Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mariya Zaxarova delimitasiya komissiyasının işinin vacibliyini qeyd edib:""“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir. |
Moskva bu prosesə məsləhətçi qismində yardım göstərməyə hazırdır. |
Baş verənlər Azərbaycan və Ermənistanın üçtərəfli sazişlərin yerinə yetirilməsinə qayıtmasının zəruriliyini təsdiqləyir”. |
Türkiyənin Samsun şəhərində Xalq ozanı Aşık Veysəlin humanoid robotu konsert verib. |
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. |
Bildirilib ki, robotu dünya şöhrətli türkiyəli alim, robot texnologiyaları mütəxəssisi və heykəltəraş Adil Çelik hazırlayıb. |
Konsert proqramına ümumilikdə beş mahnı daxil olub. |
Qeyd edək ki, robotun havanın temperaturuna uyğun tərləməsi, barmaqlarını hərəkət etdirərək saz çalması, jestləri və hərəkətləri tələbələr tərəfindən heyrətlə qarşılanıb. |
Həmin görüntüləri təqdim edirik:"""Mənbə:Haber Global |
Ötən gün bir ailənin üzvlərinin qətlə yetirilmə anları lentə alınıb. |
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. |
Belə ki, fevralın 13-də baş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb. |
Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olub. |
Vətəndaşların bir qismi videonu çəkən şəxs barədə müxtəlif fikirlər səsləndirib. |
Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, əgər qonşu cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, məsuliyyət daşıyır:""“Mövcud Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsind... |
Maddədə qeyd olunan cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməmədə ifadə olunur. |
Xəbər verməmə dedikdə ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına, ya onların vəzifəli şəxslərinə bildirməməsi, ifadə olunan hərəkətsizliyi başa düşülür”. |
Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. |
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. |
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib. |
Dövlətimizin başçısı prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. |
“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi”. |
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib. |
Dövlətimizin başçısı, həmçinin bildirib:“Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. |
Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”. |
İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il müddətinə həbs cəzasına məhkum edib. |
Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi. |
Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır. |
“2015-ci ildə Əhməd heç kimi öldürməyib, sadəcə dostu ilə dalaşıb və məsələ qanun çərçivəsində yoluna qoyulub”. |
Bu fikirləri ötən gün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun qohumu Əhəd Musayev bildirib. |
“Əhmədin kimisə öldürüb qanundan yayınması kimi iddialar əsassızdır. |
Əhməddə böyük travma yox idi.Travma alması ilə bağlı məlumatlar haradan alınıb bilmirəm. |
Hansı ata-ana istəyər ki, övladı belə olsun? |
Sosial şəbəkələrdə “belə olmalı idi”, “yaxşı olub” kimi şərh yazanlara səslənirəm ki, ayıbdır”, - deyə o əlavə edib. |
Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü sevdiyi qıza maraqlı evlilik təklifi edib. |
O, 14 Fevral Sevgililər Günündə 30 avtomobili qızın həyətinə gətirib və pəncərəsinin altında taksilərdən ibarət sarı nəhəng ürək düzəldib. |
Taksi sürücüsü qızdan onunla evlənməsini xahiş edib. |
Qız sevgilisinin təklifi ilə razılaşıb və maşınların siqnalları altında “hə” cavabı verib. |
Qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda siqnal verməyə başlayıblar. |
Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı 6 ay həbs cəzası verib. |
Bu barədə LCI telekanalı mənbələrə istinadla məlumat yayıb. |
Bildirilir ki, o, həmçinin daha altı ay müddətinə şərti həbs cəzası alıb. |
“Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. |
Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib. |
Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlətimizin başçısı bildirib:"“Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. |
Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin”. |
Buradan seyr edəndə Bakı ayağının altındadır desək, mübaliğə etmiş olmarıq. |
Azərbaycanın 310 metrlik ən hündür tikilisindəyik. |
Amma yerdən 180 metr yüksəklikdə. |
Bura Bakı Televiziya Qülləsidir. |
Elə bu gün bura gəlməyimiz də təsadüfi deyil. |
Bu gün Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 68 il ötür. |
Oxu.Az-ın əməldaşları da elə bu gün AzTV-nin və digər telekanalların dünyaya yayımlandığı yerdən reportaj hazırlamaq üçün Bakı Televiziya Qülləsinə yollanıblar. |
Nəhəngliyi ilə heyrətləndirən tikiliyə yaxınlaşırıq. |
İlk olaraq sıfır səviyyədən yuxarı qalxmaq üçün liftdən istifadə edirik. |
Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. |
Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində - Mehdi Hüseyn küçəsi, 1 ünvanında seçilib. |
Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. |
1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. |
Qüllədə 70 metr hündürlüyə kimi mərtəbələr beş metrdən bir, oradan sonra isə iyirmi metrdən birdir. |
Yüksəkliyə qalxdıqca, qulaqlarınız da tutula bilər...""Kompleksin inşası 1996-cı ildə yekunlaşıb. |
Qüllənin hündürlüyü 310, Xəzər dənizi səviyyəsindən isə 136 metrdir. |
Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir. |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) şöbə müdiri Orxan Kərimovun sözlərinə görə, qurum yerüstü radio-televiziya yayımı üzrə dövlətin infrastruktur operatorudur:""“Teleradio” İB-nin 134 Radio-Televiziya Yayımı Stansiyası vasitəsilə ö... |
Bu stansiyalar arasında əsas yayım mərkəzi Bakı Teleqüllə Kompleksidir. |
Hazırda Kompleks vasitəsilə 16 yerli radio və 12 yerli televiziya proqramı yayımlanır. |
Eyni zamanda, müvafiq provayderlərə İPTV xidməti üzrə 200-dən çox TV proqram ötürülür”. |
Qüllədə radio-televiziya yayımı və digər telekommunikasiya avadanlıqları istismar olunur. |
Burada onlara 24/7 rejimində növbəli şəkildə texniki xidmət göstərilir. |
Kompleksdə tikinti işləri 1980-ci ildə başlanılıb. |
Layihə hesablamalarına görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi, amma müəyyən səbəblər üzündən tikinti işləri dayandırılıb. |
Qüllənin tikintisi yenidən 1993-cü ildən başlayıb və 1996-cı ildə kompleksin rəsmi açılışı mərasimi keçirilib. |
Ölkə ərazisində radio və televiziya verilişlərinin yüksəkkeyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azə... |
Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. |
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. |
Çəkisi 40 min ton olan kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. |
Qüllənin üzərində milli ornamentli dörd şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. |
O.Kərimov bildirib ki, audiovizual yayım sahəsi ötən dövrdə inkişaf yolu keçib:""“Belə ki, bir sıra yeni yayım stansiyaları qurulub və yeni texnologiyalar tətbiq edilib. |
Eləcə də, işğaldan azad edilən ərazilərdə yeddi stansiyanın işi bərpa edilib. |
Hazırda isə “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 3981 nömrəli Sərəncamının və Azərbaycan Respublikasının Baş nazirinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərənc... |
Eyni zamanda, DVB-T standartlı yerüstü televiziya yayım standartının yeni nəsil DVB-T2 standartına keçirilməsi istiqamətində texniki təkliflər hazırlanır. |
Keçid nəticəsində yerüstü televiziya yayımları HD formatında daha yüksək keyfiyyətlə yayımlanacaq”. |
Kompleksin əməkdaşı Bəhruz Mürsəlov deyir ki, nəzarət-monitorinq sistemləri vasitəsilə televiziyaların yayımına yoxlama təmin edilir:""“Burada yayıma fasiləsiz şəkildə nəzarət olunur. |
Hər hansı bir problem yaranarsa, tez bir zamanda məlumat əldə edilir və müvafiq tədbir görülür”. |
Əgər Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri aparılarsa, əvvəlcə kanallarla razılaşdırılır və onlara uyğun vaxtda proses həyata keçirilir. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gecə Xerson, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə yenidən hava hücumu olub. |
Həmçinin qeyd edilib ki, Donetsk və Xarkovda ağır döyüşlər gedir. |
“Donetsk uğrunda döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi 22 yaşlı Sabir Samir oğlu Əhmədov həlak olub”, - deyə jurnalist əlavə edib. |
Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. |
Bu dövrün böyük nailiyyətləri olacaq”. |
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.