Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. |
“Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”, - deyə dövlətimizin başçısı əlavə edib. |
“Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır”. |
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. |
İkinci Qarabağ müharibəsi, antiterror tədbiri zamanı bunu hər kəsin gördüyünü deyən dövlətimizin başçısı qeyd edib:"“Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. |
Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. |
Ancaq texniki vasitələr az rol oynamır. |
Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq”. |
“Avropa İttifaqı (Aİ) Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir”. |
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. |
Bildirilib ki, Aİ növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib:""“Aİ-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörməts... |
Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş Aİ-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyən etmək Azərbaycanın suveren hüququdur”. |
“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir”. |
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı “News.ru”nun Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı sualını cavablandırarkən deyib. |
“Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoq müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulur”, - deyə Zaxarova qeyd edib. |
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirib. |
“Brussels Signal”a açıqlama verən Elçin Əmirbəyov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin açıqlamasını reallığı əks etdirməyən fikirlər kimi qiymətləndirib. |
Fikrinin davamında E.Əmirbəyov qeyd edib ki, bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın “ekspansionizmi” ilə bağlı açıqlamaları əsassızdır. |
Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur. |
Azərbaycan rəsmisi əlavə edib ki, Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib. |
Xatırladaq ki, ötən gün Cozep Borrel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə görüşüblər. |
Görüşdə regiondakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub. |
Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. |
Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
“Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir. |
Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. |
Bildirilib ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib. |
R.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. |
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polisə məlumat verə bilərlər. |
“Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. |
Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. |
“Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatının nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı bildirib:""“Bu da bizim resurs bazamızı artıracaq. |
Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilatı başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. |
Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. |
Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. |
Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. |
Təbii ki, bu da cəfəngiyyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir”. |
“Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. |
Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. |
Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:""“Sadəcə olaraq, bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. |
Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. |
Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq”. |
Britaniyanın Eylsberi şəhərində qazıntılar zamanı tədqiqatçılar yaşı 1700 il olan toyuq yumurtası aşkar ediblər. |
Üçölçülü təsvirlər yaratmağa imkan verən mikrokompüterli tomoqrafiya üsulundan istifadə etməklə araşdırma aparılıb və yumurtanın hələ də həm sarısının, həm də ağının qorunduğu müəyyən edilib. |
“Yumurtanın hələ də orijinal tərkibini saxlaması tamamilə inanılmazdır. |
Biz tərkibini görəndə heyrətə gəldik”, - deyə Oksford Arxeologiya layihəsindən Edvard Biddulf qeyd edib. |
Alimlər hesab edirlər ki, yumurta romalıların dəfn mərasimində ayinin bir hissəsi kimi su çuxuruna atılıb. |
Yumurta hazırda Eylsberidəki “Discover Bucks” muzeyində saxlanılır. |
“Biz heç kimdən heç nə xahiş etmirik. |
Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:""“Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. |
Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik”. |
“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. |
Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
“Bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. |
Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. |
Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. |
Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. |
“Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. |
Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Bunun təvazökarlıqdan uzaq məsələ olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:""“Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə danışa bilməz. |
Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror tədbirləri zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləyib. |
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, hesab edirəm ki, heç kimə sirr deyil”. |
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib:""“Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. |
Bizim ailəmiz türk dünyasıdır”. |
“Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. |
Dövlətimizin başçısı bildirib:""“Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. |
Bundan güclü birlik ola bilərmi? |
Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. |
Buna biz ancaq birlikdə nail ola bilərik”. |
14 fevral dünyada Sevgililər Günü kimi qeyd olunur. |
Əsasən, xristianların bayramı hesab edilən bu günə ölkəmizdə də biganə qalmayanlar var. |
Son illər gənclər arasında 14 fevralı Sevgililər Günü kimi qeyd edənlərin sayı da artmaqdadır. |
Bunu şəhərdə apardığımız müşahidələr zamanı da əyani şəkildə görə bildik. |
14 fevralda şəhərə gəzməyə çıxan, əllərində hədiyyə ilə dolaşan cütlüklərin sayı da az deyil. |
PhotoStock.az-ın bu özəl günlə bağlı hazırladığı fotoreportajı təqdim edirik: |
“Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. |
Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur”. |
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. |
Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. |
“Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. |
Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq”. |
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib. |
Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb:""“Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. |
...Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. |
Fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib. |
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:""“Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. |
Biz öz məsələmizi həll etmişik”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.