyacı var idi və Ostrovskaya heç bir sınaq olmadan filmə çəkilmişdi”, - deyə o yazıb. |
Malaxovun sözlərinə görə, aktrisanın film karyerası “Köhnə tanış” filmindəki epizodik rolla başa çatıb. |
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda dərc olunan “The Telegraph” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi iddialara cavab verib. |
Səfirlikdən APA-ya verilən məlumata görə, bununla bağlı sözügedən qəzetin redaksiyasına ünvanlanmış məktub dərc olunub. |
Qeyd olunub ki, Nikol Paşinyan Cənubi Qafqazın geosiyasi əhəmiyyəti və ölkəsi ilə Azərbaycan arasında sülhün bərqərar olması zərurətindən danışmasına baxmayaraq, özü yaxşı bilir ki, iki ölkə arasında mövcud problemlərinin əsas səbəbi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz illik qeyri-qanuni işğalı... |
Ermənistan ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını bəyan etsə də, ölkənin bəzi rəsmi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. |
Ötən ilin dekabrında hər iki ölkənin liderləri COP29-un Bakıda keçirilməsi ilə bağlı tarixi razılığa gəlməklə davamlı sülhə sadiqliklərini nümayiş etdirdilər. |
İndi isə xalqlarımız arasında münasibətləri bərpa etmək üçün çalışmalıyıq. |
Sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına baxmayaraq, Ermənistanın nəqliyyat dəhlizinə dair üzərinə götürdüyü öhdəlikləri qəbul etməməsi anlaşılan deyil. |
Halbuki, Azərbaycanın Naxçıvanla maneəsiz tranzit əlaqəsi də daxil olmaqla regional kommunikasiya əlaqələrinin açılması ilk növbədə Ermənistanın uzunmüddətli maraqlarını və iqtisadi ehtiyaclarını təmin edə bilər”. |
Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. |
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. |
Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. |
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3469 abituriyent qeydiyyatdan keçib. |
İmtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunacaq. |
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. |
İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. |
İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. |
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. |
İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. |
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. |
İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir. |
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. |
Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. |
Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. |
Abituriyentlərə tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar. |
İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb. |
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. |
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar. |
ABŞ-nin keçmiş prezidenti Donald Trampın keçmiş müşaviri və kürəkəni Cared Kuşner qayınatasının potensial ikinci administrasiyası dövründə Ağ Evə qayıtmayacaq. |
Bu barədə o, jurnalistlərə müsahibəsində bildirib. |
Kuşner qeyd edib ki, Tramp noyabrda yenidən seçilsə belə, Mayamidə öz investisiya firması olan “Affinity Partners”də işləməyə davam edəcək. |
Eyni zamanda, İvanka Trampın əri Ağ Evə qayıtmaq şansını da əldən buraxmaq istəmir. |
“Həyatımda heç nə planlaşdırdığım ssenari üzrə getmir… Güman edirəm ki, o, (Tramp) yenidən vəzifəyə gəlsə, son administrasiyası zamanı reallıqdan daha yüksək səriştə və peşəkarlığa sahib olacaq”. |
Sərhəd təxribatına görə məsuliyyəti tək Ermənistan deyil, onun arxasında duran dövlətlər və beynəlxalq təşkilatlar da daşıyırlar. |
Onlardan gələn qərəzli bəyanatlar, qatı ermənipərəst mövqe də bu qənaəti təsdiqləyir. |
Bu sırada Avropa İttifaqı və ona daxil olan ölkələr, xüsusən də Fransa xüsusi canfəşanlıq göstərirlər. |
O, Ermənistanı silahlandırır, anti-Azərbaycan fəaliyyəti genişləndirir, revanşistləri yeni müharibəyə cəlb etməyə çalışır. |
Şübhəsiz ki, Ermənistan onlar üçün heç bir əhəmiyyət kəsb etmir, ondan regionda maraqlarının təmin olunmasında vasitə kimi yararlanır. |
Şübhəsiz ki, Qərbin qərəzli və ikili mövqeyini həyata keçirməkdə Aİ, xüsusən də təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin xüsusi rolu var. |
Bu şəxs fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq anti-Azərbaycan fikirlər səsləndirib. |
O, sərhəd təxribatına obyektiv qiymət vermək, onun səbəbkarını açıq demək əvəzinə, təxribatçı bəyanatlar verib. |
Ali nümayəndə bu son açıqlamaları ilə əsl mahiyyətini bir daha ortaya qoymuş olub. |
C.Borrel Ermənistanda Aİ-nin fəaliyyətinin genişləndirilməli olduğunu, bu istiqamətdə fəaliyyət göstəriləcəyini dilə gətirib. |
Aİ nümayəndəsi Ermənistan ordusunun fevralın 12-də şərti sərhəd ərazisində azərbaycanlı sərhədçini yaralaması faktını görməzdən gəlib, eyni zamanda, rəsmi Bakının özünümüdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb. |
Digər bir məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi ilə eyni mövqedən çıxış edən Aİ nümayəndəsi qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təkliflə çıxış edib. |
Bu da, ilk növbədə, Azərbaycanın suverenliyinə zidd olmaqla yanaşı, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. |
Əlbəttə, Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üz-üzə gəlmək istəmirsə, ölkəsinin içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. |
Maraqlıdır ki, Borrel Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə köçüb getmiş erməniləri “qaçqın” adlandırmaqdan da çəkinməyib. |
Ermənilərə humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə danışmayıb. |
Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini də göstərir. |
Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu son insident də təsdiqləyir. |
Artıq hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyəti gərginləşdirməyə xidmət etdiyi şübhə doğurmur. |
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. |
“Təəssüf ki, Aİ tərəfi beş ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanmasına etinasız yanaşır. |
Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. |
Bu tədbirlər, həmçinin, Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb”, - XİN bəyan edib. |
Təəssüflə qeyd edilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-E... |
Görünən odur ki, Aİ Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün əsas rupora çevrilir, Borrel də bu siyasətə ciddi töhfə verməkdədir. |
Hədəfi də başa çatmış münaqişəni yenidən alovlandırmaq, regiona təsir imkanı qazanmaqdır. |
Ermənistan isə bu çirkin oyunun reallaşmasında vasitə rolunu oynayır. |
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan - Azərbaycan şərti sərhədində baş vermiş sonuncu gərginliyə münasibət bildirib. |
Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə qeyd edib ki, Rusiya tərəfi baş vermiş hadisədən ciddi narahatlıq hissi keçirir. |
“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə qətiyyətlə çağırırıq”, - deyə rusiyalı xanım diplomat vurğulayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.