Search is not available for this dataset
text
stringlengths
10
518k
İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd edib:"“Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir.
Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”.
14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi.
Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Oxu.Az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:""- “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);"- Azərbaycanın 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “...
Bundan başqa, “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ də Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.
“Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər.
Bizimlə əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi ərazidə torpaq sürüşməsinin yeni görüntüləri ortaya çıxıb.
Kadrlarda nəqliyyat vasitələrinin son anda torpaq altında qalmaqdan xilas olunması əks olunub.
Qeyd edək ki, təbii fəlakət dünən baş verib.
Təxminən 10 milyon kubmetr torpaq sahəsi saniyədə 10 metr sürətlə 800 metr əraziyə yayılıb.
İlkin məlumatlara görə, doqquz işçi itkin düşüb.
İşçilərin xilası üçün Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD), Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi, mədənçilər və qeyri-hökumət təşkilatlarından ibarət ümumilikdə 827 şəxsi heyət axtarış-xilasetmə əməliyyatı həyata keçirir.
Sözügedən görüntüləri təqdim edirik:""Mənbə:Haber Global
“Ordu quruculuğu prosesi davam etdiriləcək”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatd...
“Qızımı müəllimi tərəfindən mütəmadi olaraq fiziki və psixoloji şiddətə məruz qaldığı üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam”.
Bu sözləri jurnalist Günel Musa sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, paytaxtın 249 tam orta məktəbinin üçüncü sinfində təhsil alan qızı artıq bir aydır ki, dərsə getmir:""“Sinfin müəllimi Afət Tağıyeva səkkiz yaşlı uşağa 23 uşağın içində təzyiq göstərir.
Dəmir xətkeşlə vuraraq əlini yaralamışdı.
Uşağımın psixologiyası pozulub.
Lakin o müəllim işinə davam edir.
Sistem də açıq olmadığı üçün başqa məktəbə yerləşdirə bilmirəm”.
Məsələ ilə bağlı adıçəkilən məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbin ibtidai sinif müəlliminin üçüncü sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25 yanvar tarixlərində) araşdırma aparılıb.
Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub:""“Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na ...
Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib”.
Övladının məktəbdə problem yaşadığını bildirən digər valideyn isə yazıçı Cəlil Cavanşirdir.
Bununla əlaqədar paylaşım edən C.Cavanşirin iddiasına əsasən, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluna qarşı sinif yoldaşları tərəfindən qısnama edilib:""“Bədən tərbiyəsi müəllimi Sahib Cəfərov da şagirdlərə qoşulub.
Artıq neçənci haldır ki, oğlum müəllimlərin davranışından, yanaşmasından şikayət edir”.
Bu ittihamlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
“Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir.
Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
“Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib:"“Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır.
Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.
“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun.
Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib.
Dövlətimizin başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.
“Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir.
Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”, - deyə Prezident qeyd edib.
“Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq.
Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur.
“Bu seçkidə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”, - deyə Prezident vurğulayıb.
“Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib.
Azərbaycan xalqının həmrəyliyinin əsas uğurlarımızdan biri olduğunu deyən dövlətimizin başçısı əlavə edib:"“İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır.
Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.
Yaponiyanın cənub-qərbində, Kyuşu adasındakı Kaqosima prefekturasında yerləşən Sakuracima vulkanı püskürüb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Minamidake kraterində baş verən püskürmə partlaşla müşayiət olunub.
Qeyd olunub ki, 2020-ci ildən bəri ilk dəfə olaraq kül və tüstü sütunu beş min metr hündürlüyə qalxıb, daş və lava hissələri isə 1 300 metrə səpələniblər.
İnsanlara külək səbəbindən vulkan külü ilə bağlı xəbərdarlıq edilib.
Vulkanın ərazisində beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi elan edilib.
Meteoroloqlar vulkanik aktivliyin davam etməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.
Türkiyənin Antalya şəhərində ötən gün başlayan və bir nəfərin ölümünə səbəb olan sel daşqınından əvvəl güclü ildırım çaxıb.
Bu qorxunc görüntü təsadüfən mobil telefonla lentə alınıb.
İldırım park edilmiş iş maşınlarının arasına düşüb, lakin xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, Antalyada ötən gün gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub.
Nəticədə küçələri su basıb, maşınlar su altında qalıblar.
Məktəblərdə birgünlük tətil elan edilib.
Beş ildən çoxdur ki, Azərbaycanda ezamiyyə xərclərinə dəyişiklik edilmir.
Baxmayaraq ki, bütün sahələrdə bahalaşma və inflyasiya müşahidə olunur.
Maaş və pensiyalarla yanaşı, qiymətlər də artır, pul dəyərini itirir, amma ezamiyyə xərcləri bu dəyişikliyə uyğunlaşdırılmır.
Ezamiyyə xərclərinin məbləğində sonuncu dəyişiklik 2018-ci ildə edilib.
Bu dəyişikliyə əsasən ölkə ərazisində bir günlük ezamiyyə xərci Bakıda 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, hazırda bu məbləğ ehtiyacları qarşılamağa kifayət deyil.
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, ölkədə və dünyada baş verən qiymət artımı və inflyasiya fonunda ezamiyyə xərcləri ən azı iki dəfə artırılmalıdır.
Deputat həmçinin qeyd edib ki, ezamiyyə xərclərinin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər təqdim edilib.
Bu xərclərin də qısa zamanda artırılması gözlənilir.
Ətraflı Baku TV-nin süjetində:
“Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir.
Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib.
Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.
“Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir.
“Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”, - deyə Prezident bildirib.
“Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpa olunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
“Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir.
Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir”.